Türkdilli İlk hesab dərsliyimiz – “Risaleyi-hesabiyyə”. Tiflis,1884 və yaxud tarixi dərsliyin unudulmuş yubileyi

Tiflisdə türki Azərbaycan dilində həftədə bir dəfə nəşr olunan “Ziyayi-Qafqasiyyə” qəzetinin 4 mart 1884-cü il tarixli 2-ci nömrəsində maraqlı bir xəbər diqqətimi cəlb etdi.Qəzetin birinci səhifəsində  yerləşdirilən kiçik bir redaksiya  yazısında  oxuculara Tiflisdə Azərbaycan dilində  hesab dərsliyi çap olunması xəbər verilirdi:

                                                           Risaleyi-hesabiyyə

 Məzkur isimdə tazə hesab kitabı (fərqləndirmə mənimdir-N.N) “Kəşkül” mətbəəsi təb  və nəşr  eləmişdir ki, bir nüsxəsini biz dəxi almışıq.Xeyli xəvanə (oxunaqlı-N.N.) xətt ilə  basılmışdır (çap olunmuşdur-N.N.). İbarəsi (dili-N.N. dəxi sadə, açıq türkcədir. “Risaleyi-hesabiyyə”  müsəman məktəblərində (Türkdilli məktəblərdə-N.N.)  şagirdlərə hesab elmini ögrətmək üçün yazılmışdır. Müqəddəmat  hesabiyyə ilə  bir xeyli məsələləri və qaidələri ögrədir.Qiyməti məktəblər üçün  biri otuz qəpikdəndir. Məzkur “Kəşkül” qəzetəsinin  xidmətindən  təşəkkür  eləməlidir.  (“Kəşkü”ə təşəkkür olunmalıdır-N.N.)”.

  Bu xəbərin işığı ilə axtarışlar apardım,Təhsil Nazirliyinin kollegiya iclasında mənə verilmiş imkandan istifadə.edərək  bu barədə iclasdakılara məlumat verdim,Türkiyə və Azərbaycan mətbuatında məqalələrlə çıxış etdim.  Təhsil Nazirliyinin “Kurikulum” elmi-metodik jurnalındakı ( “Kurikulum” jurnalı. 2010, N3. səh. 36-41) məqaləmə görə tanıdığım bə tanımadığım müəllimlərdən onlarla təşəkkür məktubu aldım.Təəsüf ki, İlk hesab kitabımız  ilə   rəsmi dairələrdə maraqlanan olmadı.

  Bu il ilk “Hesab “kitabımızın 140 yaşı tamam olur.
  Rusya vətəndaşları görkəmli rus riyaziyyatçısı  L.F.Maqnitskinin 1703-cü ildə  çap olunmuş “ARİFMETİKA” (Hesab) kitabının yubileyini  keçirmişlər.  Gəlin biz  də öz “Hesab” kitabımızın 140 yaşını keçirək, dərsliyin müəllifi Cəlal Ünsizadənin  maarifçilik xidmətlərini  yüksək qiymətləndirək.

 Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının əməkdar müəllimi,
Avropa Azərbaycan Məktəbinin sabiq kafedra müdiri və  müəllimi,
Respublika Prezidentinin Sərəncamı ilə keçirilən ƏN YAXŞI MÜƏLLİM müsabiqəsinin qalibi,
Azərbaycan dili fənni üzrə ekspert,türkoloq

25.02.2021

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Pin It on Pinterest