Bundan Dolayı

Əhvalım korlanıbdı, nitqim daralıb,
Əsəbim coşubdu, qanım qaralıb,
Ölü rəngindəyəm, cöhrəm saralıb,
Sən çıxıb gedibsən bundan dolayı…

Bir yara açmısan sol tərəfimə,
Ötürübdür ağrını hər tərəfimə,
Düşübdür yenədə qəm tərəfimə,
Şe’rlər yazıram bundan dolayı…

Qara buludlar var, başım üstündə,
Bilirsən yerin var, qaşım üstündə,
Uşaq deyilsən ki, yaşın üstündə,
İnciyib-küsübsən bundan dolayı…

Hər inciyən zaman gedəsən gərək?
Mənim ürəyim qırıb didəsən gərək?
Sözlə başımın ətin yeyəsən gərək?
Nə dır-dır salıbsan? bundan dolayı…

İnciyib-küsərlər day belə yox da,
Sözlərinə fikir ver nəfəsin toxda,
Səbrin sonu var naz etmə çoxda,
Tüpürüb gedərəm bundan dolayı…

Mən şair ruhluyam mənlə yola get,
Naməhrəm görəndə qolla qola get,
Sözlərimi dinlə gəl sonra qora get,
Əsərlər yazaram bax bundan dolayı…

Elsevərəm əcəl ipini çəkərəm,
Sənin bostanına daşı dökərəm,
Sifətimdən bir zəhrimar tökərəm,
Qovrulub yanarsan bundan dolayı!

Elsevər Hüseynoğlu
Bakı~28/12/2019 22:²⁰

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Pin It on Pinterest