Azərbaycan türkdilli milli mətbuatının ilk qadın redaktoru milliyyətcə Kazan tatarı Xədicə Əlaəddin qızı Əlibəyova (1884-1961)

Xədicə Əlibəyova (1884,Tiflis – 1961,Bakı) — Azərbaycan milli mətbuatının maarifpərvər publisisti, naşiri və ilk qadın redaktorudur.

Xədicə xanım Əlibəyova 1884-cü ildə Tiflisdə ruhani ailəsində doğulmuşdur. Atası Əlaəddin Sübhanqulov Zaqafqaziya Əhıi-Təsənni İdarəsinin üzvü idi. X.Əlibəyova ilk təhsilini rus qız gimnaziyasında almış, sonra Zaqafqaziya Olginskaya Mamalıq İnstitutuna qəbul olmuşdur. Burada təhsilini davam etdirib 1907-ci ildə birinci dərəcəli mama ixtisasına yiyələnmişdir.

Xədicə xanım Əlibəyova -Şəkili hüquqşünas,tərcüməçi,publisist Mustafa bəy Əlibəyovla ailə qurmuşdur.

Xədicə xanım Əlibəyova – Azərbaycan qadınlarının həyatında, qadın xeyriyyə cəmiyyətlərinin işində yaxından iştirak etmişdir.

Xədicə xanım Əlibəyova və Mustafa bəy Əlibəyov 1911-ci ilin yanvarında Bakıda “İşıq” adlı qadınlar qəzeti təsis etmişlər.

Bu qəzet 1906-cı ildə Bağcasarayda Şəfiqə xanım Qaspıralının rəhbərliyi ilə tatar dilində nəçrə başlayan “Aləmi -nisvan”jurnalının kiçik bacısı hesab edilir.

Yeri gəlmişkənqeyd rdək ki, bəzi tədqiqatçılar “İşığ”ı jurnal kimi tanıtmağa cəhd edirlər.Bu fikir ynlışdır.Ərəb qrqfikası ilə çıxan bu mətbu orqanın elə birinci səhifədində rus qrafikaslı ilə onun həftəlik qəzet (Еженедельная газета ) olması aydın göstərilmişdir.

“İşıq” qəzeti qadınların öz hüquqlarını bilmələri və maariflənmələri məqsədilə yaradılan mətbu orqandır.

İki il ərzində ( 1911-1912)əzetin cəmi 68 nömrəsi buraxılmışdır.

Qəzetin redaktoru Xədicə xanım Əlibəyova, naşiri isə onun zövcü-əri Mustafa bəy Əlibəyov idi.

O vaxtlar qadınların maarif və mədəniyyətə səsləmək nə qədər çətin olsa da, Əlibəyovlar bu işin öhdəsindən gələ bilmişlər.Qəzetin əsas müxbirləri qadınlar və qızlar idi.

Qəzetin əsas müxbirləri cərgəsində

Asiya Axundzadə,Xuraman Rəhimbəyzadə, Maral Nəbizadə, Gövhər Şövqiyyə,Səidə Şeyxzadə,Nabat Nərimanova

və başqa maarifpərvər qadınların adı türkdilli mətbuat tarixində hörmətlə çəkilir.. Onlar qadınların maariflənməsi,uşaqların tərbiyə edilməsi cəbhəsində əzmlə çalışırdılar.

X.Əlibəyova “İşıq” qəzetində “Hüquqlarımız” sərlövhəli silsilə məqalələr yazmışdır. Qadınların hüquq bərabərliyi, onları maarif və mədəniyyətə, ictimai həyatda iştiraka çağırış, qadın klublarının, savad kurslarının açılması, uşaqların tərbiyəsi, ev işləri və sağlamlıq məsələləri ətrafında gedən mübarizə və sair mövzularda onun publusistik məqalələri dərin maraqla oxunurdu.

X.Əlibəyovanın qəzetdə dərc ounan tibbi mövzulardakı məqalələri bu gündə öz əhəmiyyətini itirməmişdir.

“İşıq” qəzetinim zükur -kişi müəllifləri də var idi.

Məhəmməd Hadi,Hüseyn Cavid,Y.Vəzirov,M.Qayıbov,M.Əlibəyov və başqaları öz şeir və məqalələri ilə qəzetin rəngarəg və məzmunlu çıxmasına çalışırdılar.

1912-ci ildə “İşıq” qəzeti fəaliyyətini dayandırdıqdan sonra Bakı Müsəlman Qadınları Xeyriyyə Cəmiyyətinin fəal üzvlərindən biri kimi fəaliyyət göstərən Xədicə Əlibəyova ailəliklə Şəkiyə köçmüş, burada həkim-ginekoloq işləmişdir.

1937-ci ildə repressiya ittihamıların Əlibəyovlardan da yan keçməmişdir. Mustafa bəy Əlibəyov Sibirdə 8 il sürgün həyatı yaşamış, 1945 -ci ildə 71 yaşında burada dünyasını dəyişmişdir.

Beş uşaqlı böyük bir ailənin qayğılarını Xədicə xanım təkbaşına çəkməli olmuşdur.

1920-ci ildən 1946-cı ilədək Şəkidə həkim – ginekolok kimi fəaliyyət göstərən Xədicə xanım Əlibəyova burada, həmçinin, savad kurslarının, qadın klubunun təşkilində də yaxından iştirak etmiş, ömrünün sonuna yaxın Bakıya qayıtmışdır.

Xədicə xanım Əlibəyova 1961-ci ildə Bakı şəhərində vəfat etmişdir.

           ***

Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının Əməkdar müəllimi,türkoloq

Bakı,

04.05.2021

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Pin It on Pinterest