GenelGüncelKültür Sanat

İqlim dəyişməsi və davamlı torpaq idarəetməsi – beynəlxalq konqresinin bağlanış mərasimi keçirilib

İqlim dəyişməsi və davamlı torpaq idarəetməsi – beynəlxalq konqresinin bağlanış mərasimi keçirilib

İyunun 23-də AMEA-da Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan “İqlim dəyişməsi və davamlı torpaq idarə etməsi” mövzusunda beynəlxalq elmi torpaq konqresi bağlanış mərasimi ilə başa çatıb.

Mərasimdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İradə HüseynovaAvrasiya Torpaqşünaslar Cəmiyyətləri Federasiyasının təşkilatçılığı ilə keçirilən konqresin  işindən böyük məmnunluq duyduğunu bildirib. Alim elmi müzakirə səhnəsinə çevrilən konqresdə  təqdim edilən çıxışlarda ciddi elmi araşdırmalar, nəticələr, problemlər ortaya qoyulduğunu qeyd edib.

    Avrasiya Torpaqşünaslar Cəmiyyətləri Federasiyasının prezidenti, AMEA-nın müşaviri akademik Qərib Məmmədov Beynəlxalq konqresin “Heydər Əliyev İli” çərçivəsində keçirilməsini əlamətdar hadisə adlandırıb. Akademik dünyanın 7 ölkəsindən 28 alim və mütəxəssisin iştirak etdiyi beynəlxalq konqresin işini yüksək qiymətləndirib.

Avrasiya Torpaqşünaslar Cəmiyyətləri Federasiyasının məsul katibi Rıdvan Kızılkaya çıxış edərək konqresin  plenar məruzəçilərinə, konfrans iştirakçılarına, Təşkilat Komitəsinə təşəkkür edərək qeyd edib ki, üç günlük beynəlxalq konqres öz işini uğurla yekunlaşdırıb.

Tədbir də  Qazaxıstan Respublikasının nümayəndəsi Roushan Ramazanova, Rusiya Federasiyasının nümayəndəsi Yuri Majayski, Pakistan İslam Respublikasının nümayəndəsi Səcid Rəşid Əhməd, Çexiya Respublikasının nümayəndəsi Matula Svatopluk çıxış edərək konqres təşkilatçılarına öz təşəkkürlərini bildiriblər və tədbirin ölkələr arasında  torpaqşünaslıq elmində müştərək fəaliyyətlərin həyata keçirilməsinə mühüm töhfələr verəcəyinə inandıqlarını qeyd ediblər.

Həmçinin çıxış edən İCEFSSS Təşkilat komitəsinin məsul katibi Fərid Mustafayev səmərəli fəaliyyətləri səbəbiylə konfrasın təşkilat komitəsinə və iştirakçılara öz dərin  təşəkkür edib. Daha sonra konqres  iştirakçılarına təşəkkürnamələr və sertifikatlar təqdim olunub.

        Konfrasın bağlanış mərasimi qala gecəsi və ziyafət yeməyi ilə yekunlaşıb.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest