Bu dünya özüdür Türkün başdaşı

Mən bir Azərbaycan Türküyəm, lələ
Elimin o başı, bu başı yoxdur.
Neçəki at çapır belədən belə,
Hələ Türk oğlunun başdaşı yoxdur.
Bu dünya özüdür Türkün başdaşı!

Qayalar baş daşı, qəbri dərələr,
Sinəsi düşmənə keçilməz sipər,
Ölsə bir Əsgəri, mini dirilər –
Hələ Türk oğlunun başdaşı yoxdur.
Bu dünya özüdür Türkün başdaşı!

Dünyaynan yaşıddır bizim yaşımız.
Vətən uğrundadır haqq savaşımız!
Çoxunun başına düşüb daşımız –
Hələ Türk oğlunun başdaşı yoxdur.
Bu dünya özüdür Türkün başdaşı!

Göylərdən etmişik biz Yerə vallah!
Biz idik Tanrı da, biz idik Allah!
Bizik bu dünyanın sahibi vallah! –
Hələ Türk oğlunun başdaşı yoxdur.
Bu dünya özüdür Türkün başdaşı…
Sabir Sadaxlı

Pin It on Pinterest