GenelGüncel

İsmayıl bəy Qaspıralının Türkistan səfərində yol yoldaşı olan yüksək məfkurəvi söz ustası- Sultan Məcid Qənizadə (1866-1937)

Söhbəti elə təvəllüddən başlayırıq.Bu da səbəbsi deyil.Mənbələrdə XIX əsrin tanınmış adamların təvəllüdündə bir sıra hallarda yanlı.lığa təsadüf olunur.Əslində çu,təsadüfyox,bəlkə də balideynin övladı qarşısında özünün başa düşdüü şəkildəfaktları qəsdən dolaşdırmaq məqsədi daşıyırdı.Məsələn ,M.F.Axundzadənin təvəllüdü bir sənədddə 1811-ci il kimi, qeyd olunmuş,hətta 1911-ci ildə Fiflisdə ona təmtəraqlı 100 -illik yubiley tədbirləri keçirilmış,F.Köçərlinin yubiley geçəsindəki mruzəsi rus dilində kitabça şəklində çap edilərək oxuculara çatdrılmışdır. S.M.Qənizadə bu çəhətdn ildö iecçirilə biləcəyi ad gününə görə daha maraqlı görünür.Professor X.Məmmədovunn yazdəöına görə, bir sənəddə onun 1879-cu ildə -16 yaçında olduğu göstərilir.Bir sənəddə isə onun təvəllüdü 1865-ci il kimi göstərilir.Başqa sənədlərdə isə gah 1867, gah da 1864-cü il təvəllülü ölkə vətəndaşı kimi qeydiyyatdan keçir. 

Bizə elə gəlir ki ,bu təvəllüd tarixlərindən ən mötəbəri S.M.Qənozadənin 1879-cu il mayın 19 -da A.O.Şernyayevskinin Zaqafqaziya Müəllimlər Seminariyasına Şamaxıya tələbə qəbulu üçün              gəldiyi gün ona şamaxılı uşaqlar haqqında verilən siyahıdakı təvəllüd tarixidir.(X.M-11).Amma hər halda bu faktın hamı tərəfindən qəbul ediləcəyi gümə qədər S.M.Qənizadənin təvəllüd tarixini 1866-cı il kimi qəbul etməyə məçburuq.

Yeri gəmişkən qeyd edə ki,A.O.Çernyayevski nə qədər təbliğat aparsa da,1879-cu ilin sentyabrında Şamaxıdan Tiflisə, oradan da Qoriyə həmin il oxumağa yazılanlardan yalnız beş nəfəri-Mahmud bəy Mahmudbəyov,Mahmud Haşımbəyov,İsgəndər Əlibəyov,Mustafa Əfəndiyev və Məmməd Əfəndiyev sentyabrın 12-də Şamaxıdan Qoriyə yola salınmışdır. Bir nəfər Bakı Real Məktəbinə qəbul olunduğu üçün Qoriyə getməkdən imtina etmişdir. 3 nəfər isə son anda öz təhsillrini gələcəkdə Aleksandrovski Müüəllimlər İnstitutunda davam etdirmək məqsədilə Şamaxı şərərindəki rus dilli məktəbə daxil olmuş, bir neçə ildən sonra -1883-cü ildə Tiflisə yola düşmüşdür. Bu üç nəfərdən biri sonralar-1905-1908-ci illərdə Qoridəki Zaqafqaziya Müəllimlər Seminariyasının inspektoru-müfəttişi işləyən Sultan Məcid Hacı Murtuzəli oğlu Qənizadə idi. 

Ümumiyyətlə,Qori Müəllimlər Seminariyası Azərbaycan ictimai-fikir tariximizdə, milli ədəniyyat və musiqimizin inkişafında, uşaq pedaqoji mətbuatınızın təşəkkülündə,Azərbaycan Xalq Cümhuriyyətinin sayılıb,seçilən kadrların yetşməsində əhəmiyyətli rol oynamışdır. Bu cəhtdən AXC-nin 100 illik yubileyinə hazırlaşdığımız bu günlərdə F.Köçərli,N.Nərimanov,Ü.Hacıbəyov,Mustafa Mahmudov, F.Ağazadə, Ə.Pepinov və başqa ideoloji kadrların ömür səhifələrini Qori dövrü yada düşür. Adı tarixdə ən çox Qori Müəllimlər Seminariyası kimi yadda qalan Zaqagqaziya Müəllimlər Seminariyasının rus bölməsi 1875-ci ildə Qori şəhərində yaradılmşdır.Seminariynın əsas məqsədi kənd ibtidai məktəbləri üçüm müəllim kadrları yetişdirmək idi. Seminariyanın Azərbaycan bölməsinin ilk dərsləri 1879-cu il sentyabrın 15-də keçirilmişdir Zaqafqaziya Müəllimlər Seminariyası 1918-ci iıin may ayında Qoridən Qazaxa köçürülmüşdür.

Zaqafqaziya Müəllimlər Seminariyasının 1918-ci ildə Azərbaycan bölməsi Azərbaycan Xalq Cümhuriyyətinin maliyyə vəsaiti hesabına Qazax şəhərinə köçürülür və sovet hakimiyyəti qurulduqdan sonra 1940-cı illərə qədər Qazax Pedaqoji Texnikumu adı ilə fəaliyyət göstərir. Bu tədris ocağının Qazağ şəhərinə köcürülməsində görkəmli maarifçi, pedaqoq, metodist, ədəbiyyatşünas, publisist Firidun bəy Köçərlinin çox böyük xidmətləri olmuşdur.

Qazax Seminariyasının yetirmələri – Səməd Vurğun, Mehdixan Vəkilov, Osman Sarıvəlli, Mehdi Hüseyn,Seyfulla Şamilov, İsmayıl Şıxlı və başqaları .ədəbiyyat tariximizdə adları şərəflə çəkilən söz ustalarındandır. 
Qori Seminariyasının Azərbaycan şöbəsinin bazasında Müstəqil Qazax Seminariyasının təntənəli açılışı olur. Açılışda Qazaxda yerləşən türk ordusunun komandanı Səbri bəy, Türk Qarnizonunun rəisi Camal bəy, Qazaxın rəisi H. Şıxlınski və yerli hökumətin məmurları iştirak edirdilər. Bundan başqa Cəbrayıldan, Şamaxıdan, Ağdamdan, Göyçaydan, Naxçıvandan, Zaqataladan və başqa rayonlardan da şagirdlər gəlib, burada təhsil alırdılar.
Böyük maarifçi və ictimai xadim Firudin bəy Köçərli seminariyaya başçılıq etməklə yanaşı, Qazaxda yüzlərlə qız uşağının savad əldə etməsi üçün savad kursları da açmışdır. O,Qazaxda qaçqınlara yardım fondu da yaratməşdı. Lakin 1920-ci ildə Firudin bəy Köçərlinin düşmənin fitnəsi və məkrli hiyləsi nəticəsində qətlə yetirilir. F.Köçərlidən sonra seminariyaya xalq yazıçısı Mehdi Hüseynin atası Əli Hüseynov rəhbərlik edir.
Qazax Seminariyasının fəaliyyəti Azərbaycanda təhsilin, maarifin inkişafına böyük təkan verdi. Görülən təcili tədbirlər nəticəsində artıq 1919-cu ilin əvvəlində Bakıda, Gəncədə, Nuxada, Salyanda, Şuşa və Qazaxda 23 dövlət orta təhsil müəssisəsi, o cümlədən 6 kişi, 4 qadın gimnaziyası, 5 realnı məktəb, 3 müəllim seminariyası, 3 qadın təhsil müəssisəsi, 1 politexnik və 1 ticarət məktəbi fəaliyyət göstərirdi.

“Qori Seminariyasının təmiri batəmamən qurtarmadığına görə tazə qəbul olunan şagirdlər ayın 10-da imtahahan olunandan sonra 15-də dərs başlanacaqdır. 
Bu il seminariyaya qəbul olunan şagirdlərin rəqumi 30-dan ziyadə oluna bilməyir.Bunlar lazım olan elmdən imtahan verəndən sonra bəziləri birinci qlasə və bəzi ikinci və üçüncü qlaslərə qəbul olunub,sonra seminariyanın qərardadına müvafiq təhsilə davam etməkdən başqə, dillərini və bədsətur məqaidi-dinliyələrini müsəlman mollalarından təlim alacaqlar.Bunların müsəlmanca təlim almaqları talifat həmin kitablardır.Qədimdən bəri məktəblərimizdə səmvüldür.Bu halda bir nəfər Batum əyalətindən (Aslan) nam şagird hreç bir müsəlman uşağı Qoridə yoxdur.dən başqa,hreç bir müsəlman uşağı Qoridə yoxdur. Deyürlər ki,qəbul olunan uşaqlar yolda gəlməkdədirlər. Bundan başqa, yenə bir tədbir var ki ,gələn il,yəni sentyabr ayında həmin seminariyanın yanında kiçik sinifli (10-12 sənəyəcən) uşaqlardan ötrü bir (ibtidai məktəb) dəxi kəşad olunacaqdır.Bu məktəbə qəbul olunan müsəlman uşaqları iki sinifdə ondan ötrü qərar verilən elmin əsası öz ana lisanında üsuli-cədid(yeni-üsul-N.N.) üzrə təlim aldıqdan sonra seminariyada təhsil alacaqlar.Sonra bir il təhsilə davam edib,bir həftə müəyyən olan günlərdə bu sinfdəkilər seminariyadan gəlib, mübtədi məktəbində müəllimin təlimatına qulaq asacaqlar.Və ikinci üç klasda oldukları zaman fələkə hasil qalmaq təriqi ilə müəllimlərin sualına aşina olmaq niyyətilə mübtədi məktəbində olan şagirdlərə bir neçə müəllimin hazır olmaqları ilə dərs deyəcəkdirlər.Hərçənd bu məktəblərdən ötrü (proqram) tərtib olunuvdur,lakin hazır olan kimi tərcüməsini dərc və elan edəcəyik.
Bu halda (Qori) seminariyasının baş naziri cənab ( Semyonovdur) və müsəlman müəllimlərinə nəzarət edən ikinci nazir(cənab) Çernyayevskidir ki,müsəlmani Qafqas ləfzini qayət əla dərəcədə bilir..Əhli -təsənni tərəfindən əqaidi -dinniyənin təlimini müsəlman müəllimlərini bu halda Tiflisdə cənab müfti həzrətlərinin təhti-nəzarətində müsəlman məktəbinin müəllimi Qaibova həvalə olunur. Bə əhli -şiə tərəfindən ancaq ehkam şəhriyyəni təlim etməklik şeyxülislam həzrətlərinin təhti-nəzarət alilərində olan məktəb müəllimi Axundzadəyə və ya ki ,Şamaxı Rus Məktəbinin və Məclisinin müsəlman müəllimi olan …Hacı Seyyid Əzim Şirvaniyə həvalə olunacaqdır.Bu məsələnin həlli (popeçitel)İdarəsində bu günlərdə həll olunacaqdır.Yuxarıda görünən əhvalatlatdan bir növ xəbərdat olduğumuzdan zikr olunan müəllimləri təbrik … zəminində rəha acizəmiz oldur ki,onlara etibar olunan (darülmüəllimin)mədrəsəsinin baisi -iftixarı olan pişrəftində rəvac verilməsində bu günə sai və cahid olalar …”

AXC tarixinin 100 illik yubileyi ərəfəsində “Ziya” qəzetindəki bir xəbər də, 
yəqin ki, oxuculara çox maraqlı görünmüşdir.Burada Qori müəllimlər seminariyasının 1884-cü il məzüunları haqqında verilən informasiyadan məlum olur ki, bu məzünlardan ikisi islamdır. 

“Ziyayi-Qafqasiyyə”qəzetinin 26 iyun 1884-cü il tarixli 11-ci nömrəsində dərc
olunmuş bir yazını dəyişdirmədən, olduğu kimi oxucuların diqqətinə çatdırıram:

“Qori Darülmüəllimün Məktəbinin şagirdlərinə bu ildə (1888-ci ildə -N.N.) imtahanın nəticəsi bu olubdur ki, 35 nəfər şagirdlər çox əla imtahan dutub, cümləsinə (attestat) şəhadətnamə verilübdür.Bunlardan 13-ü rusdur,7-si gürcüdür,4-ü polyakdır və 1 yəhudidir… və bir ğreqdir və 2 dəxi islamdır. Bu islamlardan biri Şuşa şəhrinin bəyzadələrindən Nəsrulla vəy Tahirovdur və biri dəxi Tiflis bəyzadələrindən ƏLİMƏRDAN BƏY TOPÇUBAŞOVDUR”.

Maraqlı burasındadır ki, Ə.M.Topçubaşov haqqında elmi tədqiqat işi yazanların hamısı onun 1884–cü ildə Tiflis Gimnaziyasını qurtardığınıdan söz açır.
Təəssüf ki,tarixçilər hələ də “Ziya” qəzetinin 
26.06.1884-ci il tarixli nömrəsindəki bu yazıya cavab verməkdə çətinlik çəkirlər. 
Bəlkə biz Tiflisli iki Əlmərdan bəy Topçubaşovdan danışmalıyıq?

. Yazının bu yerində A.O.Çernyayevskinin siyahısına düşən uşaqların Şamaxıda oxuduqlqrı məktəbdən söz açmaq istəyirəm.

Bu şagirdlərin əksəriyyəti 1874-cü ildə Şamaxıda yaradılan məşhur Məclis Məktəbinin şagirdləri idi.

Məclis Məktəbi Azərbaycanın təhsil tarixində özünəşərəfli yer tutan ibtidai təhsil müəssisələrindən biridir.Məktəbin yaradıcısı Bakı Quberniyasının Şamaxıda yerləçən Əhli -Təsənni İdarəsinin sədri Şamaxı qazısı Səid Əfəndi Ünsizadə (1825,Şamaxı-1905,İstanbul) idi. Səid Əfəndi Bakı qubernatorunun etibarını qazanaraq, 1874-c üidə Şamaxıda öz pedaqoji arzularını reallaşdırmaq üçün Şamaxıdakı maarifpərvər ruhanilərin köməyi ilə məktəbə pedaqoji ustalığı olan müəllimləri dəvət etmişdir.Məktəbin əsas müəllimləri Səid Ünsizadənin ortancıl qardaşı Cəlaləddin Əfəndi, şəriət və ana dili dərslərini isə ideya və əqidə dostu Seyid Əzim Şirvani aparırdı(X.M, N.N.).Məktəbdə rus dili dərsləri də keçirilirdi.Bu iş əvvəllər bir müddət Bakı qubernatoruna yaxın olan E.Pirbudaqov tərəfindən aparılmışdır.

Səid Ünsizadə Tiflisə əvvəcə uzunmüddətli ezamiyyətə, sonra isə daimi dini vəzifəyə keçəndən sonra Şamaxı Məcli Məktəbində işlər əsas axarından kənara çıxmışdır.Səid Ünsizadənin ardınca onun qardaşı Cəlalədin əfəndi də Tiflisə daha böyük işlərdən ötrü Şamaxıdan Tiflisə köçəndən sonra Məclis Məktəbinin idarəçiliyində müəyyən problemlər yaranmışdır.Bizim fikrimizcə, əsas problem E.Pirbudaqovun rəhbərliyə can atması idi ki,Şamaxı ruhaniləri də haqlı olaraq, sası dinli iddialı bir adamın müqəddəs Məclis Məktəbinə rəhbər təyin olunmasına imkan vrməmişlər.E.Pirbudaqov məkrli siyasətini başqa vaxta saxlayıb, Şamaxıdan Tiflisə köçür.Məclis Məktəbinin bütün ağırlğı görkəmli şair,dərslik müəllifi,üç dili-Azərbaycan,fars və ərəb dillərini şeir tazmaq dərəcəsində bilən S.Ə.Şirvani Məhəmmədzadənin üstünə düşür.   

İndi də Sultan Məcid Qənizadənin Azərbaycan ədəbiyyatının inkişagındakı rolu haqqında qısaca söz aşmaq istərdik.Onun ədəbi əsərlərinin çoxu cəmiyyətin əxlaq və mədəni həyat səviyyəsinin yüksəlişinə xidmət edir.

S.M.Qənizadə Azərbaycanın tanınmış maarif xadimi, müəllim, yazıçı,uşaq mətbuatı jurnalisti, tərcüməçi, bir sıra lüğətlər, dərsliklər, bədii əsərlər, felyetonlar müəllifidir.

S.M.Qənizadənin 1998 -ci ildə bap etdurdiyi “Müəllimlr iftxarı” əsəridə maraqlı bədiii priyom və üsullardan biri baş qəhrəmanın özünü məktublarının birində baş qəhrəman adı ilə “Milləti-xadim Şeyda Məsihzadə” adlandırmışdır. Bu da səbəbsiz deyildi.O, hər bir yazısı ilə millətə xidmət edir,başqalarının deyə bilmədiklərini maraqlı çəkildə ozuculara çatdıra bilirdi.

Sultan Məcidin ulu babası Ağa Məsih Şirvani Şamaxının tanınmış şairlərindən olub. Ədibin bəzi məqalələrində “Məsihzadə” imzası ilə yazması da bu varisliyə işarədir. Sultan Məcidin atası tacir idi. Şamaxının sayılıb-seçilən ziyalılarından olub. Elmə, maarifə böyük marağı varmış. Bu səbəbdən də oğlunun ilk müəllimi özü olub. O, əvvəlcə övladına yazıb-oxumaq öyrədib, sonra da onu şəhərdəki müxtəlif məktəblərdə oxudub, bir neçə dilin öyrədilməsinə nail olub.

Attestatında təkcə rus dili fənnindən “dörd”ü olsa da, S.M.Qənizdə rus dilini mükəmməl bilirdi.Attestatdakı beşlərə kölgə salan bu dördü ona E.Pirbudaqov yazmışdı.

Sultan Məcid Qənizadə 1883-cü ildə Tiflisdəki Aleksandrovski Müəllimlər İnstitutuna daxil olmuşdur. Bu institut 50 ilə yaxın bir müddətdə yaxın vilayətlərin şəhər məktəbləri üçün müəllim kadrları hazırlayırdı. 
Sultan Məcid Qənizadə və onun iki dostu 1883-1887-ci illərdə Tiflisdə ali pedaqoji təhsil alsalar da,təyinatdan kənarda qalmışlar.Bu,islam dininə mənsub olanlara çar Rusiyasında laqeyd münasibətin və xristialarla müqayisədə ayrıseçkiliyin təzahürü idi.   Lakin 3 dostdan ikisi Bakıya gələrək, 1887-ci ildə burada “Rus-Azərbaycan məktəbi” adlı ibtidai təhsil ocağının yaradılmasına nail olmuşlar. Bu maarif işığının şöləsi tezliklə ölkənin bir sıra bölgələrinə də yayılır.

Bakıda türk dilində nəşr olunan “Məktəb“ jurnalının 1912-ci ildəki 21-ci nömrəsində S.M.Qənizadə  və   türk dünyasının görkəmli ziyalılarından biri olan məşhur pedaqoq və mühərrir İsmayıl bəy Qaspıralının   maarif cəbhəsindəki maraqlı iş  birlikləri olmuşdur.

Yazıdan aydın olur ki, S.M.Qənizadə və İ.Qaspıralı Türküstanda-Səmərqəndə “Rus- Müsəlman Məktəbi“ yaratmışlar.

Yeri gəlmişkən onu da deyək ki, S.M.Qənizadənin ədəbi,elmi və pedaqoji fəaliyyəti  “Tərcüman” qəzeti vasitəsilə türk dünyasında müntəzəm olaraq   işıqlandırılmışdır.Azərbaycan maarifinin yeni mərhələsi sayılan bu uğurlu fəaliyyətin şöhrəti başqa ölkələrdə də yeni təhsil ocaqlarının yaradılmasına təkan verdi.Onun hazırladığı bir sıra lüğətlər bu sahədə ilkin addımlardan sayıla bilər. “Lüğəti-rusi və türki” (1902), “Samouçitel tatarskoqo yazıka” və başqa kitablar S.M.Qənizadənin elmi təfəkküründən, dillərə olan münasibətindən, gərgin əməyindən, yaradıcı fəaliyyətindən, öz millətinə göstərdiyi xidmətdən və can yanğısından xəbər verir. Azərbaycan maarifinin ağırlığını çiynində şərəflə daşıyan Sultan Məcid Qənizadə bir müddət Qori Müəllimlər Seminariyasında, daha sonra Bakı Quberniyası və Dağıstan Vilaayəti Xalq Məktəblər İdarəsində rəhbər vəzifədə işləyir.
S.M.Qənizadənin Zaqafqaziya Seyminin və Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü kimi çalışmalarına yeni dövrün prizmasından baxılmalıdır.Belə ki,1918-ci il mayın 28-dı Azərbayan Milli Şurasının iclasında İstiqlal Nəyannaməsinin qəbulunda səsvermədə bitərəf qalan iki nəfərdən biri S.M.Qənizadə idi.Bunu əsas tutaraq, S.M.Qənizadəni qınamaq yox,onun mövqeyini araşdırmaq lazımdır.İndiyədək hələ heç bir tatixçi həmin tarixi iclasın, məncə, təfərrüatını dəqiq bilmir.Bəlkə, S.M.Qənizadə başqa təkliflə çıxış etmək istəyib?.Bu fəklif üçün ona şərait yaradılıbmı? 
S.M.Qənizadəyə qiymət vermək üçün onu mütləq oxumaq lazımdır.Oxunmayan yazıçının,səsi eşidilməyən siyasətçinin,görünməyən mənzərənin haqqında danımaq, onun şəklini şəkmək-qorxulu nəsnədir.Qorxulu nağıllar da uşaqları qorxmaqdan çəkindirmək üçündür.

S.M.Qənizadə AXC Parlamentininnən qöcaman üzvlərindən biri idi.

O,sovet hakimiyyəti illərində respublikanın Xalq Maarif Komissarlığında çalışmış, dərsliklərin və uşaq mətbuatının aparıcı simalarından biri olmuş, müxtəlif elmi cəmiyyətlərin, komissiyaların üzvü kimi böyük işlər görmüşdür. 

Sultan Məcid Qənizadə mədəniyyət xadimi idi. Azərbaycan teatrının inkişafı sahəsində böyük xidmətləri olub. Səhnəyə neçə-neçə istedadlı həvəskarın cəlb edilməsinə, teatr truppalarının fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə çalışan Sultan Məcidin Hüseyn Ərəblinskinin teatra gəlməsində böyük rolu olub.

Məlumdur ki, Hüseyn Ərəblinski ilk dəfə məhz Sultan Məcid Qənizadənin rejissorluğu ilə hazırlanmış “Vəziri xani-Lənkəran” komediyasının tamaşasındakı (1898) Mehtər Kərim rolunu oynamışdır. 
Sultan Məcid Qənizadə gözəl xətti ilan,sözün incəliklərinə bələd olan tərcüməçi idi. Ədəbiyyatşünas alim Abbas Zamanov yazırdı:

“Rus dramaturgiyasını ilk dəfə səhnəmizə gətirmək şərəfi də Sultan Məcid Qənizadəyə müyəssər olmuşdur. 1894-cü ildə o, Lev Tolstoyun “Əvvəlinci şərabçı” pyesini tərcümə edib, həmin ilin may ayında Bakıda tamaşaya qoymuşdur ki, bu da Azərbaycan səhnəsi tarixinə rus dramaturgiyasının ilk tamaşası kimi daxil olmuşdur”.

Sultan Məcid Şərq ədəbiyyatını da, rus ədəbiyyatın da gözəl bilirdi. O, böyük rus yazıçısı Lev Nikolayeviç Tolstoyla məktublaşan 5-10 məşhur azərbacanlıdan biridir.
Sultan Məcid Qənizadə böyük yazıçı və dramaturq idi. Deyilənə görə, ilk qələmə aldığı pyes “Qönçə xanım” adlanıb. 

“İşıq” qəzetinin yazdığı bir sıra materiallardan məlum our ki, bu səhnə əsəri Bakı Qız Məktəbinin tədbirlərində müvəffəqiyyətlə oynanılmışır.Təəssüf ki, bu günə kimi bu pyes tapılmayıb. Rus ədiblərindən etdiyi tərcümələrlə yanaşı, Sultan Məcid xalq nağılları əsasında uşaqlar üçün mənzum hekayələr yazıbmış. Ən sanballı bədii əsəri isə “Məktubati-Şeyda bəy Şirvani” adlanır. 

Əslində bu, bioqrafik bir əsərdir. Romanın bütün məzmunu əsərin baş qəhrəmanı Şeyda Məsihzadənin gündəliklərindən ibarətdir. Tədqiqatçılar birmənalı olaraq təsdiqləyiblər ki, Şeyda bəy elə Qənizadənin özüdür. Müəllif “Maarif” jurnalında bir ıra əsərlərni də bu imza ilə yazməşdır.(3 ).
Roman “Müəllimlər iftixarı” və “Gəlinlər həmayili” adlı iki hissədən ibarətdir. Sovet dövründə bu romanın təhlili də ziddiyyətli şəkildə aparılmışdır. Müəllifin fanatizmə, geriliyə qarşı yönəldilmiş tənqidi təqdirlənsə də, Allaha inamı qəbul edilməmişdir. Bu səbəbdən də Qənizadənin fikirləri “ziddiyyətli görüşlər” kimi qiymətləndirilmişdir.
Sultan Məcid Qənizadə böyük jurnalist idi. Qori Müəllimləri Seminariyasında işlədiyi müddətdən mətbuatda müntəzəm çıxış edən Sultan Məcid Qənizadə ən çox “Dəbistan” jurnalında çap olunardı. 

Ədəbiyyatşünas Firudin Hüseynovun yazdığına görə, Sultan Məcid Qənizadə Nəriman Nərimanovla yaxından dostluq etmiş və əqidə yoldaşı Həbibbəy Mahmudbəyovla birlikdə maarifpərvər bir mətbuat orqanı açmaq haqqında düşünürmüş. 1906-cı ildə nəşrə başlayan “Molla Nəsrəddin” jurnalının yaranışını alqışlayan və buna çox sevinən ziyalılarımızdan biri də məhz Sultan Məcid Qənizadə olub. Amma təəssüf ki, tədqiqatçıların heç biri “Molla Nəsrəddin”in yazarları haqqında araşdırmalar apararkən Sultan Məcid Qənizadənin üstündən sükutla keçiblər. Heç ola bilməz ki, belə bir jurnalın yaranışına sevinən, Sabirlə dost olan, o dövrün müxtəlif mətbuat orqanlarında çıxış edən bir ədib “Molla Nəsrəddin” jurnalına nəsə yazmamış olsun. Görünür, naməlum qalan imzalardan Sultan Məcid Qənizadəyə də məxsus olanlar var. Yəqin ki, yeni tədqiqatçılar tərəfindən bu qaranlıq məsələlərə də bir aydınlıq gətiriləcək.
Sultan Məcid Qənizadə böyük Azərbaycanlı idi. Müəllimliyə başladığı ilk gündən həyatını və yaradıcılığını millətinin oyanışına, tərəqqisinə, təhsilinə və işıqlı gələcəyə sahib durmasına bağlamışdı. Görkəmli ədəbiyyatşünas Firidun Köçərli yazırdı: 

Qənizadə iqtidarlı bir ədib olduğunu bildirir. Əsərlərinin hər birində təzə fikirlər, vüsətli xəyallar, dərin mənalar, nazik işarələr, gözəl əqidələr var ki, hər kəsə onları oxumağı tövsiyə edirik”.

Bir çox həmkarından fərqli olaraq Sultan Məcid Qənizadə yaradıcılığında da, pedaqoji fəaliyyətində də insanları Allahın buyurduğu şəriətlə yaşamağa çağırırdı. İnsan mənəviyyatını, əxlaqını önə çəkən Qənizadə dünyəvi elmləri yorulmadan təbliğ etməklə yanaşı, hər kəsi insan olmağa, insaniyyətə, milliyyətə, Vətənə xidmətə səsləyərdi. O, bütün ibrətamiz öyüdlərində vətəndaş olduğunu, Vətənə bağlılığını ifadə edirdi. O dövr yazıçılarının bir çoxunu məşğul edən problemlərdən biri də qadın azadlığı məsələsi olub. Onun tərcümeyi-halında oxuyuruq:
“S.M.Qənizadə 1937-ci ildə, 72 yaşında vəfat etmişdir”.

Görünür, tədqiqatçılar dövrün ab-havasından çəkinərək ölüm tarixini sadəcə belə yazmağı məsləhət bilmişlər. Sultan Məcid Qənizadə öz əcəli ilə vəfat etməmişdi. 1937-ci ilin repressiyaları öz qara caynaqlarını yaşının ahıl çağında Sultan Məcid Qənizadəyə də tuşladı. Ömrü boyu millətinə, xalqına, onun işıqlı gələcəyinə xidmət göstərən bir şəxsiyyəti həbs edərək “xalq düşməni” kimi güllələdilər.
S.M.Qənizadənin “İstilahi Azərbaycan”, “Lüğəti- rusi və Azərbaycan(müsəlman)” və s. əsərləri məktəblərdəki boşluğu qismən doldurmağa xidmət etmiş. O, “Axşam səbri xeyir olar” əsəri ilə ədəbiyyat tariximizdə təbdilin əsasını qoymuşdur. Ən orjinal əsəri “Məktubati Şeyda bəy Şirvani” ümumi başlığı altında yazdığı “Müəllimlər iftixarı” hekayəsi və “Gəlinlər həmayli” romanıdır. Bu əsər ədəbiyyat tariximizdə ilk dilogiya kimi dəyərləndirilir. Yaradıcılığında 1906-cı ildə “Dəbistan” jurnalında çap edilmiş “Allah xofu” hekayəsi xüsusi yer tutur. S.M.Qənizadə tərcümə sahəsində də özünü sınamışdır.
İlk tərcümə əsəri L.Tostoyun “Əvvəlinci şərabçı” əsəridir
Azərbaycan milli ideyasının formalaşmasında mühüm rol oynayan mütəfəkkirlərimizdən olan Sultan Məcid Qənizadə (1866-1937) Türklüyə və İslama münasibətdə də özünəməxsus yer tutmuşdur. Hələ, 1880-ci illərin sonlarından başlayaraq Azərbaycan türklərinin maariflənməsi uğrunda mübarizəyə başlayan Sultan bəy bu dövrdə digər Azərbaycan türk mütəfəkkiri Həbib bəy Mahmudbəyovla birlikdə, 1887-ci ildə Bakıda «Rus-Tatar məktəbi» adlı ilk yeni tipli ibtidai məktəbin əsasını qoymuşdur. Çünki bu dövrdə əsasən dini elmiləri öyrədən mədrəsələr mövcud idi və orada da dərslər yalnız fars və ərəb dillərində həyata keçirilirdi. Ancaq yeni tipli məktəbdə isə Azərbaycan türkcəsi əsas dil kimi tədris olunur, eyni zamanda burada dünyəvi elmlər (coğrafiya, riyaziyyat, tarix və s.) tədris olunurdu.

Bu məktəbin yaradılması Azərbaycan milli ideyasının inkişafına da müsbət təsir göstərmişdir. Belə ki, həmin məktəbin məzunları arasında Azərbaycan türklərinin ideoloqu Məhəmməd Əmin Rəsulzadə də olmuşdur.
Sultan Məcid bəy Azərbaycan türk dilinin inkişafına da böyük diqqət yetirmiş, 20-ci əsrin əvvəllərində onun «Lüğəti-rusi və türki», «İstilahi-Türki» və başqa kitabları nəşr olunmuşdur.
S.M.Qənizadə ilk dövrlərdə bir maarifçi kimi, daha çox cəmiyyətin savadlanmasına, elm və bilik sahibi olmasına çalışmışdır.

Onun fikrincə, müəllimin əsil övladları öz uşaqları deyil, məhz şagirdləri olmalıdır. Eyni zamanda, müəllimin mal və dövləti dərs və təlimdir, müəllimin kəsb və icrəti isə millətinin rəğbətidir. Qənizadə yazırdı: 

«Müəllimin evi kitabxanadır, müəllimin nökəri məkitəb mülazimidir, müəllimin təvabe və ətbari cocuq-şagirdlərdir, müəllimin müxəlləfatı qara-qura məktəb mizləridir, müəllimin sazı, nəğməsi məktəb şagirdlərinin sədasıdır, müəllimin istirahəti dəftərlər təsihihdir… Ax, Xudavənda, tədris nə girənmayə məta, millət iradəti nə pürəyar bəhadır! Tila (qızıl) və nürqə (gümüş) ilə tədris və təlim mabeynində nə böyük təfavütlər var! Xudavənda, təkrarən sənə şükür olsun ki, mən aciz bəndəyə süni-müəllimliyi tərbiyə verib, məktəbdarlıq peşəsin nəsib edibsən! Hər sübh və şam qapıma gələn cocuqlar tila-nüqrə (qızıl-gümüş) əvəzinə məndən elm və tərbiyə istəməkləri mənim üçün səadətdir».

Onun fikrincə, artıq mədəniyyət əsrində Xacə Hafizin xətm etdiyi qəzəliyyat yolu ilə getmək, zülf və şövqlə mədhiyyələr oxumaq hünər deyildir. Artıq dünyəvi elmlərə meyil etmək, cəmiyyəti maarifləndirəcək əsərlər yazmaq lazımdır. Bu yolda Qənizadə bir sıra əsərlər («Məktubati-Şeyda bəy Şirvani», «Allah xofu» və s.) yazmışdır. O, həmin əsərlərində də ilk növbədə yeni tipli məktəbblərdən və həmin məktəblərdə dərs deyən müəllimlərin milli ruhlarından bəhs etmişdir. Azərbaycan mütəfəkkiri hesab edirdi ki, dini xurafat və mövhumatdan, cahillik və nadanlıqdan qurtulmağın ilk yolu məktəblərin yaranmasından və həmin məktəbdə millətin övladlarına bilik vermək istəyən müəllimlərin olmasından başlayır. Onun fikrincə, müəllim millətini cəhalətindən qurtarmaq üçün hər şeyi gözə almalıdır: «Millətin cəhalətindən həzər edən müəllim öz balasına nifrin edən ata kibidir. Hünərli ustad xam dəmirdən səbirlə misri qılınc yapa bilərsə, yaxşı müəllim kəctəb millətdən xoşəxlaq cəmiyyət hazırlaya bilər».
Hətta, Qənizadə müəllimliyi həccə getmək istəyən müsəlmanın vəzifəsindən də ağır vəzifə hesab etmişdir. Onun fikrincə, xüsusilə dövründə müəllim çox məsuliyyətli bir vəzifə daşıyır:

«Müəllimliyə təklif olan şəxs həcc və zəkatə müstəti olmadıqda «kimləri öyrətdin və nə öyrətdin?» sorulub bazxast (tələb) olacaqdır. İnsafən müəllimlik təklifi ağır təklifdirsə, müəllimlik şəni həm uca şəndir. Müəllimlik hər bir əsrdə ağır olubsa, bu əsrimizdə daha ağırraqdır! Əsrimiz bir əsrdir ki, gündüzlər qiraət, gecələr kitabət müəllimlər üçün din borcudur».

S.M.Qənizadə İslamda qadın məsələsinə də xüsusi diqqət yetirmişdir. Onun fikrincə, müsəlman dünyasından neçə əsrlərdən bəri davam edən bu adətə son qoymaq lazımdır. Çünki qadınların azadlıqlarının əlindən alınması son nəticədə millətin inkişafına zərbə vurmuşdur. Qənizadə yazırdı: 

«Filhəqiqə bəzi millətlər arasında qadın tayfası hürriyyət səmərəsində binəsib ikən, bəzi hüquqdan məhrum qalmışlar. Biz Qafqaziya müsəlmanlarının arasında qadın çağırdığımız mehriban canlar, analar və bacılar übudiyyət qeydlərində bağlanmaları zülm və fəzihətdir və bunca nagüvara adətlər şəri-Məhəmmədiyə bərəks olduqda tədric ilə islam millətlərinin arasından tərk olacağına etimad çoxdur».
Ancaq o, kişilərlə qadınların tamamilə bərabərhüquqlu olması məsələsinə gəlincə, burada bir qədər fərqli mövqedən çıxış edirdi. Qənizadənin fikrincə, kişi ilə qadın arasında başlanğıcdan müəyyən fərq olduğu üçün, indii də bəzi məsələlərdə kişi qadından üstündür: 

«Dünyada hər bir zatın tərəqqisi üçün bir şərt mövcud ikən həmin tərəqqinin təkmili üçün həm bir dərəcə müəyyəndir. Hakəza qadın məsələsi hürriyyət və insaf üstündə bina tutduqda mədəniyyət aləmində bir dərəcəyəcə çatacağına həm etimad çoxdur, amma amerikalılar istətdiyi bərabərlik dərəcəsinəcən yox. Zira ki, ümumi insaniyyət üçün hürriyyət mütləqən mümkün olmadıqda, qadınla kişi arasında hər bir cəhətcə bərabərlik mümkün deyildir».

Qeyd edək ki, S.M.Qənizadə Azərbaycan Cümhuriyyəti dövründə də (1918-1920) milli və dini dəyərləri təbliğ etməkdə davam etmişdir. Qənizadə Azərbaycan Parlamentinin millət vəkili kimi, ən çox diqqəti «İslam-Türk» birliyinə yönəltmiş və türk-islam məfkurəsinin sintezindən çıxış etmişdir.

Azərbaycan Sovet Rusiyası tərəfindən işğal olunduqdan sonra da mədəni-maarif işlərini davam Qənizadə, ancaq SSRİ repressiyasından qurtula bilməmişdir. Belə ki, onun vaxtilə islamçılıq, o cümlədən türkçülüklə bağlı çıxışları 1937-ci ildə repressiya olunması il nəticələnmişdir. Beləlliklə, ömrünün böyük bir hissəsini xalqının maariflənməsinə və savadlanmasına həsr edən Qənizadə bu yolda, sözün həqiqi mənasında şəhid olmuşdur.

S.M.Qənizadə büün ömrü boyu İstiqlal Bəyannaməsinin say şoxluğu ilə qəbul olunan altı maddəsinin altısına da sədaətlə ələ etdi,onun keşiyində urdu. Qələmilə köz kimi yandırıb yaxan söz yadı,nə yazdısa ,yazısına pozu olmadı,hamısı da düz oldu.

Nazim Nəsrəddinov
Nazim Nəsrəddinov

Nazim Nəsrəddinov, 

Azərbaycan Respublikasının əməkdar müəllimi,
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə keçirilən
ƏN YAXŞI MÜƏLLİM müsabiqəsinin qalibi,
Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının bölmə üzvü,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
türkoloq.

Ədəbiyyat siyahısı

1. Seminariya barəsində. “Ziya” qəzeti.06.09.1879, N 33
2. Məktub. “Ziyayi-Qafqasiyyə” qəzeti.26.06.1884 ,N 11.
3.Tərcüman qəzeti,1881-1917.
4.”Maarif “jurnalı.1921,N 1,2.
5.”Məktəb” jurnalı.29.11.1911,N1; 1912, N 21.
6. AR DTA.Fond 44,2,954
7. AR DTA. Fond 57,Xalq Maari komissarlığının materialları.
8.Sultanməcid Qənizadə. Seçilmiş əsərləri.Bakı,1965.
9.Xeyrulla Məmmədov.Sultan Məcid Qənizadə.Bakı 1983.
10.Xeyrulla Məmmədov.XIX əsr Azərbaycan ədəbiyyatı.Bakı ,2006.
11. F.Seyidov.Qori Seminariyası və onun məzunları. Bakı.1988.
12. Nazim Nəsrəddiov. Məclis Məktəbini kim yaratmışdır // “Azərbaycan müllimi”. 22.02.1979.

Pin It on Pinterest