GenelKültür Sanat

Aysel Əliyeva

Nazim Əhmədli / Kırımınsesi / Azerbaycan

TƏRCÜMEYİ-HAL

  Mən Əliyeva Aysel Nazim qızı 22 aprel 1989- cu ildə Bakı şəhəri Sabunçu  rayonunda qulluqçu ailəsində anadan olmuşam. Sabunçu rayon 67 saylı tam orta məktəbdə oxumuşam. Azərbaycan Dənziçilik kollecini fərqlənmə ilə bitirmşəm. Bakı Xaroeqrafiya Akademiyasının I kurs tələbəsiyəm. Orta məktəb illərindən ədəbi- bədii yaradıcılığa həvəs göstərmişəm. Respublika mətbuatında mütəmadi olaraq bədii və publisistik yazılarla çıxış edirəm. “ Ədalət”, “Kredo”, “Təhsil Problemləri” , “ Müəllim”, “ Həkəri”  eləcədə qardaş ölkə Türkiyədə “ İzləm” , “Mersin postası ”qəzetlərində , Yurd ” , “ Məşəl” , “ Füyuzat” “ Sənətkar”  “ Yazarlar “ jurnallarında bədii nümunələrim işıq üzü görüb.

 “ Jurnalistlər Birliyinin “ üzvüyəm. “ YURD” jurnalının şöbə müdiriyəm.

 “ Qızıl Qələm “ media mükafatçısıyam.

“ Duyğu Dənizi”,  “ Qəlbimin Harayı” , “ Xalqımızın Mehribanı” adlı şeirlərlər kitabının müəllifiyəm.

Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Müəllim vəzifəsində çalışıram.

MƏNİM BU SEVGİM
Bahara döndərdi duyğularımı,
Şipşirin eləyib yuxularımı.
Üstünə sərmişəm könül varımı,
Kövrək bir nəğmədir mənim bu sevgim.
****
Hər gün sevincimin dodağı qaçır,
Duyğular sinəmdə gül-çiçək açır.
Elə bil ruhuma işıq, nur saçır,
Kövrək bir nəğmədir mənim bu sevgim.
****
Çiçəyə bürünüb yaylaqlar kimi,
Pıçıldayır körpə dodaqlar kimi.
Çağlayır dumduru bulaqlar kimi,
Kövrək bir nəğmədir mənim bu sevgim.
****
Oxu könlümdəki eşqin sətrini,
Daim uca tutdum onun xətrini.
Ayselin ruhuna səpib ətrini,
Kövrək bir nəğmədir mənim bu sevgim


VƏTƏN
Ömrümə ələnən ilahi nursan,
Ana laylası tək qəlbə dolursan.
Yamyaşıl geyinmiş gəlin olursan,
Bir özgə aləmdir baharın, Vətən.
****
Nəğməyə bələnib gözəl çağların,
Ərən oylağıdır uca dağların.
Könüllər oxşayır barlı bağların,
Ümid ətirlidir yolların, Vətən.
****
Aysel, bu torpaqda halallıq ara,
Zirvələr heykəldir namusa, ara.
Sənin sorağına gələn dostlara,
Sevinclə açılır qolların, Vətən.


HƏYAT
Duyğular sinəmdə iməkləyən gün,
Əllərim ümidi ətələyən gün,
Arzular gözümdə çiçəkləyən gün,
Bəxtimi gözündə çalıbdı həyat.
****
Fələyin bəxtimlə çoxdu davası,
Yaralı könlümün yoxdu dəvası,
Ruhuma əsəndə bahar havası,
Sevgimi əlimdən alıbdı həyat.
****
Min ah çiçəklədi bir arzu-kamda,
Qəfil çilikləndi arzu da, kam da.
Əllərim vüsala yetən məqamda,
Ayrılıq havası çalıbdı həyat.
****
Fələk taleyimdə dərdi yolları,
Gözümün yaşına sərdi yolları.
Keçir sinəm üstdə dərdin yolları,
Ömrümü əzaba salıbdı həyat.
****
Gözü misra-misra dolan şairəm,
Dərdin bağcasında solan şairəm.
Bəxtimi ovcundan salan şairəm,
De, məndə ta nəyin qalıbdı, həyat?!


SEVİRƏM
İmkan olsa, tut kasıbın əlindən,
Çıxar onu dərdin, qəmin selindən.
Əyilib öp bir yetimin telindən,
İnsanların mürvətini sevirəm.
****
Can fələklə hər gün bəhsə-bəhsədir,
Əcəl yolda, qulaqlarım səsdədir.
Ümidlərim həyat adlı dərsdədir,
Mən taleyin qismətini sevirəm.
****
At oynadır zəmanənin soyuğu
Solan deyil içimdəki bu duyğu
Nənələrin mənə miras qoyduğu,
Abırını, ismətini sevirım
****
Bir xoş sözlə, tənhaları dindirin,
Gözlərdəki dərdi, qəmi endirin.
Bu dünyanın mohnəti var çox dərin,
Ürəklərin şəfqətini sevirəm.
****
Aysel, zaman ömrü-günü toxuyar,
Arzularım pərdə-pərdə oxuyar.
Ümidlərim zəfər ətri qoxuyar,
Doğma elin qeyrətini sevirəm.


ÖMÜR VƏFASIZDIR
Dağlar bu dünyanın alın qırışı,
Dəryalar, dənizlər gözümün yaşı.
Qəlbində bu uca hikməti daşı,
Ömür vəfasızdır bu dünya kimi.
****
Soruş lalələrin qara xalından,
İbrət al həyatın qeylü-qalından,
Tutma iki əlli haram malından,
Ömür vəfasızdır bu dünya kimi.
****
Əzəldən dərdləri təzədi, tərdi,
Min ildi gözlərdən göz yaşı dərdi.
Milyon-milyon ömrü torpağa sərdi,
Ömür vəzafızdır bu dünya kimi.
****
Aysel, bəxtin yolu dumandı, çəndi,
Ağrılar saçımdan boylanan dəndi.
Fələyin qapısın çırpıb gedəndi,
Ömür vəfasızdır bu dünya kimi.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest