GenelGüncel

Azərbaycan Xalq Cümhuriyyəti İstiqlal Bəyannaməsi- Əqdnamə

Azərbaycan Xalq Cümhuriyyətinin milli dildə yazılmış və

 8 nəfərin imzaladığı ilk rəsmi  hüquqi sənədlərindən biri-

İstiqlal Bəyannaməsi-Əqdnamə

Azərbaycan Xalq Cümhuriyyəti İstiqlal Bəyannaməsi ciddi hüquqi sənəddir.Adətən, belə sənədlərin hazırlanması  hərtərəfli hüquqi bilikləri,zəngin  iş təcrübəsi,ən azı 2-3 ədəbi dil vərdişləri,yüksək milli düşüncəli səlahiyyətli mütəxəssislərə tapşırılır.Azərbaycan Xalq Cümhuriyyəti İstiqlal Bəyannaməsini- Əqdnaməni imzalayan 8 nəfərin  hamısında  sadaladığımız bu xüsusiyyətlər var idi.  Onların hamısı- Həsən bəy Ağayev,Fətəli xanXoyski, Nəsib bəy Yusifbəyli, Camo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyli,Nəriman bəy Nərimanbəyov,Cavad Məlik-Yeqanov və Mustafa Mahmudov  siyasi aləmin tanınmış adamları idi.Mustafa Mahmudpvdan başqa, hamısı xanlıq,bəylik  mənsəbinə şamil idi.

Təkcə M.Mahmudov  Kürdəmirdə  var-dövləri ilə tanınan rəiyyət nümayəndəsi idi.Digərlərindən fərqli olaraq onun ali təhsili yox idi.O,1899-cu ildə Qoridəki Zaqafqaziya Müəllimlər Deminariyasının müsəlman (Azərbaycan dilli şöbə-N.N.) şöbəsini bitirmiş,Bakıdakı rus-tarar məktəblərində ibtidai sinif müəllimi və bir neçə il direktor işləmışdir.O, II Dövlət Dumasının deputatı kimi məktəb və maarif məsələlərinə aid çıxışları ilə hökumət dairələrinin diqqtini cəlb etmişdi.Heç də təsadüfi deyil ki, M.Mahmudov Duma buraxılandan sonra uzun müddət direktorluq vəzifəsinə bərpa oluna bilməmişdi. Bir müddətdən sonra o,yenidən direktor vəzifəsinə təsdiq edilmişdir.
M.Mahmudov rus dilini bu dilin daşıyıcılarının çoxundan yaxşı bilirdi.

Əqdnaməni imzalayanların çoxu Rsiyanın nüfuzlu ali məktəblərinin məzunları idi. Həsən Ağayev həkim idi

Görəsən, Əqdnamənin onun əsas müəllifi kimdir?

Bəyannamənin qəbul olunma mərasimində M.Ə.Rəsulzadə iştirak etməyib.O, çox vacib bir işin arxasınca səfərə çıxmışdı.

Ə.Topçubaşov da o vaxt Tiflisdə deyildi.Onun da təxirəsalınmaz partiya tapşırığı var ldi. Deməli, o da  Əqdnamə müəllifi deyil.

Söz yox ki,bu sənədin hazırlanmasında dünya təcrübələrindən istifadə olunmuşdur.Mənə elə gəlir ki,bu sənədin əvvəlcə rus və ya qeyri dildə yazılması da ağlabatan deyil.

Mənə elə gəlir ki,  İstiqlal Bəyanaməsinin əsas müəllifiləri Rusiyanın ali məktəblərində oxumuş  Nəsib bəy Yusifbəyli, Fətəli Xan Xoyski, Cəmo bəy Hacinski, Şəfi bəy Rüstəmbəyli, Nəriman bəy Nərimanbəyov və zəngin hüqyq təcrübəsi olan  Cavad Məlik-Yeqanovdur.

İxtisaca həkim olam Həsən bəy Aöayev Əqdnamə komissiyasının rəhnəri,yaxşı qələm əhli,yazı qabiliyyəti və səriştəli mütəxəssis olan  Mustafa Mahmudov isə komissiyanın işçi qrupunun katibi olmuşdur.
Əqdnamənin sonundakı siyahıda olan ardıcıllıq da buna bir növ işarədir.

Yeri gəlmişkən,  Əqdnamənin dil və üslub xüsusiyyətlərindən  də söz açmaq istəyirəm.

Bu sənədin türkdilli variantı o dövrün ədəbi dilinin normalarına çox uyğundur,başqa sözlə desək, parlaq ədəbi dil nümunəsidir.Burada ədəbi dilin  üslubi imkanlardan  səmərəli istifadə olunoşdur. 
Sənədin leksikasında ərəb mənşəli sözlərin çoxluğu nöqsan sayıla bilməz.Bu alınmalar artıq o vaxtlar rəsmi üslubda vətəndaşlıq hüququ qazanan sözlər və dil vahidləridir.Alınmaların çoxu XIX əsrin II yarısından  milliləşən sözlərdir.

Mətndəki qrammatik normalar  dilin funksional vəzifələrinə ləyaqətlə xidmət edir.Türkdilli sənədlərin dilində ərəb mənşəli terminləri çoxluğu burada da özünü göstərir.Çətin başa düşülməsi güman edilən bir sıra terminlər sinonomləri ilə müvazi şəkildə işlədilmişdir.Cümlələrdə söz sırası ədəbi dilin qaydalarına uğğun şəkildə cərgələnmişdir.İndiki zaman şəkilçisi Türkiyə türkcəsində olduğu

kimi -yor şəkilçisi ilə yazılmışdır.Mətndə aınma söz birləmələrindən -izafətdən istifadə yasaq sayılmamışdır.Mübtəda ilə xəbər arasında uzlaşma ədəbi dil normaları çərçivəsindədir.

Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının Əməkdar müəllimi,
Azərbaycan Respublkası Prezidentinin Sərəncamı ilə keçirilən
ƏN YAXŞI MÜƏLLİM müsabiqəsinin qalibi,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,türkloq

Bakı.
21.04.2021
***


İstiqlal Bəyannaməsinin mətni  

Orijinal mətn (Azərbaycanca)

************

ایستیقلال بیاننامهسی
عقدنامه
İstiqlal Bəyannaməsi
Əqdnamə

بؤیوک روسیا اینقیلابینین جریانیندا دؤولت ووجودونون آیری-آیری حیصصهلره آیریلماسی ایله زاقافقازیانین روس اوردولاری طرفیندن ترکینه مؤوجیب بیر وضعیتی-سیاسیه حاصیل اولدو. کندی قوایی-مخصوصهلرینه ترک اولونان زاقافقازیا میللتلری موقددراتلارینین ایدارهسینی بالذات کندی اللرینه آلاراق زاقافقازیا قوشما خالق جومهورییتینی تاسیس ائتدیلر. وقایع- سیاسیهنین اینکیشاف ائتمهسی اوزرینه گورجو میللوتی زاقافقازیا قوشما خالق جومهورییتی جوزیندن چیخیبدا موستقیل گورجو خالق جومهورییتی تاسیسینی صلاح گؤردو. روسیا ایله عوثمانلی ایمپئراتورلوغو آراسیندا ظوهور ائدن موحاريبهنین تصوییهسی اوزوندن حاصیل اولان وضعیت حازظرئیی-سیاسیه و مملکت داخیلینده بولونان میثیلسیز آنارخیا جنوب-شرقی زاقافقازیادان عبارت بولونان آزربایجانا دخی بولوندوغو داخیلی و خاریجی موشکولاتدان چیخماق اوچون خوصوصی بیر دؤولت تشکیلاتی قورماق لوزومونو تلقین ائدیور. بونا بینان آرای-عومومیه ایله اینتیخاب اولونان آزربایجان شورایی-میللیهیی ایسلامیهسی بوتون جماعته اعلان ائدیور کی:

Böyük Rusiya inqilabının cərəyanı ilə dövlət vücudunun ayrı-ayrı hissələrə ayrılması ilə Zaqafqaziyanın rus orduları tərəfindən tərkinə mövcud bir vəziyyəti siyasiyyə hasil oldu. Kəndli qəvayi-məxsusələrinə tərk olunan Zaqafqaziya millətləri müqəddəratlarının idarəsini bizzat kəndi əllərinə alaraq Zaqafqaziya Qoşma Xalq Cümhuriyyətini təsis etdilər. Vəqayi-siyasiyyənin inkişaf etməsi üzərinə gürcü milləti Zaqafqaziya Qoşma Xalq Cümhuriyyəti təsisini səlah gördü.
Rusiya ilə Osmanlı imperatorluğu arasında zühur edən müharibənin təsviyyəsi üzündən hasil olan vəziyyət hazireyi-siyasiyyə və məmləkət daxilində bulunun misilsiz anarxiya Cənubi-Şərqi Zaqafqaziyadan ibarət bulunun Azərbaycana, dəxi bulunduğu daxili və xarici müşkülatdan çıxmaq üçün xüsusi bir dövlət təşkilatı qurmaq lüzumunu təlqin ediyor. Buna binaən arai-ümumiyyə ilə intixab olunan Azərbaycan Şurai milliyyeyi-islamiyyəsi bütün cəmaətə elan ediyor ki:
١. بو گوندن اعتبارن آزربایجان خالقی حاکمیت حققینه مالیک اولدوغو کیبی، جنوبی و شرقی زاقافقازیادان عبارت آزربایجان دخی کامیل-ال-حقوق موستقیل بیر دؤولتدیر.




1.Bu gündən etibarən Azərbaycan xəlqi hakimiyyət həqqinə malik olduğu kibi Cənubi-Şərqi Zaqafqaziyadan ibarət Azərbaycan dəxi kamil-əl-hüquq müstəqil bir dövlətdir.

٢. موستقیل آزربایجان دؤولتینین شيکلی-ایدارهسی خالق جومهورییتی اولاراق تقررور ائدیور . 2.Müstəqil Azərbaycan dövlətinin şəkili-idarəsi Xalq Cümhuriyyəti olaraq təqarrür ediyor.

٣. آزربایجان خالق جومهورییتی بوتون میللتلر و بیلخاصه، همجیوار اولدوغو میللت و دؤولتلرله موناسیبتی-حسنه تاسیسینه عزم ائدیور

3.Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlər və bilxassə həmcüvar olduğu millət və dövlətlərlə münasibəti – həsənə təsisinə əzm edər.

٤. آزربایجان خالق جومهورییتی میللت، مذهب، صینیف، سیلک و جینس فرقی گؤزلمهدن قلمروووندا یاشایان بوتون وطنداشلارینا حقوقی-سیاسیه و وتنیه تامین ائیلر. .

4.Azərbaycan Xalq Cümhuriyyəti millət, məzhəb, sinif, silk və cins fərqi gözləmədən qələmrəvində yaşayan bütün vətəndaşlarına hüquqi-siyasiyyə və vətəniyyə təmin edər.

٥. آزربایجان خالق جومهورییتی اراضیسی داخیلینده یاشایان بیلجومله میللتلره سربستانه اینکیشافلاری اوچون گئنیش میدان بوراخیر

5. Azərbaycan Xalq Cümhuriyyəti ərazisi daxilində yaşayan bil cümlə millətlərə sərbəstanə inkişafları üçün geniş meydan buraxır.

٦. مجلیسی-موسسیسان توپلانینجایا قدر آزربایجان ایدارهسینین باشیندا آرای-عومومیه ایله اینتیخاب اولونموش شورایی-میللییهیه قارشی مسئول حوکومتیمووققتی دورور”.

6. Məclisi-Müəssisan toplanıncaya qədər Azərbaycan idarəsinin başında arai-ümumiyyə ilə intixab olunmuş Şurai- Milli və Şurai-Milliyə qarşı məsul hökuməti-müvəqqəti durur.

حسن بی آغایئو،
فتحعلیخان خویسکی،
نصیب بهی یوسیفبهیلی،
جامو بهی هاجینسکی،
شفی بهی روستمبهیلی،
نریمان بهی نریمانبهیوو،
جاواد ملیک-یئقانوو،
موصطافا ماحمودوو

Həsən bəy Ağayev,
Fətəli xan Xoyski,
Nəsib bəy Yusifbəyli,
Camo bəy Hacınski,
Şəfi bəy Rüstəmbəyli,
Nəriman bəy Nərimanbəyov,
Cavad Məlik-Yeqanov,
Mustafa Mahmudov

****
Bakı.
21.04.2021

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest