GenelKültür Sanat

Unudulmaz Ünsizadələr

İsmayıl bəy Qaspıralının əqidə və məslək doslarını- Ünsizadələri unutmayın….

Ahmet Arkun Ünsi İstanbulda ömrünün ahıl çağlarını yaşayanda ondan bir Facebook məkyubu almışdım.O,Azərbaycan kökənlidir. Görkəmli Azərbaycan maarifçisi, “Həyat” qəzetinin rəhbərləri Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev və Əlimərdan bəy Topçubaşovun yazdıqları kimi,  türk dünyasının fazilərindən biri olan Hacı Səid Əfəndi Ünsizadə nəslinin qohumlarından bir, – nəvəsi kimi əsli-nsli ilə fəxr edirdi.Artıq bir neçə gündür ki,Ünsizadələr nəslinin sonuncu mogikanı dünyasını dəyişmişdir. Bu xəbəri ilk dəfə nəəsi Selen Arkun özünün feysbuk səhifəsində İlk dəfə nəvəsi Üsizadələri tanıyanlarla bölüşmüşdü:”Canım babam Ahmet Arkun bugün kaybetdi.Canazeyi yarln (22.01.2020-N.N.) SAKİRLİ CAMİİDƏN ikindidə kaldlracağız

(26.07.1933-21.01.2020)”

xuduq ,kdərləndik.Qohum-əqrəbalarına başsağlığı verdik,dərdlərinə şərik olduq.Allah rəhmət eləsinMəkanı cənnət olsun.

Ahmüet Arkun mənim Facebook dostlarımdanidir. Dünyaya səpələnmiş Ünsizadələr haqqında bəzi məlumatları ondan öyrənirəm. Onun arxivindn bizə gəlib çatan bir foto şəkli oxuculara bir neçə dəfə ünvanlamışam. Şəkildəkilərdn təkcə birini-Ünsizadələrin  nəvvadələrindən birini -tanıyırdim. Bir neçə dəfə ona məktub ünvanlasam da, cavab ala bimirdim. Qalanlarını da oxuculara tanıtmaq istəyrdim.

Şəkil hər dəfə oxucular tərəfndən rəğbətlə qarşılanmışdır.

Haşiyə.

Mənim FACEBOOKdakı yazılarımın oxucuları az olur. Tanışlardan bəziləri mənə irad tuturlar  ki, niyə vaxtını belə axtarışlara sərf edirsən? İndiki oxucularrın  belə nəsnələrə marağı yoxdur.

Hətta biri – bir toy tamadası bir dəfə yazırdı ki, elə nəsnələrdən söz aç ki, hamıya maraqlı olsun. Mən dostuma cavab verdim ki, qardaş ,mən şou əhli deyiləm. Mən məni maraqlandıran, bəzi akademiklərin belə bilmədiklərindən yazıram. Onlara nəyisə başa salmaq istəyirəm. Mən hər qalstuklu ziyalıların yox, ziyalı, işşıqlı adamların dostuyam. Sözüm də maarifdir, işim də, gücüm də. Əgər yazıma “Kəndimizdə filankəsin qara qoyunu ağ quzu balaladı” başlığı yazsam, türklər demişkən, həmən ( o dəqiqə) reytinqim yüksələr. .

Mənim belə reytinqə ehtiyacım yoxdur.

Arada fikirlşirəm ki, bəlkə mən yazıları ünvanlamağı bacarmıram? Yox, bu da deyil. Bəs səbəb nədir ki, məni oxuyanların sayı az,qınayanların sayı çoxdu?

Nə isə…Biz mütaliə mədəniyyətimizi yüksəltməliyik. Səhvləri etiraf etməyi bacarmalıyıq.

Budur məsələ!

Haşiyənin sonu…

***

Mən Hacı Səid Ünsizadni dünyaya tanıdanlardan biriyəm.

2017-ciildə yazdııq ki,..Səid Ünsizadənin foto şəkli tapıldı,elə bilrdim ki,hamıdan təşəkkürləe eşidəcəyəm.Təəssüf ki,belə olmadı.

Nazim Nasraddinov adlı şəxsin şəkli.

          “Səid Ünsizadənin foto şəkli tapıldı” cümləыштэ   AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu da öz münasibətini bildirmədi.Amma bildirməli idi.

Bu gün XIX əsrin maarifçilərdən danışırıq. Biz bu məqamda Həsən bəy Zərdabidən sonra mütləq Səid Ünsizadəni xatırlamalıyıq.İctimai fikir tariximizdən yazanlar hmısı mütləq Səid Ünsizadəni tanımalıdır. Onların elmi mülahizələrində bu meyil,bu xətt yoxdursa, deməli, müəllifin savadı o söz…

Hansı söz olduğunu özünüz müəyyənləşdirin….

Bu gün  “Əkinçi”dən kitab-kitab söz yazırlar, lakin onun ən fəal davamcısı Səid Ünsizadəni  və onun “Ziya” qəzetini unudurlar. Əkinçinin redaktoru Həsən bəy Məlikov kimlərinsə fitvası ilə Bakıdan uzaqlaşdırılanda,Zərdaba-doğulduğu məkana sığınanda Səid Ünsizadə onu Ziya qəzetində işləməyə dəvət etmişdi. H.Məlikov  “Ziya”  qəzetinin xarici ölkə müxbiri vəzifəsinə etinasızlıq göstərmişdi. Bu,çox güman ki,ailə qayğılarının çətinliyinə görə  idi.H.Məlikov gənc ailəsini ölkədən uzaqlaşdırmaq istəməmişdi.

  Səid Ünsizadənin böyüklüyünə  dövlət səviyyəsində ilk dəfə qiymət verən.ümummili liderimiz  Heydər Əlitev olmuşdur.

 Heydər Əliyev cənablarının  imzaladığı  “Dövlət dilinin tətbiqi işinin  təkmilləşdirilməsi haqqında” 18 iyun  2001- ci il tarixli  506 nömrəli  Fərmanda deyilir: 


“XIX əsr ədəbi dilimizin inkişafı xalqımızın həyatında baş verən köklü bir hadisə ilə yaxından bağlıdır. Bu, Azərbaycanın ikiyə parçalanması və nəticədə iki ayrı dövlətin tabeçiliyində bir-birindən fərqli mədəni mühitdə yaşamağa məhkum olması hadisəsidir. Müstəmləkəçilik siyasəti ilə yanaşı, Rusiyanın Şimali Azərbaycanda oynadığı mədəniləşdirici rol başqa elm sahələri kimi, dilçiliyin də inkişafına zəmin yaratmışdır. XIX əsrin ortalarından etibarən Azərbaycan dilinə aid bir sıra dərsliklər və dərs vəsaitləri yazılıb nəşr olunmuşdur. Milli maarifçi ziyalılar özləri ana dilini öyrənməyin, onu qoruyub saxlamağın ən əsas yolunun məktəblərdə tədrisin ana dilində aparılmasında gördüklərindən, Azərbaycan dilinə aid dərsliklər və lüğətlər yazmağa başlamışlar.

Azərbaycan dilinə dair ilk dərsliklərin yazılmasında o dövrün görkəmli maarifçiləri Mirzə Kazım bəy, Mirzə Şəfi Vazeh, Seyid Əzim Şirvani, Aleksey Çernyayevski, Mirzə Əbülhəsən bəy Vəzirov, Seyid (Seyid əvəzinə, Səid oxuyun. Mətndə texniki səhv baş vermişdir-N.N.)  Ünsizadə, Rəşid bəy Əfəndiyev, Sultan Məcid Qənizadə, Məmmədtağı Sidqi, Nəriman Nərimanov, Üzeyir Hacıbəyov, Abdulla Şaiq və başqalarının xidmətlərini qeyd etmək lazımdır.

Zaman keçdikcə dövrün tələbinə uyğun olaraq Azərbaycan dilinin istifadə dairəsi də genişlənmiş, onun tətbiqinin və inkişafının elmi əsaslar üzərində aparılması ehtiyacı meydana çıxmışdır”.

Dünyaya səpələnmiş Ünsizadələri Azərbaycan oxucularına da,türkdilli oxuculara da tanıtmaq mütləq lazımdır.Biz bu nümunəni İsmayıl bəy Qaspıralıhər gün oxuculara tanıdan Türkiyən yayımlanan “Kırımın sesi” qəzetinin yaradıcı heyətindən mütləq öyənməliyik.

Görkəmli maarifçi İsmayıl bəy Qaspıralı haqqında çoxlu elmi-tədqiqat işləri yazılmışdır.Çox sağ olsunlar. Onlar  türk dünyasının bu ləyaqətli ideoloqunu,ziyalısını,aydınını tərcümanını dünyaya tanıdırlar.Təəssüf ki, Səid Ünsizadə və İsmayıl bəy Qaspıralı mövzusu hələ də öz ciddi tədqiqatçısını gözləyir.Maraqlı burasındadır ki,mənim bu mövzuda yazdığım elmi-tədqiqat işlərim  elmi kataloqlara düşsə də,elmi mənbələrdə bu yazılara hələ də ietinasızlıq göstərirlər.

Yenə də sərt danışıram. Akademiklərimiz ya bu yazıları oxumur, ya da onların ciddi tədqiqat işi olmasına inanmırlat.qəbul etmirlər.

Səid Ünsizadə XIX əsr ictimai fikir tariximizin şanlı səhifələrini yazmışdır. Bu səhifələr tarixə düşməlidir. Dünya onu  pedaqoq, yeni üsullu məktəb yaradıcısı, ilk milli dərsliklər müəllifi, Tiflisdki ali pedaqoji institutun-Aleksandr Müəllimər İnstitutunun  müəllimi, bir sıra relmi-pedaqoji isalələr yazarı, görkəmli din xadimi,milli litoqrfiya, tipoqrafiya  yaradıcısı,naşir,ən baçlıcası türk dünyasına ana dili əvəzi olan “Ziya” kimi mətbu orqanın yaradıcısi,iti qələmli,aydın düşüncə tərzli publisist, “Hümayünnamə”nin (“Kəlilə və Dimnə”) tərcümçisi,Türkiyə Maarif Əsası (üzvü) kimi daha dərindən tanımalıdır.

Mən yazıram ki, İ.Qaspıralı ilk türkdilli, iri həcmli yazılarını “Ziya” qəzetində çap etdirib, alimlərdən səs şıxmır.

Mən deyəndə ki, İ.Qaspıralının 1881-ci ildə Tiflisdə “Ziya” mətbəəsində çap etdirdiyi “TONĞUÇ” jurnalında Səid Ünsizadənin marifçilik ideyaları geniş şəkildə işıqlandırılıb, yenə də alimlərimiz bu sözləri eşitmirlər. 

Mən israrla deyəndə ki, Səid Ünsizadəyə abidə ucaldılmalıdır,yenə də səsim eşidilmir.

Bu tanıtmanın əsasında onun tərcümeyi-halının maraql məqamları mütləq araşdırilmalıdır.

Nə isə…

Azərbaycan fililoji elmində Səid Ünsizadənin təvəllüd və qeyb tarixi həmişə mübahisli olmuşdur. “Həyat” qəzetinin 1905-ci ildəki 21-ci nömrəsində dərc  olunmuş bir matəm xəbərli yazıya gorə  Səid Ünsizadənin  1825-1905-ci illərdə ömür sürdüyü anlaşılırdı.Bu faktı elmi ictimaiyyətə ilk dəfə mən çatdırmışdim.Sonrakı araşdırmalardan sonra məlum oldu ki,Səid Ünsizadənin tərcümeyi haına aid faktlar dəqiqləşdirilməlidir.

İstanbulda Fateh Camii  hazirəsindəki qəbir daşındakı yazıya görə onun 80 il yox,61 il  yaşadığı məlum  olur.

Deməli,biz indi Səid Ünsizadönin 1842-ci ildə Şamaxıda anadan omasını,1903-cü ildə dünyadan köçdüyünü bəyan etməliyik.

Səid Ünsizadənin həyatının idiyədək bizə məlum olmayan bir sıra məqamlarını onun qohumlarından biri -Zaur Səmədov (Ünsizadə) ortalığa çıxarmışdır.Ünsizadələr- Zaurun ana tərəfdən olan qohumlarındandır.Səid Ünsizadənin qəbrini tapıb üzə çıxaran da,onun foto şəklini ilk dəfə mənə göndərən də məhz Zaur Səmədob-Ünsizadədir.

Zaurun nənəsi həkim işləyirdi. 1990-ci illərin əvvəllərində rəhmətlik dostum professor Xeyrulla Məmmədovun məsləhəti ilə mən o həkimlə iki dəfə ünsiyyət qurmuşdum. Sonralar həkim dostumuz evini dəyişdiyinə görə və əlaqələrimiz kəsildi.

Zaur Səmədov,  bəlkə də, nənəsini görməyib. Amma o, nənəsini zəngin aiıə arxivini  bu gün də araşdırır. Zaur bu araşdırmalar zamanı orada  mənim telefon nömrəmi  görmüş və biz  dəfələrlə telefonla Ünsizadələr haqqında danışmışdıq. Söhbətlərdən belə məlum oldu ki, Azərbaycandakı Ünsizadələr XIX əsrin 90-cı illərində bəzi bədxahların dedi-qodusundan bezib  Türkiyəyə pənah aparam  öz babaları haqqında danışmaqdan ehtiyat etmişlər. Yaxşı ki, Ünsizadələrin  Şamaxı,Bakı və Göyçayda yaşayan nəsil davamcıları zəngin  ailə arxivini 37-ci il repressiyasından qoruya bilmişlər.

Nədənsə, bu qorxu hələ də var.

Zaur- Ünsizadələri Amerikada axtamaq istəyirdi.Mən onu İstanbula yönəltdim.Zaur babalarını axtarmaq üçün İstanbula üz tutdu.Biz İstanbul və Ankara  Ünsizadələrinin şəkillərini elmi ictimaiyyətin nəzərinə yönəltdik.  Ən əsası Səid Əfəndinin  və  onun qardaşı Cəlal Əfəndinn  şəkilləri hörmətli dostumuz Akif Aşırlının Mətbuat Muzeyinə düşdü.Mən hörmətli millət vəkilimiz Qənirə Payayevanın bu şəkillərin önündəki düşüncələrinin bircə anını əks etdirən foto şəklini 2017-ci ilin ən yaxşı foto şəkli kimi qiymətləndirirəm.Düşünürəm ki,Ünsizadələrin  ictimai həyatımızdakı rolunu elmi ictimaiyyətə şatdırmaqda onun köməyinə ehtiyacımız vardır. 

Mənə elə gəlir ki,Zaur  Amerika axtarışlarına da başlamalıdır.Ünsizadələrin qohumlarının bir neçəsinin  – Atamalıbəyovların Amerika  qohumlarında da maraqlı materiallar ola bilər.Keçən il Səid Ünsizadə nəslinin  İstanbulda var olan nəvələrindən birinə -FACEBOOK dostum Ahmet Ünsi Arkuna sörğu göndərmişdim:

“Hörmətli Arkun Bey Efendi Ünsi. Salam

Cavan Arkunlara tapşırın ki,mənimlə əlaqə saxlasınlar.Mən Ünsizadələri (Ünsiləri) bütün  dünyaya mütləq tanıdaçağam!!

Mümkünsə, İsmayıl Şilyanski və Seyfulla Atamalıbəyov haqqında,eləcə Cəlaləddin (Cəlal) haqqında mənə məlumat verin. Yazıları  türkcə də, ingiliscə də yaza bilərlər.  Bu iş çətidirsə, advokat (hüquqçünas ) Arkunlardan xahiş edin ki, dünya ziyalıları Ünsizadə Səidi (Sait Ünsini) yaxşı tanısınlar

Qoy dünya bilsin ki, Sait Ünsi türk dünyasının fazillərindən biridir.

30.04.2019.

P.S.Sait Ünsinin olum və dünyadan köçmə tarixini belə yadda saxlayın.

(1842,Şamahı(Şirvan)-1903,İstanbul)
[email protected]

 O vaxt ömrünün ahıl çağlarını yaşayan Ahmet Arkun  Ünsidən cavab gəldi:O,məktubuna bir neçə şəkil də əlavə etmişdi. 

Nazim Nasraddinov adlı şəxsin şəkli.
Nazim Nəsrəddinov
Nazim Nəsrəddinov

Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının Əməkdar müəllimi,türkoloq.

01.05.2019.

Ədəbiyyat siyahısı

1.”Ziya” qəzeti(25.01.1879-26.06.1884)

 2.” Tonğuç ” jurnalı,Tiflis,1881.

3.Hacı Səid Əfəndi Ünsizadə.Təhzibül-əxlaq.Tiflis,15 mart1882.128

4.Azərbaycan Prezidenti Heydər Əliyevin “Dövlət dilinin tətbiqi işinin  təkmilləşdirilməsi haqqında”

       18 iyun  2001- ci il tarixli  506 nömrəli  Fərman

5.Nazim Nəsrəddinov.Türkdilli mətbuatımızın «Ziya»lı səhifələri və yaxud qaranlıqda və

      alatoranlıqda qalan «Ziya» qəzeti.   “Məktəb guşəsi”. 03.01.2019

6..Nazim Nəsrəddinov .   Maarif və mədəniyyət  tariximizdə silinməz imzalar-

        Ünsizadə qardaşlar. “525-ci qəzet”. 21.02.2015.

7.Nazim Nəsrəddinov. Ziya-135 və yaxudtürk dünyasının Tiflisdən boylanan

          günəşi.  Ayna.az.  21.01.2014

Pin It on Pinterest