GenelGüncelKültür SanatTürk Dünyası

İzmir Ege Universitetində XX əsrdə Azərbaycan xalqına qarşı törədilmiş soyqırımlarla bağlı konfrans keçirilib

İzmir Ege Universitetində XX əsrdə Azərbaycan xalqına qarşı törədilmiş soyqırımlarla bağlı konfrans keçirilib Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi, Ege Universiteti, Quba “Soyqırımı Memorial Kompleksi” “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və İzmir Azərbaycan Dərnəyi birgə təşkilatçılığı ilə 15 aprel tarixində İzmir şəhərində yerləşən Ege Universitetində “Erməni problemi və XX əsrdə azərbaycanlılara qarşı törədilən qırğınlar və deportasiyalar” başlıqlı konfrans keçirilib.

Tədbir iki ölkənin dövlət himnlərinin səslənməsi və soyqırımı qurbanlarının xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Tədbirin açılışında çıxış edən “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova, İzmir Azərbaycan Dərnəyinin (İZAZDER) İdarə Heyətinin sədri Pərviz Altay, Azərbaycan Respublikasının Türkiyədəki Səfirinin Təhsil məsələləri üzrə müşaviri Nəcibə Nəsibova Ege Universitetinin prorektoru, Prof. Dr. Mehmet Ersan və öz nitqlərində bu tədbirin keçirilməsində əsas məqsədin Azərbaycan xalqına qarşı törədilmiş soyqırımlar barədə Türkiyə ictimaiyyətinin ətraflı məlumatlandırılması və Azərbaycan həqiqətlərinin Türkiyə gənclərinə çatdırılmasından ibarət olduğunu vurğulayıblar.

Açılış nitqlərindən sonra panel müzakirələri başlayıb. Konfransın moderatoru Ege Universitetinin Türk Dünyası Araşdırmalar İnstitutunun Türk Dünyası Sosial, İqtisadi və Siyasi Əlaqələr şöbəsinin müdiri Prof. Dr. Vefa Kurban ermənilər tarixi Azərbaycan torpaqlarına köçürülməsi haqda məlumat verdi. Daha sonra isə Ege Universitetinin Atatürk Əsasları və İnqilab Tarixi Tətbiq və Araşdırma Mərkəzi müdiri Prof. Dr. Nuri Karakaş “Erməni problemi” mövzusunda geniş məruzı etdi. Quba Soyqırımı Memorial Kompleksinin mütəxəssisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı “XX əsrdə azərbaycanlılara qarşı soyqırımlar” haqda tarixi fakt, sənəd, dövrü mətbuat, azərbaycan və xarici dilli mənbələrə əsaslanaraq elmi məruzəsini təqdim etdi.

Quba Soyqırımı Memorial Kompleksinin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova “Azərbaycanlılara qarşı törədilmiş soyqırımların dünyaya çatdırımasında Azərbaycan dövlətinin siyasəti” mövzusunda nitqi zamanı qeyd etdi ki, “Ümummili lider Heydər Əliyev tərəfindən imzalanmış fərman və sərəncamlarda azərbaycanlılara törədilmiş soyqırımı və deportasiyalara ilk dəfə siyasi-hüquqi qiymət verilmişdir”. Konfrans yerli ictimaiyyət və universitet tələbələri tərəfindən maraqla qarşılanıb. Konfransın sonunda iştirakçılar azərbaycanlıların soyqırımı hadisələrini özündə əks etdirən kitab və fotoşəkillərdən ibarət sərgi ilə tanış olmuşlar.

İzmir Ege Universitetində XX əsrdə Azərbaycan xalqına qarşı törədilmiş soyqırımlarla bağlı konfrans keçirilib
İzmir Ege Universitetində XX əsrdə Azərbaycan xalqına qarşı törədilmiş soyqırımlarla bağlı konfrans keçirilib
İzmir Ege Universitetində XX əsrdə Azərbaycan xalqına qarşı törədilmiş soyqırımlarla bağlı konfrans keçirilib
İzmir Ege Universitetində XX əsrdə Azərbaycan xalqına qarşı törədilmiş soyqırımlarla bağlı konfrans keçirilib

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Pin It on Pinterest