GenelGüncelKültür SanatTürk Dünyası

Dr. Sübhan Talıblı: “Türkiyə və Azərbaycan regionda sülhün qarantıdır”

Brüsseldə Azərbaycan Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri arasında keçirilən görüşdə Zəngəzur dəhlizinin açılması, o cümlədən həm dəmir yolu, həm də avtomobil yolunun çəkilməsi məsələləri ilə bağlı razılıq əldə olunub və qeyd olunub ki, proses yaxınlarda başlayacaq.
Xəbər verildiyi kimi, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığında deyib. Türk dünyasının iki liderinin telefon danışığında bütün Türk coğrafiyası üçün əhəmiyyətli olan dəhlizin açılması müzakirə olunursa bu nəyə işarə edir və Zəngəzur dəhlizinin açılması ilə bağlı verilən bu mesaj nəyə yönəlikdir?

Azadmedia.az xəbər verir ki, bu barədə AMEA-nın Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı bildirib ki, Zəngəzur dəhlizinin Ermənistandan keçən hissəsi cəmi 45 kilometrdir. Onun sözlərinə görə, bu ərazidə avtomobil və dəmir yollarının inşaası hər hansı ciddi çətinlik yaratmır.

“Avropa İttifaqı Zəngəzur dəhlizində tikinti işlərinin həyata keçirilməsi üçün Ermənistana maliyyə dəstəyi göstərməyə hazır olduğunu əvvəl də bildirmişdi. Lakin Ermənistan tərəfi Zəngəzur dəhlizindən keçən yolların təhlükəsizliyinin təmini üçün heç bir məsuliyyət daşımadığını bildirmişdi. Məlumdur ki, Ermənistanın Türkiyə və İranla sərhədləri Rusiya Sərhəd Qoşunları mühafizə etdiyi kimi, Ermənistanın təhlükəsizlik məsələlərinə Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları cavabdehdir və onu nəzarəti altndadır.

Digər tərəfdən, Ermənistanın 1570 kilometrlik dövlət sərhədinin 2/3-dən çoxu Azərbaycan və Türkiyə ilədir. Eləcə də Ermənistanın Gürcüstan və İranla sərhədi isə məhdud ötürücülük imkanlarına sahibir. Bu baxımdan Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması, Zəngəzur dəhlizinin açılması Ermənistanın tənəzzüldə olan həm iqtisadiyyatı, həm strtateji hədəfləri, həm də gələcəyi üçün yeganə nicat yoludur”.

S.Talıblı bildirib ki, dəhlizin açılması bu gün Rusiya, Türkiyə, İran, Çin, ABŞ və Avropa İttifaqının maraq dairəsində xüsusi əhəmiyyət kəsb edir. Buna görə də həm Ermənistan, həm də Ermənistanı dəstəkləyən bəzi dölətlər və təşkilatlar da artıq başa düşürlər ki, Zəngəzur dəhlizinin açılmasına qarşı hər hansı müqavimət və ya prosesi əngəlləmək, vaxtı uzatmaq cəhdinin mənası yoxdur. Çünki Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığ xarici siyasət kursu tam açıq şəffavdır, beynəlxalq hüquqa və mehriban qonşuluq siyasətinə, region ölkələri arasında inteqrasiyaya əsaslanır.

Cənubi Qafqazın lider dövləti olan və müstəqil xarici siyasət yürüdən Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı üst mövqeyə nail olması şübhəsizdir ki, bu da artıq reallığa çevrilir.

“Bundan əlavə, bu il martın 11-də Azərbaycanla İran arasında Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumun imzalanmışdır.

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən üçtərəfli görüşlə bağlı bəyanatda bildirb ki, “hər iki liderə Aİ-nin hərtərəfli sülh sazişi ilə dəstəklənən regionda davamlı sülhün təmin edilməsi məqsədilə münaqişənin aradan qaldırılmasında, əməkdaşlıq və etimad mühitinin yaradılmasında Ermənistan və Azərbaycanla yaxından işləmək öhdəliyinə sadiq olduğuna əmin edib.”

“Hər üç liderin ortaq məqsədi regionda yaşayan bütün insanların rifahı üçün təhlükəsiz, sabit və firavan Cənubi Qafqaz qurmaqdır”.

S.Talıbli qeyd edib ki, Prezident Mişel Ermənistan və Azərbaycan sərhədində son silahlı toqquşmalardan sonra gərginliyin azaldılmasını təmin etmək üçün hər iki liderin atdığı addımları yüksək qiymətləndirib. Şarl Mişelin köməkliyi ilə hər iki ölkənin müdafiə nazirləri arasında birbaşa rabitə əlaqəsinin uğurla qurulması vurğulanıb. Bu mexanizm gələcəkdə baş verə biləcək insidentlərin qarşısını almağa və yerdə gərginliyin azaldılmasına kömək etməklə müsbət təsir göstərə bilər.

“Aİ Şurasının Prezidenti Ş.Mişel əsas humanitar məsələlərin həllinin vacib əhəmiyyət daşıdığını vurğulayıb. O, Azərbaycan tərəfindən bu yaxınlarda saxlanılan on erməninin azad edilməsini və bütün qalan mina xəritələrinin Ermənistan tərəfindən Azərbaycana təhvil verilməsini alqışlayıb. Hər iki tərəfin humanitar jestlərinin etimadı gücləndirdiyini və sülhə və barışığa doğru irəliləyiş üçün əlverişli mühitin yaradılmasına kömək etdiyini qeyd etməklə yanaşı, digər saxlanılanların azad edilməsi və itkin düşmüş şəxslərin taleyinin həlli kimi bütün qalan humanitar problemlərin tam və tez həllinə çağırıb. Aİ humanitar minatəmizləmə səylərini, həmçinin, ekspert məsləhəti və münaqişədən təsirlənmiş əhaliyə yardım, reabilitasiya və rekonstruksiyaya dəstək verməyə davam edəcək.

Aİ həmçinin Ermənistan və Azərbaycan arasında etimadın möhkəmləndirilməsi tədbirlərini dəstəkləməyə davam edəcək.

Onun sözlərinə görə, dövlət başcısı mayın 22-də Brüsseldə Azərbaycan Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri arasında keçirilən görüş barədə Türkiyə prezidentinə məlumat vermiş, görüş zamanı Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması, bu xüsusda Azərbaycan tərəfindən beynəlxalq hüquqa əsaslanan beş prinsipin təqdim olunması, iki ölkə arasında münasibətlərin normallaşdırılması, nəqliyyat dəhlizlərinin açılması, sərhədlərin delimitasiyası ilə bağlı müzakirə olunan məsələlərə toxunmuş, Azərbaycan Prezidenti üçtərəfli görüşün nəticəsini müsbət qiymətləndirdiyini bildirib. Eyni zamanda, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında Sərəncam verildiyini, Zəngəzur dəhlizinin açılması, o cümlədən həm dəmir yolu, həm də avtomobil yolunun çəkilməsi məsələləri ilə də bağlı tərəflərin razılığa gəldiyini bildirib. Öz növbəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə üçtərəfli görüş barədə verilən məlumata görə minnətdarlığını ifadə edib və bu görüşdə əldə olunan müsbət nəticələri yüksək qiymətləndirib.

“Təbii ki, Türkiyə və Azərbaycan prezidentlərinin bölgədə sülhün tezliklə əldə edilməsinin önəmini vurğulamaları, ikitərəfli dostluq və qardaşlıq münasibətlərinə dair məsələlər və gələcək təmaslar barədə fikir mübadiləsi də aparmaları, bir daha onu sübut edir ki, Türkiyə və Azərbaycan dostluğu, qardaşlığı və müttəfiqliyi regionda sülh və əməkdaşlığın qarantıdır.”

Beynəlxalq hüquqa və strateji müttəfiqliyə əsaslanan bu münasibətlər regionda sülh və əmin-əmanlığın, sabitliyin qarantıdır.

S.Talıblı qeyd edib ki, bu gün bizlərə dədələrimizdən və tariximizdən əmanət qalan Türkiyə və Azərbaycan qardaşlığı nəinki tarixi, milli-mənəvi, kök və.s. baxımdan deyil, həm də strateji müttəfiqlik baxımında əhəmiyyətlidir, vacibdir.

Pin It on Pinterest