Kültür SanatTürk Dünyası

QƏRBİ AZƏRBAYCANIN TARİXİ, MƏDƏNİYYƏTİ, FOLKLORU, ABİDƏLƏRİ,

Atakişiyeva Həcər
QƏRBİ AZƏRBAYCANIN TARİXİ, MƏDƏNİYYƏTİ, FOLKLORU, ABİDƏLƏRİ,
TOPONİMLƏRİ

Qərbi Azərbaycanda minilliklər boyu mövcud olan tariximiz dədə-baba torpaqlarımızdakı tarixi
sübutlarla və milli mənsubiyyətimizlə beynəlxalq müstəvidə sübut olunmuşdur. Qərbi Azərbaycanın
Oğuz eli, azərbaycanlıların yurdu olduğunu beynəlxalq aləmdə sübut edən mənbələr Qərbi
Azərbaycandakı yaşam tariximizi, mədəni, dini abidələrimizi, qədim tikililərimizi, ədəbi mühitimizi,
mədəniyyətimizi, folklorumuzu, toponimlərimizi, ictimai-siyasi həyatımızı, milli şüurumuzu,
maarifpərvər şəxsiyyətlərimizi, qəzet və jurnallarımızı Azərbaycan xalqının milli varlığının,
düşüncəsinin təzahürü kimi qəbul edir. Qərbi Azərbaycanın ədəbi mühiti xeyirxahlığı, nəcibliyi ilə
millətə xidmət etməyi bacaran, gözüaçıq, savadlı gənclər yetişdirmişdir. Qərbi Azərbaycanın
abidələrinin tarixindən və özünəməxsus xüsusiyyətindən açıq şəkildə görünür ki, bu tarixi abidələr
bütünlüklə Azərbaycana məxsusdur. Qərbi Azərbaycanda hər dağın, dərənin, düzün, döngənin, cığırın,
bulağın, çayın, qayanın, daşın, mahalın, arxın qədim tarixi azərbaycançılığı özündə əks etdirir. Qərbi
Azərbaycanın tarixi, mədəniyyəti, folkloru, abidələri, toponimləri millətin milli qürurunu və
qəhrəmanlığını özündə təcəssüm etdirir. Qərbi Azərbaycanın folkloru əcdadlarımızın minilliklər boyu
burada yaratdığı milli-mənəvi dəyərlərdən qidalanaraq həm şifahi, həm də yazılı şəkildə inkişaf
etmişdir. Qərbi Azərbaycanın folklor nümunələrində yerli əhalinin folklor ənənələri, xüsusən də
oğuzlarla bağlı əfsanə və rəvayətləri özünü əks etdirir. Qərbi Azərbaycan lokal və regional şəraitdən
asılı olaraq fərqli coğrafi mühiti sayəsində yaddaşlardan silinməyən zəngin folklor materiallarına
malikdir. Belə ki, Qərbi Azərbaycanın folklor nümunələri tarixi yaddaşımızın və epik təfəkkürümüzün
semantikasının öyrənilməsinda olduqca böyük əhəmiyyətə malikdir və regionun folkloru toponimik
əfsanələrlə zəngindir və bu əfsanələr özlərində qədim yurd yerlərimizin adlarını mühafizə edib saxlayır.
Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, folkloru, abidələri, toponimləri həmin ərazilərin tarixən
türklərə məxsusluğunu birmənalı şəkildə təsdiqləyir. Belə ki, folklorun etnoregional xüsusiyyətlərinin
müəyyən olunması nəticəsində sübut olunmuşdur ki, Qərbi Azərbaycanın yerli əhalisinin zəngin
təxəyyülü sayəsində folklor, mif, əsatirlər, nağıllar, poetik nümunələr, rəvayətlər ənənəvi türk
dünyagörüşünü əks etdirə bilmişdir. Ağbabadan Vedibasara, Lorudan Zəngəzura, Göyçədən
Zəngibasara qədər olan ərazilərdə yaşayan türk soylu azərbaycanlılar bu müqəddəs yerlərin tarixçəsini
özündə yaşadan onlarla folklor nümunələrini nəsildən- nəslə ötürmüşdürlər. Qərbi Azərbaycanın
Vedibasar, Zəngəzur, Dərələyəz, Ağbaba, Şörəyel, Loru, Pəmbək, Göyçə, Qaraqoyunlu, Şəmşəddin

kimi bölgələri tarixi, mədəniyyəti, folkloru, abidələri, toponimləri ilə Azərbaycan ədəbiyyatını və
mədəniyyətini zənginləşdirmişdirlər. Qərbi Azərbaycanın tarixi, mədəni irsi, toponimləri, folkloru daim
tədqiqatçılar tərəfindən araşdırılmış və ümumtürk kontekstində böyük əhəmiyyət daşımışdır.
Azərbaycan xalqının adət və ənənələrini özündə əks etdirən Novruz bayramı ölkəmizin digər
bölgələrində olduğu kimi, Qərbi Azərbaycanda da geniş qeyd olunaraq, zəngin folklor nümunələri ilə
olduqca zəngindir və yerli əhali tərəfindən böyük təntənə və regional özünəməxsusluqlarla keçirilirdi.
Tədqiqatçılar üçün Qərbi Azərbaycanın ədəbiyyatının və mədəniyyətinin xüsusiyyətlərinin öyrənilməsi
ən aktual məsələlərdən biri olmuşdur. Qərbi Azərbaycanın toponimləri türk mənşəlidir və bu türk
mənşəli toponimləri coğrafiya, tarix və dilçilik kontekstindən elmi-nəzəri əsaslarla araşdıran zaman
tarixi toponimlərinin tam əksəriyyətinin türkmənşəli olduğu əsaslı mənbələr əsasında öz təsdiqini
tapmışdır. Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, folkloru, abidələri, toponimləri türk mədəni
sisteminin tarixi-estetik mahiyyətini bir bütöv halında özündə ehtiva edərək türk tayfalarının
məskunlaşdıqları ərazilərin düzgün müəyyənləşdirilməsində, türk tarixinin və mədəniyyətinin sistemli
tədqiq olunaraq zəngin və rəngarəng bir sistemə malik olmasının sübut olunmasında böyük rola
malikdir. Qərbi azərbaycanlıların yaşadığı Zəngəzur və Göyçə zonaları qədim dövrdə Alban ölkəsi
olduğu üçün bu regiondakı mədəniyyətimizin və maddi abidələrimizin Azərbaycan xalqının təşəkkül
tarixini, soykökünü elmi şəkildə öyrənməkdə, elin, obanın, xalqın tarixinin araşdırılmasında əvəzsiz
mənbədir.
Şəfəq Nasir “İrəvandakı dini-mənəvi və tarixi abidəmiz: Göy Məscid” məqaləsində Qərbi
Azərbaycanın tarixini, mədəni irsini, toponimlərini, folklorunu geniş şəkildə analiz etmişdir. “Müxtəlif
vaxtlarda tarixçi alimlərin, tədqiqatçıların bir sıra abidə və məbədgahlarla yanaşı, Göy Məscidlədə
bağlı araşdırmaları ortaya çıxıb. Bu sətirlərin müəllifi də həmin məscidlə bağlı tədqiqat xarakterli yazı
ilə mətbuatda çıxış edib. İndi mövzuya yenidən qayıtmaqla Hüseynəli xan Məscidinin tikildiyi tarixdən
başlamış, fəaliyyət göstərdiyi zamanlarda bu məbədgaha edilən maddi, mənəvi basqılarla bağlı 100
ildən də bir qədər əvvəl yazılmış mükəmməl bir məqaləyə diqqət çəkmək, münasibət bildirmək
niyyətindəyik. Xatırladaq ki, Göy Məscid haqqında “Təhvil” imzası ilə yazılmış məqalənin müəllifi
XX əsrin əvvəllərində İrəvan ədəbi mühitinin görkəmli nümayəndəsi, şair, yazıçı-publisist, felyetonçu,
“Bürhani-həqiqət” jurnalının redaktoru və baş yazarı Əli Məhzun Hacı Zeynalabdinzadə Rəhimovdur.
Təhvilin adıçəkilən jurnalda dərc etdirdiyi bu məqalədə məqsədi İrəvanda “Göy Məscid”ə sahib
çıxmağa çalışan üzdəniraq ermənilərin məzkur məscid haqqında uydurduğu yalanları ifşa etmək
olmuşdu. Məqalə “Bürhani-həqiqət”in 1 yanvar 1917-ci ildə dərc edilib. İlk olaraq qeyd etməliyik ki,
Təhvilin məscidlə bağlı yazısında məlumatlar çoxfaktlıdır” [2; 23].
Qərbi Azərbaycanın qədim dövrə aid toponim və etnonimləri bu torpaqların ən qədim

tərcümeyi-halını bizə çatdırır. Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, folkloru, abidələri, toponimləri
Azərbaycan xalqının tarixinə dair ən xırda cizgiləri belə özündə qoruyub, ən qədim qatlannı mühafizə
edib saxladığı üçün bu türk mənşəli tarixin tədqiqi indiki dövrdə də çox aktualdır. Azərbaycan dilində
işlənən coğrafi terminlər Qərbi Azərbaycan ərazisində tarixən mövcud olmuş, Azərbaycan xalqının türk
mənşəli toponimlərinin araşdırılması sayəsində türkologiya elmi son dərəcə inkişaf etmişdir.
Tədqiqatçılar Qərbi Azərbaycanın türk mənşəli toponimlərini linqvistik izahlarına xüsusi yer vermiş və
ərazidə yaşamış türk tayfalarının toponimlərini ətraflı şəkildə təhlil edərək, xarakterlərinə uyğun olaraq
ümumiləşdirmiş və sistemləşdirmişdirlər. Qərbi Azərbaycanın türk mənşəli toponimlərinin tədqiq
edilərək, onların tarixilik səciyyəsinin müəyyənləşdirilməsi nəticəsində, ümumilikdə, Azərbaycanın
tarixi və mədəniyyəti inkişaf etmişdir. Ərazinin türk mənşəli toponimləri özündə Qərbi Azərbaycanda
yaşamış Azərbaycan türklərinin tarixini, coğrafiyasını, mədəniyyətini dolğun bir şəkildə əks etdirir və
regionun türk mənşəli toponimləri çox qədim tarixə malik olduğu üçün xalqımızın qədimdən
məskunlaşdıqları əraziləri müəyyənləşdirmək baxımından xüsusi əhəmiyyətə malikdir. Qərbi
Azərbaycanın türk mənşəli toponimlərinin formalaşmasında Azərbaycanın dil tarixinin,
dialektologiyasının, onomalogiyasının mühüm rolu vardır və bu türk mənşəli toponimlərin
araşdırılmasında tarixi-müqayisəli metoddan istifadə olunmuşdur. Ümumilikdə, Qərbi Azərbaycanın
türk mənşəli toponimlərinin tədqiqində tarixi-müqayisəli metodla yanaşı etimoloji metoddan da istifadə
olunmuşdur. Azərbaycan və türk mənşəli toponimlərin doğruluğunu azərbaycanlıların min illər boyu bu
ərazidə yaşaması sübut etmişdir. Belə ki, bu prosesdə tarixçilərin, coğrafiyaçıların, filoloqların çox
əhəmiyyətli və dəyərli tədqiqatlarının rolu danılmazdır. Qərbi Azərbaycan ərazisindəki
etnotoponimlərin öyrənilməsi xüsusi əhəmiyyətə malikdir, belə ki, etnotoponimlər tayfa və qəbilə
adları əsasında formalaşırlar və türk etnoslarının Qərbi Azərbaycan ərazisində yaşamasını birbaşa
təsdiq edirlər. Qərbi Azərbaycan ərazisindəki toponimlər arasında etnotoponimlərində sayının az
olmamasında müxtəlif türk etnoslarının, xüsusilə oğuzların bu ərazilərin yaşamasının rolu olduqca
çoxdur. Qərbi Azərbaycan ərazisindəki türk mənşəli etnotoponimlərin tədqiqi son dərəcə aktual mövzu
olaraq regionda azərbaycanlıların məskunlaşmalarının tarixi və miqyası barədə müxtəlif səpkili
faktların aşkara çıxarılmasında mühüm rol oynayır. Tədqiqatçılar Qərbi Azərbaycan ərazisindəki türk
mənşəli etnotoponimləri linqvistik aspektdən təhlil edib və xüsusiyyətlərini araşdıraraq türk mənşəli
etnonimlərin ümumi mənzərəsini şərh etmişdirlər. Azərbaycan tədqiqatçıları tədqiqat işlərində Qərbi
Azərbaycanın türk mənşəli toponimlərini müqayisəli, müqayisəli-tarixi metoddan, areal, genetik,
deskriptiv, kartoqrafik, struktur, etimoloji və tipoloji təhlil üsullarından istifadə etmişdirlər. Belə ki,
türk mənşəli etnotoponimlərin leksik-semantik, fonetik, qrammatik xüsusiyyətləri müqayisəli şəkildə
öyrənilmiş və tarixi-coğrafi aspektdən qiymətləndirilmişdir. Qərbi Azərbaycanın tarixinin və

mədəniyyətinin öyrənilməsində türk mənşəli etnotoponimlərin və toponimlərin zənginliyi və qədimliyi
mühim əhəmiyyət daşıyır. Qərbi Azərbaycanın türk yurdu olması Orxon-Yenisey abidələrində, “Kitabi-
Dədə Qorqud” dastanında, M. Kaşğarinin “Divani-lüğət-it-türk” əsərində öz əksini tapmışdır.
Azərbaycanın ən qədim və zəngin bölgələrindən biri olan Qərbi Azərbaycanın qədim tarixinin tədqiq
və təbliğ edilməsi Ümummili Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin daim diqqət
mərkəzində olmuşdur. Qərbi Azərbaycanın əhalisi, ərazisi, coğrafiyası, elm və təhsili, folkloru,
görkəmli şəxsiyyətləri, tarixi abidələri haqqında yüzlərlə tədqiqat işləri yazılmışdır.
Nərgiz Qəhrəmanova “Cəbi Bəhrəmov: “Qərbi Azərbaycan tarixi ilə bağlı mənbələrin
toplanması, analizi və elmi dövriyyəyə gətirilməsi qarşıya qoyulan əsas vəzifələrdəndir”” adlı
məqaləsində Qərbi Azərbaycanla bağlı aparılan tədqiqatların əsas istiqamətlərini belə analiz etmişdir.
“1918-ci ildə İrəvan şəhəri və onun ətrafında olan torpaqlar ermənilərə verilərkən Azərbaycan xalqının
fikri öyrənilməyib, sorğu və ya referendum keçirilməyib, qərar qəbul edilərkən oradan seçilən üç
deputatın – Mir Hidayət Seyidov, Bağır Rzayev və Nəriman bəy Nərimanbəyovun etirazları qəbul
edilməyib. Beləliklə, hər bir xalqın ümdə hüququ olan yaşamaq hüququ pozulub. Digər tərəfdən, Sovet
Rusiyası 1920-ci ildə Azərbaycanı işğal etdikdən sonra xalqımızın razılığı olmadan həmin ilin noyabr
ayından 1929-cu ilin fevralın 18-dək 20.8 min kv.km Azərbaycan SSR ərazisini Ermənistan SSR-ə
güzəştə gedib. Buna görə də, bu məsələ xalqımızın ümummilli probleminin bir hissəsidir. Qərbi
Azərbaycan bütöv Azərbaycanın bir hissədir. Bütün bu qeyd olunan məsələlər Qərbi Azərbaycan
İcmasının inzibati binasında keçirilən görüşdə geniş müzakirə olunmuşdur. Görüşdə ölkə başçısının
səsləndirdiyi əsas fikirlər həmin ərazilərin Azərbaycan xalqına qaytarılması, pozulmuş hüquqların
bərpa edilməsi, ərazinin tarixinin yazılması və milli atlasın tərtib edilməsi, bu ərazilərlə bağlı bütün
dövrlərə aid mənbələrin toplanılması və onların çeşidlənərək sistemləşdirilməsi, o cümlədən bu
problemin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı idi. Biz bu istiqamətdə işlərə artıq başlamışıq.
Dövlət başçısının çağırışlarına müvafiq olaraq, AMEA Rəyasət Heyəti akademiyanın 3 institutunda bu
istiqamətdə fəaliyyət göstərəcək 3 şöbənin yaradılmasına dair qərar qəbul edib. Tarix İnstitutunda
Qərbi Azərbaycan tarixi şöbəsinə rəhbərliyin mənə həvalə olunması qürurvericidir [3; 7].
Qərbi Azərbaycan Azərbaycan elminə görkəmli şəxslər – ictimai xadimlər, elm, mədəniyyət,
ədəbiyyat və incəsənət aləmində öz sözü olan şəxslər bəxş etmişdir. “Kitabi-Dədə Qorqud” dastanında
adı çəkilən coğrafi məkanların əksəriyyəti Qərbi Azərbaycanla birbaşa bağlıdır. Belə ki, “Kitabi-Dədə
Qorqud” dastanında adı çəkilən Şirökuvən, Altuntaxt, Göyçə gölü Qərbi Azərbaycanın ərazisindədir.
Qərbi Azərbaycanın köklü sakinləri Azərbaycan türkləri tarixi yaddaşımızın bərpasına və qorunaraq
gələcək nəsillərə çatdırılmasına hər zaman böyük önəm vermişdirlər. Qərbi Azərbaycanın türk yurdu
olmasını tarixi sənədlər və xəritələr təsdiqləyir. Azərbaycan folklorunun, aşıq sənətinin vətənlərindən

biri kimi məşhur olan Qərbi Azərbaycanın tarixi keçmişinin araşdırılmasında böyük əmək sərf edən
dəyərli alimlərimiz dünya elm aləmində Qərbi Azərbaycanın qədim türk yurdu olduğunu aydın və
dolğun əsaslarla təsdiq etmişdirlər.

Ədəbiyyat siyahısı:
Bayramov, İ. Qərbi Azərbaycanın türk mənşəli toponimlərinin qrupları haqqında: – Bakı: ADPU
nəşri, -1999. – 77-82 s.
Nasir, Ş. İrəvandakı dini-mənəvi və tarixi abidəmiz: Göy Məscid: 525-ci qəzet.- 2024.- 3 fevral,
№21.- 23 s.
Qəhrəmanova, N. Cəbi Bəhrəmov: “Qərbi Azərbaycan tarixi ilə bağlı mənbələrin toplanması,
analizi və elmi dövriyyəyə gətirilməsi qarşıya qoyulan əsas vəzifələrdəndir” – Elm.- 2023.- 19
yanvar.- 7 s.

Atakişiyeva Həcər
Atakişiyeva Həcər

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest