Qoca Pələng, cavan Pişik…Kaş düşməsin yer dəyişik.

Son zamanlar pələngin çoxalmışdı əngəli,

Nəriltisi getmişdi, əl-ayağı əsirdi.

Dünənki səsi  indi yumşalmışdı bir qədər,

Hər yetəndən inciyir,hər yetndən küsürdü.

***

Milçəklər hücum çəkir, qovlamağa gücü yox,

Var gücüylə o ancaq gözlərini yumurdu.

Bir ona bax , sən Allah çaqqal-çuqqal əlidə

Aciz qalıb onlardan  bir himayə umurdu.

***

Əvvəlki cah-cəlalı xatirəyə dönmüşdü,

Pələngin nəzərində bütün dünya sönmüşdü.

Qocalığı cəhənnəm, incimişdi özündən,

Dostlar ona yad oldu, niyə dövran dəyişdi?

***

Meşənin şahı idi, sözün kəsən yox idi,

Ona yaltaqlıq edən, baş endirən çox idi.

Kəsirdi qılınclnln dalı da,qabağı da,

Bu dünyanın malında gözü yoxdu, tox idi.

***

Nəhayət güçə gəlib, əyanların çağırdı,

Uzandığı yerdəcə əvvəlkitəл   bağırdı.

Yığışdırdı özünu,  canavar da, çaqqal da,

Bu səsdə ilk illərin cazibəsi  var idi.

***

Pələng dedi:  ” Sözümü çatdırın hər kişiyə,

Gərək adam  tullanıb, ortalığa düşməyə…

Şahlığım davam edir,  amma icra işlərin          

Tapşırıram  dostuma- mənə bənzər Pişiyə…

***

Mən qoca baxışımla izləyirdim sizləri,

Dedim ki, ağla gəlsin bu keylərin özləri…

Bir Pişiyin əlidə səsir-yesir olanda

Yadınızdan çıxmasın mən Pələngin sözləri”….

***

Bəli, başa düşdülər  məclisdəki kişilər,

Qoca Pələng  pələngdir, qocalsa da nə qədər.

Vay o gündən   əlinə fürsət düşə  Pişiyin

Təkəbbür və hikkədən  pələngi   də  incidər… 

***

Başqasına heç zanan  tənə ilə baxmayın,

Qocaların adına qara-qura yaxmayın.

Qocalar var qocadır, amma adı ucadır,

Yolunuzla düz gedin, yolunuzdan çıxmayın…  

***

Bu dünyada hər kəsin  işığı, ziyası  var,

Yaxşı, yaxşı işlərin halallıq mayası  var.

Eşq olsun cavanlığa, yaşasın o cavan ki, 

Billr  ki,  hər  bir işdə babalar duası var…

Nazim Nəsrəddinov

Bakı, 18.02.2021.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Pin It on Pinterest