GenelGüncelKültür Sanat

Ay kimi adam – Xəyalə Zərrabqızı

Nazım AHMETLİ

KırımınSesi Gazetesi

Azerbaycan Temsilcisi

Xəyalə Zərrabqızı

Ay kimi adam

“Qadın gülərsə, şu ıssız bəşəriyyət güləcək. Sürüklənən bəşəriyyət qadınla yüksələcək” – deyərək “Peyğəmbər” əsərində qadını “bəşəriyyətin xilaskarı” adlandırırdı Hüseyn Cavid.

Aydan Isəndərzadə
Aydan Isəndərzadə

Bəli, qadın olmaq sözün bütün mənalarında ən ali səadətdir. Bu səadət o zaman daha da ülviləşir və bütövləşir ki, dünyaya fərqli özünəməxsus baxışı olan, bütün mənəvi-əxlaqi, ruhani, irfani gözəllikləri özündə hifz edən uca qadın olasan…

İnsanların həyatına, ömür yoluna nəzər salanda bəzən adama elə gəlir ki, sanki hamı eyni bir ömrü yaşayır. Sanki adamlar bir-birinin yaşamını təkrarlayır. Amma elə insanlar var ki, onların ömrü bənzərsiz bir təcrübə, əvəzsiz bir nümunə olur – insanlıq, fədakarlıq, saflıq, səmimilik və ləyaqət nümunəsi… Aydan xanım İsgəndərzadə məhz o insanlardandır… Üzünün nuru sözlərinə tökülən, qəlbinin paklığı təbəssümlü çöhrəsinə yansıyan, zəka və zəhmətkeşliyin, bilgi, sevgi, xoşgörü, əsalət və nəcibliyin, ülviyyətin simvolu olan həssas xarakterli, zərif davranışlı, hamının qəlbində uca yeri olan fədakar, böyük ürəkli xanım…

Sağlam toplum o zaman formalaşır ki, o toplumu bina edən insanların ruhu və düşüncəsi sağlam olsun. Yeniyetmə və gənclərimizin, körpələrimizin sağlıqlı və təfəkkürlü böyüməsi üçün yorulmaz əməyi olanların ən öndə gedənidir Aydan Xanım.  Zərif çiyinlərini  cəmiyyətimiz üçün mənəvi sütuna çevirən, toplumun sağlam bir şəkildə ayaqüstə dayanması üçün əlindən gələni əsirgəməyənlərdəndi…

Bu qədər gənc yaşında Azərbaycan adını ən ali məqamlarda təmsil edən Aydan xanım İsgəndərzadənin gördüyü və həyata keçirmək üçün üstləndiyi işləri gözdən keçirdikcə, yaşadıqlarını kitab kimi vərəqlədikcə dəyərli Aydan xanımın addımladığı ömür yolunun həm gənclərimiz üçün, həm də bütövlükdə cəmiyyətimiz üçün ən gözəl örnək, ən doğru nümunə olduğunun şahidi oluruq – zəhmətkeşlik, vicdan, ləyaqət,

dürüstlük, sadəlik, səmimilik, təvazökarlıq, ziyalılıq və ən əsası İNSANLIQ nümunəsi…

Aydan xanım İsgəndərzadə 

 2014-cü ildə Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə işi fakültəsini fərqlənmə diplomu ilə müvəffəqiyyətlə bitirib. 2016-2020-ci illərdə İstanbul Universitetinin Tibb fakültəsinin Uşaq və yeniyetmə psixiatriyası ixtisasında uzmanlıq təhsili alıb. İstanbul Universitetinin (Çapa) Tibb Fakültəsinin Uşaq nevrologiya bölməsində asistant həkimi kimi peşə fəaliyyətinə başlayan Aydan xanım 2021-ci ildən isə “Nəfəs” Psixi-Sağlamlıq Akademiyasında Uşaq və Yeniyetmə Psixiatriyası ixtisasında uzman həkimdir.

Haliyədə “Liv Bona Dea” Hospitalının Psixiatriya şöbəsində Uşaq və Yeniyetmə Uzman-Psixiatrı olaraq çalışır. Space Telekanalında “Çox yaşa” layihəsinin aparacısı, eləcə də Səhiyyə Telekanalında “Psixo-Tolk” layihəsinin rəhbəri və aparıcısıdır. 2022-ci ildən etibarən Azərbaycan Tibb Universiteti Psixiatriya Kafedrasının doktorantıdır. 2021-ci ildən etibarən Azərbaycan Psixitariyasına Dəstək İctimai Birliyinin həmsədridir. Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə həyata keçirilən Psixi Sağlamlıq Xidmətlərinin Münaqişədən Sonrakı Dövrdə Koordinasiyası və Transformasiyası layihəsi çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Ölkə Ofisi tərəfindən Psixi Sağlamlıq Çətinlikləri üzrə Fəaliyyət Proqramının (mhGAP) təlimçi mütəxəssisi kimi çoxşaxəli fəaliyyət göstərməkdədir.

Dünya şöhrətli psixiatriya alimləri Prof. Dr. Nusret Soylu, Prof. Dr. Roy Kiessling, Leigh Povia, Prof. Dr. Zümra Atalay və digərləri tərəfindən təşkil edilən çoxsaylı beynəlxalq treninq-təlimlərdə iştirak edərək sertifikatlara layiq görülmüş, çoxlu sayda Psixiatriya Konqresləri, simpoziumları və konfranslarında məruzələrlə çıxış etmişdir. Türkiyə Tibb Dərnəyinin, Türkiyə Psixiatriya Dərnəyinin və Türkiyə Uşaq və Yeniyetmələr Psixiatriyası Dərnəyinin üzvüdür. Ankarada fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Psixiatriya sektoruna rəhbərlik edir. Azərbaycan, ABŞ, Almaniya, Türkiyə, Rusiya və digər ölkələrin yüksək impakt faktorlu, nüfuzlu jurnallarında işıq üzü görən elmi məqalələri ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda geniş oxucu auditoriyasının böyük marağına səbəb olub.
Etiraf edim ki, mən Aydan xanımın ətraflı müzakirə mövzusu olaraq açdığı “Uşaqlarda qorxu hissi”, “Yeniyetməlik dövrünün psixolojik xüsusiyyətləti”,  “Məktəb fobiyası nədir?”, “Diqqət əksikliyi və hiperaktiv pozuntu”, “Uşaqlarda cinsi tərbiyə”,”Uşaqlarda autizm” və bu kimi digər məsələlərlə bağlı söhbətlərini dinləməklə bir valideyn kimi bilmədiklərimi öyrənmiş və onun doyulmaz söhbətləriylə həmişə özümü tərbiyə etməyə çalışmışam.

Böyük maarifçi Həsən bəy Zərdabi yazırdı ki, “Maarifdən və ziyalıdan uzaq bir xalq işıqdan məhrumdur”

Nə mutlu bizə ki, Aydan xanım kimi ziyalılarımızın daxili dünyasının işığı hesabına qaranlığımız aydınlanır. Aydan xanım  fərd olaraq sadəcə həyatına toxunduğu hər bir uşağın və ya yeniyetmənin deyil, bütövlükdə cəmiyyətimizin sağlam təfəkkürlü gələcəyi üçün nəhayətsiz çaba göstərməkdədir.

Bu həyatda istər yaxşı həkim olsun, istər yaxşı müəllim, hər bir peşə sahibinin mayəsində insanın şəxsiyyəti dayanır. Şəxsiyyətində, xarakterində yarımçıqlıq olan adam heç vaxt böyük iş ortaya qoya bilməz. Bu mənada, Aydan xanım şəxsiyyəti ilə sözü, əməli bir-birini tamamlayan bütöv bir insandır.

Nə mutlu bizə ki, tövsiyələrindən, söhbətlərindən, müsahibələrindən faydalandığımız, sözündən, hətta sərgilədiyi duruşundan belə xanımlıq, xatunluq, əzəmət öyrəndiyimiz Aydan xanım var həyatımızda. Nə yaxşı ki Var!…

İnsanın daşıdığı ad sanki həm də dışına yansıyan iç dünyasıdır, daxili mahiyyətidir… Ay kimi nurlu Adam, Ay təki duru Adam, Aydan qopan Adam, Ay kimi Adam…

Aydan xanım İsgəndərzadə… nəhayətsiz sevgimizin və təşəkkürlərimizin ünvanı…

Özü ən ləyaqətli örnək olmaqla, valideyn kimi bizlərə ayna tutan, yavrularımıza olan münasibətimizi və  düşüncəmizi formalaşdıran, övladlarımızın mənəvi dünyasını inşa edən, möcüzəli toxunuşuyla bizi biz edən, ruhumuzu yenidən yapan Memar… 

Sadəliyin və səmimiyyətin böyüklüyünü öz şəxsində bütövləşdirən uca ürəkli Adam…

Ülfət zamanı böyüklə böyük olan, uşaqla uşaqlaşan qayğıkeş Adam…

Təkcə özünün, daşıdığı soyadın, mənsub olduğu ailənin üzağlığını deyil, hətta əmək kitabçasının belə ləyaqətini qorumağı bacaran məsuliyyət nümunəsi Adam…

Çiynini cəmiyyətimiz üçün mənəvi sütun edən, qarşılaşdığı xarakterlərdəki naqislikləri, kələ-kötürləri rəndə kimi hamarlayan, sağlam bir nəsil yetişdirmək üçün yorulmaq bilmədən çalışan  fədakar Adam…

Allah həmişə dağına baxır, qar verir, ağacına baxır, bar verir… Aydan xanım Allahın ona verdiyi ömür payını – zamanını, bir saniyəsini belə boşuna xərcləmədən dəyərləndirir, insanların və insanlığın xidmətində son dərəcə vicdanla, ləyaqətlə dayanır.

Vicdanlı vətəndaş və vətəndaş ziyalı olmağı bacarmaq bütün varlığıyla, ruhuyla özünü xalqı yolunda fəda edə bilməkdi ki bunu da hamı bacarmır… Hər kəsin sevimlisi, sidq ürəklə sevdiyi və inandığı, ürəklərdə güvən qazanan İnsan olmaq statusunu da Tanrı hər adama nəsib etmir. Ürəyimizdə çox böyük ucalıqdasınız, Aydan xanım!

İnsan yetişdirməkdən, şəxsiyyət formalaşdırmaqdan daha çətin və şərəfli peşə yoxdur!

Sizin bu böyüklüyünüz və ülviyyətiniz qarşısında baş əyirəm, dəyərlim Aydan xanım! Əllərinizdən öpürəm!

Ünvanınıza söylənən bütün xoş kəlmələr öz halal zəhmətinizin bəhrəsi, Ana südü kimi halal haqqınızdır. Uca Tanrı nurlu çöhrənizdə təbəssüm mənbəyi olan səbəbləri Sizə, Sizin varlığınızı isə millətimizə doyunca versin! Sizə yorulmaz fəaliyyətinizdə bol-bol başarılar diləyi və sonsuz sevgilərimlə…

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest