GenelKültür Sanat

Biz Halab Türkləri olarak İnanırıq və əminik ki, Azərbaycanın ərazi bütövlüyününTürkiyə-Azərbaycan Birliyi təmin edəcəkdir.

Azərbaycan ilə Türkiyə arasında əlaqələrin böyük tarixi var.
Ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələr bu əlaqələri şərtləndirən amillər sırasında yer alır. Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını nümayiş etdirmişlər. 1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun uzun mübarizələr və müharibələr nəticəsində Bakını xilas etməsi Azərbaycan üçün önəmli dönüş nöqtəsi idi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dediyi kimi: “Türk ordusunun Azərbaycana, Bakıya gəlməsi, Azərbaycanı daşnakların təcavüzündən xilas etməsi hər bir azərbaycanlının qəlbində yaşayır. Azərbaycan xalqı həmin ağır dövrdə türk xalqının ona göstərdiyi köməyi heç vaxt unutmayacaqdır”. Anadoluda Qazi Mustafa Kamal Atatürkün öndərliyi ilə aparılan milli mücadiləyə azərbaycanlılar maddi və mənəvi yardım göstərmişlər.
Biz Halab Türkləri olarak İnanırıq və əminik ki, Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunmasını Türkiyə-Azərbaycan Birliyi təmin edəcəkdir.
Türkiyə-Azərbaycan əməkdaşlığı sadəcə dövlətlərimiz arasındakı güclü həmrəyliyə deyil, eyni zamanda, xalqlarımızın paylaşdığı köklü tarix və könül birliyinə söykənir. Türkiyə və Azərbaycan xalqları eyni dildə danışır, müştərək bir tarixi paylaşır. Türkiyə və Azərbaycan qarşılarına eyni coğrafiyada sülh, sabitlik və rifahın təmin edilməsi məqsədini qoymuşlar.
Bu sağlam zəmin üzərində qurulan, “bir millət, iki dövlət” prinsipi əsasında möhkəmlənən əlaqələrimiz siyasi və iqtisadi sahələrdə əldə olunan inkişaf prosesi ilə bugünkü mükəmməl səviyyəsinə çatmışdır. İnanıram ki, Şura mexanizmi sayəsində Türkiyə-Azərbaycan dostluğunu gələcək nəsillərə sarsılmaz bir əməkdaşlıq olaraq əmanət edəcəyiktır.
Eyni zamanda, mürəkkəb və gərgin dönəm yaşamaqdayıq.
Lakin, Qarabağda olan xoşagəlməz olaylardan və ola biləcək hər hansı bir təhlükədən danışmaq,yaranmış sual və müəmmaları gündəmdə tutmaq, ictimai rəydə xüsusilə rus “sülhməramlılarına” güvənimizin olmadığını demək,Qarabağda rus-erməni alyansının işbirliyinin mövcudluğunu dilə gətirmək, vətəndaş narahatlığından, vətəndaşlıq məsuliyyətindən irəli gələn haldır və vacibdir.
Vacibdir ona görə ki, dövlət ictimai rəyi önə çəkə bilsin, ictimai rəydən yararlansın, dövlətimizin əli güclü olsun.
Geridə qalmış dönəmdəki ziyanlı məddahlıq siyasətindən qurtula bilməyən, şəxsi mənfəət və maraqlarını milli mənafe və maraqlardan üstün tutanlar, milli təhlükəsizliyimizə təhlükə olaraq qalmaqdadırlar.
Qarabağda ermənilərlə paralel, belə ziyanlı ünsürlərdən də yaxa qurtarmaq vacibdir.
Zatən bu milli taleyüklü məsələmizdə iqtidar-müxalifət ayrılığı yoxdur, Millət və Dövlət Birliyi vardır.
Azərbaycanlı Türk qardaşlarımıza tövsiyə edirik Halab Türk qardaşlari olarak İndiki dönəmimizdə, ictimai siyasi həyatımızın tək müzakirə mövzusu,milli təhlükəsizliyimizin təminatı barədə olmalıdır.
Yeni dönəmimiz, bütöv və güclü millət, böyük və qüdrətli dövlət olma dönəmidir.Türkiyə ilə Azərbaycan dünyada misli görünməmiş əlaqələrə malik iki qardaş ölkədir.
Türkiyə nəinki Azərbaycanın, eyni zamanda bütün Qafqazın taleyində önəmli rol oynayan üç əsas region dövlətindən (Rusiya və İranla birgə) biridir. Hələ qədim zamanlardan bu ölkə özünün Qafqaz siyasətinə çox ciddi önəm vermiş və bölgədə cərəyan edən hadisələrə fəal müdaxiləsi ilə seçilmişdir.
Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri isə bizim kədərimizdir” və Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” fikirləri həm Türkiyədə, həm də Azərbaycanda iki ölkə arasındakı münasibətlərin tarixini, bu gününü və perspektivlərini özündə dəqiq ifadə edən ən mükəmməl formul kimi qəbul edilməkdədir.
Türkiyə-Azərbaycan əlaqələri indi ən yüksək səviyyədədir.
Türkiyə Azərbaycan – inkşafında hər iki tərəf maraqlıdır.
Türkiyə Azərbaycan üçün beynəlxalq aləmdə müttəfiq və dayaqdırsa, Azərbaycanın da güclü dövlət olması Türkiyənin dünya siyasətində gücünün və rolunun artırması deməkdir.
Ona görə də bu iki dövlətin münasibətlərinin beynəlxalq hüquq normalarından irəli gələn prinsiplər əsasında inkşafı zəruridir.
Bu əlaqələr strateji xarakter daşıyır, dostluq, qardaşlıq prinsiplərinə əsaslanır. Bizi birləşdirən həm tarixi köklər, həm mədəni əlaqələr, bizim keçmişimiz və bugünkü siyasi maraqlarımızdır.

Dr.Muhtar Fatih BEYDİLİ

TÜRKMEN HEKİMLER BİRLİĞİ BŞK.

Pin It on Pinterest