GenelGüncel

İsmail Qaspıralı Uyğulama və Araşırma Mərkəzi qurulmuşdur

Türkdilli milli irsimiz,pedaqoji fikir tariximiz həssaslıqla öyrənilməlidir

Türkiyədə çap olunan “Kırımın sesi” qəzeti yazır ki, bu günlərdə Kırım tatarlarının təşəbbüsü ilə “İsmail Qaspıralı Uyğulama və Araşırma Mərkəzi “qurulmuşdur.

Təbrik edirik,Kırımlı qardaşlar…

İsmail Gaspıralı Uygulama ve Araştırma Merkezi
İsmail Gaspıralı Uygulama ve Araştırma Merkezi

Azərbacanda da milli irsin daha da dərindən öyrənilməsi üçün belə bir Mərkəzin yaradılmasına ehtiyac var.

Dünyanınn hər yerində məni tanıyan,yazılarımı oxuyan Facebook dostlarım! Sizin hamınızı

Səid Ünsizadə Uyğulama və Araşdırma Mərkəzi-İnstitutu

ideyasına tərəfdar çöxmağa dəvət edirəm.

Unutmayın ki,türk dünyasında İsmayıl bəy Qasprinskiyə ən böyük mənəvi qayğını məhz Səid Əfəndi Ünsizadə göstərmişdir.

İsmayıl bəy ağıllı ziyalı idi.O,özünə müəllim hesab etdiyi
Səid Ünsizadə haqqında dəfələrlə yüksək ideoloji tribunalardan gur səslə minnətdarlıq etmişdir.


İsmayıl bəy Tiflisdə Azərbaycan dilində çıxan
“Ziya” (25.01.1879- 26. 07.1884 ) qəzetinin Kırım müxbiri olmuşdur.

İsmayıl bəyin ilk türkdilli yazıları “Ziya”da dərc olunmuşdur.
Çox təəssüf ki, AMEA mətbuat tarixçiləri bunu bilmirlər.Belə ki,onlar “Ziya” qəzetinin ilk 46 nömrəsindən xəbərsizdirlər.Məhz bu xəbərsizliyə görə “Ziya”nın tarixini 6 dekabr 1879-cu ildən hesablamışlar.

2014-cü idə nəfis şəkildə çap olunan “Ziya”nın kitabı” transfoneliterasiyaya “Ziya”nın ilk 46 nömrəsi düşməmişdir.

İ.Qasprinskinin 1881-ci ildə “Tavrida” qəzetində rus dilində yazdığı silsilə məqalələrin sonuncusunda Səid Ünsizadənin türkdilli mətbuardakı rolu məftunluqla qeyd olunmuşdur.

İsmayıl bəyin ilk jurnalının -“Tonğuc”un 1-ci və 2-ci səhifələrində Səid Ünsizadəyə aid maraqlı bir yazı da alimlərimizin diqqətindən yayınmışdır.
(Bəlkə də bu jurnalı Azərbaycanda məndən başqa, oxyan yoxdur).

Nə isə….

Mən bir neçə il bundan qabaq qələm əhlini Bakıda Səid Ünsizadə adına Mətbuat Muzeyi yaratmağa çağırmışdım.Müzakirələrdə təkcə bir tədqiqatçı Mətbuat Muzeyi yaradılmasına tərəfdar çıxmıdır.Lakin o, yazısında məni inandırmağa çalışırdı ki,belə bir muzeyin yaradılacağı təqdirdə,ona H.Zərdabinin adı verilməlidir.
Mən ona cavab vermək istəmədim.
Sağ olsun ki,söz deməyə cəsarət etmişdi.
Vaxtilə Şamaxıda Pedaqoji İnstitutun filialı yaradılnda mən bu tədris ocağına da Səid Ünsizadənin adının verilməsi haqqında məsələ qaldırmışdım.

Bir neçə ildir ki,Səid Ünsizadənin heykəlinin yaradılmasından söz açır,müvafiq qurumları, müxtəlif idarələrdə işləyən dövlət məmurlarını bu məsələdə mənə tərəfdar çıxmağa çağırsam da, sözüm eşidilmir.Onların milli irsimizin təbliğinə etinasızlığı təəccüb doğurur.

Ümumilli liderimiz Hetdər Əliyev cənablarının hələ 2001-ci il
iyunun 18-də imzaladığı Fərmanda –

“Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı (18 iyun 2001-ci il) Səid Ünsizadənin maarifçilik tariximizdəki rolu yüksək qiymətləndirmişdir.

Fərmanda deyilir :
“XIX əsrin ortalarından etibarən Azərbaycan dilinə aid bir sıra dərsliklər və dərs vəsaitləri yazılıb nəşr olunmuşdur. Milli maarifçi ziyalılar özləri ana dilini öyrənməyin, onu qoruyub saxlamağın ən əsas yolunun məktəblərdə tədrisin ana dilində aparılmasında gördüklərindən, Azərbaycan dilinə aid dərsliklər və lüğətlər yazmağa başlamışlar.

Azərbaycan dilinə dair ilk dərsliklərin yazılmasında o dövrün görkəmli maarifçiləri

Mirzə Kazım bəy,
Mirzə Şəfi Vazeh,
Seyid Əzim Şirvani,
Aleksey Çernyayevski,
Mirzə Əbülhəsən bəy Vəzirov,

Seyid (Səid-N.N.) Ünsizadə,

Rəşid bəy Əfəndiyev,
Sultan Məcid Qənizadə,
Məmmədtağı Sidqi,
Nəriman Nərimanov,
Üzeyir Hacıbəyov,
Abdulla Şaiq

və başqalarının xidmətlərini qeyd etmək lazımdır. Zaman keçdikcə dövrün tələbinə uyğun olaraq Azərbaycan dilinin istifadə dairəsi də genişlənmiş, onun tətbiqinin və inkişafının elmi əsaslar üzərində aparılması ehtiyacı meydana çıxmışdır…”.

Türkdilli milli irsimiz,pedaqoji fikir tariximiz
həssaslıqla öyrənilməlidir
Azərbacanda da milli irsin daha da qiymətləndirilməsi məqsədilə belə bir Mərkəzin yaradılmasına ehtiyac var.

Dünyanınn hər yerində məni tanıyan,yazılarımı oxuyan Facebook dostlarım,sizin hamınızı

Səid Ünsizadə Uyğulama və Araşdırma Mərkəzi-İnstitutu

ideyasına tərəfdar çöxmağa dəvət edirəm.

Unutmayın ki,türk dünyasında İsmayıl bəy Qasprinskiyə ən böyük yaxşılığı məhz Səid Əfəndi Ünsizadə göstərmişdir.
İsmayıl bəy ağıllı ziyalı idi.O,özünə müəllim hesab etdiyi
Səid Ünsizadə haqqında dəfələrlə yüksək ideoloji tribunalardan gur səsləminnətdarlıq etmişdir.
İsmayıl bəy Tiflisdə Azərbaycan dilində çıxan
“Ziya” (25.01.1879- 26. 07.1884 ) qəzetinin Kırım müxbiri olmuşdur.

İsmayıl bəyin ilk türkdilli yazıları “Ziya”da dərc olunmuşdur.
Əlbəttə,AMEA əməkdaşları bunu bilmirlər.Belə ki,onlar “Ziya” qəzetinin ilk 46 nömrəsindən xəbərsizdirlər.
İ.Qasprinskinin 1881-ci ildə “Tavrida” qəzetində rus dilində yazdığı silsilə məqalələrin sonuncusunda Səid Ünsizadənin türkdilli mətbuardakı rolu çox düzgün incələnmişdir.

İsmayıl bəy Qaspıralı – Səid Ünsizadə haqqında yazdıqlarının hamısında əqidə dostunun ədəbi,bədii, ictimai, pedaqoji irsinə məftunluğunu gizlədə bilməmişdir.

İsmayıl bəyin “Tonğuç” adlı ilk kiçik həcmli jurnalı -Tiflisdə dostunun şəxsi mətbəəsində çap olunmuşdur (1881). “Tonğuç”un 1-ci və 2-ci səhifələrində Səid Ünsizadəyə aid maraqlı bir yazı da alimlərimizin diqqətindən yayınmışdır.(Bəlkə də bu jurnalı Azərbaycanda məndən başqa, oxyan yoxdur).

Ümumilli liderimi Hetdər Əliyev cənablarının hələ 2001-ci il
iyunun 18-də imzaladığı Fərmanda Səid Ünsizadənin maarifçilik fəaliyyəti çox yüksək qiymətləndirilsəsini əsas tutaraq, AMEA Quranın türk dilində təfsirini yazan din xadimi, görkəmli maarifçi,naşir,publisist, tərcüməçi, məktəbdar,ana dilli ilk dərsliklərimizin bir neçəsinin müəllifi olan Səid Ünsizadə (1843,Şamaxı-1903,İstanbul,Fatih Camii Məzarlığında dəfn olunmuşdur)) irsinin öyrənilməsi işinə ciddi münasibət bəsləməlidir.

Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,
türkoloq

21.03.2019.

Pin It on Pinterest