GenelGüncelTürk Dünyası

TÜRK DÜNYASININ YENİ UĞURU ULU OĞUZ BİRLİYİ

Sənan Qılıncarslan Qacar – Kırımınsesi – Azerbaycan

Müstəqilliyini əldə etməsindən sonra Azərbaycanla Türkmənistan arasında başlıca mübahisə predmetinə çevrilən “Kəpəz” (türkmən versiyasına görə “Sərdar” ) yatağının karbohidrogen ehtiyatlarının birgə istismarına dair hər iki ölkənin Xarici İşlər nazirləri Anlaşma Memorandumu imzalayıb və mübahisəli yatağın birgə istismarına dair tarixi anlaşma əldə edilib. Bu münasibətlə Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov arasında videokonfrans formatında görüş keçirilib. Həmin yatağın adı da mübahisə doğurduğundan tərəflər onu iki ölkənin dostluğunun və getdikcə dərinləşən tərəfdaşlığının rəmzi olaraq “Dostluq” adlandırmağı qərara almışdılar. Anlaşmaya əsasən “Dostluq” adlandırılması iki ölkə arasında dostluğun, qardaşlığın, qarşılıqlı əlaqələrin həm də tarixi etnik-dini ənənələrə söykənməsinin bariz nümunəsi hesab edilməlidir.


Yatağın neft-qaz ehtiyatları 100 milyon ton həcmində qiymətləndirilir və mütəxəssislərin hesablamalarına görə həmin ehtiyatların ən azı 50 milyon tonu hasil edilə bilər. Bu isə 35-40 milyard dollarlıq gəlir deməkdir. Bu Memorandumun imzalanması şübhəsiz ki, tarixi hadisədir, eyni zamanda Azərbaycanın neft-qaz strategiyasının inkişafında böyük əhəmiyyətə malikdir. Bir də xüsusi qeyd edilməlidir ki, bu sənəd Xəzər dənizi regionunda enerji və nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsinə və xarici investorların bu layihələrə cəlb edilməsinə, habelə Azərbaycanın nəqliyyat-tranzit potensialının möhkəmlənməsnə yeni imkanlar yaradır. Razılaşmanın əldə edilməsi eyni zamanda Xəzər dənizinin sülh, mehriban qonşuluq və dostluq dənizi olmasını möhkəmləndirir və Xəzər dənizində əməkdaşlıq və qarşılıq etimad mühitinin gücləndirilməsinə töhfə verir.

Milli Məclisin Komitə Sədri Millət Vəkili Sadiq Qurbanov.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest