QƏDİM TÜRK ABİDƏLƏRİNƏ BİR NƏZƏR

Türklərə aid ən qədim ədəbiyyat nümunəsi, Çin arxivlərində saxlanılan aşağıdakı iki misradır:
“süke talıkan
Bokukgi tutan”.
Bugünkü türk dilinə çevirdiyimizdə bu iki misra: “Süyü çıxardın, Bokuku tutun!” və ya “Orduyu
göndər, Bokuku tutdur!” kimi tərcümə olunur. Bu iki misra Monqolustandakı qədim türk yazılı
abidələrindən daha qədim bir tarixə, IV əsrə aiddir. Çin əlifbası ilə yazılmış olan bu iki misra, Çin
alimlərinə görə Hnlara iddir. Və gününmüzdə ancaq türk dilinə tərcümə etmək mümkündür.
Ümumilikdə ən qədim türk yazılısı bu iki misralıq şeir hesab olunur.
Qədim türklərdən qalan ikinci yazı isə bu gün Monqolustanda mühafizə olunan və “Buqt
abidəsi” adı ilə bilinən, bir qismi Hintcə, qalanı isə Soğdca ( qədim İrani bir bil) olan abidədir. İlk
türk xaqanlığına aid olan bu abidə də dövrün xaqanlarının adını aydın şəkildə öyrənmək
mümkündür.
Türklərin İslamiyət öncəsi həyatı, tarixi, ədəbiyyatı əsasən Göytürklərdən və Uyğurlardan
günümüzə gəlib çatmış abidələr və kağıza yazılı mətinlərdir. Coğrafik və mədəniyyət olaraq bir
birindən fərqli bölgələrdə formalaşan bu ədəbiyyat Qədim Türklərin və ya İslamiyyətdən öncəki
türk ədəbiyyatının mərkəzi hesab edilir.
Türklərin yazılı ədəbiyyatının ən qədim nümunəsi, Göytürklər dövrünə aid olan Orhan
abidələridir. Göytürk abidələri, Qədim türk abidələri, Orhon abidələri və başqa adlarla
sadalanan, Monqolustan və Sibirdəki qədim Türk hərifli abidələri birbirindən fərqləndirmək
mümkündür. Əsasəndə Orhon abidələri Kül Tiqin və Bilgə Kağan, ümumi olaraqda Tunyukuk
daxil olmaqla qədim türk hərifləri Göytürk dövrünə ait yazıların hamısını ümmiləşdirir. Yenisey,
Qırğızıstan və Monqolstanda tapılan Türk əlifbalı abidələrin hamısı əsasən Qədim Türk Abidələri
adı ilə ifadə olunur.
Bu abidələrdən biri “Kül Tiqin” abidəsidir. 684-731-ci illərə aid olan bu abidə, bir üzü Çincə,
digər üzü Türkcə yazılmış, 4 metrə yaxın yüksəkliyi olan mərmər daşa yazılmışdır. Abidənin geniş
üzündə 40, dar üzlərində 13 sətir vardır. Abidədə Türklərin Asiyaya yerləşməsindən, güclü bir
dövlət qurmasından və bu dövlətin Çin tərəfindən işğalından, Çinin türklərə qarşı etnik qırğın
aparmasından və ən nəhayətində isə Eltiriş xanın 17 nəfərlə Çinə qarşı üsyan qaldırıb türk
xalqını yenidən azad etməsindən bəhs olunur.
Bilgə xaqan abidəsi(83-734) isə Kül Tiqin abidəsinə bənzər şəkildə hazırlanmış, Kül Tiqin
abidəsindən iki-üç santım yüksəkdir. Kül Tiqin abidəsindən sonra hazırlandığı təxmin edilsə də
daha zərər görmüşdür. Abidənin Çincə yazılmış üzü ümumiyyətlə oxunmayacaq haldadır.
Ümumilikdə 70 sətirdən ibarət oln bu abidə bir növü Kül Tiqin abidəsinin davamı kimi görsənir.
Abidədə Bilgə xaqanın vəfatı kədərli şəkildə ifadə olunmuşdur.
Tunyukuk (Tonyukuk) abidəsinin isə hazırlandığı tarix dəqiq olaraq bilinməsədə, 8 əsrin
əvvəllərinə aid edilir. İki ayrı daşdan hazırlanmış bu abidə birlikdə 62 sətirdir. İlk taş yaxşı
qorunulsada, ikinci daş isə çox zədələnmişdir. Abidədən görünür ki, Tunyukuk Göytürk
dövlətinin qurucuları arasında yer almışdır. Yazıdan yola çıxdığımızda, Türklərin Çin tərəfindən
işğal olunduğu dövürdə dünyaya gəlmiş, dövlətin quruluşunda və xaqanların seçimində önəmli
rol oynamış, xaqanların məsləhətləşdiyi dünya görmüş bir vəzirdir.
Monqolustandan başqa Sibirin cənubunda yerləşən 200 yaxın abidə mövcuddur. Üslub və yazı
baxımından Monqolustandakı abidələrdən fərqli olan bu abidələr çox qısadır. Bunlardan biri
“İkinci Altın Köl” abidəsidir. Abidənin bir bölümündə deyilir: “On ay daşıdı (məni) anam, oğlan
olaraq doğldum, böyüdüm. Qabiliyyətimi ortaya qoymaq üçünölkəmin dörd bir tərəfini
dolaşdım. Qabiliyyətli olsa da xalq onu qoruyamadı. (?)Yazıq, ey ekizim! (…) Otuz səkkiz yaşımda

ərlik qabiliyyətim üçün Tibet xanına elçi olaraq getdim, geri döndüm. Ərlik qabiliyəti belə bir
şeyiymiş. Bədənimlə altun tabuta girdim.”
Qədim Türk yazılı abidələri bizim tariximizin, mədəniyyətimizin, dövlətçiliyimizin, tarix boyu
mövcud olmuş dostlarımızın, düşmənlərimizin canlı şahididir. Hər birimiz bu abidələri göz
bəbəyimiz kimi qorumalıyıq. Hər bir xalq kimi, əsrlər öncə atalarımızın bizə miras qoyduğu bu
abidələri öz dilində oxumağı öyrənməli və öyrətməliyik. Biz o zaman özümüzü böyük bir
mədəniyyətin, böyük bir irsin davamçısı hesab edə bilərik. Və bu mədəniyyəti öyrənmək bizi
bizə döndərən yol olacaqdır.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Pin It on Pinterest