Şərahil Laçın
Nazim Əhmədli – Azerbaycan
Şərahil Laçın
Sarı
Bu var dünya, bu yox dünya
Bu az dünya,bu çox dünya.
Əzəldən gözü tox dünya
Baxar əli boşa sarı.
***
Yaşsız gözlər – qoşa çuxur,
Yalan ağla, yaş ha çıxır.
Dərd bozarır başa çıxır
Başın qarı qaşa sarı.
***
Toyda yasa tutsa lağın
Qandıracaq solun, sağın.
Kəsməz insan basalağın
Məzarlığın daş hasarı.
***
Tapar məhrəm il üzünü
Yaşmasan da gül üzünü.
Haqladınsa otuzunu
Yolun üzü qışa sarı.
***
Yaranmışın yarı dünya
Bir yarını qoru, dünya.
Sevişərdik, qarı dünya
Aramızda yaş hasarı…
19.12.1995
Gedər
Sevdamızın gətirmədi bəxdi heç
Tanrı bizə göz ucuynan baxdı heç
Bu həsrətin bir vüsalı yoxdu heç,
Elə ümüdlərim saralar, gedər.
***
Sirli məzarıstan, açın könlümü
Çilələri lay-lay, qırçın könlümü.
Sən getdin, gedəli laçın könlümü,
Bayquş yaylaq eylər, sar alar gedər.
***
Mevlamı görk etdi bu yoxuşları
Bizim yad ömürə yır-yığışları.
Sənin gözlərindən tək göz yaşları,
Mənim gözlərimdən qoralar gedər.
01.12.1987
İşığı
Saray nədir, köşk nədir
Aşağıdan aşağı.
Sevgi nədir,eşq nədir
Dünyanın yaraşığı.
***
Kor elədi bizi var
Könüllərin gözü var.
“Üzündə göz izi var”
Dedi bir haqq aşığı.
***
Bax bu insan köçünə
Mini dəyməz heçinə.
Sevənlərin içinə
Düşər Allah işığı.
***
Dindirirmi neyi var
Onda eşqin payı var.
Eşqsiz sərvin nəyi var
Sev sevən sarmaşığı.
15.09.2000
Ömrüm keçdi xəyalətdə
Məhşərdi sonu,əzəli
Haramdadı yüz-yüz əli.
Dedim ki dünya düzəlir
Ömrüm keçdi xəyalətdə.
***
Taledən baxtdan uslanmam
Tapmaram, haqqdan uslanmam.
Şamda yanmaqdan uslanmam
Bəndə varmı bu xilqətdə.
***
Mövlammı saldı nəzərdən
Yoğrulmuşam dərdi sərdən.
Ruhum vətəndə sərgərdən,
Cismim diyari qürbətdə.
***
Quzu başa qurd aramaz
Yurdu əsir, yurd aramaz.
Yaradanı qurtaramaz
Bu milləti bu illətdən.
***
Ruhuma qəfəsdi vətən
Yollarımı kəsdi vətən.
Aç qoynunu bəsdi, vətən
Qoyma məni bu zillətdə.
21.12.2005
Çəkirəm
Düz dolanmaz əyri mehvər
Bu əyri çağı çəkirəm.
Arı kimi gülündən bal,
Şahmar tək ağı çəkirəm.
***
Baxtım qəmnən ələlədi
Başımnan hey kül ələdi.
Dərd üstümnən yol elədi
Körpüyəm, tağı çəkirəm.
***
Qovğayla, qeylü qal ilə.
Yarıladım xəyal ilə
Ömürdü, bu minval ilə
Dərdi fərağı çəkirəm.
***
Nə şeyx qaldı, nə müridi
Susdu vicdanlar, kiridi.
Gedən qalannan diridi
Ölünü, sağı çəkirəm.
***
Lütfün nə Mövlam,əfv nədir
Bunca əzabi səf nədir.
Şamı ümüdü dəfn edir,
Sübhündə ağı çəkirəm.
***
Gəlməz mizana, çəkiyə
Nə azalar, nə səngiyər.
Mən fələyin Fələkiyə’’
Çəkdiyi dağı çəkirəm.
19.12.2008
Fələki = Azərbaycan şairi
Ana can
Yarıtmadın bir arzumu
İnnən belə talan, a can.
Nənni-məzar, yol budurmu,
Ta qazançdan talanacan.
***
Ümit ki var, xoş ümüddü,
Nakam ömrü, qoş, ümüddü.
Bilə-bilə boş ümüddü,
Yollar getdim yalanacan…
***
Candan bezən can apardı
Qansız vardı, qan apardı.
İçimi leysan apardı
Didələrim dolanacan.
***
Sevən vardı, dinnən oldu,
Dilim dərddən dinən oldu.
Məndəki can mənnən oldu
Səni səndən alanacan.
***
Çayır bitdi yol izimə,
Zəngəzurum, Təbrizimə.
Mənim özümdən özümə,
Yoxdur, yoxdur yol, ana can.
14.06.89
Qaytar dağlara
Dedik buraları xaraba qalsın
Limon tapmayanda qonaq çayına.
Yaradan eşitdi bu bəd duasın
Yazdı qürbətləri elin payına.
***
Necə qarğıyardıq yığvalı, baxtı
Çamırı, palçığı dizə çıxanda.
Deyərdik bizimki nə yaşamaqdı
Ağdamda, Bərdədə düzə çıxanda.
***
Allah kəssin dedik bu güzaranı
Ayazı kəsəndə qar qışımızın.
Təzəkli pəyəsi, düm-düz aranın
Zilləti ,görküdü qarğışımızın.
***
Necədi şəhərdə halın, xatırın
Gödənə urvamı saxta körpülər.
Qara damın idi mülkün, yatırın
Taxtına bənzəməz Taxta körpülər.
***
Qaçan elat ilə qaçdı ilməsi
Naxışı, çeşnisi eldi dağların.
Hər gün qarğıdığın baxtın çəlməsi
Qara kağızıyla gəldi dağların.
***
Mövlam küsü tutan bu baxtı yeylə,
Son quru nəfəs də çatar, dağlara.
Mələr sürün eylə, naxırın eylə
Bu asi köçünü qaytar dağlara.
09.02.2012
Şərahil Laçin
1963-cü ildə Azərbaycanın Laçın ilçesində doğdu. 1986-cı ildə Azərbaycan Tip Unversitesinden mezun oldu.Şirleri və yazıları Azərbaycanın çeşidli qazete ve dergilerinde çıkdı. 2000 yılında “Ömrümüz Bilmece Kaldı” şiir kitabını yayınladı.
Vektor Uluslararası Bilim Akademisi ödül komisyonunu kararı ile “Şahmar Ekberzade” adına Uluslararası Edebiyyat Ödülü ile 2010 yılında ödüllendirildi.
Avrasiya Yazarlar Birliğinin üyesidir. “ evladı var.”Zaman beni unutdu” şiir kitabı da Türkiyede yayınlandı.
Şerahil Laçin Türkiyenn Analya şehrində doktor olarak çalışmakdadır.