Xalid Səid Xocayev şəxsiyyəti və ata həsrətli Bəhicə xanım

“Bir yazının işığında işıqlı bir xanımla – Bəhicə xanımla ilgili xatirələrim”

yazısı belə yarandı.
…Bəhicə xanım Məmmədova-məşhur türkoloq,İstanbul Universitetinin mzunu Xalid Səid Xocayevin yadlgarldlr.

 1970-ci illərin əvvəllərində, mən aspirant olanda Bəhicə xanım Azərbaycan SSR EA- nın xarici dillər kafedrasında ingilis dili müəllimi işləyirdi.

Bəhicə xanım bu il ynvarın 29-da son illərdə yaxın qohumları – yazıçı qızı Əfruz xanımla,nəvələri ilə məskunlaşdıöı Toronto şəhərində ömrünün 95 yaşında dünyasını dəyişmişdir.Ölümündən təxminən  bir ay əvvəl mənə Kanadadan salam gönərmişdi.. 

Mən işıqlı müəllimim-Bəhicə xanım haqqında bir neçə yazı yazıb oxuculara çatdırmışam.
Bəhicə xanım ana tərəfdən  general,AXC-nin ilk hərbi komissarı Səməd ağa Mehmandarovun qohumudur.
Mən 80-ci illərdə S.Mehmandarovun Baklda Qədirbəyova küçəsi,63 -də yaşayan oğlu ilə -gəmiçilik mühəndisi İqor Mehmandarova ilə dostluq edirdim.İqoru Bakıya ümummilli liderimiz Heydər Əliyev dəvət etmişdi.

İqorla dostluğumuz seçki kampaniyası vaxtl yaranmışdı.
Mən seçki məntəqəsinin müdiri idim.Bir dəfə seçkilərə hazırlıq işi ilə əlaqədar olaraq, o vaxtlar “Bakı” qəzetində müxbir işləyən Qüdrət Piriyev məntəqəyə gəlmişdi.Yazısl üçün seçki siyahısından maraqlı faktlar axtaranda,birdən İ.Mehmandarov soyadlnl gördü, “Bu,odur ?” deyə mənə baxdı
Mən Qüdrəti “Bakı”da ştatdankənar müxbir işləyən vaxtlarımdan tanıyırdım.
İ.Mehmandarovun da,gənc seçicilərin də, təzə evlənən seçidilərində adı,təbii ki,  məntəqə müdiri olduğumüçün bloknotumda var idi.Odurr ki,cavab verdim ki,odur,amma hələ İ.Mehmandarovla ünsiyyətim yoxdur.Birlikdə İ.Mehmandarovla ünsiyyət tanışlığına yollandıq.
Sonralar İqorla dost olduq.Biz həmişə rastlaşanda sönbətlərimizdə 20-ci illərin ziyalılarını xatırlayırdıq.Onların cərgəsində türkoloq Xalid Səid Xocayev də,Hüseyn Cavid də olurdu. İ.Mehmandarov biləndə ki X.S.Xocayevin qızı -Bəhicə. xanım mənim müəllimim, məktəb direktoru,SSRİ Ali Sovetinin deputatı  Aliyə Təhmasib tələbə yoldaşım olub,çox sevinəedi

İqor rusdilli olsa da,türk dilində şeirlər söyəməkdən yorolmurdu.Mən ilk dəfə ondan . XX əsrin əvvəllərində Bakıda çap olunmuş türkdilli dərsliklərdən  əzbər dediyi şeirləri eşidəndə təəccüblənirdim.Bilirdim ki,o,bütün təhsilini rus dilində alıb.

Çox güman ki, İqorun şirin ləhcə ilə  söylədiyi bu şeir parçaları atasının oğluna verdiyi ailə tərbiyəsi ilə əlaqədar imiş. 

İqorun dediyinə görə, Bəhicə xanımın adını Hüseyn Cavid verib.

Başqa fikir də var:
1925-ci ildə anadan olan körpəyə bu adı-Behicə adını o vaxtlar Bakıda Azərbaycan Ali Pedaqoji İnstitutunda müəllim və filologiya fakültəsinin dekanı işləyən türk alimi İsmayıl Hikmət  Ərtaylan(1889-18.12.1967) verib.

Hər iki halda BƏHİCƏ-işıqlı deməkdir.  

Nazim Nəsrəddinov
Nazim Nəsrəddinov

Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının Əməkdar müəllimi,türkoloq

08.02.2020

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Pin It on Pinterest