GenelGüncelKültür Sanat

Gürcü fobiyanın yeni dalğası: erməni icmasının yalanları və həqiqətlər – Kamal Salayev

Kamal Salayev

AMEA Qafqazşünaslıq İnstitutunun

Gürcüstanşünaslıq şöbəsinin kiçik elmi işçisi

[email protected]

012 5020148; 055 9016455

Gürcü fobiyanın yeni dalğası: erməni icmasının yalanları və həqiqətlər 

Gürcüstanın Samtsxe-Cavaxeti rayonunda məskunlaşmış erməni icması gürcü ictimaiyyətinə qarşı məqsədyönlü şəkildə nifrət oyatmağa çalışır, gürcüfobiyanı təlqin edir. Gürcüstanın Samtsxe-Cavaxeti rayonunda erməni icmasına məxsus – Jnews.ge informasiya agentliyində Grişa Mkrtçyan adlı erməni “müəllifi”sosial şəbəkələrdə guya “Tribuna” partiyasından olan Laşa Arsenidzenin Gürcüstanda yaşayan ermənilərin ünvanına təhqiramiz sözlər səsləndirdiyini, anti-erməni yönümlü bəyanatlar yayımladığını iddia edir [1].

Qeyd etmək lazımdır ki, “Tribuna” partiyası Gürcüstanın Avlabari rayonundan deputat olan David Çiçinadze tərəfindən yaradılmışdır. Maraqlı bir məqam ondan ibarətdir ki, gürcü mənbəsində David Çiçinadzenin “Tribuna” partiyasının üzvləri arasında Laşa Arsenidzenin adına rast gəlinmir. “Tribuna” partiyasının üzvləri bunlardır: David Çiçinadze, Koba Amirxanaşvili, Liya Muxaşavriya, Konstantin Kemulariya, Koba Kantariya, Nino Sturua, Genrix Muradyan, Zurab İaşvili, Tamar Şaranqiya, Tengiz Çikaberidze, Gela Kvaratsxeliya, İrma Kadjrişvili, David Rstakyan, Mixail Kavtaradze, Marine Tolomaşvili, Vaja Çoxeli, Zurab Nijaradze, Liya Lomtatidze, Vaxtanq Qabuniya, Cemal Tsulukidze və s. [2].

      Yuxarıda qeyd etdiyimiz siyahıdan da göründüyü kimi “Tribuna” partiyasının əslində Laşa Arsenidze adlı bir üzvü yoxdur. Erməni “müəllifi” G.Mkrtçyan “Tribuna” partiyasının bəyanatını qeyd edərək, onların partiyasının loqosu ilə yayılan videonun sözügedən partiyanın ideologiyası və ya mövqeyi ilə heç bir əlaqəsinin olmadığını bildirir. Görünüşə görə, G.Mkrtçyanın yayımladığı, reallığı əks etdirməyən dezinformasiya əslində Ermənistanın məkrli planına xidmət edir. Erməni millətçiləri bu cür dezinformasiyalar yayaraq məqsədyönlü şəkildə təxribatlar törətməyə çalışırlar. Onların məqsədi Gürcüstanın daxilində millətlərarası siyasi münaqişələri qızışdırmaqdır. Heç təsadüfi deyildir ki, erməni “müəllifi” G.Mkrtçyan yayımladığı təxribat xarakterli xəbərdə dərhal “Gürcüstanın erməni icması” təşkilatının məsələ ilə bağlı antigürcü yönümlü münasibətini verir. Həmin müraciətdə təxribatlar törətməklə ad çıxaran “Gürcüstanın erməni icması”insan hüquqlarından dəm vurur. Görünüşə görə, bütün bunlar əvvəlcədən düşünülmüş bir erməni ssenarisidir. Erməni millətçilərinin bu cür təxribatları gürcü ictimaiyyətinə qarşı nifrəti aşılamağa hesablanmışdır. Onlar bu yolla gürcüfobiyanı təlqin etməyə çalışırlar.

Gürcüstanın Samtsxe-Cavaxeti rayonunu özlərinə “Cavaxk” hesab edən və sözügedən rayonu bu cür qələmə verməyə çalışan erməni millətçiləri “erməni icması” adı altında maskalanaraq təxribatlar törədirlər. Başqa bir erməni “müəllifi” Rima Garibyan, Jnews.ge informasiya agentliyində yayımladığı yazıda guya Gürcüstanda yaşayan ermənilərin antierməni hərəkatlarından “sığortalanmadığını” qeyd edir [3]. “Ardzaqank” platformasının rəhbəri Georgi Tumasyan isə Gürcüstandakı “anti-erməni əhval-ruhiyyəsi”nə don geyindirməyə çalışır: “Təəssüf ki, müxtəlif yollarla erməni və gürcü xalqları arasında nifrət yaratmağa çalışan üçüncü qüvvələr var. Onların arasında müxtəlif yalan xəbərlərlə antierməni düşüncəsini yayan və gürcü xalqını anti-erməniləşdirməyə çalışan media, sosial şəbəkələr də daxildir ki, bu da erməni və gürcü xalqları arasında toqquşmalara səbəb olur”. G.Tumasyanın sözlərinə görə, guya gürcü cəmiyyəti “Cavaxk” ermənilərini “yaxşı tanımır” və buna görə də onlarda mənfi rəy formalaşmışdır. Erməni millətçiləri zəngin gürcü tarixinin guya “ermənilərin hesabına formalaşdığını” zənn edir [3].

     Gürcü tarixinin və mədəniyyətinin erməni icması tərəfindən formalaşması açıq-aşkar cəfəngiyyatdır. Məlum məsələdir ki, Sovet dövründə erməni icması öz dillərindən başqa yalnız rus dilində bir-birilə ünsiyyət qurmuşlar. Belə olduğu halda onların ta qədimdən gürcü dilini bilmələri qeyri-mümkündür. Erməni əsilli Samvel Xodikyan, məsələylə bağlı belə etiraf edir: “Biz o qədər inteqrasiya olunmuşuq ki, biz burada yaşayırıq, gərək özünü tamhüquqlu vətəndaş kimi hiss edəsən, dili bilməmək isə inteqrasiyaya mane olur və bu, sovet dövründə yaşamağımızla bağlıdır. O vaxt rus dili var idi və biz gürcü dilinə o qədər də əhəmiyyət vermirdik və heç bir üstünlük əldə etmək üçün onu bilmək tələb olunmurdu”. S.Xodikyan sözlərinə əlavə edərək etirafına davam edir: “Əgər o vaxt gürcü dilini bilmək məsələsi indiki kimi olsaydı, indi bizdə bu problemlər olmazdı. Onu da nəzərə almalıyıq ki, o vaxt burada əhalinin 96-97 faizi ermənilər idi və söhbət ermənicə gedirdi və gürcü dilində danışmaq çətin olardı. Mənimlə ermənicə danışan gürcü dostlarım var, mən gürcü dilini necə öyrənə bilərəm? Artıq tam inteqrasiya problemi yoxdur, yeni nəsil qismən də olsa dili bilir” [3].

     Sonda belə qənaətə gəlirik ki, G.Tumasyan da bir çox erməni millətçiləri kimi yanılır. Gürcü ictimaiyyəti “Cavaxk”ın əslində Samtsxe-Cavaxeti rayonu olduğunu yaxşı bilir. Gürcüstandakı erməni icması əslində arapozuculuq fəaliyyətlərindən ötrü dezinformasiyalar yayırlar, gürcüfobiyanı təlqin edirlər və bu yolla gürcülərə qarşı nifrət aşılamağa çalışaraq təxribatlar törədirlər.

İstifadə olunmuş mənbələr:

  1. Антиармянское видео в Грузии: реакция и последствия /18.05.2023/ https://jnews.ge/?p=110092
  2. Партия Давид Чичинадзе-Трибуна-ХДД представила партийный список /Baxıldığı tarix: 19.05.2023/ http://www.ru.saqinform.ge/news/46691/partiA-david-CiCinadze-tribuna-Kdd-predstavila-partijnij-spisok.html
  3. Что способствует антиармянскому мышлению в Грузии /01.10.2019/ https://jnews.ge/?p=39952

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest