Turan türkün səsidir – Ümbulbanu Musayeva Həsən qızı

Turan türkün səsidir* kitabı Şair ,publisist Kirman Rüstəmli təqdimatında Sovet dönəmində türk ədəbiyyatından nümunələr çox az idi. Yalnız, klassik türk yazıçılarının əsərləri rus dilinə tərcümə edilirdi.Sonralar həmin kitablar Azərbaycan dilinə tərümə edilərək oxucuların istifadəsinə verilirdi..Bunlar kimlərin əsərləri idilər? -Sabahattın Ali,(Şeytan kürk mantolu madonna,) Orhan Kemal,(Bərəkətli totpaqlar üzərində) Reşat Nuri Güntekin,( Çalıquşu) Kemal Tahirin, ( Əsir şəhərin insanları) Yaşar Kəmalın, (İncə Mehmet) Leyla Erbilin, (Hallac) Rufat İlgazın, (Habababam sınıfı) Aziz Nesinin (Zübük) və sairə yazıçıların əsərlərini misal göstərmək olar.
1986 cı il ildə türk televizion dizisi 20 aprel və 1 iyin tarixleri arasında bazar axşamları TRT 1 də terkiye de mavi ekranlara gəlmişdir.Toplam 7 bölümdən ibarət olan bu film ,həm Türkiyədə ,həm də dünyda yayılmağa başladı .Rus dilinə dublyaj olaraq Mərkəzi televiziyada göstərildi. Bu roman ilk dəfə olaraq 1922 ci ildə Türkiyədə,1929 cu ildə isə tərcüməçi Xaliq Səid tərəfindən Azərbaycan dilinə tərcümə olunaraq Azərnəşrdə çap olundu.
Çalıquşu filminin Azərbaycan kinoteatrlarında nümayişindən sonra, türk sinama ulduzları ilə ilk dəfə tanış olduq .Eşref Kolçak, Zafer Ergin, Bilge Zobu, Suna Selen ,Tomris Oğuzalp, Ali Şen , Aydan Şener,Savaş Başar ve başqaları hələ də tamaşaçı olaraq təəssüratımızda yaşayırlar.
Məlimdur ki, Osmanlı Türkiyəsi İlə Rusiya İmperiyası arasında münasibətlər çox gərgin olmuşdur.İkinci Dünya Savaşından sonra da bu münasibətlər soyuq olmuş ,60 cı illərin sonunadək davam etmişdir.Təbbii ki, İttifaq dövlətinin tərkib hissəsi olan Azərbaycanın da Türkiyə ilə əlaqələri olmamışdır.
Sovet mperiyasının dağılması iki qardaş ölkəni bir birinə yaxınlaşdırdı, iki ölkə araında sərhədlər açıldı, .siyasi və mədəni əlaqələr bərpa olundu. Biz, Oğuz kökənli türklər eyni dilə ,eyni mədəniyyətə ,eyni sivilizasiyaya malik olduğumuzdan bir- birimizə qaynayıb qarışdıq.Çoxlu sayda gənclərimiz dost ölkənin təhsil ocaqlarına üz tutdular.Yazıçı və ziyalılarımızın əlaqələri genişləndi.Sosial şəbəkə vasitəsilə də əlaqələr quruldu ,inkişaf etdirild.
Müstəqilliyimizin ilk illərində müasir türk yazarlarından Ahmet Cemal,Azra Kohen,Cem Akaş . Emrah Serbes, Barış Bıçaqçı. Yahya Azeroğlu ve başqalarını göstərmək olar.
Bu kimi korifeylərlə yanaşı,Yahya bey Azeroğlunun ismini çekmek mənim üçün daha da önəmlidir.O ,öz yaşadığı dünyanı, -ərsəyə gələli dəyişməyə,genişləndirməyə ,güçlü dövlət halına salmağa çalışıb.Türkün türkdən başqa dostu yoxdur- deyərək var gücü ilə Böyük Turanin qurulmağına yaradıcılığı ilə sonsuz tövhələr veribdir. 44 günlük zəfər tariximizə dəstək verərək silsilə əsərlər yaradıbdır.
Yahya bəy Azəroğlu haqqına ilk kitab yazan professor Ramiz Həsənlidir .İkincisi isə ,Turan Türkün Dünyadakı Səsidir kitabı adlanır.
Amma, bunlara baxmayaraq Yəhya bəyin yaradıcılığı müxtəlif yazarlar tərəfindən tədqiq ounur, ,Azərbaycan oxucularına o,daha da yaxından tanıdılır.
Turan Türkün Dünyadakı Səsidir kitabının müəllifi, yaxından tanıdığım şair ,publisist ,filoloq, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi,Azərbaycan jurnalistlər birliyinin üzvü Ünbülbanu Musayeva Həsən qızıdır.Onun imzası ilə hazırlanan kitab 2021 ci ildə Naxçıvanda Əcəmi nəşirriyatında nəfis şəkildə 100 nüsxədən ibarət nəşr olunmuşdur.Kitab dörd bölmədən ibarətdir.-birinci bölmə Keşməkeşli həyat və Azəroğlu yaradıcılığında türk və türkçülük * adlanır.Kitabın ön sözündə Ülkemiz sizindir- Türklərindir .Bu ülke tarihte Türktü, bu gün de Türktür ve sonsuzadek Türk olarak yaşayacakdır. kimi Mustafa Kamal Atatürkün məşhur ifadəsi təqdim olunur.. Ünbülbanu xanım Yəhya Aəroğlu haqqında mükəmməl araşdırmalar aparmış ,onun həyatını,özkeçmişini,həyat fəaliyyətlərini bacarıqla işıqlandırmış,Turançı şairin dünyaya baxışını səciyyələndirmişdir. Kitabda Vatan ve ben,Gelin bu vatanı böldürmeyelim, Ahlat dastanı ,Araz bayatıları ,Bu gün benim şehidim var ,Algızlım ,Bayramın kutlu olsun,dostlarım, Kendine dön, Teşekkür ederim , Elleri hınalı kuzularımız,* Tuzlucada tuz dastanı kimi əsərlərinin əhəmiyyətindən danışır,onun böyük türk millətinə verdiyi tövhələri sadalayır.
Boz kurdun soyu benem,
Türküm ,türk oğlu benem.
Zülme baş eymeyen,
Azeroölu türk benem.
Yuxarıda verilən kiçicik şeirdə Yahya Azeroğlunun kimliyini Azərbaycan oxucusuna təbliğ edən Ünbulbanu müəllimə,şairin Gəlin bu vatanı böldürmeyelimsilsilə şeirlərdə türk dünyasının etnik baxımdan güzgüsü ,coğrafi baxımdan xəritəsi ,ədəbi janr baxımından ardıcıllıq təşkil edən Vətən şeiri,vətənpərvərliyin inikası,eyni zamanda vətənnaməsi və ideyasıdır.Banu xanım Yahya Azəroğlu yaradıcılığına öz münasibətin bildirərək yazır: O, türk dünyasını bir səyyah kimi dolaşan,gəzən,xalqının tarixi keçmişini vərəqləyən,abstrakt təfəkkerdən uzaq olan Yahya bəyin yaradıcılıq xüsusiyyətlərini yazdığı kitabda oxucusuna çatdırır.:
Gözel milletime bir mesajım var,
Vermemiz gerekdir ayara ayar.
İnanın cənnətdir bizim bu diyar,
Gelin bu vatanı böldürmeyelim,
Biri birimizi öldürmeyelim.
Ünbülbanu xanım Turan türkün dünyadakı səsidir yazdığı kitabda Yəhya Azəroğlunun bir çox şeirlərinə öz münasibətini bildirir,Yəhya bəylə turançılıq ideologiyasının nə qədər önəmli olduğunu göstərir.Məsələn,
Altun kafes vatan olmaz bülbüle,
Bu millet layikdir elmaz ödüle.
Davam etsin istiyorum silsile,
Turan ellərinə akın yapalım. Ey türk,titre acilendön kendine, Kurşat gimi karşı koyalım çine. Girmeyelim bir atalet içine, Turan ellerine akın yapalım. İstər mövzu ,istərsə də ideya və məzmun baxımından Yahya beyin tutduğu yol turançılıqla mücadile yoludur.O,böyük Turan dövlətçiliyinin yaradılmasını tək türkçülüklə görmür,milli etnik ,az saylı xalqların da Turanda yaşayıb xoşbəxt olmasını istəyir.Yenə:
Cansız beden olmasın:
Zülm eden hıç olmasın.
Yaban eller bırleşsin,
Neden turan olmasın.?
Turan türkün dünyadakı səsidir kitabında müəllif Yəhya Azərlu ilə türkün tarixini bağlayan amilləri də ön plana çəkir .Ulu babalarımızdan bizə yadigar olan qədim abidələrimiz birbəbir sadalanır və onlar şairin qələmində aşağıdakı kimi yazılır:
Gültekin abidemdir,
Oğuz Kağan dedemdir.
*Yaradılış *varlığım,
Atilla tarixe zefer yazandır.
-deməklə ,türk dünyasına,türk tarixinə,türklərin yaşam coğrafiyasına bədii möhür vurur.Bunlar Türk milli –ictimai yaddaş fenomeninin genetik təsirindəndir ki ,Azeroğlu Turanname əsərində nə vaxtsa Turan qurulacağını,Turanda yaşayacağını arzulayır. Türklük benim özümdü, İnancım ,öz sözümdü. Türk dünyası bir gözüm, Turan diger gözümdü. Tək ordu olacağız, Bir vatan quracağız, Kaliteki həyatı, Turanda bulacağız.</code></pre>Ünbülbanu xanım Yahya Azroğlu haqqındakı yazdığı kitabda şairin bir çox əsərlərinə də yer ayırmışdır.
Bunlardan 198 kitadan ibarət Turanname, Turan türkün dünyadakı səsidir, Turanda birleşelim,
Turana açılan kapımız olsun, Turan şehri,Turanın dilile dastan yazalım,Turan yolu, Turançı olmaqdan başka bir çare yok,Türkden başka, * Turan ellerine akın yapalım*,Azeroğlu ile Öksüz Ozanın 13 kitadan ibarət deyişməsi, və adlarını çəkə bilmədiyim şeirləri də yer alır.
Kitabın bölmələrindən biri də *Qardaş türk ədəbiyyatının tanınmış şairi Yəhya Azəroğlunun yaradıcılığında Azərbayan sevgisi adlanır.
Şair Azərbaycana sevgisini aşağıdakı kimi ifadə edir:
Azer ile Baycanın destanlaşdı aşkları,
İzdivac eylediler bağladılar başları.
Bölece tek bedende birleşince iki can,
Kafkasiya ovasında kuruldu Azerbaycan.
Bu kimi şeirlərlə yanaşı Azerbaycan, Azerbaycan bayrağı, Yaşa şehidim ,Yaşa Mübariz, Azerbaycan diyarına gederken. Qarabağ zefer çalaçak bir gün,Zamansız ölüm, Harı bülbül, Azerbaycan ağlıyor, və saire əsərlərini misal çəkmək olar.
Kitabın son bölümü tanınmış türk yazarlarının Yəhya Azəroğlu haqqında söylədikləri fikirlərlə zəngindir. Bunlardan Bayramalı Çeliyin Dostlar anlatır seni ,Azeroğlu, Həmid Gəncənin Böyük ürekli insan məqalesi və Yahya hocam Azeroğlu * şeiri, Kirman Rüstəmlinin *Turan ruhlu şair * məqaləsi, Nejdat Edabalının İnsan benliyini oxşayan şair Azeroğlu, Şükriyye Polatın Babam kimi gördüyem kardeşimməqaləsi,tanınmış şair ,*Yurd * jurnalının baş redaktoru və təsisçisi Balayar Sadiqin *Səni səsləyir * şeiri, ,Eldar İsmayıl Böyük Türkün Hər gün yasda deyilmisen ,kardeşim?şeiri, Zöhrə Qaraqızının *Ey qeyretli Türk oğlu,Türk şeiri, Ramiz Həsənlinin Türk oğlu Yahya bey şeiri,Rüxsarə Adilqızının Yahya qardaşım şeiri , Aynurə ulduz Teymurovanın Gəlir *şeiri, aşık Ziya Ebedivarın *Ebedi dost Azeroğlu şeiri, Elmira Alanxanlının Yahya bey *şeiri, Fazila Yahyanın *Yahya bey Azeroğlu ve *Gülerek ağlayan adam *şeiri, Müəllif Ünbülbanu xanımın * Dünya namərd dünyasıdır *, *Turanın səsi gəlir * şeirləri ,Şairə Sona Abbasəliqıının *Dünya * şeiri verilmişdir.,
Çox böyük məziyyətlərə malik *Turan Türkün Dünyadakı səsidir * kitabı demək olar ki, Yahya Azeroğlunun yaradıclılığına verilən ən böyük qiymətdir.İkinci kitabdır ki , Yahya bey haqqında yazılıbdır.
Onun Azərbaycanda yaradıcılığına verilən ən böyük qiymətdir.
Bu kimi sətirlərin müəllifi olmaqla uzun zaman Yahya bey haqqında araşdırma aparıb ,onun keşməkeli həyatənı öyrənən ,onu bizə daha yaxından tanıdan şairə ,publisist ,filoloq Ünbülbanu xanıma daha geniş yaradıcılıq uğurları arzulayıram.
Bu gün bir yol vardır, o yol gedir Turana. O yol bizim yolumuzduz. Yolun mübarək Yəhya bəy! Turanda görüşəlim.

Kirman Rüstəmli
Şair ,publisist
1.01.2022.

