HUN İMPARİYASI YOXSA DƏŞTİ-QIPCAQ DÖVLƏTİ

Tariximizin ən şərəfli səhfələrindən biri. Dünyaya diz çökdürən, bugünkü Avropanın,
təməlini atmış hegomon türk dövləti, Hun imperiyası. Tarix kitablarında adı bu cür yazılır.
Bəs bu ad hardan götürülmüşdür, hardan yaranmışdır, nə zamandan ortaya çıxmışdır?
Tarix səhifələrini vərəqləyərkən, türklərin Altaydan Quşan xanlığı ilə çıxdıqlarını,
Qafqazda Dəşti-Qıpcaq xanlığını qurduqlarını görürük. Və bu xanlığın nəzarəti altında Avropa
sərhədlərinə gəldiklərini, hətta Avropanın boş torpaqlarına məsgunlaşdıqlarını, orda bu gün
fəaliyyət göstərən bir çox dövlətin təməlini atmış bir xanlıqla qarşılaşırıq. Bəs niyə Hun
imperiyası adlandırılmışdır?
Hun imperiyasının adı, böyük sərkərdə Atilla ilə ortaya çıxmışdır. Bu böyük xanlığın adının
dəyişilməsi səbəbini Türkiyəli tədqiqatçı alim Murad Acının tədqiqatlarında aydın görmək
mümkündür. Alimin tədqiqatına əsasən, Dəşdi-Qıpcaq xanlığını Avropa sərhədlərinə Xan
Kobyak gətirdiyində böyük bir ərazini və miliyonlarla insanı idarə edən, Bizans, Roma
imparatorluqlarının xərac ödədiyi bir xanlıq idi. Atillanın dövründə isə yarım miliyonluq
ordusu ilə Avropa idarəçilərini lərzəyə salırdı. Roma, Bizans imparatorluğunun bir başa üz-
üzə gəlməyə qorxduğu Dəşti-Qıpcaq xanlığına müxtəlif böhtanlar ataraq, tarixi təhrif edərək
zəiflətməyə çalışmışdırlar. Bunlardan ən böyüyü Atillanın ordusunun müxtəlif xalqlardan
toplandığı ideasını ortaya atmaq olmuşdur. Beləki, Atilla ordusunu sayı on mindən çox olan
birliklərə ayırmış və bu birliklərin idarəsini öz xanlarına həvalə etmişdi. Birlikləri birbirindən
fərqləndirmək üçün isə onlara ya xanlarını adını, ya da öz yurdlarının adını vermişdir.
“Burqund”, “Terinq”, “Savoya”, “Lanqobard”, “Yayık”, “Ural”, “Don” birlikləri bu cür
yaranmışdır. Bu birlikləri tanımayan Roma cəsusları, onları, Atillanın işğal etdiyi
torpaqlardan, Avropanın yarı-vəhşi qəbilələrindən topladığı fərziyəsini uydurmuşlar. Türkləri
qaralamaq məqsədi ilə “Hunlar”, “Qotlar”, “Barbarlar” adlarını, daha doğrusu ləqəblərini
vermişdirlər.
Lakin, həqiqətdə isə Atillanın ordusunu sayının çoxluğu deyil, nizam-intizamı, döyüş
texnikasının güclülüyü, xalqın döyüşkənliyi güclü edirdi. Bir ordunun hazırlanması isə
təsədüfən deyil, illərcə çəkilmiş zəhmətin nəticəsində ortaya çıxır. Bəzi tarixçilər, Atilla sırf
ordusunda bu intizam pozulmasın deyə, başqa xalqları orduya qatmadığını qeyd edirlər.
Hətta, o dövür üçün güclü hesab ediləcək Alanları belə orduya almamış, köməkçi qüvvələrdə
döyüşmüşdülər. Ən əsası isə, elə Bizans arxivlərinə aiddir. Belə ki, 438-439-cu illərə aid olan
arxivlərdə qeyd olunur: “ Onların adlarından başqa aralarında heç bir fərq yox idi. Bir dildə
danışırdılar, Tenqriyə inanırdılar”. 572-ci ilə aid olan bir sənəddə isə: “Bu arada, bizim
ümumiyyətlə Türklər olaraq adlandırdığımız Hunlar…” deyə qeyd olunmuşdur.
Yenə şər-şamata, yenə böhtan, yenə türklərin bölünməsi üçün təhrif olunmuş və
aydınlaşdırılmamış tarix. Lakin həqiqət gec-tez ortaya çıxmağa məhkumdur. Və tarixin tozlu
rəfləri arasında, onları ortaya çıxaracaq ziyalılarımızın yolunu gözləyirlər.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Pin It on Pinterest