AZƏRBAYCAN TORPAQLARI NEÇƏNCİ İLLƏRDƏ VƏ NƏYİN NƏTİCƏSİNDƏ İTİRİLDİ ?
Sənan Qılıncarslan Qacar
1534-cü ildə Azərbaycanın cənub-qərb bölgəsi olan Mosul, Kərkük, Ərbil, Süleymaniyyə Səfəvi dövləti ilə Osmanlı dövləti arasında baş verən müharibə zamanı Osmanlı imperiyasının tərkibinə keçmiş və 1926-cı ildə Türkiyə ilə İngiltərə arasında bağlanan 5 haziran müqaviləsi nəticəsində Mosul, Kərkük, Ərbil, Süleymaniyyə elləri İraqın tabeçiliyinə verilmişdir. 1801-ci ildə Rusiya ilə Gürcüstan arasında bağlanmış olan Georqiyevski aktı nəticəsində Gürcüstan, o cümlədən də Borçalı mahali Rusiya ərazisinə qatılmışdır. 1920-ci ildən sonra RƏSMİ OLARAQ Borçalı Gürcüstan əsarətində qaldi. 1828-ci ildə İkinci Rusiya-İran müharibəsi nəticəsində Türkmənçay kəndində – Türkmənçay müqaviləsi bağlanmış və bu müqaviləyə, əsasən, Azərbaycanın Araz çayından şimaldakı bütün əraziləri Rusiyanın, cənubdakı əraziləri isə İranın əlinə keçdi. 1840-cı il islahatları zamanı Azərbaycanın Rusiya tərkibinə qatılan hissəsinin quberniyalara bölünməsi nəticəsində ərazisi 7 min kv. km. olan Dərbənd, Altıparın, Axtı, Doqquzparın, Qaytaq və digər ətraf rayonlar Dağıstan vilayətinə birləşdirildi. 1918-ci il mayın 29-da Tiflisdə Azərbaycan hökuməti Rusiyanın təzyiqi ilə qərar qəbul edərək İrəvan quberniyasının böyük bir hissəsini, təxminən 9 min kv. km-lik bir ərazini ermənilərə güzəştə gedir.(Türk əhalisi köçürülmə və soyqırıma uğramasin deyə məcburən bu qərar qabul edilmişdir) 1920-ci ilin aprelində Azərbaycanın bir hissəsində qurulan Azərbaycan Demokratik Cümhuriyyətini işğal edən Rus sovet imperiyasının 1 dekabr bəyanatına əsasən Zəngəzurun bir hissəsi (4505 kv.km.) Qafan, Gorus, Sisyan və Muğru Ermənistana birləşdirildi. 1920-ci illərin ortalarında Ordubad, Şahbuz, Şərur rayonlarının bir hissəsi Ermənistan ərazisinə birləşdirildi. 1922-ci ildə Göyçə hövzəsindəki Dərəçiçək, Kəvər və Basarkeçər nahiyələri Ermənistanın inzibati ərazisinə qatılıb. 1922-ci ildə Dərələyəz ərazisi ermənilərə verilib. 1929-30-cu illərdə Əldərə, Lehvaz, Astazur, Nüvədi və s. kəndlərin Ermənistana verilməsi və bu ərazidə Mehri rayonunun yaranması nəticəsində Naxçıvan bölgəsi Azərbaycanın digər rayonlarından aralı salınıb. 1934-cü ildə Azərbaycanın Arazdan cənubda olan ərazilərində Qacar türk dövlətinin Pəhləvilər tərəfindən devrilməsi nəticəsində hakimiyyət farsların əlinə keçir. Bununla da Azərbaycanın bu əraziləri farslar tərəfindən işğal edilmiş olur. 1938-ci ildə martın 5-də Sədərək və Kərki ətrafındakı ərazilər ermənilərə verildi. 1938-ci ildə Zəncan və ətraf kəndləri Şərqi Azərbaycandan ayrılaraq müstəqil quberniya yaradıldı. 1943-cü ildə Azərbaycanda başlayan Milli Azərbaycan hərəkatından yararlanan kürdlər Marağa, Sınıqqala, Həmədan. Sənəndəc və digər ərazilərdə Müstəqil Kürd dövləti yaratdılar. İnqilabın süqutundan sonra isə bu ərazidə kürd ostanlığı yaradıldı. 1952-ci ildə Gilan və ətraf kəndləri Şərqi Azərbaycandan ayrılaraq Gilan ostanlığı yaradıldı. 1954-cü ildə Astara və kəndləri Şərqi Azərbaycandan ayrılaraq Gilan ostanlığına birləşdirildi. 1980-ci illərin ortalarında Ordubadın Kotam və Kilid kəndlərinin bəzi hissələri Erənistana verildi. 1982-ildə Qazağın Kəmərli, Aslanbəyli və Qaymaqlı kəndlərinin örüçlərinin bir qismi də Ermənistan ərazisinə qatılıb. 1988-94-cü illər Dağlıq Qarabağın işğal tarixini əhatə edir. Bu dövrdə işğal edilmiş ərazilərin sahəsi 17000 kv.km-dir: XANKƏNDİ (26.12.1991) XOCALI (26.02.1992) ŞUŞA (08.05.1992) LAÇIN (17.05.1992) XOCAVƏND (02.10.1992) KƏLBƏCƏR (3-4.04.1993) AĞDƏRƏ (07.07.1993) AĞDAM (23.07.1993) CƏBRAYIL (23.08.1993) FÜZULİ (23.08.1993) QUBADLI (31.08.1993) ZƏNGİLAN (30.10.1993)
Umuxanım Hüseynzadə