Ana dilinə ögey münasibət bəsləməyə haqqımız yoxdur

Sənan Qacar/Azerbaycan

Azərbaycan Türkləri, Azərbaycan torpaqları o zaman bir olacaq ki, övladlarımız Ana dilində milli ruhda və normal tədris nizam intizam qaydaları çərçivəsində təhsil alacaqlar! Milli təhsilini Ana dilində almayan (hətta, buna görə heç bir əngəl olmadığı halda), dostunu və düşmənini vaxtında bilməyən bir toplumun gələcəyi yoxdur.

Faiq Ələkbərli
Faiq Ələkbərli

Bir millətin varlığı və inkişafı tarixi və mədəni şüurunun səviyyəsi ilə bağlıdır. Əgər bir toplumda öz övladlarını könüllü şəkildə başqa dillərdə oxumağa sövq edənlər varsa, hətta, guya belələri alim, müəllim, ziyalı adlarını daşıyırlarsa, o zaman qara qara düşünməyə dəyər. Çünki ana dilində təhsil almayan bir toplumun övladları, hətta onun sayı çox azdırsa belə, fərq etməz, aldığı qeyri ana dilin təhsilin təsiri altında qalır. Yəni tarixi və mədəni şüuru qeyri ana dilin təsiri altında formalaşır. Hesab edirəm ki, heç bir məcburiyyət olmadığı halda öz övladını ana dilli məktəbə deyil, qeyri anadilli məktəbə həvalə edən istənilən vətəndaşın milli şüurunda problem vardır. Əlbəttə, müxtəlif dilləri bilmək müəyyən anlamda müsbət göstəricidir. Ancaq bütün hallarda öz övladını anadilli məktəbə deyil, yad dilli bir məktəbə həvalə etmək yolverilməzdir. Buna haqq qazandırmağa çalışmaq da, mənasız və əhəmiyyətsizdir. Ana dilinə ögey münasibət bəsləməyə haqqımız yoxdur. Əgər ana dili dediyimiz dilə sahib çıxmırıqsa deməli, bu eyni zamanda milli kimliyimizə formal yanaşmaq deməkdir. Başqa sözlə, əgər bir Azərbaycan Türkü öz övladını anadilli məktəbə deyil, deyək ki, rusdilli, ingilisdilli, ərəbdilli bir məktəbə göndərirsə ya cahillikdən edir(yəni türklüyün nə olduğunu bilmir), ya da bilərək edir (yəni türklüyün nə olduğunu bildiyi halda, onu zahirən qəbul edir və əslində ona uyğun hərəkət etmir). Bu isə o deməkdir ki, nə vaxta qədər bu xalqın böyük çoxluğu Azərbaycan türklüyünü ya sözün əsl mənasında dərk etməyəcəksən, ya da zahirən onu qəbul edib və ancaq yad maraqlara xidmət edəcəksə, o zaman, istər maddi-fiziki, istərsə də ruhi-mənəvi anlamda biləşməyimiz uzun sürəcəkdir. AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, Dos., Dr. Faiq Ələkbərli

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Pin It on Pinterest