ÖMÜR

Ömür ağaca bənzər,
Hər bir yaşı yarpaqdır.
Hər tökülən yarpağı,
Bil ki, ömürdən gedir.

Ömür sanki, qatardır,
Şütüyüb ötüb keçir.
Yumsan əgər gözünü,
Necə sürətlə gedir.

Ömür dörd fəsildir:
Bahar uşaqlıq çağı,
Yayı yetkinlik olar,
Payız gəncliyindir,
Qocalar qışı yaşar!

Ömür bar verən ağac,
İl var olur məhsuldar.
Elə ki, qurudu ağac,
Dibdən kəsib atırsan!

Ömür bir yola bənzər,
Yollar düz-əyri olur…
Enib gedirsən asan,
Qocalığın yoxuşdur!

Ömür keçir ahəstə,
Oxuyur bil şikəstə.
Hər anı bir nəğmədir,
Tutan lazımdır bəstə.

Hər  qula bir ömür,
Verilib ömür həddi.
Kimi ömürü bir kül,
Kimisi kömür edir!

Şərəfli ömür sürən,
Canını rahat verir…
Qəddarlıqla yaşayan,
Çətinliklə can verir!

Ömrümün sonbaharın
Yaşayıram çağların
Qorxuram qış çağını
Yaşamadan can verəm!

Elsevər Hüseynoğlu

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Pin It on Pinterest