GenelGüncelKültür Sanat

Qərbi Azərbaycanın Böyuk Vedi rayonundan olan Vüsal Hümbətzadə

Əməkdar Elm Xadimi, tibb elmləri doktoru, professor Vaqif Bilas oğlu Şadlinskinin 84 yaşı tamam olur.

Vaqif müəllim.1940-cı ildə qədim Azərbaycan torpağı olan Vedi rayonunda dünyaya gəlib. Məhşur Şadlinskilər nəslinin layiqli nümayəndələrindən biridir. 1963-cü ildə müvəfəqiyyətlə qəbul imtahanlarını verərək, N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnsitutiunun stomatologiya fakültəsinə daxıl olub və oranı da uğurla başa vurub. 2009-cu ildən Türkiyə Respublikası Uluslararası Araşdırmalar Akademiyasının üzvü və həmin akademiyanın qızıl medalına layiq görülüb. BMT-nın təltiflər şurası tərəfindən “I dərəcəli Hippokrat ordeni” ilə təltif olunub. Elə həmin il Avropa Təbiət Elmlər Akademiyasının həqiqi üzvü seçilib və həmin akademiya tərəfindən Albert Şveytser adına Gümüş medala layiq görülüb.
2010-cu ildə Avropa Elmi Cəmiyyətinin rəyasət heyəti tərəfindən elm sahəsinə avəzsiz töhfəsinə görə Hannover şəhərində “Avropanın Fəxri Alimi” diplomuna və “Robert Kox adına medal”la təltif olunub. 2010-cu ildə prezidentin sərəncamı ilə “Əməkdar Elm Xadimi” fəxri adına layiq görülüb.

Vaqif müəllim Azərbaycan ziyalısının ən gözəl xüsusiyyətlərini özündə cəmləşdirən, yüksək mənəviyyata malik böyük alim və nüfuzlu şəxsiyyətdir. İnsanlarla ünsiyyət mədəniyyəti, təmkini, tələbkarlığı və nikbinliyi çoxları üçün örnək sayıla bilər. Elmimizin və təhsilimizin inkişafı sahəsindəki səmərəli fəaliyyəti nəticəsində bir çox elmi əsərlər yazmış, ölkəmiz üçün yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasında yaxından iştirak etmişdir. Zəngin ictimai-siyasi və pedaqoji fəaliyyəti, tibb sahəsindəki fədakar əməyi sayəsində “Şöhrət” ordeninə, “Əməkdar Həkim”, “Əməkdar Elm Xadimi” fəxri adlarına və digər bir çox ali mükafatlara layiq görülümüşdür. Avropa Təbiət Elmlər Akademiyasının, Rusiya Tibb Elmləri Akademiyasının və Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademiki, həmçinin bir sıra nüfuzlu beynəlxalq elmi və ictimai təşkilatların üzvü seçilib.

Azərbaycan elminin görkəmli nümayəndəsi, vətənpərvər ictimai xadimi və dəyərli ziyalımız olan Vaqif Bilas oğlu Şadlinskini doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və iş fəaliyyətində yeni-yeni uğurlar arzulayıram.

Hörmətlə: ADU-nun 4-cü kurs tələbəsi, əslən Qərbi Azərbaycanın Böyuk Vedi rayonundan olan Vüsal Hümbətzadə. 

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest