GenelGüncelKültür SanatTürk Dünyası

Azərbaycan Milli Konservatoriyası haqqında – Aysel Fikrət

Nazım AHMEDLİ

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

Aysel Fikrət
Aysel Fikrət

Aysel Fikrət

Azərbaycan Milli Konservatoriyasının Mətbuat Katibi

Azərbaycan Milli Konservatoriyası haqqında

                 “Bir içimlik Musiqi

Azərbaycan – zəngin mədəniyyəti olan istedadlar ölkəsidir.

Artıq azad Azərbaycanın azad övladı kimi bunu deyə bilirəm.

İncəsənətimizdə fərəh və sevinc duyulmaqdadır. Əvvələr yaranan Vətən həsrətli əsərlər daha qələbə sevinci ilə əvəz olunub. Azərbaycan özünəməxsus mədəniyyəti ilə dünyaya səs salan bir mədəniyyət ocağıdır. Onun muğamı, musiqisi, musiqi alətləri dünyanın heç bir yerində yoxdur. Sizlərə musiqi diyarı olan Vətənimin bir təhsil ocağı haqqında danışmağı özümə borc bildim. İnsan sevdiyi işlə ucalır, daha düzgün desəm, insan sevdiyi işdə özünü daha çox xoşbəxt sanır. Bu xoşbəxtliyimi sizinlə bölüşürəm. Bu gün söhbət acacağım təhsil və mədəniyyət ocağı Mətbuat Katibi olduğum Azərbaycan Milli Konservatoriyasıdır. İşə başladığım ilk günü tərəddüd içində idim. Yalnız ətrafdan dost-tanış və təhsil ocağının mehriban rektoru Siyavuş Kərimi “sən bunu bacaraqsan” kimi təkidi sayəsində içimdə olan sözlə ifadəsi olmayan bir hiss geri durmağa mane oldu. Sabah yeni ümid və həyacanla deyilən vaxtda işdə oldum.

Konservatoriyanın sabahı. Azərbaycan Milli Konservatoriyasının özünəməxsus ənənə və ritualları olduğunu bilirdiniz?. Konservatoriyanın sabahı dəhlizlərdə səslənən xor və orkestrlərin  musiqi sədalarıyla başlayır. Yeddinci mərtəbəyə qalxırıq kafedra müdirləri, dekanlar, və digər idarə heyətiylə bərabər Siyavuş müəllim çox keçmir ki, dəhlizdə bizi  salamlayır. İlk olaraq xor kollektiviylə görüşür, tələbələrin davamiyyətini yoxlayır. Orkestr füsünkar ifasıyla nəzər cəlb edir. Sonra bildim ki, bu orkestr Azərbaycan Milli Konservatoriyasının tələbələrdən ibarət olan “Buta” adlı   Xalq Calğı  Alətləri orkestridir. Siyavuş Kərimi, təhsil işləri üzrə prorektor Malik Quliyev, kafedra müdirləri  çox diqqətlə dərsi, tələbələrin  davamiyyətini  izləyirlər. Alətlərin hansı vəziyyətdə olduğunu belə yoxladıqdan sonra beşinci, dördüncü,  ikinci mərtəbələrdə dərslərdə Milli Avaz Xor   kollektivi,Uğur Xor Kollektivi,Şəms Qəmər kamera xoru,Everlast Xor kollektivlərinin də   dərslərində oluruq.Azərbaycan Milli Konservatoriyası haqqında yazılacaq silsilə məqalələrdə Bu kollektivlər haqqında ətraflı yazacağam.Təkcə Onu deyim ki Dirijorluq kafedrası Azərbaycan Milli Konservatoriyasının sütunu kimidir.Orkestr Və xor kollektivlərinin istedadlı Müəllimləri və tələbələri buna canlı sübutdur. Bəzən bu sabahlarda çoxlu qonaqlarımız da olur. Rektorumuz deyir ki, səfirliklərdən və yaxud musiqi  məktəblərindən, liseylərdən gəlmək istəyən qonaqları məhz sabahlara təyin edirik.

Qoy gəlib Konservatoriyanın günü necə başlamasından xəbərdar olsunlar. Çünki hec yerdə belə bir nümunə yoxdur.

Sabah yoxlanışından sonra rektorumuz, müəllimlər, kafedra müdirləri, hər kəs işinə qayıdır. Gün öz axarıyla davam etməyə başlayır. Azərbaycan Milli Konservatoriyasının  axşamları da qeyri adi olur. Çünki gündəlik tədbir və mükafatlandlrmalar, müxtəlif  forum və təqdimatlarda iştirak  edən Konservatoriyanın yetirmələri haqqında  yazmaq üçün bəzən axşam saatlarına  qədər işdə qalmağa məcbur oluram. Dəhlizlərdən gələn musiqi sədaları, professional ifalar, istedadlı  tələbələr nəzərimi ilk gündən cəlb edir.

Bu il Azərbaycan Milli Konservatoriyasında olan bütün tədbirlər, hesabat konsertləri Ulu Öndər Heydər Əliyevin 100 illiyi çərçivəsində nəzərdə tutulmuşdur. Bu səpkidə bir neçə tədbirin şahidi oldum.

 Milli Vokal Kafedrasının “Fikrət Əmirovun yaradıcılığına səyahət” adı altında təqdim olunan hesabat konserti sanki tələbələrin deyil, məşhur opera ifaçılarının konserti kimi görünürdü. Azərbaycan Milli Konservatoriyasının böyük zalında keçirilən bu tədbirin coşqusu, tələbələrin həyəcanı diqqətimi cəlb etdi. İlk əvvəl özümü təqdim etmək üçün müəllim ilə görüşdüm. O, gülər üzlə məni qarşıladı. Bu Respublikanın əməkdar artisti, Milli Vokal Kafedrasının baş müəllimi, uzun illər opera səhnələrindən sevərək izlədiyim  Zenfira İsmayılovadır.  Opera və Balet Teatrının solisti, baş rolların ifaçısı, prezident təqaüdçüsü, sənətinin vurğunu Zenfira xanıma və onun istedadlı tələbələrinə uğur diləyib, zala daxil oluram. İzləyicilər yavaş – yavaş öz yerlərini alırlar. Milli Vokal Kafedrasının müdiri Azər Zeynalov sevimli müəllim və tələbələrə uğur diləyib, tədbiri açıq elan edir. Tədbir Fikrət Əmirovun foto görüntüləri fonunda bir-birindən zəngin əsərləriylə davam etdi.Nəzərimi cəlb edən məqamlardan ən önəmlisi isə birinci kursdan ta maqistr dərəcəsinə qədər təhsil alan tələbər eyni səhnəni yüksək peşəkarlıqla bölüşməsi oldu. Tələbələr səhnədə sərbəst, səslərinə və  səhnə hərəkətlərinə son dərəcədə diqqətli, nizamlı idilər. Fikrət Əmirovun “Sevil” operasından səslənən Sevilin, Dilbərin ariyaları çox uzun müddət yaddaşlardan silinməyəcək. Zeynəb Hüseynova sanki həmin obrazların bütün səhnə keyfiyyətini mənimsəmişdir. Opera səhnəsində bir çox Dilbərlər gördük.

Tələbənin ifa etdiyi Dilbər obrazı heç də onlardan geri qalmırdı.

“Laylay” əsərinin ifaçısı Nigar Rüstəmova səhnə geyimi, mədəniyyəti və səsinin gözəlliyi ilə tamaşaçıları fəth etməyi bacardı.  Səhnə professionallığı, sərbəstliyi, ona hakim olmağı sevir.

Tələbələrin istedadı bütün bu meyarlara yüksək səviyyədə cavab verirdi. Fikrət Əmirovun “Şeyx Sənan” əsərindən  Kor ərəbin mahnısını ifa edən Cavidan Isayevin yüksək peşəkarlığına söz tapa bilmədim.

 Tələbələr bir-birindən gözəl ifalar nümayiş etdirdi. Bu Zenfira İsmayılovanın ucalığı və uğuru idi. Konsert boyu Fikrət Əmirovun video görüntülərini görüb, səsini eşitdik. Fikrət Əmirov Azərbaycan musiqisinin  korifeyi, bəstəkarlıq məktəbinin yaradıcısı olmuşdur. Onun yazdığı əsərlər Azərbaycan operasının əsasını təşkil edir. Bir bəstəkarınn böyüklüyü onun insan ruhuna, düşüncəsinə yaxın olmağıdır ki, Fikrət Əmirov bu sahədə Azərbaycan musiqisində böyük iz qoyub gedən  sənətkardır. İndi onun yaradıcılığına müraciət etmək bir müəllim və tələbə heyəti üçün böyük sənətkarlıq tələb etməklə yanaşı bu musiqini də daima  yaşatmaqdır.Milli Vokal Kafedrası  Vokalçıların III Beynəlxalq Festivalında konsert proqramı ilə çıxış etdi.Bu uğurlu konsert də unudulmaz anlar yaşatdı. Azərbaycan Milli Konservatoriyası bir sənət ocağıdır. Bu ocaqdan musiqi sənətinə atılan qığılcımlar daim yaşayacaq. Burada mövcud olan nizam intizam, tələbələrin təlim – tərbiyə və təhsili yüksək səviyyədədir. Tələbələr sənət sevgisiylə yaşayan hər biri ayrılıqda bir istedaddır. Onları dəhlizdə ,dərsdə və böyük səhnədə gördüm. Zənnim məni aldatmadı. Onların hər birinin amalı  yaradıcılıqır. Rektor, xalq artisti Siyavuş Kərimi öz çıxışlarında tez-tez vurğulayır ki, ilk öncə yaradıcılıq sonra nizam-intizam, davamiyyət. Çünki daima təkrarlamaq və öz üzərində çalışmaq yalnız insanı uğura apara bilər.

Azərbaycan Milli Konservatoriyasında  Tələbə Gənclər Təşkilatı da (TGT) fəaliyyət göstərir. Təşkilata Ayxan İmanov başçılıq edir. Aktiv tələbələri öz ətrafına toplayıb, tələbələrlə bağlı olan tədbirlərə təşkilatçılıqdan tutmuş bir çox fəaliyyətlərdə yaxından iştirak edir. Ən sevindirici hallardan biri də odur ki, Siyavuş Kərimi mütəmadi olaraq tələbələrlə görüşlər keçirir, onların arzu istəklərini dinləyır, onlara imtahanqabağı motivasiya verəcək sözlər deyir, bütün  problemləri yerində həll etməyə çalışır. Bir neçə dəfə rektorun tələbələrlə görüşündə  də iştirak etdim və xoş təəsüratla ayrıldım.

Bu böyük sənət ocağının yaranma tarixi Heydər Əliyevlə bağlı olmuşdur.

Onun böyük inamı sayəsində yaranan Konservatoriyada fəaliyyətə davam edən kafedralardan tutmuş bütün inzibati işçilərə qədər hər kəs sənət naminə çalışmaqdadır.

Muğam( Xanəndə) kafedrasının müdiri xalq artisti Mənsum İbrahimovdan izn alıb bəzi dərsləri ustad dərsi kimi lentə alıram. Çəkiliş qrupuyla dərslərdə iştirak edirik. Kafedrada çalışan müəllimlər bu gün üçün Azərbaycan muğamının ustad sənətkartlarıdır. Bir neçə müəllimin dərslərində olub, lentə alırıq.Əməkdar müəllim Qəzənfər Abbasov, Əməkdar artist İlkin Əhmədov,əməkdar artist Təyyar Bayramov, xalq artisi Mənsum İbrahimov, xalq artisti Zabit Nəbizadə, xalq artisti Aygün Bayramova, xalq artisti Nəzakət Teymurova, baş müəllim Vüqar Əliyev və digər ustadların dərslərində olduq.

Hərdən muğam dərslərində müəllimlərin qəzəllərə olan münasibətinə, sözlə musiqinin vəhdətinə elə aludə oluram ki, çəkiliş edəcəyim, yazacağım düşüncələrimə mane olur. Mən dahi Füzulinin qəzəllərinin muğama çevrilən vəhdətini özüm də hiss etmək istəyirəm.Tar ifasının müşayəti məni uzaq xatirələrə,babamın tar ifası və dediyi qəzəllərə aparır.

Düşünürəm ki, yaradıcılıq və sənət sevgisi harda olsa belə adamı darda qoymur və gec-tez insanı öz arzularıyla baş-başa buraxır.

Tərtəmiz, geniş, isti dəhlizlərdən, qapıdan, qarderobdan başlayan səliqə -səhmandan da bir neçə kəlmə demək istəyirəm. Səmimi və gülər üzlü inzbati işlər üzrə prorektorumuz Sevil  Qasımzadə bu işlər üçün böyük əmək sərf edir və can yandırır. Çünki gözəl şərait, rahatlıq, istilik, işıq və bu kimi önəmli olan amillər təhsil ocağında çox vacibdir.

Azərbaycan Milli Konservatoriyasi elmi istiqamətdə də  fəaliyyyət göstərir.

Onun nəzdində  mütəmadi olaraq “Konservatoriya”  adı altında elmi jurnal dərc olunur. Yüksək elmi qayda-qanunlara nizamlanmış bu jurnal elmi işlər üzrə prorektor Lalə Hüseynovanın rəhbərliyi altında işıq üzü görür. Konservatoriyada  elmi laboratoriya da mövcuddur.

Azərbaycan Milli Konservatoriyasında tez-tez  kafedraların müəllimlərinin təqdimatları keçirilir. Etnomusigişünaslıq kafedrası da elmi məqalələr çap etdirməklə yanaşı, dərsliklərin metodiki vəsaitlərinin nəşr etdirməkdə çox aktiv olan kafedralardan biridir.

Kafedranın müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Jalə  Qulamova  bir neçə kitabla məni tanış edib, bu barədə geniş məlumat verdi. Bundan başqa Musiqinin Tarixi və Nəzəriyyəsi  Kafedrasının  müdiri, əməkdar incəsənət xadimi Akif Quliyev də kafedrada keçirilən dissertasiya müdafiyəsi işləri barədə məlumat verdi.

Elm sahəsiylə yanaşı tədris şöbəsi, imtahan mərkəzi,İmtahan Mərkəzinin rəhbəri Sənətşünaslıq üzrə fəlsəfə dokroru  Leyla Quliyeva Qarşıdan gələcək imtahanlar haqqında çox geniş məlumat verdi.O gözəl alim olmaqla yanaşı İş fəaliyyətinin bütün meyarlarına cavab verən bir mütəxəssisdir.Bundan öncə o uzun müddət İfaçılıq Fakültəsinin dekanı olmuşdur.

  Beynəlxalq Əlaqələr Departamenti ilə yaxından tanış oluram. Aygül Əhmədova kimi çox çalışqan bir xanımı  tanıyıram. O əcnəbi tələbələrlə tez-tez  görüşlər keçirir, onların problemləri ilə məşğul olur, bir çox forum və tədbirlərdə mütəmadi olaraq iştirak edir, öz üzərində çalışır. Bütün görülən işlərin hesabatı və təqdimatı da əlbəttə ki, var. Azərbaycan Milli Konservatoriyasında Konsert – Yaradıcılıq və Kütləvi Tədbirlər Departamenti də fəaliyyət göstərir. Departamentin rəhbəri Riad Quliyevdir. Azərbaycan Milli Konservatoriyasının böyük zalında silsilə hesabat konsertləri keçirilir. Dirijorluq Kafedrasının Orkestr və xor kollektivlərinin təşkil etdiyi konsertləri xüsusı vurğulamaq istərdim. Arif Məhərrəmovun bədii rəhbər olduğu “Ariflər”  Xalq Çalğı Alətləri Orkestrinin konserti, Dirijorluq Kafedrası xor kollektivləri konsertində kafedranın müdiri  dossent Leyla Zalıyeva Kərkük musiqilərini xor üçün işləmələrini çox böyük istedadla təqdim etdi. Onun təqdimatında türk musiqisinin yeni versiyası ortaya çıxır. Konsertə baxdıqca, bu məharətli ifanı dinlədikcə, Türkiyədə keçiriləcək konsertlərin birini xəyal edirəm. Dirijorluq kafedrası demək olar ki, Azərbaycan Milli Konservatoriyasının özəyini, əsasını təşkil edir. Kafedranın müdiri Leyla Zalıyeva son dərəcə diqqətlə və səliqə ilə öz işinə yanaşır. Bu yanaşma orkestr və xor kollektivlərinin hər bir işində özünü biruzə verir. Hesabat konsertləri sırasında əməkdar artist, Populyar caz və ifaçılıq Kafedrasının müdiri, Berkli kollecinin fəxri məzunu və müəllimi  Emil Əfrasıyabın təqdim etdiyi konsert də böyük rəğbətlə qarşılandı.

İlin son hesabat konserti isə Azərbaycan Milli Konservatoriyasının tələbələrindən ibarət “Buta” xalq çalğı alətləri orkestrinin konserti oldu. Orkestrin bədii  rəhbəri Dirijorluq Kafedrasının bas müəllimi Aysel Bağırova oldu.   

“Buta” – Azərbaycan Milli Konservatoriyasının tələbələrindən ibarət olan xalq çalğı alətləri orkestrinin adıdır.

Bu orkestrin əzmlə məşq etdiyinin şahidi oluram. Səhər və axşam məşqlərində iştirak edərək onları dinləyirəm. Ən çox diqqətimi çəkən

Aysel Bağırovanın  tələbələrə olan münasibəti oldu. Onlara bir sənətkar,  bir böyük şəxsiyyət kimi yanaşmaqla bu doğma mühiti yarada bilmisdir.

Onu sevirlər və bu sevgi yaradıcılıqla dolu gələcəyə işiqlı yol açır.

Hesabat konsertinə hazırlaşan “Buta”  xalq çalğı alətləri orkestrinin  hər bir üzvü həyacanlıdır.

Onların içində Hüseyn Nağıyevi görürəm.  Heç bir ay olmayıb ki, prezident taqaüdçüsüdür. Çox istedadlı bir gəncdir, həm də İncəsənət Gimnaziyasının məzunudur. Bir birindən istedadlı gənclərdən ibarət xalq çalğı alətləri orkestri bu il bir ilkə addım atır.

Ona görə də hesabat konsertinin adı “İlk addım”dır. Bundan öncə xalq çalğı orkestrləri in H və in D  köklərində səsləndirilsə də, “Buta”  xalq çalğı alətlərinin orkestrinin bədii rəhbəri Dirijorluq Kafedrasının baş müəllimi Aysel Bağırovanın təşəbbüsü və səyi nəticəsində orkestr in C kökündə yəni Do kökündə səsləndiriləcək.

Bu, bəlkə də, hər bir orkestr rəhbərinin arzusu olmuş, yalnız onu həyata keçirməyə risk etməmişdir. Lakin biz bunu etdik. Dirijorun sevincini sizinlə bölüşürəm.

Konsertə güçlü hazırlıq işləri gedir, axşam saatlarıdır. Aysel Bağırova yenə məşq edir.

Ən çox nəzərimi çəlb edən məqam xarici müsiqilərin  bizim milli musiqi alətlərində ifası oldu. Bu mənim böyük marağıma səbəb olduğundan, saatlarla məşqdə oturub, tamaşa etdim. Azərbaycan Milli Konservatoriyasının rektoru, Siyavuş Kərimi də məşqlərdə iştirak edir. Öz tövsiyələrini, iradlarını bildirib, yaxşı ifalarda sevincini biruzə verir. Bu da gənclərə, gənc çalışqan müəllimə böyük stimul olur və gələcəkdə daha çox nailiyyətlərə sövq edir.

İstedad harda olsa öz haqqını alıb və öz xoşbəxtliyini yaşayacaqdır. Konsert günü yetişir. Hamı, bütün iştirakçilar həyacan içindədir.

Aparıcı səhnəyə daxil olub orkestri  təqdim edir. İlk olaraq Azərbaycanın himni ifa edilir.

Himndən sonra nəzərimi cəlb edən həm qürurlu, həm də qəmli edən bir məqam baş verdi. “Xudayar” təsnifini bu orkestr üçün Pikə  Axundova işləmişdir. “Xudayar” təsnifini ifa etmək üçün solistlər Vətən muharibəsi iştirakçıları  Füzuli,  Xocavənd, Cəbrayıl və Şuşanın azad olunması medalları ilə təltif olunmuş Sevindik Abbasov və Xocavəndin azad olunması ,

Vətən muharibəsi iştirakçısı medalları ilə təltif olunmuş Elmir Səfərli və  istedadlı qızımız Ülkər Abdullayeva oldular. Zal onları ayaqüstə qarşıladı. Qeyd olunur ki, orkestrin baş alətləri ifaçısı Elvin Nəbiyev də Vətən müharibəsi iştirakçısıdır, Füzuli, Xocavənd uğrunda döyuşlərdə iştirak etmişdir. Azərbaycan Milli Konservatoriyasının tələbələri arasında şəhidlik zirvəsinə yüksələn Toğrul Haciyev də bu orkestrin ifaçısı olmuşdir.

Bu üzgün notlarda şəhid Xudayar Yusifzadəni yada salan qəmli təsnif ifa olunur. Bir-birindən zəngin olan repertuarın orkestr üçün işləmələri Aysel Bağırovaya və Zərrin Muradovaya aiddir. Fəqan Ələsgərov adlı tələbəmiz nəfəs aləti balabanda elə gözəl ifa edir ki, zal onu səssiz, valeh olacaq şəkildə dinləyir. Sonra alqışlar ətrafı bürüyür. Konsert bütün bu ay ərzində çəkilmiş əziyyətlərə və yuxusuz gecələrə dəydi. Konsertin sonunda rektorumuz səhnəyə çıxıb orkestrin bədii rəhbəri Aysel Bağırova başda olmaqla hər bir ifaçıya ayrı-ayrılıqda təşəkkür etdi . İlk gündən bu günə qədər Siyavuş Kəriminin öz istedadlı tələbələrinə diqqəti məni düşündürdü. O, istedadlı olanı mütləq dəyərləndirir, bu da tələbələr üçün yeni stimul verir.

Aysel Fikrək Azərbaycan Milli Konservatoriyası
Aysel Fikrək Azərbaycan Milli Konservatoriyası

Aysel Bağırova Azərbaycan musiqisinin sabahıdır. Mən çox sevinirəm ki, bizim musiqimiz və mədəniyyətimiz bu cür istedadlı, əzmkar gənclərin ixtiyarındadır.

Bütün konsertlərin sonunda Azərbaycan Milli Konservatoriyasının   rektoru, xalq artisti Siyavis Kərimi səhnəyə çıxaraq müəllimləri və tələbələri təbrik edir, bir-birindən istedadlı tələbə heyətinə artıq dərs  prosesində iştirak edən tələbə kimi yox, sənətkar kimi yanaşır, bu isə istər istəməz insadna fərəh hissi doğururdu. Azərbaycan mədəniyyəti  və incəsənəti artıq əmin əllərdədir. Çox sevindirici haldır ki, Konservatoriyada Humanitar Fənlər Kafedrası da var. Kafedra müdiri filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoydur. Çünki hər bir musiqiçi ədəbiyyatı və öz dilini  mükəmməl bilməlidir. Xalq çalğı alətləri kafedrasının  müdiri Ramiz Əzizov da ilk gündən maqistr tələbələrin konsertləri  haqqında məlumat verir, kafedra nəznində keçirilən tədbirləri izləyir, bizim işimizə diqqətlə yanaşır.Ramiz Əzizov hər bir tələbəyə diqqətlə yanaşır.Çox tələbkardır,İstedadlı tələbələrinin daha da mükəmməl,qüsursuz olmaqları üçün çalışır.Həm də səmimi gözəl insanlığı tələbələri daha çox həvəsli və xoşbəxt edir.

Ədəbiyyat demişkən, bu ay ərzində keçirilən bütün tədbirlər bir-birindən maraqlı və mənalı idı. İnstrumental Muğam Kafedrasının saz  konserti  bir aşıq musiqisini yeni tədrisinin  təzahürü kimi də qələmə vermək olar. Müasir dövrdə aşıq musiqisinin tədrisinə olan tələbələrin marağı heyrət  ediləcək bir yenilikdir.

Saz konserti Azərbaycan Milli Konservatoriyasına gələn qonaqların böyük marağına səbəb oldu. Konsertdə Azərbaycan Milli Konservatoriyasının müəllimi, əməkdar mədəniyyət işçisi Nemət Qasımlı aparıcılıq etməklə yanaşı, eyni zamanda öz şagirdləri ilə səhnəni bölüşüb.

Nəhayət, dəyərli alim, musiqişünas Fəttah Xalıqzadənin 70 illik  yubileyinə həsr olunmuş Elmi praktiki konfrans.

Fəttah Xalıqzadə Haqqında olan kiçik yazımı təqdim edirəm :

Qapı açılır. “Qızım, sən bu gündən burda işləyirsən?” 

 Əlində çoxlu kağızlar var. “Mən Fəttah Xalıqzadəyəm”. İmzasını və adını tez-tez eşitdyim bu alimin belə sadə ve təvəzökar olacağı heç ağlıma  da gəlməzdi. Onun Azərbaycan folklorunu bölgələrdən ilmə-ilmə topladığını  bilirdm. Bu barədə çox  eşitmişdim. Susub dinləməyə davam etdim. “Demək mətbuatla məşğul olacaqsan. Ay qızım. Sən heç bilirsən insan necə xəbər yaymalıdır?”  “Azdan, çoxdan bilirəm”  deyib gülümsədim. “Sənə bir tovsiyəm var”  Hansısa müəllifin adını çəkir. O deyir ki,  “Qızım, insan gərək xəbəri elə ifadə edə ki, təriflə tənqidin məsafəsi çox olmasın. Başa düşürsən?”. “Başa düşürəm, Fəttah müəllim, yəni olduğundan çox qabartmaq olmaz”. Olduğu kimi çox da ifadə edə bilmirəm özümü. Söhbəti  alıb gedir. Fəttah müəllim gözəl sənətkarlardan, musiqi dünyasından xeyli danışır.

Onu sona qədər, maraqla  dinləyirəm. Bir az keçmir soruşur. “Heç elə olarmı insan danışa, amma danışdığı  adamın adını bilməyə?”   Gülümsəyib adımı deyirəm. “Fəttah  müəllim, siz çox gözəl musiqişünas alimsiz. Bizim evdə həmişə adınız çəkilib. Mənim ana tərəfim də musiqiçi ailəsidir.Sizin adınızı çox eşitmişik”, deyirəm. Fəttah müəllim mənim sözlərimə  gülümsəyir.

Bir müddət sonra Etnomusiqişünaslıq  Kafedrasının  çox istedadlı xanım, kafedra müdiri Jalə Qulamova Fəttah müəllimin 70 illiyinə həsr olunmuş tədbirə hazırlaşdığını  vurgulayır, və onun məqalələrindən ibarət bir kitab tərtib etdiyuini deyir. Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəsəfə doktoru Fəttah Xalıqzadəyə həsr olunmuş Elmi-praktiki konfransın günü yetişdi. Etnomusiqişünaslıq Kafedrasının rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Jalə Qulamova tədbir günü çox həyacanlıdır. Bu onun öz müəlliminə olan ehtiramıdır.

Çünki Fəttah müəllim burada əyləşən dekanların, kafedra müdirlərinin əksəriyyətinin müəllimi olmuşdur.

Jalə xanım İlk sözü elmi işlər üzrə prorektor, əməkdar incəsənət xadimi sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Lalə Hüseynovaya verir. Lalə xanım Fəttah müəllimin musiqi tədqiqatlarından, türkologiya məsələlərindən bəhs edən əsərlərindən məlumat verir.

Sonraki çıxışcılar da Fəttah Xalıqzadənin folklor, ritm məsələləri və digər toxunduğu təqdiqatlar haqqında çıxış edirlər. Çox maraqlı bir konfransdır.

Elmi praktik konfransda Fəttah müəllimi bir musiqiçi alim, dost, müəllim kimi obraz şəklində  bizlərə tanıdırlar. Azərbaycan Milli Konservatoriyasının  Musiqinin Tarixi və Nəzəriyyəsi Kafedrasının müdiri əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Akif Quliyev onun pedaqoji fəaliyyəti haqqlnda danışır, onunla tələbə yoldaşı, yaxın dost olduğunu vurğulayır.

Xaricdə yaşayan, vaxtı ilə  tədqiqatlarında iştirak edən dostları onu video vasitəsilə təbrik edir. Tədbirin sonunda isə tələbələr, rəhbərlik, Azərbaycan Milli Konservatoriyasi böyükdən  kiçiyə Fəttah müəllimin başına toplaşıb ona sevgisini bildirir, təbrik edir.

Fəttah  müəllim son dərəcə sadə və təvəzökar halıyla səhnəyə çıxıb Üzeyr Hacibəyli musiqisi haqqında maraqlı məqamları nəzərlərə çatdırır. O, yenə də musiqi aləmində hələ kəşf olunmayan məqamları düşünür.

Mən  isə belə düşünürəm ki, onu musiqi aləmində hələ tədqiq edəcəyi bir çox işlər gözləyir.

 Fəttah Xalıqzadə görkəmli alim, musiqişünas və müəllimdir. Bu onun haqqında nəticəyə gəldiyim faktdır.

Azərbaycan Milli Konservatoriyasında inzibati şöbələr,geniş kitaxana,arxiv,Labaratoriya da fəaliyyət göstərir.Onlar haqqında da genilş şəkildə növbəti məqalədə danışllacaq.

Diqqətimi çəkən və hər gün gördüyüm mənzərə haqqında məlumat verirəm.Təhsil işləri üzrə prorektor Malik Quliyev işlərinə çox sadiq bir insandır.Tələbələrə çox diqqətli mehrban yanaşır.Üzərində olan Təhsillə bağlı hər bütün vaxtını sərf etdiyi halda müəllimlərə,tələbə və müəllim heyətinə mehrban münasibət edir.Fakültə dekanları : Sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət verdiyeva İfaçılıq Fakültəsinə rəhbərlik edir. Sənətşünaslıq üzrə Fəlsəfə doktoru Cəmilə Mirzəyeva isə Musiqi tarixi və nəzəriyyəsi fakültəsinin dekanıdır.Hər iki Fakültə dekanı Nəznində olan kafedralarının konsert və imtahanlarına daima nəzarət edir,fikir mübadiləsi aparır,Kafedra rəhbərləri ilə tez tez görüşürlər.

 Dediklərim Azərbaycan Milli Konservatoriyası haqqında olan mənim ilk təəssüratlarımdır. Əlbəttə, bütöv bir fəaliyyəti əhatə edə bilməsəm də, Azərbaycan Milli Konservatoriyası bir musiqi dünyasıdır deyərdim. Bu kiçik dünyanın öz qanunları, qaydaları, öz kiçik özünəməxsis sevincləri var. Bu sevincdən, fərəhdən müəllim və tələbələrə pay düşür. Bir az mənə də pay düşdü. Çünki elə ilk gündən bütün çətinliklərimə baxmayaraq bu təhsil ocağını sevdim.

Azərbaycan Milli Konservatoriyası rektoru, xalq artisti Siyaviş Kəriminin bu gözəl təhsil incisi yaradıb ətrafına istedadıar toplayaraq yeniliklər gətirmilşdir.Bir gün Konservatoriyada vaxt keçirsəniz özünüz bu gözəlliyin şahidi olarsınız.Siyavuş kərimi bu kiçik dünyada Azərbaycan Musiqisinin gələcəyi üçün mayak kimidir.Onun bütün çətinliklərə,cəmiyyətdə olan qısqanclıqlara,təzyiqlərə sinə gərərək Ulu öndər Heydər Əliyevin böyük səy və sevgisi ilə yaranan bu təhsil ocağını neçə çiyinlərində daşıdığının şahidi oldum.Bu fədakarlığı Azərbaycan musiqi dünyası üçün bir sərvət olduğunu düşünürəm.Haqq işində bir qatqım olduğunu görüb ayrıca sevinirəm.Siyavuş Kərimi xalq artisti,gözəl bəstəkar,şərəf və şöhrət ordenli olmaqla bərabər  yüksək insan keyfiyyətləri daşıyır.Onun tələbələrə, istedadlı müəllimlərə münasibətini görərək, demək istəyirəm ki, Vətənimizin hüdudlarında və hüdudlardan kənarda da tanınan, öz kiçik gözəllik dünyası olan Azərbaycanın mədəniyyət ocaqları içində bu cür bir elm, təhsil, mədəniiyət oçağı – Azərbaycan Milli Konservatoroyası var ki, onun yetişdirdiyi tələbələr bir məşəl olaraq dünyaya işıq saçır.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest