Mart soyqırımında azərbaycanlıların qətlə yetirilməsinə dair ermənilərin etirafları

Kamal Salayev
AMEA-nın Qafqazşünaslıq İnstitutunun
Ermənişünaslıq şöbəsinin Baş Mütəxəssisi
kamalsalayev1988@gmail.com
012 5020148; 055 9016455

Mart soyqırımında azərbaycanlıların qətlə yetirilməsinə dair ermənilərin

etirafları

1918-ci ildə erməni silahlı qüvvələri bolşeviklərin göstərişi ilə Bakıda
hakimiyyəti ələ keçirməyə çalışmışlar. Ermənilər 1918-ci ilin martın 31-də
azərbaycanlıları kütləvi şəkildə qətlə yetirmişlər. Stepan Şaumyanın etirafından
bizə məlum olur ki, mart soyqırımını ermənilərin “Daşnaksütyun” partiyasının 3-4
min nəfərədək terrorçuları törətmişlər. Erməni quldurları dinc azərbaycanlıların
yaşadıqları məhəllələrə hücuma keçərək böyükdən kiçiyədək hər kəsi qətlə
yetirmişlər. Azərbaycanlılara qarşı erməni terrorunun birbaşa şahidi olan alman
əsilli Kulner adlı şəxs Bakı hadisələrinə dair 1925-ci ildə yazısında ermənilərin
müsəlman məhlələrinə soxularaq hər kəsi öldürdüyünü, qılıncla parçaladığını və
dəlmədeşik etdiklərini qələmə alır. Alman əsilli Kulnerin yazısından açıq-aşkar
bizə məlum olur ki, ermənilər insanlığa qarşı misli görünməmiş vəhşiliklər
törədərək 87 nəfər azərbaycanlıya məxsus cəsədlərin qulaq və burun nahiyyələrini
kəsmiş, qarınlarını yırtmış, cinsiyyət orqanları doğramışlar. Ermənilər nə yaşlılara,
nə hamilə olanlara, nə də ki uşaqlara qətiyyən rəhm etməmişlər.
Azərbaycanlıları məqsədyönlü şəkildə qətlə yetirənlərdən biri olan erməni zabiti
Ovanes Aqresyanın xatirələrinə əsasən amerikalı aqronom Leonard Ramsden
Hartvill “İnsanlar belə imişlər” adlı kitabını qələmə almışdır. Ovanes Aqresyan
amerikalı müəlliflə söhbəti zamanı ermənilərin igilislərin və Rusiyanın yardımı ilə
öz məqsədlərinə çatdığını bildirmiş, təkcə Bakıda 25 min nəfər azərbaycanlının
ermənilər tərəfindən qətlə yetirildiyini qeyd etmişdir. Daşnaklar nəinki Bakıda,
həmçinin, Şamaxıda, Qubada, İrəvanda, Zəngəzurda, Qarabağda, Naxçıvan və
Qars ərazilərində səkkiz min nəfər dinc əhalini qətlə yetirmişlər. Soyqırım zamanı
Azərbaycanın tarixi abidələri, o cümlədən, Şamaxıdakı Cümə məscidi ermənilər
tərəfindən yandırılaraq uçuruma məruz qalmışdır. Cavanşir qəzasındakı 28 kənd,
Cəbrayıl qəzasındakı 17 kənd tamamilə yandırılaraq məhv olunmuşdur. 1918-ci
ilin aprelin 29-da Gümrü yaxınlığında 3 min nəfərədək günahsız qadınlar, uşaqlar
və yaşlılar ermənilər tərəfindən pusqulara salınaraq məhv olunmuşdur. Naxçıvan
qəzasına məxsus bir neçə kənd, Zəngəzur qəzasına məxsus 115 kənd ermənilər
tərəfindən məhv olunmuş, 3257 kişi, 2276 qadın və 2196 uşaq amansız şəkildə

qətlə yetirilmişdir. İrəvan quberniyasına məxsus 199 kənddə yaşayan 135 min
azərbaycanlı məhv olunmuş, kəndlər isə darmadağın olunmuşdur.
Ermənilər 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Rusiyanın 366-cı
motoatıcı polkunun dəstəyi ilə tarixin insanlığa qarşı törədilmiş ən faciəli və
dəhşətli hadisələrindən biri olan Xocalı soyqırımını azərbaycanlılara qarşı
törətmişlər. 1992-ci ilin mayında erməni silahlı qüvvələri Şuşanı ələ keçirdilər.
1992-ci ildə Laçını, 1993-cü ildə Kəlbəcəri, Ağdamı, Füzulini, Cəbrayılı və
Zəngilanı işğal etdilər. O dönəm azərbaycanlıların güclü və təcrübəli bir dövlət
başçısına ehtiyacları vardı. Məhz həmin şəraitdə Azərbaycan xalqının tələbi ilə
ümummilli lider Heydər Əliyev hakmiyyətə gəldi. Ümummilli lider Heydər Əliyev
noyabrın 2-də televiziya və radio vasitəsilə xalqa müraciət edərək hərbi-təşkilati
tədbirləri həyata keçirdi. Noyabrın ortalarında erməni quldurlarının Beyləqan
istiqamətindəki hücumunun qarşısı alındı. 1994-cü ilin yanvarında Füzuli
rayonunun Horadiz qəsəbəsi və 22 kənd, həmçinin Cəbrayıl rayonunun bir hissəsi,
Kəlbəcər rayonunun Bozlu, Təkəqaya, Babaşlar, Qanlıkənd, Çəpli, Susuzluq,
Qasımbinəsi, Yanşaqbinə, Yanşaq, Bağırsaq, Qamışlı, Bağırlı yaşayış məntəqələri
işğaldan azad olundu. Kəlbəcər-Laçın yolunun tunelə qədər olan hissəsi
Azərbaycanın nəzarəti altına keçdi. Döyüşlər zamanı ermənilərin dörd min nəfər
zabiti, 50 ədəd zirehli texnikası, 15 ədəd artilerriya qurğusu məhv olundu.
Azərbaycanın müharibə zamanı yaratdığı dönüş, döyüş sahəsində qazandığı böyük
nailiyyətlər təkcə Ermənistanı deyil, həmçinin onu müdafiə edən ermənipərəst
qüvvələri də ciddi şəkildə narahat etməyə başladı. Belə bir şəraitdə 1994-cü ilin
mayın 8-də Bişkek protokolu imzalandı, başqa sözlə desək Azərbaycanın düşmən
üzərindəki qələbəsi mayın 12-də cəbhədə atəşkəsin əldə olunması ilə nəticələndi.
Bu gün artıq sevindirici hal ondan ibarətdir ki, həm baş verənlər soyqırımlar
zamanı, həm də müharibələr zamanı şəhid olan bütün azərbaycanlıların ruhu artıq
şaddır. Heç kəsin qanı yerdə qalmadı. Ermənilərin öz cinayətlərini ört-basdır
edərək saxta “erməni soyqırımı”nı dünyaya car çəkməsinə baxmayaraq, hər kəs
Ermənistanın əslində necə işğalçı bir dövlət olduğunu aydın şəkildə gördü. Tarixdə
nə olursa-olsun ədalət gec də olsa həmişə öz yerini tapır. 44-günlük İkinci Qarabağ
müharibəsində şanlı Azərbaycan Ordusu müzəffər Ali Baş Komandan, Prezident
İlham Əliyevin əmri ilə Azərbaycan əraziləri işğaldan azad olundu. Dəmir yumruq
əməliyyatı ilə düşmən ordusunun başı əzildi. 2020-ci ilin noyabrın 8-də Şuşa şəhəri
işğaldan azad olundu.
Hazırda Xocalı inzibati rayonunun tərkibində yerləşən Fərrux kəndinin nəzarət
altına alınması, Daşbaşı strateji yüksəkliyinin də ələ keçirilməsi şanlı Azərbaycan
Ordusunun davam etməkdə olan uğurlu hərbi əməliyyatlarının nəticəsidir.

Pin It on Pinterest