GenelGüncelKültür Sanat

Siyah Pərvanə  (hekayə)

 

Nazım Ahmetli

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

Səma Muğanna

Azərbaycan Yazıçılar Birliyinin üzvü

  Siyah Pərvanə

                   (hekayə)

Onun göz yaşlarının rəngi siyah və mavi çalarlarda idi. Hər dəfə gözlərindən yaş axdığında siyahın ən qəddar rəng tonu, sanki onun ürəyinin hər parasına yayılıb kirlədirdi. Ürək kirləndikcə simasında da qəribə izlər yaranırdı. Bir gün isə bu izlər kimi o da yox olub getdi, amma göz yaşları deyil.

   Qəribə haldır ki, göz yaşı şəffafdır, yəni biz göz yaşlarının rəngini görmürük. Bəs niyə göz yaşlarımız bizdən qaçıb getdiyində bizim gözlərimiz bir müddətdən sonra ağrını, acını hiss edir? Cavabını bilmək istəyirsinizmi? Çünki insan bədənindən qopan parçalar bir-bir “evlərinə” gedirlər. “Ev” dediyim sizin indi də yanınızdadır. Əvvəlcə açarı tapın ki, evin qapısını aça biləsiniz.

   Bu gün bir az fərqli danışacam. Bəlkə də çoxları məni anlamayacaq, hətta komediya və dramı bir-birinə bağlayacaq, amma olsun. İnsanlar xəyanəti və nifrəti bir-birinə sevdirdiyi üçün indi bizim göz yaşlarımız da siyahdır. Gənc qızın (Pərvanənin) gözləri isə siyah və mavidir. Mavi rəng göy üzünün şahıdır, ancaq o qızın yaşadıqları göy üzündə doğan Günəşi, gecəni aydınladan Ayın cəhənnəmidir. Cəhənnəmə sürüklənən bu qızcığazın taleyi ağrı-acını hiss edən insanın yaşadıqlarından daha ağırdır. Gəlin elə Nərgizin dilindən dinləyə    Talelərin bir-biri ilə rəqs etdiyini bilirdiniz? Yox… Çünki onları da görmürsünüz. Ey əziz insanlar, məni çox yaxşı dinləyin, çünki bu başlanğıc nöqtəsindən çıxışa olan yoldur. Bu yol, əslində, mənim yolumdur. Bu yolu mən özüm çəkmişəm! Bəs bilmirdiniz ki,mən rəssamam? İndi barmaqlarım fırçayla rəqs edir axı, yenə görmürsünüz? (Kənardan səslər eşidilir ki,yox) bilirəm, hələ də dediklərimi anlaya bilmirsiniz.

   Mən sizə saxta, yalan, xəyanətlə dolu “sevgi hekayəsi”, yaxud “alçaldılan, təhqir edilən insanın taleyi” haqqında danışmayacam, amma yazacağım sözlərə çox yaxşı diqqət edin: “Sevgi, hekayə, “insan”  və “tale”…

    Yaxşı. Məndən bu qədər! Dedim axı, sualların cavabını mən tapmayacam, siz tapacaqsınız. Əgər göz yaşlarınız yanaqlarınızdan yazını oxuduğunuz zaman barmaqlarınıza tökülsə, demək, gözlərinizdən axan damla-damla  göz yaşlarından biri elə mən özüməm. Siz mənim hansı damla olduğumu tapa bilməyəcəksiniz, çünki sizin göz yaşlarınızda mən yalnız şəffafam.  Siyahı isə xəyanətin və təhqirin təlatümündə yalnız görə bilərsiniz! Mavimi? Mavi isə yalnız mənə məxsusdur! Son əlyazmamda qeyd etmişəm:

    “Hekayə kimiyəm. Bir vaxt oxunub bitsəm də, sətirlərin izi silinməz, sözlərinsə acısı dinməz!”

   Məhz mənim də onu incitməyim Siyah Pərvanə ilə başladı. Kimdir bu Siyah Pərvanə?  -söyləsəniz cavabı yalnız budur:

   “ Heç vaxt qarşılaşmayacağını düşünüb, ancaq bir insanın qara ürəyinə təslim olan kəsdir!”

    Pərvanə yaşayırmı? Yaşayır,amma…

 Bu gün soyuq havanın təlatümlü vaxtı idi.  Sanki kimsə rüzgarın qollarından yapışıb onun hayqırtısını dindirməyə çalışırdı. Rüzgarın isə uğultulu səsi daha da güclənib insanları yerlə-yeksan edirdi. Arabir yağış damcıları torpağı isladaraq təbiətin ruhuna yeni rəng qatırdı. Damla-damla axan yağışın bir körpənin kiçik-kiçik göz yaşlarını tökməsi kimi idi. Sevgililər çətirin altında qəhqəhə atır, yaşlılar əllərində kitab oxuyur, ya da söhbətləşirdi. Hər küçədə insan səsləri, uşaq səsləri, sanki Tanrının da qapılarını xoşbəxtlik notlarına bürüyürdü.

    Nədənsə, Nərgizdən başqa. Evdə bütün işıqları söndürüb, pəncərələri qapadıb televizordan bir film izləyirdi. Filmdə belə bir cümlə deyildi: “Sən mənim xoşbəxtliyimlə birgə dərin yara izlərimsən…

   İnsan yaralarını gizlətdiyini zənn etsə də, bunu bacarmır.  Ən kiçik xoşbəxtliklər ən böyük bədbəxtliklərin də qapılarını açıb açarı ələ keçirə bilir. Siyah Pərvanənin Rəşadın ürəyini ələ keçirdiyi kimi…

    Film bitdiyində Nərgiz yerindən qalxıb əl-üzünü yumaq üçün hamam otağına keçdi. Başını qaldırıb baxdığında aynada özünü deyil, siyaha bürünmüş pərvanə gördü. O, kəpənəyin öldüyünü zənn edirdi, ancaq ölməmişdi. Qəribədir ki, kəpənək gölməçənin içində qanadlarının altında gizlənmişdi. Qanadlarından biri siyaha, biri isə mavi rəngdə idi.

    Nərgiz bu durumdan heyrətlənib aynanın önündən qışqırtıyla qaçdı və bu zaman qorxudan əlləri əsən Nərgizin göz yaşları siyah rəngli tonlara çevrildi. Nərgiz onları görmürdü, amma bu yaşananlar onun qulağına deyilirdi. Kimsə pıçıldayıb: “Rəşad da gedəcək! Sənin göz yaşlarının siyah tonları Rəşadın ürəyini kirlədəcək”  bu təkrar olunan sözlərə tab gətirməyən Nərgiz hava almaq üçün küçəyə çıxdı. Dərindən nəfəs alıb: “Bayaq yaşadığım yəqin ki,yuxudur. Belə bir şey real ola bilməz” -deyib bir az gəzməyə çalışdı. Ayaq uclarında gəzdiyində təəssüf ki, bilmirdi bu ayaq  izləri Siyah Pərvanəni özünə çəkir…

     Təlatümlü rüzgar yenə əsir, ağacların yarpaqları xışıltılı səsləri ilə elə bil insanlarla danışırdı. Ancaq Nərgiz yavaş-yavaş uçurum təpəsinə yaxınlaşana kimi dayanmadan ayaq addımları onu aparırdı.

  İnsanın ayaq addımları bəlkə də sizin heç düşünmədiyiniz vaxtda sevdiyiniz insanın qatilinə çevrilməsidir.

   Nərgiz yolunu itirmişdi. Ətrafına baxıb nə qədər səslənsə də, səsini duyan heç kəs yox idi. Səs eşitmədikdə uşaq kimi ağlayıb diz çökdü.

   Bu zaman Siyah pərvanə peyda oldu. Pərvanə o qədər kiçik idi ki, Nərgiz belə onu görmürdü. O, Nərgizə yaxınlaşıb sakitcə qulağına pıçıldadı:

-Sən heç həyatın boyu sürətlə qaçmısan?

-Nə?

    Nərgiz qorxudan titrəyən əlləriylə göz yaşlarını silib ətrafına göz gəzdirdi:

-Sən siyahsan, Nərgiz. Mənim kimi…

-Sən kimsən?

-Siyah pərvanə…

-Siyah pərvanəmi?

    Nərgiz bir neçə saat bundan qabaq aynanın önündə siyah pərvanəni gördüyünü xatırladı. Barmaqları ilə göz yaşlarını silmək istədiyində göz yaşlarının siyah olduğunu gördü. O, necə təəccüb içində idisə, artıq heç bir mimika simasında yox idi…

-Bax,Nərgiz, artıq təəccüblənmirsən də. İndi məni diqqətlə dinlə. Qanadımın biri Rəşaddır, yəni mavi rəng. Digər qanadım isə sən. Bilirsənmi sən niyə siyahsan?

-Mən siyah…

   Siyah pərvanə Nərgizin sözünü kəsib davam etdi:

-Mən sənin ürəyini ələ keçirmişəm, Nərgiz! Siyahı bədəninə geyindirib, sənin xoşbəxtliyini çalmışam! Ancaq indi bir neçə dəqiqədən sonra mən qanadlarımdan birini itirəcəyəm!

-Axı niyə? Bu necə gizli söhbətdir!

-Gizli deyil, əksinə, hər şey açıq-aşkardır. Sənin bədbinliyin, qəmgin notlarda daima qalmağın artıq Rəşadın da dünyasını alt-üst edib. Heç aynadan özünə baxmısan? Gözlərindəki damlalar quruyub! Artıq ağladığında da ağrını hiss etmirsən! Ancaq insan duyğularını hiss etməlidir…

-İndi mən…

-Sözümü kəsmə.Vaxtım çox azdır. Hə, 5,4,3,2,1…

    Al və bu qanadı gözlərinə çək ki, göz yaşların silinsin.

  Nərgiz Siyah Pərvanənin mavi rəngli qanadıyla göz yaşlarını sildi. Pərvanə siyah qanadını da itirib əbədi yuxuya qərq olduqdan sonra gözdən itdi.

   Demək,Nərgizin gözlərindəki xoşbəxtlik Siyah Pərvanənin mavi qanadı imiş. Siyah pərvanə bu zalım dünyayla vidalaşıb, Nərgizin göz yaşlarını da alıb getdi…

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest