Genel

ANA DİLİ MİLLİ SƏRVƏTİMİZDİR

Nazım Ahmetli
Kırımınsesi Gazetesi
Azerbaycan Temsilcisi
Nadir Məmmədli
AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru,
filologiya elmləri doktoru, professor
Nadir Məmmədli
Nadir Məmmədli

«Azərbaycan dili» anlayışı «Azərbaycan – türk dili» modelinin tərkib hissəsidir. Bu, ilk növbədə, türklərin tarix səhnəsində etnos diferensiasiyası ilə bağlıdır. Mənbələrin məlumatına görə, Azərbaycan dili adını ilk dəfə IX əsr görkəmli Azərbaycan şairi Xətib Təbrizi söhbətlərinin birində söyləmişdir. «Türk» termini klassiklərin əsərlərində həm xalq, həm də dil anlayışında işlənmişdir. XX əsrin 20-ci illərindən başlayaraq tatar əvəzinə müsəlman dili ifadəsinə də rast gəlinir. Müəyyən zamanlarda ayrı-ayrı türksoylu etnosların türk dili əvəzinə bəzən tayfa və yaxud hakim sülalə adlarından (uyğur, özbək, qazax, osmanlı, tatar, başqırd və b.) istifadə etmələri də təbiidir, indi də bu amildən yararlanan türk dövlətləri (Qazaxıstan, Özbəkistan və b.) vardır. Hazırda rəsmi dili türk dili olan Türkiyə Cümhuriyyətinin sələfi Osmanlı dövlətinin dili osmanlı dili olduğu halda, Azərbaycan Respublikasının sələfləri Azərbaycan Səfəvi İmperiyası və Azərbay­can Cümhuriyyətinin dövlət dili türk dili olmuşdur. Adların müxtəlifliyinə baxmayaraq, onların qarşılığı türk sözüdür. Azərbaycan dili adını alana qədər xalqımızın adına türk demişlər. Türk sözü həm türk xalqları və dilləri qrupuna, həm də ayrıca olaraq bir dilə aid olmuşdur. Göytürklərdən günümüzədək fasiləsiz işlənən və türk dili adı ilə tanınan türkcə XX əsrin əvvəllərinə qədər bütün türk millətlərinin dilinin ifadəsidir. Sonralar mənaca daralmaya məruz qalmış, Sovet dönəmində türk dilində danışan xalqlar qazaxca, qırğızca, özbəkcə, tatarca və s. adlanmışlar. Yəni əslində bu xalqlar öz adları ilə XX əsrə gəlib çıxmış və bu adlarla tanınmışlar. Azərbaycanlılar isə ötən əsrin 30-cu illərinədək (daha dəqiq 1936-cı ilədək) türk adı daşımışlar! “Azərbaycan dili” anlayışının tarixinə ümumtürk konteksti çərçivəsində baxılmalıdır. Əvvəla, Azərbaycan dili anlayışı türk dillərinin təbii diferensiasiyası prosesində meydana çıxmış, ikinci, bu anlayış milli ictimai şüurun təsdiqidir. Əgər özbək, türkmən, tatar, qazax və s. dilinin kökündə etnonim dayanırsa, Azərbaycan dili anlayışı toponim əsasında təşəkkül tapmışdır. Azərbaycan dili – Azərbaycan xalqının vahid, ümumi ünsiyyət vasitəsi olan, ümumxalq dili mənasında başa düşülən bir anlayışın ifadəsidir və xüsusiləşmiş adıdır Açar sözlər: tatar dili, türk dili, müsəlman dili, osmanlı dili, qıpçaqların dili, oğuzların dili, Azərbaycan dili, milli özünüdərk, türk ləhcələri. «Azərbaycan dili» anlayışı «Azərbaycan – türk dili» modelinin tərkib hissəsidir. Bu, ilk növbədə, türklərin tarix səhnəsində etnos diferen­siasiyası ilə bağlıdır. XIX əsrdən başlayaraq çar Rusiyasının işğalçı siyasətinin kəskin xa­rak­ter alması, inzibati-ərazi dəyişiklikləri və siyasi müdaxilələr xüsusi olaraq qeyd olunmalıdır.
Rusiya Azərbaycanı İran və Türkiyənin təsir dairəsindən, nəzarətindən yayındır­maq ucun, ilk novbədə, Tiflis və Qazax gimnaziyaları da daxil olmaqla Azərbaycan – turk dilini oyrədən məktəblər acır, lakin onları senzura nəzarətində saxlayırdı. Car Rusiyası Zaqafqaziya xalqlarına, başlıca olaraq musəlmanlara munasibətdə nə qədər amansız siyasət yeritsə də, maarifcilik hərəkatı xalqın butun bu məhrumiyyətlərə muqavimət reaksiyası kimi meydana gələrək, tarixi yaddaşın itməməsi, ana dilinin, adət və ənə­nələrin qorunub-saxlanılması, inkişafı, mənəviyyatın, milidəyərlərin yaşadılması, bütün­lükdə milli şüurun oyanması və milli özünüdərk prosesinin güclənməsi ücün mühüm təkanverici rol oynamışdır (1, 17).
A.N. Kononovun verdiyi məlumata gorə, artıq XIX əsrin ortalarında Zaqafqaziya tatarları adlanan Azərbaycan dilinə aid xeyli sayda dərslik yazılıb. Onlara misal olaraq T.Makarovun 1848-ci ildə cap olunmuş ≪Татарская грамматика кафказского наре­чия≫, 1857 və 1866-cı illərdə Moskvada işıq uzu gorən L.Z.Budaqovun ≪Практическое руководство турецко-татарского азербайджанского наречия≫, ≪Сравнительная хрестоматия турецкого языка наречий османлы и Азербайджана с приложением тюркских разговоров и пословиц≫, Novocerkassk gimnaziyasının müəllimi Əbülhəsən bəy Vəzirovun ≪Учебник турецко-азербайджанского наречия≫ adlı dərslik və praktik vəsaitlərin adını cəkir. Göründuyu kimi, Azərbaycan dili əvəzinə, tatar, yaxud türk dilinin Azərbaycan ləhcəsi işlədilir. Hətta XX əsrin əvvəllərində tannın­mış Qərbi Avropa mütəxəssisləri konkret türk dilləri əvəzinə ləhcələri sadalayırlar: türkmən ləhcəsi, azəri ləhcəsi (2). V.V.Radlov kimi məşhur türkoloq da türk dillərinin lüğətini hazırlayarkən onları Azərbaycan ləhcəsi, Kazan ləhcəsi, qırğız ləhcəsi, Tümen tatarlarının ləhcəsi və s. adlandırır (3).
M.Kazımbəy ərəb əlifbasının türk dillərində səs məxrəclərindən bəhs edərkən bir sıra türk ləhcəsini sadalayır (məs.: Azərbaycan, qıpcaq, cığatay və s.), lakin onları bütövün tərkib hissələri, müstəqil dillər kimi verməyə calışır (4, 188-212.). Xatırladaq ki, Sovet imperiyası dövründə də uzun müddət türk dilləri ləhcələr şəklində təqdim olunmuş, rus dilinin movqeyi, nüfuzu gucləndirilmişdir. “Türk ədəbi dilləri”ni “türk ləhcələri” anlayışı ilə eyniləşdirmirik, cünki ləhcələr hec vaxt yekcins olmurlar. Nəticə olaraq deyə bilərik, kontekstlərdən məlumdur ki, sohbət Azərbaycan türkcəsindən –Azərbaycan dilindən gedir.
Rusiya Azərbaycanı ilhaq edəndən sonra Cənubi Qafqazda yaşayan azərbay­canlıların dilini tatar dili, türk-tatar dili, Azərbaycan-tatar dili, Qafqaz-tatar ləhcəsi, türk-Azərbaycan dili, Zaqafqaziya tatarlarının dili, türk dili və s. adlandırmışlar. Hətta Mirzə Kazımbəyin 1846-cı ildə cap etdirdiyi Azərbaycan dilinin ilk elmi qrammatikasının adı “Türk-tatar dilinin ümumi qrammatikası”dır.
Lakin fərqli düşünənlər də vardır. Məsələn, məşhur rus tarixci-jurnalisti V.L.Ve­licko yazırdı ki, azərbaycanlıları tatar adlandırmaq qətiyyən doğru deyildir, onların kökü, mənşəyi oğuzlarla, səlcuqlarla bağlıdır. Təbiətən xeyirxah, məğrur, genişqəlbli, əqli və zehni inkişafa meyilli azərbaycanlıların qanı saflıqla yoğurulmuşdur (5, 34).
Mənbələrin məlumatına gorə, Azərbaycan dili adını ilk dəfə IX əsr gorkəmli Azərbaycan şairi Xətib Təbrizi sohbətlərinin birində soyləmişdir. “Xətib Təbrizi məsciddə Əbul-Əla Məəridən dərs alarkən təbrizli eloğlusu ilə rastlaşır. Müəlliminin razılığı ilə dərsdən ayrılıb, onunla sohbət edir: “Ayağa qalxdım və azrəbi dilində onunla xeyli sohbət etdim, məni maraqlandıran hər şeyi ondan soruşdum. İki ilə yaxın idi ki, oz dostlarımdan və vətənimdən xəbərim yox idi. Elə ki, qayıdıb Əbul-Əlanın yanına gəldim, məndən soruşdu: – Bu hansı dil idi? Dedim: – Bu Azrəbican əhalisinin dilidir” (6, 38).
VII əsr mənbələrinə istinadən, ərəblər Azərbaycana Azrəbican demişlər və sifət formada həmin soz azrəbi şəklindədir (6, 40).
≪Türk≫ termini həm xalq, həm də dil anlayışında klassiklərin əsərlərində işlənilmişdir (7). I Əxsitan ibn Mənucöhr Nizami Gəncəviyə ünvanladığı məktubunda ≪Leyli və Məcnun≫ əsərini hakim feodal nəslinə yaraşmayan türk dilində deyil, fars dilində yazmağı təklif edir. Onun məktubunda deyilir: “Türküzlü olmaq bizim vəfamız deyildir (bizə yaraşmaz). Türkcə soz deyib danışmaq bizə layiq deyildir. Yuksək soydan doğulan adama yuksək də soz lazımdır.”
Nizami Gəncəvi ≪Yeddi gozəl≫ əsərində türk dilinə layiqincə qiymət verməyən muhitdən şikayətlənərək yazır:

Türkcəmi bu həbəşdə alan yox,
Dovğani bir yemək deyə, yeyən yox.
“İsgəndərnamə” əsərində türk sözünü xalq adı kimi cəkir:
Xəzər dağından Cin dəryasına qədər,
Türklərlə doludur butun bu yerlər.

XVI əsrdə Bağdadda yaşayıb-yaradan məşhur Azərbaycan şairi Məhəmməd Füzuli qitələrinin birində yazır:

Ol səbəbdən farsi ləfzilə coxdur nəzm kim,
Nəzmi-nazik türk ləfzilə ikən duşvar olur.
Ləhceyi-turki qəbuli-nəzmi-tərkib etməyib,
Əksərən əlfazi-namərbbtu nahəmvar olur.
Və yaxud “Hədiqrətus-suəda” əsərində Kərbəla musibəti ilə bağlı bildirir: “.. nola, gəzr bir tərzi-mücəddədə müxtəre olsan və himmət dutub bir məqtəli-türki inşa qılsan ki, füsəhayitürkizəban istimaindən təməttö bulalar və idraki-məzmunində ərəbdən və əcəmdən müstəğni olalar.”
XIX-XX əsr klassiklərinin əsərlərində də yalnız türk adı səslənir.
Seyid Əbdulqasım Nəbati:

Bəcceye türkəm, dilim türki, kəlamım həcv-məcv,
Xan cobanı, can alan can-canı gözlər gozlərim.

≪Osmanlıcadan türkcəyə tərcümə≫ sözünə irad tutan Mirzə Ələkbər Sabir haqlı idi:

Osmanlıcadan tərcümə türkə bunu bilməm
Gercək yazıyor gəncəli, yainki hənəkdir.
Mümkun iki dil bir-birinə tərcumə, əmma
Osmanlıcadan tərcümə türkə nə deməkdir?

Və ya:

Təsnif olunub tazə kutub türk dilində
Hər kəs oxuyub elmlə bidar olacaqdır.
Mirzə Əli Mocuz Şəbustəri:
Dilim türki, sozum sadə, ozum səhbayə, deldadə
Mənim tək şairin əlbət olar kasad bazarı.
Dünən şer ilə bir namə apardım şahe İranə
Dedi türki nəmidanəm, məra to bece pəndari?
Ozu türk oğlu türk, əmma deyir türki cəhalətdir.
Xudaya, mozməhl dil təxtdən bu al Qacarı.

Mirzə Əli Ləli:

Heyrətdə qoydu aləm islamı ≪Şərqi rus≫
Yüzdən niqabın acdı bu ≪türki zəban≫ ərus.

Almas Yıldırım:

Mənim imanım bir, eşqim, özüm bir,
Bir ceşmədən axdım qaynar gözüm bir.
Türk oğlu, türkəm mən, mərdəm – sözüm bir.
Yol ver, yol ver oz yurduma gedim mən.
Fırtınalı buralısan,
Əski dərddən yaralısan,
Soran olsa haralısan?
Söylə türkdur soyum, Araz,
Sənə olmaz doyum, Araz.

Azərbaycan ingilislər tərəfindən işğal olunduğu zaman Əhməd Cavadın etirazı:

Sən bağla hər yolu, süngüm tez acar,
Uc ayda gələnlər uc gundə qacar.
Zənn etmə qurşunum havalı ucar,
Türkdur bu qurşunu atan, ingilis.

və yaxud:

Oxunur alnımda dərin bir tasa[1]1
Qoca türk, sən nədən batdın bu yasa?

Məhəmməd Hüseyn Şəhriyar da ana dilini türkcə adlandırır:

Turkun dili tək sevgili, istəkli dil olmaz,
Özgə dilə qatsan bu əsil dil əsil olmaz.
Türkün məsəli, folkloru dunyada təkdi,
Xan yorğanı, kənd icrə məsəldir, mitil olmaz.
Türki vallah analar oxşarı, laylay dilidir
Dərdimi mən bu dəva ilə mədava eylədim.
Biz də islama qayıtdıqda gəlin əlbir olaq
Türklərin hər iki dunyası qayıtsın yerinə.

Səməd Vurğunun ≪Komsomol≫ poemasından:

Nədən soyləməsin ana dililə
Oz odlu nitqini yoldaş komissar.
Türkcə danışmasın sevgilisilə…
Bu mənhus adətdə boyuklukmu var?
Məndən inciməsin yoldaş komissar.

“Azərbaycan dili” kəlməsi yalnız XIX əsrin sonlarına yaxın cap olunan “Kəşkul” qəzetində işlənməyə başlamışdır. Hətta bu qəzet bağlanandan sonar sahiblərindən biri Kamal Ünsizadə car Rusiyası müvafiq orqanlarına “Azərbaycan” adında qəzet nəşr etmək ucün müraciət ünvanlamışdı.
Qəzetin bu adda capına nəinki icazə verilmədi, hətta 14 il müddətində öz dillərində mətbu orqanın nəşri qadağan olundu. Doğrudur, hələ 1858-ci ildə Təbrizdə fars dilində “Azərbaycan hakiminin xəbərləri” (“Əxbare darəlsəltəneyi Azərbaycan”) adlı qəzet nəşr olunurdu, lakin “Azərbaycan” kəlməsi yalnız İranın Azərbaycan vilayətinin ərazisi mənasını ifadə edirdi.
Maraqlıdır ki, türk qovmu ilə daim fəxr edən Həsən bəy Zərdabinin kürəkəni Əlimərdan bəy Topcubaşov rus dilində nəşr olunan “Kaspi” qəzetindəki bütün məqalələrində xalqın adına tatar deyir. Bu qəzetdə işlədiyi dovrdə Azərbaycanın ədəbi-mədəni həyatında elə bir ciddi hadisə olmamışdır ki, Ə.Topcubaşov ona münasibət bildirməsin. Məsələn, M.F.Axundovun komediyalarını nadir hadisə hesab edən müəllif qəzetin 26 oktyabr 1903-cu il, 230-cu sayında yazır: “Bu il Mirzə Fətəli Axundovun müsəlmanlar arasında cox geniş yayılmış komediyalarının ilk nəşrinin 50 illiyi tamam olur. Yerli müsəlmanların həyatında nadir hadisə sayılan ədəbi yubiley sabah Tağıyev teatrının[2] səhnəsində məşhur tatar dramaturqunun ən yaxşı pyeslərindən biri sayılan “Hacı Qara”nın tamaşaya qoyulması ilə yad ediləcək. .. Sozun həqiqi mənasında qiymətli yaradıcılıq nümunələri baxımından yoxsul olan Azərbaycan tatarlarının ədəbiyyatı bu gün öz dram əsərləri, həm də tatar həyatının mənfi tərəflərinin sərrast və diqqət təsviri ilə secilən dram əsərləri ilə öyünə bilirsə, bunun ucun hər kəsdən öncə ilk tatar dramaturqu və tatar dramaturgiyasının istedadlı banisi kimi Mirzə Fətəli Axundova minnətdar olmalıyıq. O, haqlı surətdə “tatar Molyeri”[3] hesab edilir”. Ə.Topcubaşov XX əsrin ilk anadilli mətbu orqanı “Şərqi-rus” qəzetinin Bakıya köcürülməsini alqışlayır[4]. “Kaspi”nin 23 yanvar 1905-ci il 18-ci sayında cap etdirdiyi “Bakıda tatar dilində qəzet” adlı məqaləsində sevincini oxucularla bölüşür, yeni mətbu nəşrin meydana gəlməsini səbirsizliklə gözlədiyini gizlətmir. Lakin ondan fərqli olaraq M.Şahtaxtlı qəzetinin nəşr dilini tatar yox, türk dili hesab edir: “Son vaxtlar Zaqafqaziya musəlmanlarına onların dinlərinə görə yox, xalqlarına görə ad verməyə calışaraq, Zaqafqaziya islam əhlini Qafqazda rus dilində tatar adlandırmağa başlamışdılar. Amma bu yeniliyi hec cür uğurlu hesab etmək olmaz.
Zaqafqaziya məhəmmədilərinin danışdığı dil tatar dili deyil, türk dilidir ki, o da öz növbəsində əsas dialektlərə ayrılır: osmanlı, səlcuq və azərbaycanlı turkləri” (8, 28).
F.Köcərli də doğma ədəbiyyatımızın tanınmış simalarının əsərlərindən nümunələr əsasında tərtib etdiyi kitabcanı (muntəxəbatı) “Azərbaycan tatarlarının ədəbiyyatı” adlandırır.
Yaddaş ucun: XIX əsrin ortalarınadək hec bir mənbədə azərbaycanlılar tatar adlandırılmır. Türkcülüyün məşhur ideoloqlarından biri olan Ə.Huseynzadə yazırdı: “Tatar” istilahı mubhəm, qeyri-müəyyən, qeyri-fənni olduğuna və ancaq avampə­səndanə və cahilanə bir surətdə istemal edilməkdə bulunduğuna binaən türkoloqlar (üləmayi-əhvalşunasani-ətrak) fiyövmən bu istilahın ortadan götürulməsi tərəfdarı­dırlar. Cunki tatar ləfzi mənayi-həqiqi əslisindən başqa üc-dörd məna ilə istemal olunur ki, kaffəsi yanlışdır” (9, 47). Silsilə məqalələrinin birində türk və tatar adlarına aydınlıq gətirir: “Türk var, monqol var, tatar yoxdur.
IX əsr Cin salnaməcilərinə gorə “tatar” qeyri-Çin əqvamı deməkdir Bu ad monqollara cinlilər tərəfindən verilmiş ilk addır. Ancaq onlar bir qovm, bir əşirət, ya qəbilə halında Çin daxilindən xaricə cıxmamışlar. Tatarlar monqol cinsinə mənsub olduqlarından türk irqinin deyil, monqol irqinin bir qolunu təşkil edirlər. Bunları türklərdən ayırmaq lazımdır… Tatar deyilən, səhvən tatar deyilən turklərə, daha doğrusu, turklərin səhvən tatar deyilən isminə gəlincə, bunların lisan və tarix cəhətilə moğollara muşabihət və munasibətləri cox azdır. Yox kibidir. Lisanları nisbətən qaba olmaq ilə bərabər Azərbaycan türkü, osmanlı, hətta cağatay şivələrindən ziyadə türkcədir” (9, 216).
XX əsrin 20-ci illərindən başlayaraq tatar əvəzinə musəlman dili ifadəsi də işlənir. M.Ə.Sabir, C.Məmmədquluzadə, N.Nərimanov, Ü.Hacıbəyovun əsərlərində coxlu sayda nümunə vardır.
Məsələn, Ü.Hacıbəyov “Dil” məqaləsində belə bir dialoq verilir:
“Bir ərəbdən soruşsan ki, sən kimsən?
Deyir: – Ərəb!
– Sən nə dindəsən?
– İslam.
– Nə dildə danışırsan?
– Ərəb.
İslam olmayan ərəbdən də bu sualları etsəm, cavabında deyər ki, mən ərəbəm, dinim xristian dinidir, dilim ərəb dilidir… Amma bizim bir nəfərimizdən sor ki,
– Sən kimsən?
Deyər müsəlmanam.
– Hankı millətdənsən?
– Müsəlman millətindən.
Nə dinindənsən?
– Müsəlman dinindən.
– Nə dili danışırsan?
– Müsəlman dili.
Halbuki ozu türkdür, dini islam dinidir, dili də turk dilidir. Daha burasını düşünən yoxdur ki, musəlman adında millət yoxdur, musəlman adında dil yoxdur, musəlman –yəni islam dinini qəbul etmiş bir adam deməkdir. Din başqa, dil başqa. Din başqa, milliyyət başqa. Dində dil yoxdur, dində milliyyət də yoxdur” (10, 214).
Üzeyir Hacıbəyov ≪Dil≫ adlı məqaləsində yazır: ≪Məsələn, bir türk Ərəbistana gedib ərəb arvadı alar, sonra oğlunu da ərəb qızına evləndirər… Əlbəttə nəvəsi ərəb olar… Amma madam ki, bizim bu surətdə ərəb və ya fars olmaq təşəbbüsündə deyilik, ona görə türklüyümüzdə baqi qalırıq. Buna gorə də dilimiz türk dilidir. İndi həmin bu türk dilimizin əvvəla, baqi qalması və saniyən tərəqqi etməsi və islah olunması barəsində calışmalıyıq.
“Baqi qalması” sozlərinə oxucularımızın diqqətini cəlb etməkdən məqsədimiz dilimizin baqi qalmamaq ehtimalı olduğunu bildirməkdir. Cunki, doğrudan da, əgər biz öz ana dilimizə indiyə qədər baxdığımız nəzərlə baxmaqda davam edərsək, yeni hec bir əhəmiyyət verməsək, ola bilər ki, gunlərin bir günü dilimiz itər, batar, yox olar və bir millətin də ki, dili batdı, onda o millət özü də batar, cünki bir millətin varlığına, isbatı-vücud etməsinə səbəb onun dilidir≫ (10, 215).
Məhəmməd ağa Şahtaxtlı “Qafqaz müsəlmanlarını necə adlandırmalı” adlı məqaləsində Rusiya daxili quberniyalarının müsəlman əhalini tatar adlandırmasını uğursuz hesab edir, Azərbaycan xalqının özünü müsəlman adlandırmasını “özünü və dilini müsəlman” sayan azərbaycanlıların özündən qaynaqlandığını vurğulayır (11). XIX əsrin sonu, XX əsrin əvvəlləri Azərbaycan və azərbaycanlı anlayışları gündəmə gəlsə də, böyük bir ziyalı nəsli, ictimai-siyasi xadimlər, mətbuat, incəsənət, maarif işcilərinin tanınmış nümayəndələri azərbaycanlı ilə müqayisədə türk milli kimliyinə üstünlük verirdilər. Buna səbəb azərbaycancılıq ideyasının hətta ziyalı təbəqəsində hələ milli şüur kimi formalaşmamasında idi. Əvvəlcə Gəncədə, sonra Bakıda “Azərbaycan” adlı qəzetin nəşri, ətraf regionlarda cox böyük nüfuz qazanması Azərbaycan adının, dilinin geniş miqyasda təsbitinin təzahürü və təsdiqidir.
A.Qəribli Osmanlı imperiyasının həm ilk, həm də son konstitusiyası sayılan ≪Kanuni-Əsasi ≫nin 18-ci maddəsinə əsasən nəticə cıxarır ki, Osmanlı dovləti yalnız öz ərazisində türkcənin nüfuzunu qazanmaqdan o tərəfə kecə bilmədi. Lakin bunda da müəyyən şərtilik vardı. Belə ki, türkcə adı uzun müddət populyarlaşmadı (12, 62). Təsadüfi deyil ki, V.V.Radlov yazırdı: ≪Osmanlılar özlərini ≪türk≫ yox, həmişə ≪osmanlı≫ adlandırırlar” (13, 98). T.Bayqara bu məsələ ilə bağlı yazır ki, osmanlı aləmində, xüsusilə İstanbuldakılar nədənsə özlərini türkdən ayrı gorur, türk saymırlar. Onlara gorə, türk “qaba dağlı, kəndci insanlar” anlamındadır.
XVIII əsrdən başlayaraq hətta XIX əsrin ortalarınadək osmanlı ədəbiyyatında türk dili hec də müsbət məna daşımır. Halbuki belə düşünənlər adını qəbul etmədikləri türkün bütün xüsusiyyətlərini özündə saxlayırlar (14, 40). Kazım Nami sual edir: “İndi bu türkcəyə “osmanlıca”mı deyilməlidir? Osmanlılıq hər nə qədər türklər tərəfindən təsis edilmiş bir keyfiyyəti-ictimaiyyə və siyasiyyə isə də, bu vətənlə yaşayan hər ünsürə aid sifətdir… Dilimiz türkcədir. Bütün türk ləhcələri ilə müqayisə edərkən buna “osmanlı türkcəsi” deyirik” (15). M.Şahtaxtlının movqeyi daha aydındır: ≪Bu dil osmanlı dilidir ki, azərbaycancanın eynidir. Bir sözlə, türkcədir” (8, 198). Yaxud: ≪Bizim Azərbaycan dilimizin eyni olan osmanlı dili ədəbiyyatının sərvəti sayəsində Qazan və cığatay türkcəsi ilə qonuşan həmlisanlılarımız arasında da ədəbi dil, maarif və dəyanət dili olmuşdur. O tərəflərdə üləma silki-cəlilindən və ya sadə maarifməndandan olsun kamallı və tərbiyəli müsəlman mütləq osmanlıca oxur və yazır≫ (8, 198).
Türkcülük ideologiyasının təşəkkülündə böyük xidmətləri olan Ə.Huseynzadə türk dunyasında Azərbaycan turklərini fərqləndirir, lakin dil məsələlərində ümumtürk ədəbi dil möovqeyində türkcənin İstanbul “ləhcəsi”ni qəbul edir (9).
Müəyyən zamanlarda ayrı-ayrı türksoylu etnosların türk dili əvəzinə bəzən tayfa və yaxud hakim sulalə adlarından (uyğur, özbək, qazax, osmanlı, tatar, başqırd və b.) istifadə etmələri də təbiidir, indi də bu amildən yararlanan türk dövlətləri (Qazaxıstan, Özbəkistan və b.) vardır. Hazırda rəsmi dili türk dili olan Turkiyə Cümhuriyyətinin sələfi Osmanlı dovlətinin dili osmanlı dili olduğu halda, Azərbaycan Respublikasının sələfləri Azərbaycan Səfəvi İmperiyası və Azərbaycan Cümhuriyyətinin dovlət dili türk dili olmuşdur. Ozəlliklə, türk cümhuriyyətləri arasında ilk dəfə Azərbaycan Cümhuriyyətinin dövlət dilinin türk dili olması, Azərbaycan türklərinin türk dilinə verdiyi önəminin və milliyyət hissinin yüksək səviyyəsinin göstəricisidir. Bu adların müxtəlifliyinə baxmayaraq, onların qarşılığı türk sözüdur. Azərbaycan dili adını alana qədər xalqımızın adına türk demişlər. Türk sözü həm türk xalqları və dilləri qrupuna, həm də ayrıca olaraq bir dilə aid olmuşdur. Göytürklərdən günümüzədək fasiləsiz işlənən və türk dili adı ilə tanınan türkcə XX əsrin əvvəllərinə qədər bütün türk millətlərinin dilinin ifadəsidir. Sonralar mənaca daralmaya məruz qalmış, Sovet dönəmində türk dilində danışan xalqlar qazaxca, qırğızca, özbəkcə, tatarca və s. adlanmışlar. Yəni əslində bu xalqlar öz adları ilə XX əsrə gəlib cıxmış və bu adlarla tanınmışlar. Azərbaycanlılar isə ötən əsrin 30-cu illərinədək (daha dəqiq 1936-cı ilədək) türk adı daşımışlar! Azərbaycan dili anlayışının tarixinə ümumturk konteksti cərcivəsində baxılmalıdır.
Əvvəla, Azərbaycan dili anlayışı türk dillərinin təbii diferensiasiyası prosesində meydana cıxıb, ikinci, bu anlayış milli ictimai şüurun təsdiqidir. Əgər özbək, türkmən, tatar, qazax və s. dilinin kökündə etnonim dayanırsa, Azərbaycan dili anlayışı toponim əsasında təşəkkül tapmışdır. Azərbaycan (türk) dili müəyyən dovrdə diferensiasiya olunan türk dillərinin ad baxımından yeganə əcdadı kimi qalmışdır.
Beləliklə, türk dili Azərbaycan dili anlayışını həm kecmişə bağlamış, həm də gələcəyə gətirib cıxarmışdır. Türk dili bütun türk dilləri ücün ümumi ad olmuş, daha sonralar regional təzahürləri ilə adlandırılmışdır. Qeyd edək ki, orta əsrlərə qədər müstəqil türk dillərindən danışmaq düzgün deyil, cünki türkdilli xalqların bu dövrəqədərki dillərində fonetik, qrammatik, leksik xüsusiyyətlər, demək olar ki, eynidir. Sonralar “qıpcaqların dili”, “oğuzların dili” və s. anlayışlar ortaya cıxmışdır.
Azərbaycan xalqı mənşəyi etibarilə türk xalqlarından biridir, etnik tarixi ümumturk tarixinin tərkib hissəsidir (16).
Bugünku ünsiyyət vasitəsi olan Azərbaycan dili, qeyd etdiyimiz kimi, tarixən bu adda olmamışdır. Ə.Dəmircizadə “Azərbaycan dili”ni cox mürəkkəb anlayış adlandırır. Qeyd edir ki, “Azərbaycan dili” bütün dövrlərdə azərbaycanlılara ünsiyyət aləti və mədəniyyət forması kimi xidmət edən ən mühüm vasitə olduğu ücün, ilk baxışda elə görünür ki, “Azərbaycan dili” anlayışı bütün dövrlər ücün eyni anlayışdır. Vahid ümumxalq Azərbaycan dili tayfa dillərinin bir necəsinin, xüsusən oğuz, qıpcaq tayfa dillərinin əsasında təqribən VII-X əsrlər arasında formalaşmış bir dildir ki, oz vahidlər sisteminə gorə türk dilləri ailəsinə mənsubdur. Məhz buna gorə də ilk dovrlərdən başlayaraq bu dil xüsusən Xəzər dənizinin qərb, cənub dairəsində və Qara dənizin şərq, cənub dairəsində işlənilən digər dillər arasında geniş yayılmış türk dillərindən olduğu kimi, “türk dili” və ya “türki” adı ilə tanınmışdır. Buna gorə də “Azərbaycan dili” ifadəsi təkcə qəbilə dili mənasında deyil, Azərbaycanda yaşamış müxtəlif qəbilə və tayfaların, yəni qədim azərbaycanlıların müxtəlif dilləri mənasında deyil, məhz VII-X əsrlər arasında tam halda formalaşmış bir xalqın, Azərbaycan xalqının vahid, ümumi ünsiyyət vasitəsi olan ümumxalq dili mənasında başa düşülən bir anlayışın ifadəsidir və xüsusiləşmiş adıdır (17, 15-17).

ƏDƏBİYYAT

  1. Bayqara T. Turk, Turkluk və Turklər. İstanbul, 2006, s.211.
  2. Cəfərov N., Qəribli A., Qəribli E. “Turkologiya”. Bakı, “Elm və təhsil”, 2018.
  3. Deny J. Turk Dil Bilgisi. İstanbul, 2012. (Ali Ulvi Elonin tərcuməsi).
  4. Dəmircizadə Ə. Azərbaycan ədəbi dilinin tarixi. Bakı, “Maarif”, 1979.
  5. Eyvazova R. Bir daha ana dilimiz haqqında. Bakı, “Elm və təhsil”, 2014.6. “Kaspi” qəzeti,, 1891, №93.
  6. Hacıbəyov Ü. Əsərləri. 10 cilddə, IV c., AMEA nəşriyyatı, 1968.
  7. Huseynzadə Ə. Secilmiş əsərləri. I c.Bakı, “Şərq-Qərb”, 2007.
  8. Kazımbəy M. “Turk-tatar dilinin umumi qrammatikası”. (Tərcumə, tədqiq və şərh İdris Abbasovundur). Bakı, “Zərdabi LTD”, 2017.
  9. Qəribli A. Azərbaycan dili anlayışının tarixi. Bakı, ≪Elm və təhsil≫, 2017.
  10. Qəribli A. Azərbaycan dili anlayışının tarixi. Bakı, “Elm və təhsil”, 2017; Qəribli A. “Turk dili”, “Turk ləhcələri” və “Turk dilləri” anlayışlarının genotipologiyası. Bakı, “Elm və təhsil”, 2018;
  11. Mahmudov M. Piyada… Təbrizdən Şama qədər. Bakı, “Yazıcı”, 1982.
  12. Osmanlıca/ Osmanlı turkcesi terimi uzerine. İstanbul, Turk yurdu, 2011, cilt 31.
  13. Радлов В.В. Опыт словаря тюркских наречий, т.III , ч.2, С.Петербург, 1905.
  14. Şahtaxtlı M. Secilmiş əsərləri. Bakı, “Caşıoğlu”, 2006.
  15. Величко В.Л. Кафказ. Русское дело междуплеменные вопросы. Баку, ≪Элм≫,1992.
  16. Vəliyeva S. Azərbaycancılıq mili ideologiya və ədəbi-estetik təlim kimi. Bakı, Azərbaycan Universiteti, nəşr., 2002

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Pin It on Pinterest