GenelGüncelKültür Sanat

Türkdilli mətbuatın üslubi və lüğəvi xüsusiyyətləri

Qəzet məsələsində əsas şərt yazının dili və faktların düzgün seçimidir.
…Əqdnamə haqqında yazı yazırdım.Bəzi faktları dəqiqləşdirmək qərarlna gəldim.Əvvəlcə internetdə Azərbaycan Cümhuriyyətinin mətnini axtardım.Bir dəqiqəyə tapdım. AXC-nin Bİstiqlal Bəynnaməsini imzalayan 8 nəfərn həyatl və ictimai fəaliyyət haqqıhda 2-3 dəqiqəyə qısa məlumat topladım.Bu məlumatların içərisindən dan mənə lazım olan faktları dəqiqləşdirib seçdim.Əqdnamədə işlədilən hüquqi terminlərin leksik mənasını  dəqiqləşdirdim.Əslində bu faktların çoxu mənə az-çox tanış idi.Amma oxucu hüzurunda pis görünməmək üçün hər nəsnə dəqiqləşdirilməlidir.
 İsmayıl bəy Qaspıralının “Ziya” qəzetindəki məqaləsində işlətdiyi   atalar sözü səvyyəsində olan  bir bir kəlamı yadıma düşdü:”Ğazeta millətin lisanıdır “.
Bu,o deməkdir ki,qəzet millətin dilini zənginləşdirməli,onun göstəricisi olmalıdır. Bu da yadımızda və yaddaşımızda qaldı.Qaldı bir də sərlövhə.
Çox fikirləşdim,axırda bu nəticəyə gəldim ki, bu yerdə dünya mətbuat tarixində yaxşı təcrübə var: ” Başlıq cəlbedici olmalı və mütləq axtarış kataloqlarında öz əksini tapmalıdır”.
Evrika!!!


Mövzu: “Azərbaycan Xalq Cümhuriyyətinin milli dildə yazılmış və

 8 nəfərin imzaladığı ilk rəsmi  hüquqi sənədlərindən biri-

İstiqlal Bəyannaməsi-Əqdnamə

Başlıq çox nəsnənin göstəricisidir.Burada 1918-ci il mayında yaranan Azərbycan dövlətinin  adı düzgün göstərilib. 18 sözün  11-i   ərəb mənşəli milliləşən dil vahididir.

İstiqlal Bəyannaməsinin başqa adı  – ərəb və fars mənşəli Əqdnamədir.

AXC-nin  Əqdnaməsinə  hamı səs versə də onu 8 nəfər imzalayıb.Başlıqda bu fakta işarə var.

Hər bir yazıda bu və ya digər faktlar və informasiyalar da oxuculara aydın və anlaşıql dildə çatdırılmalıdır.

Qəzet yazısı üçün faktların seçilməsinin digər variantları da var. 

Mətbuat üslubu deyəndə,adətən,qəzet və jurnal, kütləvi informasiya vasitələrinin  dili baça düşülür.Amma burada təkcə publisstik janrlar yox, elmi və bədii ədıbi janrda olan yazılar da verilir.Bu cəhərfən 1879-1884-cü illərdə Tiflisdə Səid Ünsizadə tərəfindən nəçr edilən “Ziya” qəzeti diqqəti cəlb edir.

“Ziya” qəzetində ədəbi janrlardan qəzəl, qəsidə, məsnvi, müşairə, iqtibas, təqriz, əruz vəznli dördlük -qoşma, zərifə, lətifə,atalar sözü və məsəllər, aforizmlər, yol qeydləri-oçerklər,öyüd və nəsihətlər də vardır. Bunların hamısı oxuculara məqsədyönlü şəkildə çatdırılmıçdır.

Qəzetdə ədəbi janrların işlədilməsinin  əsas məqsədi bədii sözün inkişafına yox, milli düşüncə tərzinin tərəqqisinə xidmət edirdi. “Ziya”da ədəbi janrlardan məqsədyönlü şəkildə istifadə olunmaında  S.Ə.Şirvani,Səid Ünsizadə,Münif Paşa,Nakam(İsmi Sədrəddinbəyov),Məhbus Dərbəndi, Şamaxılı Müşfiq,Şuxi kimi söz ustaları daha çox fəallıq göstərmişlər.

Görkəmli tatar mütəfəkkiri İsmayıl bəy Qaspıralı türkdilli publisistik yaradıcılığında “Ziya” qəzətindəki bu təcrübədən-bədii janrlardan istifdə təcrübəsindən uğurla istifadə etmişdir.  

İsmayıl bəy Qaspıralı 1881-ci ildə Tiflisdə Səid Ünsizadənin  “Ziya” mətbəsində nəşr etdirdiyi “Tonğuq” (08.05.1881) jurnalında da  ədəbi  janrlardan  faydalanmışdır.

İsmayıl bəy Qaspıralı “Tərcüman” qəzetində də yeri düşdükcə ədəbi yanlara məqsədli şəkildə  mürasiət etmişdir. 

XIX əsrin türkdilli mətbuatı Rusiya müsəlmanlarını yuxudan oyatmaq üçün ən əlverişli məbəd  və tribuna idi.Həsən bəy Məlikzadə də,Səid Ünsizadə də,Cəlal Ünsizadə də,onların ideya və əqidə dostu olan, söz və fikir cahangiri  Kırımlı İsmayıl bəy Qaspıralı da   öz mübarizələrini məhz bu istiqamətə yönəltmişdilər.

Bu yöndəki işləri ləngitmək üçün 1877-ci ildə Bakıda H.Məlikzadənin “Əkinci” qəzeti sorğu-suallsız bağlandı.1884-cü ilin iyun ayında  Tiflisdə Səid Ünsizadənin “Ziya” qəzetinin  nəşri dayandırıldı.1891-ci ildə qadağa  növbəsi  Tiflisdə “Kəşkül” qəzetinə çatdı.

İsmayıl bəy Qaspıralı milli mətbuat yörundakı mübarizəsini dünyadan köçənədək davam etdirdi.Onun ölümündən sonra  türkdilli  mətbuat uğrundakı  mübarizə oğlu və dostları tərəfindən  Dildə,Fikirdə,İşdə birlik şüarı ilə 1918-ci ilin fevralınadək davam etdirildi.

XX əsrin əvvəllərində tükdilli mətbuatın “Şəri-Rus”, “Həyat”, “Füyuzat”, “Molla Nəsrəddin”, “Bürhani-tərəqqi”, “İşıq” kimi mübariz mətbu orqanlar milyonlarla insanların mütaliə mədəniyyətinin  və milli şüur tərzininin inkişafı naminə  öz səslərini  türk dünyasına çatdırdılar.

Türkdilli mətbuat bu gün də işıqlı yoldadır.

Bu gün insanların yaxşı mətbu sözə də, mətbu sözdə həyati fikir incələmələrinə də, optaq türk dilinə yardımçı  ola biləcək bədii düşüncə nümunələrinə də ehtiyacı vardır.

Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının Əməkdar müəllimi,türkoloq

Bakı,23.04.2021

Pin It on Pinterest