Kültür Sanat

Akademik Teymur Kərimlinin 72 yaşı münasibətilə

Həcər Atakişiyeva
Akademik Teymur Kərimlinin 72 yaşı münasibətilə

2 oktyabr 1953-cü ildə Naxçıvan Muxtar Respublikasının Ordubad
rayonunun Nürgüd kəndində Teymur Həşim oğlu Kərimli dünyaya gəlmişdir. Dahi
akademik 1970-ci ildə orta məktəbi qızıl medalla, 1975-ci ildə indiki Bakı Dövlət
Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirərək, həmin ildən
başlayaraq Kəlbəcər rayonunun orta məktəbində müəllim kimi fəaliyyətə
başlamışdır. O, 1977-1980-ci illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun
aspiranturasında təhsil almışdır. Dahi şəxsiyyət 1983-cü ildə “Nizamidə tarixin
romantik qavrayışı (“Yeddi gözəl” poeması üzrə)” mövzusunda namizədlik
dissertasiyasını yazmışdır. 2004-cü ildə isə “Nizami yaradıcılığında tarixi şəxsiyyət
və tarixi hadisə ideya-estetik qayənin konteksti və yardımçısı kimi” mövzusunda
doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir. Teymur Həşim oğlu Kərimli
2006-cı ildən bəri Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Akademik 2007-ci ildə
AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilmişdir. Akademik
Teymur Kərimli 2010-cu ildə “Heydər Əliyev və klassik ədəbiyyat” araşdırmasına
görə Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı olmuşdur və o, otuz
ildən artıq AMEA Nizami adına Ədəbiyyat İnstitutunda uğurla fəaliyyət
göstərərək, uzun illər İnstitutun “Orta əsrlər Azərbaycan ədəbiyyatı” şöbəsinə
rəhbərlik etmişdir. Akademikin ədəbiyyatşünaslıqdakı uğurlu nailiyyətləri nəzərə
alınarak o, 2002-ci ildən Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini
vəzifəsində (2002-2003-cü və 2012-2013-cü illərdə Nizami adına Ədəbiyyat
İnstitutunda direktor vəzifəsinin icraçısı) vəzifəsində çalışmışdır. 2014-cü ildən
hazırki dövrədək AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun

direktoru vəzifəsində çalışır. Akademik Teymur Kərimli 1990-2000-ci illərdə
“Elm” nəşriyyatının baş redaktoru vəzifəsində işləmişdir. O, bir sıra elmi jurnal və
topluların redaksiya heyətinin üzvü, xeyli sayda monoqrafiyanın elmi redaktoru
olmuşdur. Belə ki, akademik Teymur Kərimli altıcildlik “Azərbaycan Ədəbiyyatı
tarixi”nin bəzi cildlərinin məsul redaktoru, “Molla Nəsrəddin” və “Füyuzat”
jurnallarının latın qrafikası ilə kitab şəklində nəşrlərinin redaktoru kimi adını
ədəbiyyat tarixinə yazdırmışdır. Akademik Teymur Kərimli ədəbi fəaliyyəti
müddətində Rusiya, İran İraq, Türkiyə, Suriya, Macarıstan, İtaliya, Hindistan,
Fransa və MDB ölkələri kimi bir çox ölkələrdə təşkil olunmuş beynəlxalq elmi
konfrans və simpoziumlarda məruzələrlə çıxış etmişdir. Akademik Teymur Kərimli
ədəbi fəaliyyəti müddətində kitabların, dərsliyin, elmi məqalələrin müəllifi
olmuşdur. Bunlara misal olaraq, “Nizami və tarix”, “Görünməyən Füzuli”,
“Akademik Akif Əlizadə: istedadla enerjinin harmoniyası”, “Gözəllərin axıra
qalmışı”, “Şərqin qapısından dünyaya”, “Hicran ömrü”, “Akademik Əhməd
Mahmudov” kitablarını, ümumtəhsil məktəblərinin X sinifləri üçün “Ədəbiyyat”
dərsliyinin və yüzdən artıq elmi məqaləni misal göstərmək olar. Akademik Teymur
Kərimli ədəbi fəaliyyəti ilə tanınmış ədəbiyyatşünas, naşir, mətnşünas, şərqşünas,
şair və tərcüməçi kimi tanınmaqdadır. O, klassik ədəbiyyatımızın istedadlı
araşdırıcısı və bacarıqlı təbliğatçısı kimi Nizami, Xaqani, Nəsimi, Füzuli, Xətai,
M.P.Vaqif, S.Ə.Şirvani, M.Ə.Sabir, M.Şəhriyar, H.Cavid kimi görkəmli
şəxsiyyətlərin yaradıcılıqlarını tədqiq etmişdir. Akademik Teymur Kərimli qədim
dövr və orta əsrlər Azərbaycan ədəbiyyatının böyük tədqiqatçısı kimi klassik
ədəbiyyatın tədqiqi, nəşri, tədrisi və təbliği sahəsində ardıcıl və səmərəli fəaliyyəti
ilə Azərbayban ədəbiyyatına çox böyük xidmətlər göstərmişdir. O, Azərbaycan
ədəbiyyatşünaslıq elminin görkəmli və məhsuldar nümayəndələrindən biri kimi
zəngin klassik irsimizə, özəlliklə Xaqaninin, Nizaminin, Nəsiminin və Füzulinin
əsrlərini geniş şəkildə araşdırmışdır. Teymur Kərimlinin elmi yaradıcılığının mühüm istiqamətini dahi Nizami Gəncəvinin həyat və yaradıcılığının tədqiqi,
xüsusən, onun tarixi hadisələr kontekstində öyrənilməsi üstünlük təşkil edir.
Akademik Teymur Kərimli Nizami Gəncəvi yaradıcılığında tarixi mövzu
probleminin ictimai-tarixi və bədii-filoloji aspektlərinin dərindən araşdırıcısı kimi
adını Azərbaycan ədəbiyyatı tarixinə yazdırmışdır. Teymur Kərimlinin bir alim və
ədəbiyyatçı kimi Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş əsərləri klassik
Azərbaycan ədəbiyyatına işıq tutmuşdur. Akademik Teymur Kərimlinin Xaqaninin,
Nizaminin, Nəsiminin və Füzulinin əsərlərini geniş şəkildə araşdırması fəaliyyəti
Azərbaycan xalqının qəlbində onun şəxsiyyətinə böyük hörmət və ehtiram hissi
yaratmışdır. Ümumiyyətlə, Akademik Teymur Kərimlinin fəaliyyəti çox
istiqamətlidir. Belə ki, o, görkəmli ədəbiyyatşünas alim olmaqla yanaşı, elmi-
təşkilati fəaliyyət sahəsində də böyük təcrübəyə malik bir ədibdir. Akademik
Teymur Kərimli ensiklopedik biliyə malik şəxsiyyət kimi elmi-bədii tərcüməçilik,
milli-mənəvi dəyərlərin və ədəbi-tarixi şəxsiyyətlərin tədqiqi, təbliği və qorunması
sahəsində mühüm işlər görmüş, Nizamişünaslıq və Füzulişünaslıq sahələrində
geniş tədqiqatlar aparmış, bu sahədə çap etdirdiyi kitab və monoqrafiyalar
Azərbaycan ədəbiyyatşünaslığını zənginləşdirmişdir. Teymur Kərimli istedadı,
biliyi, zəhmətsevərliyi, bacarığı, fundamental əsərləri, monoqrafiyaları sayəsində
Azərbaycan elmini böyük ləyaqətlə beynəlxalq aləmdə təmsil etmişdir. Klassik
ədəbiyyatımızın yorulmaz tədqiqatçısı akademik Teymur Kərimlini qarşıdan gələn
72 yaşının tamam olması münasibətilə təbrik edir, ona möhkəm cansağlığı diləyir,
ən xoş arzularımı çatdırıram. Əziz akademik Sizə uzun ömür, sağlamlıq
arzulayaraq, hələ uzun illər klassik ədəbiyyat tarixinin neçə-neçə açılmamış
əlyazmalarını işıqlandırmanızı Sizə səmimi qəlbdən arzu edirəm.

Atakişiyeva Həcər
Atakişiyeva Həcər

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest