GenelGüncelKültür Sanat

Türkün tarixinə işıq salan pyeslər

Nazım AHMETLİ

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

Türkün tarixinə işıq salan pyeslər

 Yunus Oğuzun pyesləri haqqında 

Yunus Oğuz
Yunus Oğuz

 Tarixi romanlar müəllifi Yunus Oğuzun yaradıcılığında dramaturji xətt də önəmli mövqeyə malikdir. Onun tarixi mövzuda qələmə aldığı “Attila”, “Altun dəftər”, “Nadir şah” pyesləri yazıçının yalnız tarixi roman janrında deyil, dramaturgiyada da öz dəst-xətti ilə seçildiyinin bariz sübutudur. Türkün tarixində işıqlandırılmayan, qaranlıq qalan, zaman-zaman gizlədilən bir sıra məqamlar mövcuddur. Yunus Oğuzun tarixi romanları və pyesləri məhz bu məqamlara işıq salır.

Attila” pyesi. Yunus Oğuzun 2008-ci ildə çap olunan “Attila” pyesinin ideoloji əsasını müəllifin 2007-ci ildə işıq üzü görən “Türkün tarixinə yeni baxış” adlı elmi tədqiqatı təşkil edir. Yazıçının daha sonralar yaradıcılığından qırmızı xətt kimi keçəcək ideoloji məqamlar “Attila” əsərində rüşeym halında öz əksini tapıb. Yunus Oğuzun tarixi mövzuda ilk əsəri olan “Attila” milli kimlik və türkün tarixi, tarixin türkə münasibəti kimi məsələlərin həlli baxımından uğurlu debüt idi. “Attila” pyesində böyük Hun sərkərdəsi Attilanın Qərbə yürüşləri fonunda türk tarixinin şanlı səhifələri işıqlandırılır. Hun sərkərdəsi Attilanın qarşısına qoyduğu əsas məqsəd əcdadları iskitlərin şanlı tarixini yenidən yazmaq, Xəzərdən sonuncu dənizə qədər əraziləri hun hakimiyyəti altında idarə etməkdir. Qərbdə “tanrının qırmancı” adlandırılan Attila şaman Atakamın onu imperator olacağı ilə bağlı kəhanətini reallaşdırır və Böyük Hun İmperatorluğunun əsasını qoyur. Attila sözün böyük mənasında TÜRK-dür. O, yaxşı başa düşür ki, türkün var olması və tarixdə hökmran kimi qalması üçün onun kökünü, keçmişini bilməsi və bu bilgini nəsillərdən keçirib gələcəyə daşıması vacibdir. Aesiy türklərin qədim kökləri haqqında topladığı məlumatı Attilaya təqdim edir. Bu iki sərkərdə arasında baş tutan dialoq türkün gizli tarixinə işıq salır, oxucunu dərindən düşünməyə və tarixi sorğulamağa vadar edir:

“Aesiy (müdrikcəsinə): – Sizin kökünüz çox uzaqlara və qədimlərə gedib çıxır. Siz özünüzü iskitlərin nəvəsi hesab edirsiniz, amma kökünüz daha dərindir… Sizin qədim tayfalar Xəzər, Aralıq və Qara dənizlərinin bütün sahilində məskunlaşmışdılar. Onları gah turuklar, gah kimmerlər, gah iskitlər adlandırıblar. Bunları mənə verilən mənbələrdə oxudum.

Attila fikrə dalır:

– Ulu babam Oktar deyərmiş ki, bir zamanlar sən adlarını çəkdiyin ərazilər Turan adlanırmış, düzdürmü bu?

Aesiy: – Düzdür. Bax, bir zamanlar Troyanı idarə edən kralın tayfası Turşa adlanırdı. Elə Troya kralının oğlu, Axillə vuruşanı deyirəm, GOKTAR adlanırdı.

Attila: – Necə də ulu babamın adına oxşardır: <span lang=”EN-US” style=”font-size:13.5pt;mso-fareast-font-family:Times New Roman;mso-bidi-font-family:Times New Roman;color:b

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest