GenelGüncelKültür Sanat

ETİBAR ƏBİLOV

Nazım AHMETLİ

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

ETİBAR ƏBİLOV

Bitməyəcək həsrət

Hekayə

 -Olmasın azar.  Nə olub?

Gözünü açıb başının üstündə ağ xalatlı həkimi gördü.

Özünü itirən kimi oldu:

-Sizi bura kim çağırıb?

-Mən çağırmışam ata…- həkimdən bir qədər aralı dayanmış qızı həyəcanla dilləndi.

Həyat yoldaşı da ayaq üztündə idi. Qeyri-müəyyən baxışlarla gah həkimə,gah da həyat yoldaşına baxırdı.

Qızı qonşuluqda yaşayırdı.Səhər telefonda anası ilə danışanda, anası  atasının vəziyyətinin yaxşı olmadığını demişdi. Qızı elə bil quş qanadında gəlmişdi.Gələndən həkim çağırmasını təkid edirdi. Amma atası razı olmurdu.Bayaq atasını ani olaraq yuxu aparmışdı. Bu zaman qız həyətə düşüb telefonla təcili yardıma zənğ eləmişdi.

-Şikayətiniz nədəndir? – Cavan, səliqəli saddal saxlamış həkim ondan soruşdu.

-Mənim heç bir şikayətim yoxdur. -Bayaqki yarıyuxulu,çaşqın vəziyyət artıq arxada qalmışdı.

-Təki elə olsun… -Cavan həkim gülümsədi -Amma gəlmişəmsə Sizi müayinə etməliyəm -Əvvəlcə təzyiqinizi ölçək- Həkim şəfqətlə dilləndi.

-Bu gün mənim təzyiqim olmayıb…

-Amma hər halda ölçməliyəm təzyiqinizi .- Bu gənc həkim də inadın biri idi.

Həkim təzyiq ölçən aparatı çomadandan çıxartdı:

-Ağsaqqal, adınızı bilmək olar? –deyə,həkim mehribanlıqla soruşdu.

Onun yerinə həyat yoldaşı cavab verdi:

-Adı Kazımdı..

Həkim yalnız bu zaman ərinin çarpayısının ayaq uçunda dayanmış qadına nəzər saldı. Qadın,göz qapaqları yarıyumulmuş vəziyyətdə həkimə baxırdı. Danışığında lənglik var idi. Çarpayının taxtasından tutmasından,hərəkətlərində problem olduğu açıq bilinirdi. Və gənc həkim hiss elədi ki, qadının vəziyyəti ərinin vəziyyətindən daha ağırdı.

Həkim manjeti  xəstəsinin qoluna keçirərkən,xəstə,yəni Kazım  divandan qalxmaq istəsə də,həkim qoymadı:

-Sizə hələlik dəbərmək olmaz…

-Axı Sizə dedim-Kazım əsəbiləşdı .Əsəbiləşən kimi də təngnəfəs oldu -heç nə yoxdu məndə – Həkim həmin dəqiqə  hiss etdi ki, Kazımda kəskin nəfəs çatışmamazlığı var.

-Bir qədər dözün -həkim məhrəm bir qayğı ilə Kazımı sakitləşdirməyə çalışdı- təzyiqinizi ölçüm, sonra oturarsınız.

Qadını görəndən sonra həkimin bayaqki şuxluğundan, nikbinliyindən əsər-əlamət qalmamışdı. Ər də, arvad da xəstə idilər. Amma ər xəstə olduğunu ciddi cəhdlə inkar edirdi.

Həkim Kazımın təzyiqini ölçdü. Təzyiqi olsa da indiki vəziyyətinə görə qorxulu deyildi.

-Şəkəri olur? -Həkim xəstənin yoldaşından soruşsa da, Kazım özü əlüstü”

-Bu vaxta qədər şəkərdən şikayətim olmayıb – dedi – İndi durub otura bilərəm?-Kazım dilxorcasına soruşdu.

– Əlbəttə- həkim bunu deyib Kazımın divanda yerini rahatlamasına kömək elədi.

-Dilarə – Kazım həyat yoldaşını səslədi- Gəl sən də mənimlə yanaşı əyləş.

Həkim təxminində yanılmamışdı. Kazımın həyat yoldaşı Dilarə titrək əllərini ərinə tərəf uzatdı. Amma həkim Kazımdan cəld tərpənərək Dilarənin əllərindən tutdu. Dilarə asta-ləng addımlarla keçib ərinin yanında əyləşdi.

Kazım həyat yoldaşının əlindən tutdu:

– Xəstə mən deyiləm,xəstə budur. İki dəfə insult olub,yüksək şəkər, yüksək təzyiq. Ürəyində problem… Neçə vaxtdır yuxusu da pozulub.Əsəbi olub… -Sonra qızına çevrildi:

-Gərək anan üçün çağıraydın həkimi, mənim üçün yox- Sinəsinin xışıltısından axır sözü eşidilməz oldu.

Kazımın qızı bayaqdan bəri ilk dəfə həkimə müracıət etdi:

-Həkim,atamın bağırsaqlarında,mədəsində problemi var…

Kazım əsəbiliklə qızının sözünü yarımçıq kəsdi.Bayaqdan bəri dönə-dönə dediyi sözü yenidən təkrar etdi:

–         Neçə dəfə demək olar, məndə ciddi heç nə yoxdu.

Həkim otaqdakı gərginliyi azaltmaq üçün yenidən özünü nikbin göstərməyə çalışdı:

-Kazım kişi,əvvəl Sizi müayinə edim, sonra yoldaşınıza da baxaram…Siz narahat olmayın- dedi.

–  Məndən ötrü narahat olma, – Kazımın həyat yoldaşı ərinə tərəf çevrilib dilləndi…-Mən öyrəncəliyəm, -hətta  zorakı da olsa gülümsədi

– Mənə bir şey olmaz.

Həkim ilk dəfə idi ki,belə vəziyyətlə qarşılaşırdı.İki xəstə adam,ər və arvad, hər ikisi çiddi xəstə…Ər arvadın daha ağır xəstə olduğunu deyir, arvad da ərin.Ər arvadın müalicə olunmasını istəyir,arvad da ərin…Ər də tərsin biri. “Məndə heç nə yoxdu” deyib durur.

…Nə edəcəyini bilməyən həkim başını qaldırib bu geniş otağa tamaşa elədi. Ona qəribə gələn bu geniş otaqda içərisi kitabla dolu olan kitab dolabı oldu. Dolabın üstündə bir gənc oğlanın,təbiətin qoynunda çəkilmuş və çərçivəyə salınmış şəkli var idi. Şəkildə hər tərəf yaşıllıq idi.Yaşıllığın mərkəzində ağ gödəkçə,göy cins şalvar geyinmiş yaraşıqlı,həyat dolu bir gənc… Şəkildəki kimdisə, elə bil cənnətdə idi.

-Maraqlı şəkildı- danışmağa söz tapmayan həkim dilləndi

 -Kimin şəklidir?

Qəribədir,nə Kazım nə də qadını dillənmədi.Bir qədər kənarda dayanmış qızları isə üzünü yana çevirdi.Həkim hiss etdi ki, qız ağlayır.

Adamdan çox,daş heykələ bənzəyən Kazım nəhayət:

-Oğlumun şəklidir-dedı- 16 il əvvəl çəkilib,vəfatından iki il əvvəl…

Həkimin elə bil nitqi qurudu…Nəsə deməyə özündə cəsarət tapa bilmədi .

…Həkim tələsik resept kağızəna bir neçə dərman adı yazdı. Adi həblər: “Volakardin”, “Valerian”…O tezliklə bu evdən uzaqlaşmaq istəyirdi 

Həkim nəhayət onlarla vidalaşıb küçəyə çıxdı. Sanki azadlığa çıxmışdı.

…İndi o Kazımın da,Kazımın arvadı  Dilarəni də başqa xəstəlikləri ilə bərabər əsl sağalmaz,əlacsız,müalicəsi olmayan xəstəliklərinin  adını dəqiq bilirdi.Həmin xəstəliyin adı “Bitməyıcək həsrət”, “Sonu olmayacaq darıxmaq” idi…

               03.03.2024. Neftçala

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest