Özümü gəzirəm

Ömrün qışına çatdım,
Yazımı gəzirəm hələ!
Düzümdə qoyun sürüsün,
Quzumu gəzirəm hələ!
Kor duman yatıb gözümə,
Torunu atib gözümə,
Gözlüyü tutub gözümə!
Gözümü gəzirəm hələ!
Tapdağı qayalar başı,

Oylağı zirvələr qaşı,
Bizim dağların tanışı,
Dizimi gəzirəm hələ!
Gücümü sərib dizimə,
Çəliklə girib dizimə,
Çənəmi verib dizimə!
Dözümü gəzirəm hələ!
Yamacı itib meşəli,
Bulağı meyli, neşəli,
Ağ çiçəkli, bənövşəli,
Düzümü gəzirəm hələ!
Yolumda ağaran qaram,
Yoxluğa tutulan varam,
Vaxtım yox səni axtaram!

Özümü gəzirəm hələ!

Açin qapilari gələn bahardi
Yenə daş dibində köyərdi dişə,
Şaxtada qurtardı, qışda qurtardı.
Həzin nəfsilə deyir bənövşə,
Açın qapıları gələn bahardı.
Hər budaq başında bir dəstə gül var,
Güllərin üstündə nə gəlha-gəl var,
Qədim babalardan belə məsəl var,
Soyuğun şaxtanın meydanı dardı,
Açın qapıları gələn bahardı.
Yastı çəmənlərdə otlayır quzu,
Bulaqlar bağrına basıb yarpızı,
Düşün dağ döşündə ərıyən buzu,
Hər bir qaranlığın dan yeri vardı,
Açın qapıları gələn bahardı.

Kəsmə ümidini kəsmə bahardan,
ümiddir qurtaran insanı dardan,
Demə birdə çiçək bitəcək hardan,
Əsnsə küləkdir, yağansa qardı,
Açın qapıları gələn bahardı.
Ənədəlib bu gələn nə xoş qonaqdı,
Təbiət yoluna çiçəklər yağdı,
Hayqıran dərədi, kişnəyən dağdı,
Demə nə hay haray nə şarha şardı,
Açın qapıları gələn bahardı.

Getmədi, getmədi
Ömrümüzün zirvəsındən,
Duman getmədi, getmədi.
Xoş gün üçün başımızdan,
Güman getmədi, getmədi.
Bu nə höküm, nə fərmandı,
Yaxşı günlər lǝhzǝ andı,
Pis günlərdə bərk dayandı,
Zaman getmədi, getmədi.
Sız məni dəli saymayın,
Eşidin könlümün hayın,
Yaxşılar getdi qoymayın!
Yaman getmədi, getmədi.
« Əndəlib » ağrılar dizdən,
Nə istəyir fələk bizdən,
Ömür getdi dilimizdən-
Aman getmədi , getmədi.
Siçan pişik oyunu
Odmadı bir yol bizi,
Əzıb , çeynədi dünya.

Sıçan – pişik oyunun ,
Bizlə oynadı dünya .
Birinə beçə balı ,
Birinə ıtın yalı ,
Çuxuna ıpək xalı ,
Bizə iynədi dünya.
Tüzü qündü başımda ,
Dərdi gəzdi döşümdə ,
Yaralı yaddaşımda ,
Göm-göy göynədi dünya .
Bu işkəncə bu zülüm ,
Səbəbin büyür bilim ,
Tuprağın son mənzilim ,
Qəsdin day nədi dünya.

GƏZİRƏM
İllərdi ki bir ıtıgın dalınca,
Zəncir salıb yerə, göyə gəzirəm.
Gecə , gündüz qara üzlü taleyi ,
Qarqışlayıb, söyə -söyə gəzirəm.
 
Qaraçıyla oca dağlar aşıram ,
Qurbətiylə yad ellərdə yaşıram ,
Həsrətilə sözü-sözə quşuram ,
Ağı üstə deyə-deyə gəzirəm.
 
Yol gedirəm ömrüm , günüm uzunu ,
Geyinmişəm yollarımın tüzünü ,
Bu yollarda biri sevdanın ızını ,
Dəmir çariq geyə-geyə gəzirəm.
 
Dərin , dayaz, dərə, təpə gedirəm ,
Ələnsə qar , oçsa şəpə gedirəm ,

Gül çiçəgi öpə-öpə gedirəm ,
Tıkanlara dəyə -dəyə gəzirəm. 
 
Axşamını çüxü səhər unudub ,
Sevdiyni çox sevənlər unudub ,
 Bəlkə məni o bəxtəvər unudub ,
Heç bilmirəm nədən niyə gəzirəm.
 
 “Əndəlib” yox yolda qalmış ərəbəm ,
Susuz çöldə bir yorulmuş ərəbm ,
 Məndə belə dəvəsi ölmüş ərəbm ,
Öz başıma döyə -döyə gəzirəm.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Pin It on Pinterest