Genel

Düşüncələrim…

Kənddə evimlə qabaq-qənşər, dağın başında bir armud ağacı bitib. Bəlkə də mənim yaşımdan da çox əvvəl.

Tofiq Əmrahov
Tofiq Əmrahov
  • O, yalnız may ayının 1,2,3 tənha qalmazdı.İlin qalan vaxtlarında tək-tənha…il boyu küləklərlə danışar, dumanla örtülər, yağışlarla da islanar. Heç kəs yanına gəlməz, səsini eşitməz. Amma yenə də içində çiçək açmağa bir səbəb saxlayar…İnsan tənha qalanda bəzən o armud ağacına bənzəyir. O ağac qəribə dərəcədə insan kimidir…
  • Mayın 1-2-3-ü gənclər gəlir, gülüşür, mahnılar, səs-küy.
  • Ağac bir-neçə günlüyə dünyanın mərkəzi olur. Sonra hamı gedir…yenə külək, yağış, qar…yenə səssizlik…
  • Elə insanın tənhalığı da bax elə bu ağacın tənhalığı kimi…Bəzi günlər həyat içimizdə tonqal kimi yanır, bəzi günlər isə yalnız köz qalır.
  • Amma tənha ağacların bir üstünlüyü var ki, onların kökləri dərinə gedir. Heç kəsə söykənə bilməyəndə, ağac da, insan da torpağa daha çox möhkəm bağlanır…
  • O, ağac indi də həmin dağın başındadır, yaşayır. Heç kəs gəlməsə belə yenə baharı gözləyir. Yarpaqlayacaq, çiçək açacaq…gələnlə rə qucaq açacaq, kölgə salacaq…
  • İnsan, tənha qalan o insan da bəzən sadəcə bir baharı gözləməklə yaşayır.
  • İnsan sadəcə qəribədir-ən çox danışılmağa ehtiyacı olanların qapıları gec döyülür.

  • Tənha insanın da yanında onu güldürən, dinləyən, anlayan biri olmalıdır. Çünki insan yalnız nəfəs almaq üçün yox, eşidilmək üçün yaşayır.
  • Bəzən tənha qalan adamın ” necəsən” sualına cavab verməsi hətta uzun bir qışı belə qurtarır.
    İnsan bəzən çox həssas olduğu üçün, çox susduğu üçün, bəzən də onu anlayacaq adamlar hələ yolunu tapmadığı üçün …
    Əslində dağın başındakı armud ağacı da boş yerə dayanmır. Uzaqdan baxan biri üçün, o bəlkə də mənzərənin ən canlı yeridir.Sadəcə ağac bunu bilmir, ancaq insanlara anladır.İnsan da çox vaxt öz dəyərini, öz tənhalığını içində itirir.Halbu ki, hardansa, kimsə onun səsini, fikrini, varlığını gözləyir.Sadəcə yollar gec kəsişir…
    —…
    İnsan çox qəribə canlıdır- həm kiminsə gəlməyini istəyir, həm də onun gəlməyinə inanmır. Bəzən insan o tənhalığın özünü gözləmir…dağ başındakı ağac kimi. Bahar gələndə yarpaqlayır, çiçək açır, amma qışın onu tək qoyacağını da bilir…deyir neyləməli mən ki etibarsız deyiləm…
    Kəndimizdə bir kişi vardı. Yeyib- içən “kefkom” bir kişi. Sonralar isə tənha qaldı o kişi…Oğlunu çiynində gəzdirərdi, özü boyda olana kimi…
    Belə bir deyim var:- Atalar övladını uzun zamanlar çiynində gəzdirər, övlad isə cəmi bircə dəfə. O da qəbr evinə gedəndə…
    O, da bu arzuyla yaşayırdı, öləndə çiynində getməyə oğlum var…
    …-Ata tək qalmışdı. Qocalıq, bir yandan da xəstəlik. Kişini heydən salmışdı.Qapıya baxanda, hər ayaq səsinə diksinərdi.
    ” Oğlum, arxa, dayağım oğlum” dedikcə nəfəsi boğulur…bir qurtum su hayına çatardı.Bir vaxtlar çiynində gəzdirdiyi balasının indi bir dəfə də olsun qapısını açıb”Ata necəsən?” deməsini gözləyirdi…
    Evin divarları susur, saatın səsi isə elə bil onun tənhalığını sayırdı…
    Ata üçün ən ağır yük qocalıq yox, unudulmaq idi…ürəyi ümidlə döyünürdü:- “..Bəlkə oğlum gəldi”…
    Bir vaxtlar balaca əllərindən tutub yeritməyə öyrətdiyi oğlu indi başqa yolun adamı oımuşdu. Ata isə hələ də onun uşaqlıq səsini yaddaşında saxlayırdı…Ara bir, arabir öz- özünə deyərdi:-“Oğlum, arxa dayağım oğlum!”…amma, o səsə hay verən yox idi…Oğul gözə görünmürdü, öz həyayını yaşayırdı…
    Vaxt gəlib çatdı, həmin o vaxt…əzrayılın gəlib qapının ağzını kəsdiyi vaxt…Ata yenə qapıya baxır, əzrayıldan imdad istəyir:- Möhlət ver, oğlum gələcək, lap elə bu gün gələcək. Noolar möhlət ver, qoy oğlum çiyninə alsın, özü aparsın məni qəbir evinə…Əmanət eləsin məni atam yatdığı torpağa. Çünki atam da məni çox istəyitdi, səni mən istəyən kimi…
    Əzrayıl əl çəkmirdi kişidən. Artıq vaxtdır-deyirdi…
    ….
    Otağın içində köhnə dərman qutuları, divarda isə yarımçıq qalan kölgələr…Ata çarpayıda çətinliklə nəfəs alırdı. Solğun gözlərini qapıdan çəkmirdi.Elə bil yenə yalvarırdı:-Gözlə, bir az da gözlə, oğlum gələcək…
    Əzrayıl susdu. Çünki bəzən gözləntilərin qarşısında ölüm belə səssiz qalır…
    Külək pəncərəni vurub açdı. Otağa tər- təmiz dağ havası doldu. Ata diksinib başını qaldırdı.- Gəldii?
    -Amma yox…
    Yenə heç kim yox idi…
    Divardakı saat isə gecəni kəsib doğrayırdı. Hər saniyə atanın sinəsindən bir parça ömür qoparırdı.
    Ata gözlərini yumdu. Birdən uzaqdan maşın səsi gəldi. Sonra həyət qapısı çırpıldı-Ataa!!..
    O səs otağa dolan kimi kişinin gözləri bir anlığa işıqlandı…ölüm də ayaq saxladı
    Oğul atanın dizlərini qucaqlayıb, əllərindən, gözlərindən öpdü
    -Gəldim ata, burdayam, yanındayam!!-Atanın dodaqları titrədi. Elə bil bütün ağrıları bir anlığa çəkildi–bilirdim ki, gələcəksən oğlum…
    Ata son dəfə oğlunun üzünə baxdı. İllərlə çəkdiyi zəhmət, həsrət, sevgi o baxışa sığdı…
    Sonra yavaş- yavaş başı yana əyildi. Və əzrayılın möhlət verib gözlədiyi oğlunun iki qollarının arasına düşdü.
    -Oğlunun hönkürtü ilə ağlayıb “Ataa” deyib fəqan eləməsi hər tərəfə səs salırdı.
    Bu səs atadan ayrılığın son anları və peşimançılığın yalvarışları idi
Tofiq Əmrahov -Azerbaycan
Tofiq Əmrahov -Azerbaycan

Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü
Yazıçı 1-Azərbaycanın ilk batalyon komandiri Milli Qəhrəman Tofiq Əmrahov

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Pin It on Pinterest