Keçən yazın ilk günündə keçən ilin qış şeiri

Neçə aydır gözləyirdim…Yaz gəldi….,
İndi bir az əhvalımz yüksdəldi.
Ayımızı,günümüzü sayırdlq,
Yol gözləyən gözlərimiz dincəldi.
***….
Hər bir fəslin gözəlliyi olsa da,
Hər bir fəslin özəlliyi iısa da,
Neyıəyirəm qızıı teşti, var ilə,
Mənıik deyiiı çovğunlu qış qar ilə…
***
Mən xizəyi çəməndə də sürərəm,
Yaz gözəldir,məncə,qışdan min kərəm.
Yazın ayrı şirnisi var,duzu var,
Mən Yazın aşiqi-Yazdan küsmərəm.
***
Bolluğa gedən yol qışdan keçsə də,
Yaz həyat suyunu qışdan içsə də,
Qışa güvəncim yox,qışa ərkim yox
İnamım olmayıb qışa heç vədə…
***.
Bu qış yaman qart qış oldu ay dədə
Adın çəkmə bayquş oldu,vay, dədə.
Əldə qılınc hikkəsini boğmurdu….
Hardan idi onda belə hirs,hədə?
**
Yaxşl ki tez getdin ,ay Qış, qurtardın,
Söz yox ki, dünyada qalacaq adın…
İncitmə,amandır, öz gəlişinlə
Bir daha, bir daha bəşər övladın..
***..
…Xoş gəıdin, ay Bahar, ay Yazım mənim,
Ay arzum,istəyim,muradım məiim..
Uçmağa hazıram sənin eşqinlə.
Sənsən. bu uçuşda qanadım mənim..
***
Təbiət həmişə sənə möhracdır,
Gəlişin aləmə nur salacaqdır !..
Nə gözəl görünür alatoranın,
Səhərin daha gur, xoş oıacaqdır !….

Nazim Nəsrəddinov

Bakı,
20.03.2020.

Pin It on Pinterest