Nazim Nəsrəddinov: Nə qədər verilib ömürə izn, Yaxşı iş görməyə meyilli olaq…

Türk Tarih Müzesi ve Parkı’nda İskit/Saka döneminden başlayarak, Göktürk kağan ve hatunlarını, 16 Türk devleti kurucularını, Selçuklu sultanlarını, Osmanlı padişahlarını, Kurtuluş Savaşı komutanlarını, büyük Türk-İslam düşünürlerini, Türk Cumhuriyetleri’ni temsil eden yazar ve düşünürleri ve Cumhuriyet dönemi bilim insanı, şair ve yazarlarını temsil eden heykellerin yanı sıra Ergenekon Destanı, Kürşat ve 40 çerisi, İstanbul’un fethi, Kurtuluş Savaşı ve Çanakkale Savaşı kompozisyonları yer almaktadır. Ayrıca 3 farklı Atatürk heykeli müzeyi onurlandırmaktadır.


Burada Kırım tatarı, görkəmli maarifçi, publisist,”Tərcüman” qəzetinin
redaktoru İsmayıl bəy Qaspıralının da heykəli vardır.
İnamıram ki, nə vaxtsa burada türk dünyasının fazillərindən biri olan Hacı Səid  Əfəndi Ünsizadənin (1842,Şamaxı-1903,İstanbul) də əzəmətli abidəsi ucaldılacaqdır.

***
Nə qədər verilib ömürə izn,
Yaxşı iş görməyə meyilli olaq

***

Bu yerlər nə gözəl , nə qürurludir,
Baxın heykəllərə, baxın bir daha,
Bü gün görüləsi bütün işləri ,
Burda saxlamırlar,deyən, sabaha.

***
Narahat görünürr İsmayıl hoca,
Onun bir dostu var ucadan uca.
Adı Səid Ünsi – “Ziya”lı insan
Min heykəl haqqı var ömrü boyunca…
***

Çoxdandır bu heykəl söhbəti vardır,
Səidin aləmdə qüdrəti vardır.
Dünyanın möhtəşəm ölkələrində
Heykəlilər tarixə bir yadigardlr…

***
Biz daş da atmışıq heykəllər üçün,
Biri Şamaxıda ucaldılmalı…..
Birisi Tiflisə , biri Bakıya,
Biri İstanbula şərəf olmalı…
***
Nə qədər dilimiz söz tutur bizim,
Nə qədər verilib ömürə izn,
Yaxşı iş görməyə meyilli olaq,
Nə qədər əqli var hər birimizin…

***

Açsın qucağını Ankara ,açsın,

Burda bir nəfər də xaniman qursun.

İsmayıl bəy ilə Səid Əfəndi 

Yanaşı dayansın,yanaşı dursun.

***

Nazim Nəsrəddinov

Bakı,26.05.2021

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Pin It on Pinterest