Günay Səma Şirvan: Eldar Baxış – Axır sözünü əvvəl deyən adam

Nazim Əhmədli şair-publisist

Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi

Günay Səma Şirvan
Eldar Baxış – Axır sözünü əvvəl deyən adam
 
 Azərbaycan ədəbiyyatının elə ünlü imzaları var ki, dünyanın üstümüzə
ələdiyi dərdindən-sərindən, kirindən, dedi-qodusundan arınmaq, paklanmaq üçün
onların yaradıcılığına dönə-dönə qayıtmaq lazımdır. Bəzən, amansız əcəl, vaxtsız
ölüm elələrini sıralarımızdan zamansız aparsa da, onları unutmamaq, gənc nəsilə
xatırlatmaq, təbliğ etmək borcumuzdur.

Belə işıqlı imzalardan biri Eldar Baxışdır. Ədəbiyyat tariximizdə “İydə
çiçəyi”,”Üçtəpə bayatıları”, “Allı qız, ballı qız, xallı qız”, “Ağ saçların işığı”, “Qara
ilə Qaracanın nağılı”,”Deyə bilmədiyim sözlər”, “Atlı oğlanlar”,”Ölüsü ilə ərəbcə,
dirisi ilə rusca” kitabları ilə ədəbi mərhələ yaradan Eldar Baxış yazdığı
məqalələrdən çəkdiyi filmlərə qədər hər yerdə öz dəst-xətti ilə seçilir. Onun
yaratdıqlarının müdafiəyə ehtiyacı yoxdu. Onlar illər uzunu özlərini oxutduracaq,
izlədəcəklər.
Bəs bu gün Eldar Baxış necə xatırlanır ? Onu unutmamışıq ki? Eldar Baxış
haqqında nə bilirik?
Bu sualları aydınlatmaq üçün yazarın çiyindaşlarından gənc yazarlara qədər
ədəbi cameəmizin müxtəlif imzalarına üz tutduq. Gəlin, xatirələri və rəyləri bir
yedə izləyək.
 
İlahi, mənə yox, mən istəmirəm,
İlahi, yazığın gəlsin bu qıza.
Elə eləmə ki,
oğlanlar, qızlar,
 
Kişilər, arvadlar gülsün bu qıza.-Onu kimə sorduqsa, öncə bu şeiri
xatırladılar. Ondan kimə söz açdıqsa, bir nisgil süzüldü sözlərindən.
XX yüzilliyin Azərbaycan ədəbiyyatına bəxş etdiyi ən istedadlı və ən səmimi
qələm sahiblərindən biri idi O. Sanki Taleyini Nostradamus biliciliyi ilə qələmə
alan Eldar Baxış:
 
Tək dedilər – təklədilər,
qanına yeriklədilər.
sonra da dərdini alıb
dağa-daşa yüklədilər,
çəkə bilmədi-bilmədi.
 
Əsim-əsimcə əsdilər,
öldürməyə tələsdilər,

günün günorta çağında
ağacı elə kəsdilər, –
kölgə bilmədi-bilmədi.
 
Xallandı gül – butasında.
nər qarnında -qartasında.
bir şairi öldürdülər
bir ölkənin ortasında, –
ölkə bilmədi-bilmədi.
 
Ədəbiyyatın vaxtsız Eldar Baxış itkisi ilə könlü-gözü barışmayanlarının ən
böyüyü şairin yaxın dostu ədib, nasir Azad Qaradərəlidir.
“Eldar haqqında gərək həyəcansız danışam ki, bir şey alına. Amma
bacarmıram. Mənim yaxından iştirakımla Eldar haqqında iki dəfə xüsusi buraxılış
buraxılıb. Mən sağlıq olsun, gələcəkdə onun haqqında kitab yazmaq istəyirəm.”-
deyə kövrələn Azad müəllim Eldar Baxışın xatirəsinə həsr etdiyi “Yuxarıda kim
var?” adlı uzun hekayəsini xatırladır. Müxtəlif vaxtlarda və saytlarda çap edilən
“Eldar Baxışı güllələmədilrər”, “Eldar baxışın ad gününə” adlı yazıları canlı
ensiklopediya yazıçımızın dostuna sədaqətinin, bağlılığının bariz nümunəsidir.
“Bunlar tariximizdir yazıram ki, unudulmasın. Siz də sağ olun ki,
maraqlanırsınız.”-deyə xoş niyyətimizi uğurlayan Azad Qaradərəlinin “Eldar
Baxışın ad gününə”yazısından bir parçanı təqdim edirik:
“Eldar möcüzə idi. Poeziyasıyla, publisistikasıyla, yeyib-içməyiylə,
yeriməyiylə, adicə həyat tərziylə. Məsələn, dostunun qızının şəxsiyyət vəsiqəsi
almasını bayram kimi qeyd etməsini təkid edirdi və fəhlə dostunu buna inandırırdı

  • müstəqil ölkənin vətəndaşının pasport alması elə bayramıdı də!
    Yaxud, o qızının soyadını elə özü kimi Baxış yazdırmışdı və hamıya da milli
    soyad götürməyi məsləhət görürdü – elə bil tələsirdi, ürəyinə dammışdı ki, bunu
    sonralar qulaqardına vuracaqlarg
    Eldar özgür şair idi. Hamının şairi olmasa da, hamıların sevgisini qazanmışdı:
    Anam deyir ki,
     
    Allah hamının Allahıdı –
    yaxşının, pisin,
    əyrinin, düzün
    namərdin, mərding
     
    Allah hamının Allahıdı,
    Ancaq mən
    Hamının şairi
    Ola bilmədim, anag
     
    Eldar verilişin təsdiqinə qol çəkən yerdə müavininə yer qalmazdı. Eldar söz
    deyən məclisdə hələm-hələm adam danışmağa ürək eləməzdi. Eldar ilk dəfə şeirə

ünvan, ad gətirdi – katibə (“Ala-bula adam”), prezidentə (“Məktub”) yazdığı
şeirlərdə sözünü düz-düzünəqulu deməkdən çəkinmədi. O yazırdı: “Venesuellada
Sessar Valexonun sözünün başına döyürdülər, Fransada özünün başına, ancaq o,
sözünün başına döyülən yerdən qaçıb, özünün başına döyülən yerdə yaşayıb, şair
özünün başına döyülən yerdə yaşaya bilər, sözünün başına döyülən yerdə yox!”
Tənqidçi alim Vaqif Yusifli dostundan ayrı keçən bütün illərin ağırlığını,
nisgilini, acısını, Eldarsızlığını bircə cümləylə ifadə etdi: “Eldar Baxış bənzərsiz
şair idi, dostum idi.”
Özü, “Ölsək də tapmarıq əncam ölümə” deyib, təkrarsız nəfəsli şair Qulu
Ağsəs.
Amma Eldar Baxışdan bir ayrı cür danışdı. Sanki DOSTunun (məhz böyük
hərflərlə) da “ölümə bir can borclu” olduğunu qəbul etmək istəmirdi:
“Eldar Baxış Azərbaycan ədəbiyyatının unikal şəxsiyyətlərindən biri
olub. Xasiyyəti və yaradıcılığı ilə kişi bir adam idi. O əlində qələm tutanda
da kişi kimi tuturdu, kövrələndə də kişi kimi kövrəlirdi, məğlub olanda da kişi kimi
məğlub olmağı bacarırdı.
Eldar Baxış poeziyası məğrur poeziyadır.Onun şeirlərində fağır misra
yoxdur.O misralarında da qabağından yeməyən adam idi.
Olur ki, ədəbiyyatda ikiləşmə olur. Onda ikiləşmə yoxdu. Eldar Baxış axır
sözünü əvvəl deyən adam idi.
Biz onunla Azərbaycan televiziyasının radio proqramında çalışmışıq. Demək
olar ki, hər gün onun kabinetində ədəbi aləmi vərəqləyirdik.
Eldarın hər şeyə özünəməxsus baxışı vardı. O şeirə də, həyata da, sevincə də,
oluma da, ölümə də özünəməxsus yanaşırdı.
Həyatının son anlarında mən onunla bağlı “Yol” proqramında bir verliş
hazırladım. Kim inana bilərdi ki,o cüssəli, canlı adam – sıxılıb bambalaca qalacaq?
O çəkiliş zamanı verlişin rejissoru göz yaşlarını saxlaya bilmirdi. Mən onda bu
lövhəni belə adlandırdım”:Şair ölüm ayağında deyil,Ölüm şair ayağındadır.”
Eldar mənə çox doğma idi. Dünyasını dəyişəndə sona qədər onunla
oldum. Onun qardaşı yox idi.Ona qardaş mən oldum. Yuyulmağa mən apardım,
qəbir evinə də mən yola saldım. O xatirələrimin canlı sakinidir.
Eldar BaxışınAzərbaycan ədəbiyyatdakı yeri həmişə görünür. Artıq
poeziyanın Eldarsız qalmasından 18 il keçir…Mən onun şeirlərini hər zaman
oxuyuram. Şeirləri təkrarsızdır. Elə tək “Sərçə balası”nı götürün. Elə hamısı… Tək
qalanda Eldar Baxış şeirlərinə üz tuturam. Bəzən dərdimi, sevincimi, kədərimi,
ağrımı demək üçün gözüm onu axtarır. Mən Eldarın timsalında çox nüfuzlu bir
dost, qələm adamı itirdim.
O 48 il yaşadı, 49-a keçmişdi. 50 -yə çata bilmədi.
Eldar Baxış həyatın “plansız təsərrüfat” olduğunu bilmədi.
O çox şey düşünürdü, planlaşdırırdı, həyata keçirmək istəyirdi. Təəssüf ki,
Tale Eldar Baxışa bu şansı tanımadı.”
Eldar Baxışın nurlu xatirəsinə işıq salan bu yazını hazırlayarkən kiçik bir
araşdırma aparıb, haqqında yazılanları diqqətlə oxuduq. Xeyli maraqlı materiala
rastladıq. Onların içində istedadlı gənc yazar Cavid Zeynallının şairin ailə üzvləri
ilə söhbətləşdiyi “Sərçə balası”, xüsusilə, diqqətimizi çəkdi. Müsahibənin illərin o

üzündən günümüzə daşıdığı informasiyanın bəzi qaranlıq mətləblərə çıraq
tutduğunu nəzərə alıb, bir hissəsini diqqətinizə çatdırmağı qərara aldıq.
Şairin bacısı Ceyran xanımın C.Zeynallıya dediklərindən:
“…Biz üç qardaş, bir bacı olmuşuq. İki qardaşım Eldardan əvvəl dünyasını
dəyişib. 1996-cı ildə Eldar məni tək qoyub getdi. Atamız kolxoz sədri işləyirdi, biz
uşaq olanda infarktdan dünyasını dəyişdi. Yetimçiliklə böyüdük.

  • Eldar Baxışın ölümü müəmmalı qaldı. Hər kəs bu ölümü öz bildiyi kimi
    yozur. Düşünürəm, bacısı kimi siz daha doğrusunu danışa bilərsiniz…
  • Eldar 95-ci ildə fars rejimi ilə bağlı kəskin bir yazı yazmışdı. O vaxt belə
    deyənlər də olmuşdu ki, İranın işidir. Rafiq Tağının ölümündən sonra bu, mənim
    ağlıma batdı. Eldarın 18 illik dostu var İbrahim, “Semaşko” xəstəxanasında aptek
    müdiridir. İbrahim zəng vurub ki, gedək yeyib-içməyə. İndiki TQDK-nın yanında
    “Tural” kafesi vardı, gedirlər orda yemək yeməyə. Eldar xəstə yatanda mən ondan
    müsahibə götürmüşdüm, həmin kaset Mirşahindədi. Eldar həmin müsahibəsində
    demişdi, biz kafedə yerimizi tutandan sonra Prezident Aparatının işçiləri də gəlib
    yanımızda əyləşdilər. Başqa stolda da Füzulidə kolxoz sədri işləyən üç-
    dörd adam vardı. Deyir, biz stolu birləşdirdik. Mən soruşmuşdum ki, Eldar, içkilər
    butulkalarda qoyulurdu yoxsa, qədəhlərdə gəlirdi? Cavab verir ki, yox, süzüb
    gətirirdilər. Öz-özümə dedim, elə orda evimizi yıxıblar. Çörək də alınma çörək
    olmayıb, kafedə bişiriblər. Deyir, boşqabda bir tikə vardı, çəngəli üç-dörd dəfə
    həmin tikəyə batırıb, çəkildim. İstəmirdim yeyəm o tikəni. Amma süfrədə yeməyə
    başqa şey olmadığına görə həmin tikəni yeməyə məcbur oldum.
    … məni çağırıb əlimdən tutdu ki, bacı öləcəm. sən qağamın torpağı, get
    Xırdalan qəbiristanlığına, lap axırıncı təpənin başında mənə yer ayır, ora
    Qubadlının xırda təpələrinə oxşayır. Vəsiyyət elədi ki, mənim ruhum heç vaxt
    qəbirə girməyəcək, Qubadlı alınanda Bakıda qoyma məni, apar kədimizə!
    Xəstə yatanda AzTV-dən, Yazıçılar Birliyindən kimlər gəlib-gedirdilər, baş
    çəkirdilər?
  • Qulu Ağsəsi tanıyarsan, o vaxt AzTV-də işləyirdi. Yaxşı oğlandı
    Qulu. Eldarın ağır vaxtlarında gəlib ağladı ki, Eldar müəllim, bəs deyirdin, elçi
    gedib sənə qız alacam? Sən olmasan, mənim elçiliyimi kim edəcək?! Xəstə
    yatanda Anar iki-üç dəfə gəlib baş çəkdi. Eldarın dostları içində ən sədaqətlisi
    Azad Qaradərəli ilə Aqil Abbas oldu! Anar bir dəfə mənə dedi ki, Eldarın bizdən
    fərqi odur ki, o fəhləylə də, sağıcıyla da, ziyalıyla da, deputatla da dostdur, amma
    biz bu cür deyilik.”
     
    Ay özgələr, heyyyyy!
    Ay özümüzünkülər, heyyy!
    Bu milləti qırın ki, çoxalsın,
    Bu milləti döyün ki, ayılsın,
    Bu milləti öldürün ki, dirilsin,
    qırın, köpək uşağı,
    döyün, köpək uşağı,
     
öldürün… – deyirdi Eldar Baxış. Maraqlıdır, görəsən bu ölkənin uğruna
ölənlər, uğruna yaşamaq üçün mübarizə aparanların – gənc nəslin yaddaşında necə
qalıb?

Ayxan Ayvaz:
 
“Mən onun kitabını vərəqləyəndə bir daha əmin oldum ki, Eldar Baxış
Azərbaycan ədəbiyyatında heç kimə bənzəməyən şairdir. Bəzən belə düşünürəm
ki, bizim ədəbiyyatımızda təpədən dırnağa şair yoxdur, bütün şairlərimiz bir-
birinin təkrarıdır. Eldar Baxış isə dünya poeziyasına baş əyməmiş, öz ruhumuzu,
öz düşüncəmizi şeirlərində qoruyan Azərbaycan şairdir. Onun şeirlərində bizim
sevdiyimiz qızların həqiqi obrazı, qarşılaşdığımız təbii, saf insanlar var. Eldar
Baxışın bütün şeirləri heç bir düşüncəyə, heç bir cərəyana sızmadan öz nəfəsiylə
qarşımıza çıxır. Məncə, o sadəcə özü kimi qaldığı üçün poeziyamızda əvəzedilməz
insandır”.
Əziz oxucu! Biz səninlə yazar və qələm sahiblərinin aracılığı ilə Eldar Baxış
adlı bir dünyaya baş vurduq.Bizim, ömrünü xalqı üçün şam kimi əridən, başdan-
ayağa poeziya mücəssəməsi olan Eldar Baxışı unutmağa mənəvi haqqımız yoxdur.
Şairin oğlu, rejissor-aktyor Tural Ağayevin bir xatirəsi var. Tural bəy C. Zeynallı
ilə söhbətində danışır:
“Atam bir əhvalat danışmışdı, onu xatırladım. Bir xanın nökəri ölür, başqa bir
xan yaxınlarını da götürüb gedir başsağlığına. Yolda çapar xəbər gətirir ki, ölən
nökər yox, xanın özüdür. Xan bunu eşidəndə əmr edir ki, karvanı geri qaytarın.
Vəzir təəccüblənir, xan sağ olsun, bunun hikmətini bizə başa sal, niyə belə edirsən?
Xan deyir, kişi özü öldü də, daha məni kim görəcək ki? Getmirik! Bilirsən, indi də
xan özü ölmüşdü! Atam öləndən sonra elə bil bu adda adam heç vaxt olmayıb.
Məhəmməd Hadiyə yazdığı bir şeiri var:
 
Bir şairi öldürdülər,
Bir ölkənin ortasında,
Ölkə bilmədi, bilmədi…”
 
Eldar Baxış poeziyası bizsiz də illərin o üzünə adlayacaq. Amma biz şairin
işıqlı xatirəsini yaşatmalı, bilməli, xatırlamalı, anmalı, unutmamalı və gələcək
nəsillərə daşımalıyıq.
 
Eldar Baxış

Yer olam, yerlim olasan
Yer olam, yerlim olasan,
Göy olam, göylüm olasan.
Heç nəyə meylim olmaya,
Hər şeyə meylim olasan.

Kim ulduz əkib, kim dərib?
Bu dünya qürbət, mən qərib.
Məni Məcnuna döndərib,
Özün də Leylim olasan.

Demə, sən bağ, mən hasaram,
Demə, sən tərlan, mən saram.
Səni bağrıma basaram,
Lap belə ölüm olasan.
Yaş dayanıb aramızda
Xoş gəlib bu görüşümüz,
Xoş dayanıb aramızda.
Bu əl mənim, o əl sənin,
Boş dayanıb aramızda.

Bu yeri ya dağıt, ya düz,
Əl at göydən Gün üz, Ay üz,
Sən bir yazsan, mən bir payız,
Qış dayanıb aramızda.

Vaxt var, əyləyə bilmirəm,

Gül var iyləyə bilmirəm,
Heç nə eyləyə bilmirəm,
Yaş dayanıb aramızda.
Bu aranı açmaq gərək
Bu aranı açmaq gərək,
Ara neyləsin, neyləsin?
Gül deyir ki, gül deyiləm,
Arı neyləsin, neyləsin.

Dənizlə güləşən balıq,
Sahildə ilişən balıq,
Dəmir tora düşən balıq,
Tora neyləsin, neyləsin.

Mən demirəm, sən de, fələk,
İndi açılmayan ürək,
İndi deyilməyən dilək,
Sonra neyləsin, neyləsin?
Ora-bura baxma belə
Ora-bura baxma belə,
Sən zamanın gücünə bax.
Zaman o durna köçüdü,
Sən o durna köçünə bax.

Bir az o düzdən aparır,
Bir az bu sözdən aparır,
Bir az da bizdən aparır,
Əkinə bax, biçinə bax.

Bu sevgi nə, bu ölçü nə,
Bu ölçü nə, bu biçi nə?

Baxma gözümün içinə,
Ürəyimin içinə bax.
Qurban olum Yaradana

Qurban olum Yaradana,
Belə gözəl qız yaradıb.
Səni bir az gec yaradıb,
Məni bir az tez yaradıb.

Səni mənə tuş eləyib,
Məni sənə tuş eyləyib,
Bircəcə pis iş eləyib,
Üstümüzdə göz yaradıb.

Dodağa bax, yan içində,
Yanağa bax qan içində,
Ürək boyda can içində,
Sevgi boyda söz yaradıb.
Söz dilimin ucundadı
Söz dilimin ucundadı,
Sözü deyə bilmirəm mən.
Səni necə sevdiyimi,
Düzü, deyə bilmirəm mən.

Demə, qorxuram, ürkürəm,
Mən bir Araz, mən bir Kürəm,
Dərd var içimdə çəkirəm,
Üzə deyə bilmirəm mən.

Bu yadların arasında,

Bu odların arasında,
Bu qurdların arasında,
Quzu deyə bilmirəm mən.
Gözüm gözünə sataşa
Gözüm gözünə sataşa,
Görəsən gözüm nə deyir.
Üzümü qoyam üzünə,
Görəsən üzüm nə deyir.

Həm belə əzizlənəsən,
Həm də qaçıb gizlənəsən,
Mənim kimi közlənəsən,
Görəsən közüm nə deyir?

Mənim üz-gözüm danışa,
Alovum-közüm danışa,
Səndə o dözüm danışa,
Görəsən dözüm nə deyir..
Mən üzdəyəm, bir Eldar var
Mən üzdəyəm, bir Eldar var,
Hələ məndən içəridə.
Bu dünya məndən çöldədi,
Tale məndən içəridə.

Sevinc gəlir, qəm bilirəm,
Bu bir qəmi min bilirəm,
Nə çəkirəm, mən bilirəm,
Şələ məndən içəridə.

Mən birin içində minəm,
Mən sevinc içində qəməm,

Mən Kərəm oğlu Kərəməm,
Lələ məndən içəridə.
Dərdlərimi bölüşürəm
Dərdlərimi bölüşürəm,
Birin evə, birin işə..
Bulud gələ göy üzünə,
İsti hava sərinləşə.

Sənə olan təmiz sevgim,
Lalə sevgim, nərgiz sevgim,
Dərya sevgim, dəniz sevgim,
Dayazdırsa, dərinləşə.

Gəzib-gəzib tapam səni,
Gözlərimə təpəm səni,
Tutiyə tək öpəm səni,
Acı ağzım şirinləşə.
Bu da dünyanın axırı
Sənin dodağın, bax, çiçək,
Mənim dodağım, bax, arı.
Çiçək orda, arı burda,
Bu da dünyanın axırı.

Uca boyum bəstə olub,
Sağlam canım xəstə olub,
Mənim ahım tüstü olub,
Mənim bədənim buxarı.

Məndən xanım, ağa dönüb,
Dəniz dönüb, dalğa dönüb,
Həsrətimiz dağa dönüb,

Qalxıb göylərdən yuxarı.
Elə bil ki, mən ovçuyam
Elə bil ki, mən ovçuyam,
Elə bil ki, sən laçınsan.
Göz yaşın gözündən qaçır,
Sən də ki, məndən qaçırsan.

Aramızda yol az deyil,
Yol içində kol az deyil,
Ürək axı palaz deyil,
Niyə ağzımı açırsan.

Mən həm o dağam, həm bu dağ,
Mən həm o tağam, həm bu tağ,
Sevgi ağacdı, mən budaq,
Sən üstümüzdə puçursan.
Sevgi bitmir, istək bitmir
Sevgi bitmir, istək bitmir,
Neynirəm bu şoran yeri.
Mənim könlüm dağ yeridi,
Sənin könlün aran yeri.

Toxum ver əkə bilirəm,
Ağrı ver çəkə bilirəm,
Özümə qiblə bilirəm,
Sən o yatıb-duran yeri.

Sənin o evin-eşiyin,
Sənin o itin, pişiyin,
Sənin o yorğan-döşəyin,
Dünyanın qurtaran yeri.

Sən say saydığını, canım
Sən say saydığını, canım,
Gör, indi fələk nə sayır.
Kim bilir ülgüc nə sayır,
Kim bilir dəllək nə sayır?

Yeyib min il yediyini,
Deyib min il dediyini,
Şaqqıldadır dimdiyini,
Ağacda leylək nə sayır?

Dünya səhradı, biz nərik,
Min ildi gedib gəlirik,
Şeytan nə sayır bilirik,
Bilmirik mələk nə sayır.
Məni aldada-aldada
Çəkib aparır qarışqa,
Dəni aldada-aldada.
Sən də çəkib aparırsan,
Məni aldada-aldada.

Öz sözünü yeridir su,
İçəridən əridir su,
İrədir su, çürüdür su,
Çəni aldada-aldada.

Səhər günü götürür dağ,
Axşamacan gətirir dağ,
Axşam qətlə yetirir dağ,
Günü aldada-aldada.

Quş qonub budaq üstünə
Quş qonub budaq üstünə,
Quşun sözü budaqladı.
Şır-şırın yanı yarpızdı,
Yarpız şır-şır bulaqladı.

Sən az məni üz, – söylədim,
Ayrılığa döz, – söylədim,
Mən könlümə söz söylədim,
Könlüm səni soraqladı.

Uçdum gəldim zöhrə kimi,
O sən deyən yerə kimi,
Həsrətimiz pöhrə kimi,
Ağac kimi yarpaqladı.

Pin It on Pinterest