QIZILGÜL RƏSIMLƏRI ÇƏKƏN FILLƏR, ROMAN YAZAN ATLAR … : Xanəmir Telmanoğlu

Nazim Əhmədli / Kırımınsesi / Azerbaycan

Xanəmir Telmanoğlu

1971-də doğulub.
1989-91-ci illərdə sovet ordusundə hərbi xidmətdə olub.
Turkiyənin İstanbul şəhərində Mərmərə unverstetini bitirib.
“2 Mistik poeziya cərəyanı” yaradib və Manifest ve Məramnaməsini yazib 1991-ci ildə o dönəmin
dövrü mətbuatında cap etdirib.
2005-də Cölçülər Ədəbiyyat Mərkəzini qurub. “Kul soyuğu” adıylaIlk kitabi 1995-ci ildəTurkiyedə cap
olub.Müxtəlif janr və mövzularda 15 kitabın müəllifidir.
100-dən çox sənədli filmin müəllifi və redaktorudur.
Şeirləriturk, fars, rus, ingilis dillərinə tercüməedilib.

QIZILGÜL RƏSIMLƏRI ÇƏKƏN FILLƏR,

ROMAN YAZAN ATLAR …

mədəniyyətlər çatışması heç vaxt özünü doğrulda bilməz….


taylandda dolunay adlı fil rəsm çəkir. bir az realist, bir az mücərrəd ruhlu bu rəsimləri seyr edənlərin
əlindən iynə atsan yerə düşməz deyirlər.fərasəti aləmi başına yığan fillərin “planetdə cəhalətin yerli-dibli
silinə biləcəyi” mesajını verməklə qabiliyyətlərindən rəhmanlıq imkanları aşıb daşan (heyvanların)
çəkdiyi rəsimləri sanki sənəti dilsiz-ağızsızların əliylə salamat saxlamaq naminə , insanlar təzələnsinlər,
dirilişin yeni boyutlarına girdiklərini dərk etsinlər deyə sahibləri həm də satırlar. bu da rəssam fillər. bu
fil ən çox da gül, çiçək rəsimləri çəkirdi.
insanlar isə müxtəlif qiymətlərə bu rəsimləri elə satın alırdılar….
mənə elə gəlir, artıq sənət öz yerini, öz sahiblərini bulur, tapır.
məncə, o düzdür ki, insan rəsim yapmamalıdır. ( bu ayrı bir mövzudur…)
bundan sonra heyvanların şeir yazmaları, musiqi bəstəmələri, teatrda dram əsərlərini oynamaları
barədə də xəbərlər alacağıq bu planetdə.
bircə o qalır ki, heysiyyatlarını sənətə sirayət etdirməyi bacaran, gül rəsmləri çəkdikdən sonra(bu)
hilalpərəst heyvanlar sinifləşərək açılmayan dillərinin qəhrinə qırımlarını bu yolla çıxarıb öz dövlətlərini
qurmalıdırlar.
bu onu göstərir ki, heyvanlar mədəniyyət daşıyıcıları, yaradıcılıarı rolunda da çıxış edir: – artıq bu gün
heyvanlar bu müstəviyə gəlib çatdılar.
əgər gələcəkdə bir-birindən etkilənib, təsirlənərək rəsim çəkməyə, şeir yazmağa, musiqi bəstələməyə
alışan heyvanların qarşısına keçmək mümükün olmayanda, məncə, heyvanların insanlarla tamamailə üz-
üzə gələcəyi dönəm başlayacaq. içimizin əsl ağırlığı, Tanrını qaldırdığı gücü dışa vuracağı o zaman
(qiyamət yaxınlaşırkən qılını tərpətməyənlərin qəbahəti ucbatından) gerçək ruhsal qırğından doğan
bəlaları sonalayacaq.(əsl savaş
heyvanların yaratdığı sənətlə insanların yaratdığı sənət arasında gerçək mədəniyyət savaşına keçəcək. O
zaman kimlərin mədəniyyətlərin savaşının hansı nöqtədə, hansı müstəvidə, hansı qarşıdurmalarla baş
verdiyi haqqındakı qənaətləri üzərindən xətt çəkməli olacaqlarına da az qalmayıb yəqin.
ilanların da necə rəqs etdiyini, müsiqi sədaları altında necə rəqs nümayiş etdirdiyini də görməmiş,
bilməmiş deyilik.

bax, bütün bunların zamanı, dünyanı, kainatı və insanın bu planetdə gəldiyi yerdə hansı mahiyyət kəsb
etməsiylə bağlı ciddi mesajlar verdiyini unutmamaq gərəkir.
sizcə bu mesajlar nədir, nələrdir?
düşündüyümdə nəfəsimi kəsən, yaşadığımız zamanda fitrətindəki incə məqamları itirmiş insanların bir-
birini necə qırmağı, qədərində qəbahət arayaraq bir-birinin qanına susayıb ətini yeməsi, qapanmış
bəsirət gözlərini gilizdən betər edərək bir- birinin parçalamaları, başını kəsməsi olayları, insanların tam
vəhşiliyin ötəsinda bir hal və halət içərisində qıvrılması ilkin olaraq ağlıma gəlir!!!! yox, ya… insanlar
vəhdaniyyətdən uzaqlaşıb vəhşiləkdikcə heysiyyatını sənətdə axtaran heyvanlar mədəniyyətə doğru üz
tuturmu? insanlar barbarlaşdıqca, heyvanlar Yaradıcı Gücün Rəhman və Rəhim sifətinin tam daşıyıcılıq
missiyasıylamı yükləndirildi, ya bu vəzifəyləmi görəvləndirildilər? bu anda bir insanın başqa bir insanın
inancı ucbatından başını kəsdiyi, bütün aləmlərdən keçib pənah gətirdiyimiz planetin bağrına qanını
axıtdığı anda,sanki insanların Yaradana qarşı köklü xəyanətini xatırlatmaq üçün bir fil xortumuna fırça
alıb rənglərin seçimini etməsiylə görəsən güllər, çiçəklər çəkməsiylə,mərifətimizin, məharətimizin
meydan suladığı metafizik bəzəyimizin (qrimimizin) pozulmasıyla, Allah bizə nələr söyləyir ?
arayış üçün deyim ki, quşların danışdığını, söylədiyin sözlərin təkrarladığını, ilanın rəqsini, itin oğruları
tanımasını, pişiyin pianino çalmağını, atın gözəl qızı gerçəkdən sevməsini, pələngin pəhləvanla
güləşməyini bilirdim. Filin isə (insan rəzalətini üzə çıxarması üçün ) rəsm çəkdiyini eşidəndə məni qəribə
hislər bürüdü. ola bilsin, yaxın zamanlarda atın roman yazmağını da eşidəcək, ceyranların şairliyindən də
xəbərdar olacaqsınız.
bütün bunlar ondan xəbər verir ki, aləmlərin KİTABLARA boşaldığı, varlığa dolduğu ancaq görünən
əmanətin xəyanətlə üzləşdiyi kosmosda nələrsə mədəniyyət adına təravətini itiririb tərsdən gedir.
kosmosun nizamının pozulması istiqamətində saysız-hesabsız faktlar adamın fikirlərini dağdan arana
arandan dağa daşıyır.kosmosun işlərinin necəsə yanlış getməsinin gətirdiyi həyəcan, verdiyi təlaş
mənim əndişəmin boş olmadığından xəbər verir. ortalıqda sənət adlı böyük bir faktor fərasətini indi yeni
tərəflərədən, yeni əllərdən göstərir,heç gözləmədiyimiz bir fitrətdən fəlakətimizi yaxınlaşdırır kimimə
gəlir. gördüklərimiz və şahidi olduğumuz hadisələr əsla mif,əfsanə,nağıl deyil.biz heç qədim yunan
dövrünün insanları, mifik qəhrəmanları, ağzından od püskürən əfanəvi əjdəhaları da deyilik.
başverənlərin fonunda biz əsla nağılçı da ola bilmirik. çünki, heyrətdən ağzım açılı, nitqim tutulu, ruhum
donmuş olaraq, öz qorxunc ədasını gizlətmədən varlığımda sınaqdan keçirir(əm). nədir, yoxsa
heyvanların sənətlə məşğul ola biləcəyini, sənət yaratmasını heç cürə qəbul edə bilmirik?
belə çıcxır, bu gün bir eşşək musiqi bəstələməyə səy göstərəcəksə, bir insan da yük daşımağı, anqırmağı,
eşşəklik etməyi bacarmalıdır ki, kosmik balans əsla pozulmasın.belə çxır, bir fil fırçanı xortumuna keçirib
ruhunun incə yerinə salaraq baharı düşünür, yazın gözəlliyinin xiffətinə düşərək güllər, çiçəklər çəkə
bilirsə, bir insan da gərək filin ölümünü ölə bilsin. bunu da edərkən ancaq filin qarşılıqlı imkanlarını və
bacarıqlarını, yerdəyişimdəki veriləri nəzərə alaraq o intiharı etməsi söylədiklərimizin anlayışa
dönüşməsi mahiyyətini daha geniş tutumasına şərait yaradar.
sənət yenə də heyvanlarla insanların, vəhşilərlə mədənilərin arasına girmək zorunluğunu yaşayır. sənət
mədəniləri vəhşilərdən, vəhşiləri də mədənilərdən ayrıdetməyə səy göstərir.
bizə bəxş olunmuş bu yer kürəsində sənət əsl həqiqət və meyar çərçivəsində öz ağırlığını ortaya qoyub
heyvanla insan arasındakı keçidləri, sədləri, sərhədləri başqa nöqtələrə daşıyır, köçürür.sənətin kainatın
içərisində hərəkətverici bir ünsürə, gücə dönüşümü onun indiyə kimi daşıdığı missiyasınını da başqa
boyutlara keçirir. sənətin missiyası dəyişmişdir demək.

artıq sirləri səhralardan çöllərə çöllərdən küçələrə daşıyan sənət sənət üçün deyildir.
artıq sirləri səhralardan çöllərə çöllərdən şəhərlərə çəkən sənət həm də insan üçün də deyildir.
artıq sənət, varlıq üçündür deyə bilmə imkanını bizə təlqin edir. elədir, sənət Allah üçündür.
artıq heyvanların insanlar kimi sənətə özənməsi, öz sıxıntılarını sənətlə gedərməsi, öz dünya dərki və
həyat həqiqətlərini sənətdə arayıb axtarması göstəir ki, sənətin dəyişən missiysina YENİ BİR özəllik də
əlavə olunmuşdur. ( bu özlüyündənmi reallaşmışdır yoxsa. kiminsə, hansısa güclərin sayəsində oluşması
başqa bir mövzuya rəməl atır fikrinədəyəm)
ola bilsin, gələcək zamanlarda hansısa ideya ətrafinda birləşən, namizədliyini irəli sürən insanların səsə
ehtiyacı zamanı heyvanlara da müraciət etməsinə şahidlik edəsiniz. lütfən, o zaman heç də dəhşətə
düşüb şaşqınlıq yaşamayın. çünki fitrətindəki fərasəti ortaya qoyan fillər rəsm çəkirsə, atlar öz
dünyalarından rəvayət etdikləri sevgidən roman yazacaqsa, belə bir dünyanın, cəmiyyətin irəliyə
baxışında təccüblü bir şey qalmayacaq. ola bilsin, o zaman inəklər buddislərə, qoyunlar islamçılara,
müsəlmanlara, eşşəklər xristianlara, öküzlər zərdüşçülərə, keçilər yunanlılara səs versinlər, onların
cəmiyyətdə bir yer tutmaları uğrunda gərəkən mücadilələrini aparsınlar.
hətta düşünürəm ki, gələcəkdə Qarabağ kimi savaşlarda heyvanlar da hansı xalqın tərəfindən
vuruşacaqları ilə bağlı öz müqqəddəs seçimlərini edəcəklər, həm də etmək zorundadırlar.
əgər fillər bu gün dünyada gördüklərinin içərisində güllərin çeşid çeşid rəsimlırini çəkirlərsə, gələcək
savaşlarda o güllərin savaşlarını da vermək zorundadırlar. ən azından o fillərə bu borclarını xatırlatmalı,
boyunlarına qoymalıyıq. çünki bu gün qanlar su yerinə axdığı bir dönəmdə təmbəllik etmədən qızılgül
çəkirsə, o gülün simvolizə etdiyi gücü də, tərəfi də müəyyən etməli olacaq. gül tərəf deməkdir. gül hər
halda nə quzudur, nə şərabdır, nə çarmıxıdr. bu gün də gül Məhəmməd deməkdir. yəni göylərin
gizildəyib gömgöy göynədiyi yerdən toxumu toxdayıb bütün kinlərə, nifrətlərə, qüsurlara dirənən gül
aləmlərin etibarını qazanmış ecazıyla eşqdir.
heyvanların sənətə atılımı zamanı eləcə sənətdə ilişib qalacaqlarına da inanmıram. hissiyatım mənə deyir
ki, heyvanlar gələcəkdə sənətdən dinə keçidi, KİTABlara keçidi daha aydın və net şəkildə
gerçəkləşdirəcəklər.
bütün bunları yaza yaza nədənsə Qurani –Kərimdə keçən fil surəsini xatırlamalı oluram. niyə bilmirəm!!!!
Surə Kəbəni dağıtmaq istəyən Əbrəhənin fillərlə hücumundan bəhs edir. Allahın isə fil sahiblərini Əbabil
quşlarının atdığı bişmiş kərpic daşlarıyla cəzalandırdığını söyləyir.Quranda haqlarında bəhs edilən bu
fillər bir zamanlar Kəbəni, elə həm də könül evini dağıtmağa yönləndirilmiş heyvanlar olaraq, bu gün
çəkdikləri qızılgüllərin rəsimləriylə mənə elə gəlir bu möhtəşəm vaqeə qarşısında öz tövbələrini edirlər.
fillər 21-ci əsrdə Allahın evinə bir zamankı hücumları qarşısındakı günahlarını qızılgül rəsmlərini çəkib
içlərindən eşq səltənətini dəbərtməklə qurtuluşa ermişcəsinə gəlib gəlib sənətin qarşısında diz çöküblər.
sənət deyəsən günümüzdə qəddarcasına tövbə yerinə, qurtuluş məqamına da dönüşür.
o surə Məhəmməd(s.a.v.) peyğəmbərə nazil olmuşdu. bu fil və bu fillər( mən lar-lər şəklində işlətməkdə
bir qəbahət görmürəm) də fırçaya yaxınlaşdırdığı xortumuyla yer üzünün mərifətində, hikmətində
Məhəmməd (s.a.v.)peyğəmbəri simvolizə edən qızılgül rəsimlərini çəkirdi….çünki sənət birbaşa əlaqə
deyil, sənət birbaşa simvol səriştəsidir.

One thought on “QIZILGÜL RƏSIMLƏRI ÇƏKƏN FILLƏR, ROMAN YAZAN ATLAR … : Xanəmir Telmanoğlu

  • 3 Nisan 2021 tarihinde, saat 13:05
    Permalink

    Teşekkürlər yazıya görə….
    Yazının çapına vəsilə olduğu üçün Nazim müəllimə də minnətdaram…

Yorumlar kapatıldı.

Pin It on Pinterest