GenelKültür Sanat

Ayna

Çox uzan zaman öncə quşlar xoşbəxtlik içində yaşardıxoşbəxlər ölkəsində. Dünyadan xəbərsiz, gizli sirlərdən qafil xoşbəxt sayırdılar özlərini. O qədər xoşbəxt oldular ki, xoşbəxtlik çevrilib oldu bədbəxtlik. O qədər göldülər ki, gözlərindən damla-damla yaşlar süzlməyə başladı, təbəssümdən göz yaşı doğdu. Axı hər şey ziddi ilə daimdir. Onlar artıq bədbəxtlər diyarının sakini idi. Yaz getdi son bahar gəldi artıq. Çünki gündüzün gecəsi gəlmişdi.  Hər zaman gülə bilməzsən, hər zaman bədbəxt ola bilməzsən. Ömür dediyin bu əcayib yolda sevinc də var kədər də.

ayna

Quşlar qərara gəldilər ki, xoşbəxtliyin arxasınca getsinlər. Xoşbəxtlik bir qarnaquş kimi, son bahar gəldi o da baharın isti nəfəsinin arxasınca getdi, onları tərk etdi. O gözəl pəri naz eylər, bizdən nəvaziş istər. Onun arxasınca getmək lazım. Beləliklə, quşlar qanad açıb uçdular xoşbəxlik arxasınca.

Onlar 7 vadidən keçməliydi. Birinci vadi idrak adlanırdı. İlkin mərhələ idrak, onu keçən ən böyük qoçaq. İdrak biliyin evidir. İdrakı olmayan özünü dərk edə bilməz. Özünü dərk etməyən həqiqət sirrini görməz. Həqiqəti görməyən kordur zatən, yaşamağı gərəkməz. Quşların hamısı bu vadidən keçdi. Çünki idrak doğuşdan gəlirdi. Ananın südü ilə körpənin qanına işləyirdi. Hər kəsin idrakı var. Məsələ idrak kuzəsini biliklə doldura bilmək. Sənə verilən o boş qabı dolu qaytara bilmək.                Quşlar qanad çırpır xoşbəxtlik arzusu ilə. Gəlib çatdılar ikinci vadiyə. Bilik vadisi buranın adı, çiçəkləri tər-təravətli. Solmaz biliyin çiçəyi. İtməz, batmaz, yox olmaz. Bilikli insanlar ana yurda əli boş qayıtmaz. Dünya malı fanidir, bilikdir yalnız baqi olan. Bu vadini bəyquş bir göz qırpımında keçdi, neylək onun da niyətipisdi. Anka quşu bu vadini bəyquşla bir keçdi. Xeyirlə şər kimi yolları hələ ki, birdir. Sərçələr bu vadidə ilişdi. Yerdə qalan quşlar, kimisi bəyquşun ardınca, kimisi anka cığırında bu vadini başa vurdlar. Quşalar bu vadidən əli boş çıxmadılar. Onların artıq böyük sərvəti vardı. Çünki bilik tükənməz bir mədən, xərclədikcə böyüyən.

Sonra quşlar üçüncü vadiyə üz tutdular. Bu vadi inam vadisi. İnam könüllərin əfəndisi. İnanmayan insan boş insan. İnanmayan insan boş yaşar inan. İnanmır zatən, ən qorxulusu. Qayə yox, hədəf yox həyatda, hər şeyi kef üçün yaşar, yalnız özünü düşünər. Gəldi gedər dünyada faniliyi seçər. Baqi olanlar gözündə yoxdur, üç günlük ömründə kor ilan kimi faydası yoxdur, zərəri çoxdur. İbrətdir baxıb dərs alasan, inamın qiymətin anlayasan. Dünyanın sərhəddi var, lakin könlün sərhəddi yox. İnam sərhədsiz bir quyu olan könül dünyasına çıraqdır nurlandıran. İnmasız insana güvənmə. Çünki mənfətə güvənir o könüldən. Güvənməz kimsəyə əsla. Mənfət güdər hər yaxşılığa. İnanmaz qarşılıqsız xeyirxahlığa. Quşlar qanad çırpır inamın vadisində. İnam eylə bir zinətki daşıya bilməz hər kəs sinəsində. Ağır gələr iradəsi zəiflərə.

Anka keçdi bu vadidən cəsarətlə. Ardınca bəyquş keçdi güclə. Bəyquş biliyi sayəsində keçsə də, bu çətin yolu, qarşıda gözləyirdi min-bir əziyyət onu. Qarğa ilişdi qaratikan kolluğuna. Keçə bilmədi o bu yolu daha. Əzablar-əziyyətlər güc gəldi qanadlarına. Türklərin müdriki yaxşı demiş: “ Kişi kəndindən bilir işi”. Qarğa güvənilməzdir, bicdir. Özü kimi bilir hər kəsi. Ona görə arxa, dayaq hesab hesab etməz kimsəni. Hamı güvənilməzdir, dolandırcı və bic. Ona görə iki qrupa ayrılır hər kəs: Aldadanlar və aldadılanlar. Aldadanlar aldadacaq, aldadılan intiqam alacaq. İnanmaq olmaz kimsəyə. Qarğanın qanadı sındı, yolu yarımçıq qaldı. İnam adlanan zinəti qazananlar keçdi dördüncü vadiyə.

Növbəti vadi eşq vadsi. Eşq badəsini qaldırıb, eşqin meyini içənlərin bir qor düşər qəlbinə. Yanar, yanar əsala sönməz. Eşqin atəşində yanmasan, pişməsən ola bilməzsən Adəm. Eşq atəşinə yanmadınsa, çiysən demək. Hələ palçıqsan yanmamısan insan olmamısan demək. İnsanın köksündə döyünən ürək eşqin sarayı olsun gərək, yoxsa, viranə deyilmi bu ürək. Həyat olmayan yerdə biyabanlıq hökm sürəcək. Dövranın qaydası belədir, viranə könüllərə həyat gətirən, nəfəs gətirən eşqdir sadəcə. Eşq vadisinin qızılgülləri eşqin rayihəsini yayır aləmə. Bülbüllər xoş rayihəli gülün eşqinə düşdü. Eşq odunda yanıb, xoşbəxtliyi burda tapıb burda qaldılar. Yolu yarımçıq qoydular. Bəyquş hey qanad çırpdı , bir yaz səhəri aşiqin könlündə sərinlik gətirən, köksündə yanan atəşi dilə gətirən o gözəl meh tufan oldu coşdu, qasırğa oldu fırtına qopdu bəyquş yolu yarımçıq qoydu. Bəyquşunyoluda buraya qədərdi, çünki könlü də yaşadığı yer kim viranədi. Hər kəsin könlü vətəni kimidi. Anka bu çətin yolu da keçdi. Quşlar bundan sonra onu özünə şah seçdi. Ankanın rəhbərliyində quşlar beşinci vadiyə qanad açdılar. 

Beşinci vadi İman vadisi. Burda yamyaşıldır hər tərəf. Suları dupdur, tazə-tər. Baxanın gözünü oxşar, könlündə çiçək açar. Lakin nə çarə kor olanlar görməz bu nemətin gözəlliyini. Görmək üçün gözlər kifayət etməz. Könül gözün görsün gərək bu gözəlliyi. İman bir nurdur inan. Geyinsən imanın əbasını, cəhalətin qaranlığında çıraq tək yanarsan atəş olub. İman yanmaqdır, yanasan gərək. Yanasan eşq oduna gərək. Öncə cüzü sevənlər indi küllü sevməlidirlər. İman eşqin çatdığı son mənzildir. Bu mənzilə çatmaq məharət istəyir. Lakin məsələ çatmaq deyil, məsələ iman gətirib sevə bilməkdir. Yaradan üçün yaratdığını sevə bilmək, sonra yenə Yaradan üçün sevdiyindən keçə bilmək iman rəmzdir. Eylə sevməlisən ki, özündən çox. Qəlbinlə sevmə əsla. Çünki qəlbin dayanacaqdır. Ağlınla sevmə qətiyyən. Çünki ağlın unudacaqdır. Ruhunla sev sevdiyini. Çünki ruhun baqi qalacaqdır. Sevgili də fanidir sənə də fani, yalnız eşq baqidir, daimi. İman gətirmək fani olan sevgilini baqi olan sevgiliyə dəyişə bilməkdir. İbrahim istəklisi İsmayılı Tanrı yolunda qurban verməyə hazırdı. Çünki İmanı qor olub köksündə yanırdı. Yaqub Yusif yoluna gözün nurunu qoydu. Yusif yoluna gözünü qoydu, Allah yoluna Yusifi qoydu. Unutma baqi yalnız Yaradan , fani olan bu dünya yalnız onun yoluna qurban. Quşlar qanad çırpdı Allah yolunda birər-birər keçirdi bu vadidən. Çünki bu gözəlliyi görən dönə bilməzdi bu yoldan. Bu gözəlliyin tayı yoxdu bu dünyada inan. Bu elə bir nur ki, Musanın əqlin aldır. Əql anlamaz, əqlin gözü kordur bu nur qarşısında. Bir qanad çırpımı qalmışdı tovuz quşu əqlin itirdi. Çünki bu yollu eşq ilə deyil eql keçmək niyətində idi. Əql insanın ən böyük zinəti. Lakin nə yazıq əql insanın xidmətçisi. İnsan xeyrinə yalanla oturub durar, yalnız insanı ali tutar. Eşq isə insanı sevgili qarşısında aciz qılar. Eşq ilə yanan özünü unudar. Əql ilə oturub dur, yalnız eşq ilə sev, eşq ilə yan, eşq ilə inan, eşq ilə bağlan. Quşlar davam etdi öz yoluna.

Ankanın rəhbərliyi ilə gəldilər  altıncı vadiyə. Sədaqət adlanır bu vadi. Bu vadini keçmək ər kişinin işi. Keçmək asan deyil unutma, sədaqət zərif bir ip kimidir. Bizi bağlayır imanımıza, eşqimizə. Bu zərif ip polad zəncirlərdən də möhkəmdir, sınmaz əsla. Kimisə zorla polad zəncirlə zəncirlə. Könlü sənə bağlı deyil nə çarə. Qızılı işə sal cismini satın alacaqsan ancaq. Qızıl tükənsə, quş olub, uçub gedəcək yenə. Sədaqətsə cismi deyil ruhu məhkum edir. Ölüm belə qurtuluş deyil. Sədaqət insanı iki dünyada kölə edir. Bu vadini quşlar keçərkən ən böyük iztirabdan keçdilər. Çünki quşlar azadlığı sevirlər.

Bu quşlar arasında tükləri altun rəngi bir quş vardı. Gözləri atəş kimi alışıb yanardı. Keçə bilmədi bu vadidən. Azadığını tərk edə bilmədi. Ancaq səhv etdi. Çünki azadlıq sevdiklərinləbirləkdə ola bilməkdi. Azdlıq özbaşınalıq deyil. Özbaşınalıq isə fəlakətdir. Özabaşınalıq dəhşətdir. Çünki tək gəlib tək də gedirsən. Son nəfisində yalqız, kimsəsiz ölürsən. Unudulub itirsən. Yox olub gedirsən. Xatırlanmırsan daha. Əbədiyyətə çata bilməzsən.

Ankanın rəhbərliyi ilə quşlar yetdi yeddinci vadiyə. Həqiqət vadisi adlanır bura. Son mənzildir daha. Quşalar burda tapdı xoşbəxtliyi. Çünki  xoşbəxtlik həqiqətdə gizlidir. Həqiqətə çatmaq istəyən yeddi vadidən keçsin gərək. Yeddi vadini keçən xoşbəxtliyə çatıb demək. Quşalar bu mənzildə qərar tutdular. Ankanın sayəsində xoşbəxt ömür başa vurdular.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest