Genel

Mən dedim, hamı bildi, Dələ də tülkü imiş… (Təmsil) Nazim Nasreddinov


Mən dedim , hamı bildi, Dələ də tülkü imiş..
Bəlkə də Tülkülərin əzəli, ilki imiş..

…Dələ,Dələ ,ay Dələ, bir az vaxtın var hələ…
Bəlkə sən tülkülükdən,əl çəkəsən, gedəsən..

.
Dələ dedi : – Onda sən,əl çəksəm tülkülükdən,
Söylə görək sən mənə axı nə verəcəksən?


Mən gördüm yanılmışam, Dələ tülkü deyilmiş.
Sən demə, iüküləşib,Tülküləri yeyirmiş…


Tülkü durub pusduda bir gün tutdu Dələni:
-Ay nanəcib, niyə sən,açdın bağlı cələni.
Bu cələ quş üçündür, məni niyə ac qoydun,
Nə mən yedim, nə də sən bircə tikədən doydun?
Dələ dedi :– Tülkü bəy, hirsin tutmasın mənə.
Nə qədər ki dişim var ,mən quş taparam sənə.
Qoy Tülkiıər rahatca öz yerində yatsınlar,
Dələlərdən onlara hər gün təzə təam var.
Türkü gördü bu Dələ ondan betər tülküdür,
Dələlər öz ovunu axı haçan ürkdür?
Sığallayıb Dələnin tir – tir əsən başını,
Dedi –Get, bağışladım səni –öz qardaşımı.


Ah! Nə yaman hal olur, Dələ Tülkü olanda
Tülkünün tülkülüyü yaddan çıxır bir anda…
Mən dedim , hamı bildi, Dələ də tülkü imiş..
Bəlkə də Tülkülərin əzəli, ilki imiş..


…Dələ,Dələ ,ay Dələ, bir az vaxtın var hələ…
Bəlkə sən tülkülükdən,əl çəkəsən, gedəsən…
Dələ dedi : – Onda sən,əl çəksəm tülkülükdən,
mənə nə verəcəksən?


Mən gördüm yanılmışam, Dələ tülkü deyilmiş.
Sən demə, iüküləşib,Tülküləri yeyirmiş…

Məlumat üçün qeyd etmək istəyirəm ki,1906-1908-ci illərdə Bakıda nəşr olunan “Dəbistan” jurnalında hər mətnin sonunda oxucuların mətni başa düşmələri üçün maraqlı bir üsuldan -izahlı lüğəydən istifadə edilmişdir.

Jurnalda bu lüğətlərin müəllifi göstərilməsə də, üslubundan hiss olunur ki,onları ya jurnalın redaktoru Ə.Cəfərzadə, ya da tanınmış müəllim Qafur Rəşad Mirzəzadə (1884-1943) yazırmışdır.

Q.R.Mirzəzadə sonralar redaktoru oldoğu “Məktəb” ( 1911-1918) və

“Məktəb məcmuəsi ” (1925) jurnallarında da bu vasitədən uğurlsa istifadə etmişdir.

“Dəbistan “da “Məktəb” də, “Məktəb məcmuəsi ” də məktəb yaşlı uşaqların bir növ dərs vəsaiti idi.Jurnalların hər üçündə bu fikir açıq şəkildə oxuculara
çatdırılmışdır.

Şeirin aydın başa düşülməsi üçün izahlı lüğət

tülkü- isimdir,vəhşi heyvanlardan biridir.
(Tülkü hiyləgər heyvandır)

dələ- isimdir,vəhşi heyvanlardan biridir.
(Dələ iti sürətlə bağbndan uzaqlaşdı)

cələ- quşları tutmaq üçün ipdən düzəldilmiş tələ
(Ovçu cələni elə yerdə gizlədir ki,quşlar onu hiss etmirlər)

əzəl- məxsusi, ilk,birinci mənasında işlənəbilir
(Bu, özəl müəssisədir)

ilk- sifət, birinci,tonğuc mənasında işlənə bilir.
(Bu məqalə onun türk dilində yazdığı ilk yazıdır)

tülkülük- düzəltmə isimdir,hiyləgərlik mənasında işlənir
(Özünü tülkülüyə qoyma,düz danış)

Nazim Nəsrəddinov.
Bakı,
28.03.2021.

Pin It on Pinterest