İsmayıl bəy Qaspıralı Dildə, Fikirdə,İşdə Birlik Manifestinin ilk sözünü “Ziya” qəzetində demişdir: ” Qəzetə – millətin lisanıdır” (Qəzet -millətin dilidir-N.N.

İsmayıl bəy bu sözləri deyəndə və yazanda hələ “İsmayıl bəy Qasprinski” və “İsmayıl bəy Qaspıralı” deyildi. O,özünü sadəcə olaraq, “İsmayıl Mirza” kimi təqdim edirdi.

Aforizmə çevrilmiş bu deyim – “Qazetə – millətin lisanıdır” deyimi İsmayıl bəyin türkdilli mətbuatdakıi lk məqaləsindəndir.Haqqında söz açılan məqalə Tiflisdə Azərbaycan dilində Səid Əfəndi Ünsizadənin 1879-cu ilin yanvarında (səfər ayının 16-da) nəşrə başladığı “Ziya” qəzetinin 7 noyabr 1879-cu il tarixli 42-ci nömrəsinin 4-cü səhifəsindəndir.Faktın dəqiqliyini xırdaçılıq kimi qiymətləndirməyin.Bu,məqsədəyönlü münasibətdir.

Qeyd edək ki, AMEA Nizami adına Ədəbiyyat İnstitundakı böyük bir məclisdə “Ziya” qəzetinin ilk nömrəsinin 1879-cu ilin dekabr ayından nəşrə başladığı qeyd olunmuşdur.Bu yığıncaqda “Ziya” qəzetinin bütün saylarının latın qrafikası ilə nəşr edilməsi də qərara alınmış və bu iş qısa bir müddətdə yerinə yetirilmişdir. Ərəb əlifbalı “Ziya” qəetinin latın qrafikalı nəşri 1879-cu ilin dekabr ayından başlayaraq çıxan nömrələrinin təqdimatından başlayır. Görünür, bu işi görən mütəxəssislər-filoloqlar ərəb əlifbalı yazımızı oxumağa çətinlik çəkmiş, İKİNCİ sözünü YEKİNCİ (birinci-N.N.) oxumuşlar. Halbuki transliterasiya “Ziya”nın 47-ci nömrəsindən başlanmışdır. Əslində isə 47-ci “Ziya ” qəzetinin ikinci sənəsinin -ilinin birinci nömrəsidir. Bu nömrə 1879-cu il dekabrın 6-da çap olunmuşdur.

“Ziya”nin latın qrafikalı əlifbaya translitrasiyası başqa bir yazımın mövzusudur.Bu məsələdən ona görə söz açırıq ki,bugünkü yazımız narahatlıqla qarşılanmasın.Yazı ilə ilgili hər nəsnə ölçülüb,biçilib.Faktlar yetərincə dəqiqləşdirilib.Yerinə düşməyən söz olarsa,müsahiblərimizi dinləməyə hazırıq.

Nə isə..

.Sözümüz Səid Əfəndi Ünsizadənin (1825-1905) imtiyaz sahibi və baş mühərriri olduğu “Ziya” qəzetinin professor və akademiklərimizin çoxuna məlum olmayan bir nömrəsindəki ədəbi və ictimai fikir tariximiz üçün maraqlı ola biləcək bir yazısı haqqındadır.

“Ziya” qəzeti.7 noyabr 1879-cu il (ikinci sənə).

Bu nömrənin əsas materialları bunlardır:

Teleqraf xəbərləri, Qəzetələrdən təzə xəbərlər,Məmləkət əhvalatları,tiflisdə müsəlman mədrəsələrindən ötrü dərc olunmuş qərardad tərcüməsinin mabədi ,Ovraq (vərəqlər-N.N.)və mükalimə (danışıq,sıhbət,dialoq-N.N.) və s.

Bu nömrənin ən maraqlı yazısı 3-cü və 4-cü səhifələrdəki “Ovraq və mükalimə” başlıqlı yazıdır. 

Aydın və anlaşıqlı yazı üslubuna,ideya və məzmununa görə bu yazının Səid Ünsizadəyə aid olduğunu düşünmək olar.

Yazını oxuyuruq:

“Bu axır vəıqtlərdə Rusiyanın içərüsündən, yəni Qazan və Ufa və Qırımdan aldığımız məktubları oxuyan vəqtdə məlum olur ki, o yerlərin əhli “Ziya” qəzetəsinin təb və nəşr olunmağından səmimш qəlb məmnundurlar.Hərçənd olar ilə Qafqaz müsəlmanlarının danışıqlarında cüzi təfabüt var isə də, amma yazırlar ki, onlardan sahibi-savad olanlar səhulət ilə (asanlıqla-N.N.) “Ziya”nı oxuyub, mətləblərini fəhm edirlər. Necə ki, zeyldə ( aşağıda -N.N. ) dərc olunan Baxçəsaray məktubu sübut edir ki,Azərbaycan ilə Baxçəsaray yazılarının arasında o qədər fərq yoxdur. Bəlkə diqqət nəzəri ilə baxılan vəqtdə demək olar ki, onların təhririni ifadə mənayə müstəid (bacarıqlı -N.N. ) olmaqda Qafqaz təhiratından əksük degildir. Bu mülahizə ilə Baxçəsaraydan gındərilən məktubu necə ki var,
təğyir və təbdil etməmiş kəmali-məmnuniyyət ilə qəzetəmizə dərc elədük”.

Qəzetin imtiyaz sahibi məmnunluqla yazılan bu sözlərdən sonra “Baxçəsaraydan göndərilən məktub”u türkdilli oxuculara catdırı:

” Baxçəsaraydan göndərilən məktub
Məlumdur ki, Rusiyə dövləti içərüsində olan millətlər,məsələn ,…pulağ ( polyak-N.N. ),latış,yəhudi və qeyrilər çoxdan bərü kəbdi lisanlarında ğazetalar və ədabiyyata dayir qeyrü şeylər peyda etmişlərdür. iki-üç milyondan ibarə (ibarət-N.N.) olan Rusiyaə tatarları adabiyyatsız və daxi bir ğazetasız olduqları çox təəccübdür.

Ğazeta-millətin lisanıdır.
Fazetalar millətə mühafiz ola bilər.
Ticarət və hər hansı islahat sırasında (cərgəsində) yolgöstərücü ola bilürlər.
Millətin aqəminə (əqlinə) və fikrinə ziya ola bilər.

Qissəsi (yəni gödəksüz) qəzetəsiz və kitabsız millət sağır(kar) və dilsiz adəmə bəkrəz (bənzər-N.N.)
Bu halda tatar lisanında “Ziya” qəzetəsi nəşr olunması pək (çox) faidəli iş olduğundan ziyadəsilə xoşnud olduq.
“Ziya” qəzetəsinin gündən-günə ilərü (irəlü) getməgini istəriz (istəyirüz)və mamun edirüz bundan sonra bəz-bəz “Ziya” qəzetəxanəsinə məktub v qeyri kağızlar göndərməgi kəndimizə borc ediriz.

Bu dəfə tərəfi-əhvalımızdan səval olunur isə həmd olsun bu sənə Qırım bərəkatı pək əla olmuşdur.
Əkin,meyvə, dükan gözəl olub,xeyli ticarət pək sırasındadır.
Buğda çox oldı isə də, qiyməti bəhaliyədir.
Şöylə ki, un puti on beş mənata satılmışdır.
Hal bu isə xəlqlər karlı olduqlarından …indilik zəhmət çəkməyürlər.

Baxçəsaray şəhr məclisindən İSMAYIL Mirza”

***
“Ziya” qəzetinin digər bir neçə nömrəsində də İsmayıl Mirzanın özünün yazdığı kimi “məktub və qeyri kağızları təğyir və təbdil olunmadan” dərc olunmuşdur.

Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının Əməkdar müəllimi,  türkoloq

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Pin It on Pinterest