Nəzakət Salahqızı (Məmmədova) – Şeirlər
Nazım AHMETLİ
Kırımınsesi Gazetesi
Azerbaycan Temsilcisi
Nəzakət Salahqızı (Məmmədova)
Şeirlər
RƏSSAM MƏNIM ŞƏKLIMI ÇƏK
Rəssam mənim şəklimi çək
Rəngli çəkmə, ağ-qara çək
Atamı çək, anamı, çək
Uzaqlardan sənə baxan uşağı çək
Gözündəki işığı çək, qəlbindəki ümidi çək,
Məni çəkmə uşağı çək,
Yaddaşında qalanları
Ümidlni qıranları
Həyatın hər qzünü çək.
Orda gördüm bu dünyadan
çəkdiyimi
Orda görsün yapa-yalnız
təkliyimi
Unutma çək yaddan-yadın
doğmalığın
Damarında qanı axan doğmaların
yadlığını
O, uşağın bu yaşadək axtardığın
Həqiqəti, ədaləti, tapmadığı
Bu günədək itirdiyi varlıqları
Axtardığı yoxluqları
Sən məni çək, qoy kənara o uşağı
Çək rəngləri əlvan eylə
Günləri çək tərəziylə
Naxış-naxş ilmə-ilmə
60-ı hör ömrümə
XƏZƏRİN PAYIZI
Qəlbimdə çağlayan duyğular kimi,
Bu payız günündə çırpınır Xəzər.
Ruhumdan ələnən söz qoxusunu
Allah, bu dənizin sularına sər,
***
Sahilə can atan coşğun dalğalar,
Vüsala tələsən könlüm kimidir.
Tufanlar içində boğulan qayıq,
Uzaqdan əl edən ölüm kimidir.
***
Sənli xatirələr üşüyür burda,
Yenə ürəyimi həsrət dağlayır.
Dənizin üzünə qəriblik hopub,
Dalğalar hönkürür, sular ağlayır.
***
Payız saçlarını sərib dənizə,
Ayrılıq havası qoxuyur sular.
Yuvatək boşalan sahillər üçün,
Tənhalıq nəğməsi oxuyur sular…
Qarabağa bahar gəlir, İlahi
Sevincə bax bulaqların gözündə
Qəlbi gülür dərənin də düzün də
Şəhid qanı çiçəkləyir üzündə
Qarabağa bahar gəlir , İlahi
***
Ötən çağlar indi üzü bəridi
Gələn günlər ömrün təzə-təridi
Otuz illik yurd həsrəti əridi
Qarabağa bahar gəlir , İlahi
***
Dalğalanır arzuların bayrağı
Hər təbəssüm bir ümidin yarpağı
Zəfər ətri bürüyübdür torpağı
Qarabağa bahar gəlir , İlahi
***
Qulac-qulac açılıbdır qucaqlar
Əl eleyir sevinc dolu o çağlar
Alov-alov gülümsəyir ocaqlar
Qarabağa bahar gəlir ,İlahi
***
Zəmilərdə daraqlanır sünbülün
Ocağında ruhu gülür Bülbülün
Cıdır düzü indi xarıbülbülün
Qarabağa bahar gəlir , İlahi
***
Ürəklərdə ümid naxış toxuyur
Əllər zəfər nəğməsini oxuyur
İndi vətən Şuşa ətri qoxuyur
Qarabağa bahar gəlir , İlahi
***
Gəlsin bahar, gülsün bahar elimde
Xudayarın nəğməsi var çölümdə
Nəzakətəm, min alqış var dilimdə
Qarabağa bahar gəlir , İlahi
GÖZLƏDİLƏR
“Qara kağız” yazılmadı ağ kağıza,
Yollarını gözləyənlər ümidini itirmədi.
Qapısını “qara kağız” döymədiyi ünvanlarda
Ümidlərin qapıları üzərinə örtülmədi.
“Qara kağız” yazılmadı ağ kağıza,
Əsən yellər, susan yollar
Gedənləri gətirmədi.
Qönçə-qönçə çiçəkləri oda yaxan
Boynubükük bir bənövşə bitirmədi.
Ağ kağıza yazılmayan acı-acı taleləri,
Qalaq-qalaq ürəklərə yeridənlər,
Kül içində köz axtardı
Ömürləri bir şam kimi əridənlər.
Gözlərini bu yollardan çəkmədilər,
Ürəkləri sökülüncə, sərv boyları bükülüncə,
gözlədilər.
Yollardaca qara saçı ağ hördülər,
gözlədilər.
Bir zərrənin işığına yürüdülər,
gözlədilər.
Son ümidin yaxasından əllərini üzmədilər,
gözlədilər.
Ömürlərin bu yollarda paralayıb azanlar da,
Ürəyindən qanlar axan, ağı üstə dil-dil ötən
ozanlar da,
Qəbirlərin öz əliylə yad ellərdə qazanlar da
gözlədilər.
Taleləri – qələmini bəxt yazandan
oğurlayıb yazanlar da
gözlədilər.
Hey ağlaya, hey ağlaya gözlədilər.
Şəkilləri sığallaya-sığallaya gözlədilər.
Gün doğan tək
Gün batan tək gözlədilər.
Qürbət eldə bir vətəntək
gözlədilər.
Gözləməkdən bezmədilər
gözlədilər.
Döz dedilər, döz dedilər,
Nə yaxşı ki, gözlədilər.
Dözən bizim analardı,
Dərd heykəli, qəm heykəli sonalardı.
Son mənzilə ümidlərlə köçüb gedən,
Ömürləri “hayıf” olan analardı.
Dərd göyərtdi anaların göz yaşları,
Dərd bəmbəyaz saçlarına yağan qardı.
Solan çiçək, yağan yağış, düşən yarpaq
Vida deyən gözüyaşlı son bahardı.
Dözən bizim analardı,
Nəmli-nəmli baxışlar var uzaqlarda,
uzaqlarda əsir düşdü,
donub qalan sazaqlar da.
Harayına heç gəlməsin
ağ kağıza bəxti yazan.
Ağ kağıza qara bəxti necə yazsın
yazı yazan?
Qara bəxtin yazısını yazmaqdansa
ümid gözəl…
Bu ümidi itirməyən gözləməyin özü
gözəl.
Qoy gözləri hey yollarda haraylasın
bəxt yazanı.
Qurban olum, yazın hanı???
Qışın ötdü yazın hanı?
ANA HAQQI
Allah, dərgahına açılıb əlim,
Hər duam məktubdur sənin adına
Yaratmaq haqqını ərməğan etdin,
Məhəbbət qoxulu hər bir qadına.
***
Xəyala sığmayan ilahi eşqin,
Külli-kainata aynadır, Allah.
Analar bir az da sənə bənzəyir,
Bəlkə də bir adın anadır, Allah.
***
Sevgi bağçasıdır ana ürəyi,
Hər övlad nəfəsi çiçək ətridir.
Mələklər yanında mötəbər məqam,
Ana hörmətidir, ana xətridir.
***
Tanrı təbəssümü çiçəkləyibdir,
Hər gözəl ananın nurlu üzündə.
Ayağı altına cənnət döşənib,
Allahın ətri var “ana” sözündə.
***
Çiçəl ətirlidir, gül qoxuludur
Hökmünlə dünyaya gələn balalar.
Bəzən könlümüzə kədər ələyir,
Sevgi bağçasında gülən balalar.
***
Allahım, nur dolu “ana” adını,
Könül dəftərinə nəqş eləmisən.
Analıq haqqını, sevgi payı tək,
Nə yaxşı, ömrümə bəxş eləmisən.
Mərhəba
Tutub “Ənəl həqq” sözündən
Körpü tək keçdin öründən
Əsrlərin o üzündən
Gələn sorağım, mərhəba!
***
Ruhun gəzər cahan-cahan
Cahanlara sığmaz bu cab
Mətləblərə qapı açan
Könül ortağım mərhəba!
***
Haşimisən, Qureyşisən,
Gələcəyin keçmişisən,
Həqiqətin günəşisən,
Odum, ocağım, mərhəba!
***
Səbrin qulağında tana
Qoymaz güldən-gül utana
Üz tutub Şahi-mərdana
Gülən qucağım mərhəba!
***
Misrada sözü güllənən
Ocaqda közü güllənən
“Ənəl həq”də güzgülənən
Könül varağım mərhəba!
***
Başdan –ayağa soyulan,
Qurub günəşi tək solan,
Heykəli göz yaşı olan
Oxşamam, ağım mərhaba!
***
Ruhunun qəmxanasında
Naxışsan qəm hanasında
İmansızlar dünyasında
İsmət duvağım, mərhaba!
VƏTƏNDİ BU
Torpaq deyil, Vətəndi bu,
Çınqıllı, daşı doğmadı.
Atamdan, babamdan qalıb,
Alın qırışı doğmadı.
***
Səssiz haraylar görünür,
Uca saraylar görünür.
Çox illər, aylar görünür,
Gözünün yaşı doğmadı.
***
Bir bax bu kasıb damına,
Həsrətdir bəxtin tamına.
Ögey baxma adamına,
Bu nadan, naşı doğmadı.
***
Könlünə Qarabağ düşüb,
Baxmaqdan gözə ağ düşüb.
Ümiddən yüz yarpaq düşüb,
Payızı, qışı da doğmadı.
***
Yaddaşına bir ox dəyib,
Qeyrətinə bir “yox” dəyib.
əlhəd daşına çox dəyib,
qan axan başı doğmadı.
ZƏFƏR NƏĞMƏSİ
Milli Ordumuzun zabiti oğlum Ramilə
Açıb qucağını sənə Qarabağ,
Öpür qədəmini hər dərə,hər dağ.
Qələbə ətrinə bələnib torpaq,
Zəfərin mübarək, komandir oğlum!
***
Ovutdun gör neçə qəlbi kövrəyi,
Bitib ürəklərin acı göynəyi.
Yollar geyinibdi zəfər köynəyi,
Zəfərin mübarək, komandir oğlum!
***
Üç rəngli ulduzun, ayın var sənin,
Döyüşdə öz haqqı-sayın var sənin.
Qələbə sözündə payın var sənin,
Zəfərin mübarək, komandir oğlum!
***
Babək hünəri var ər qollarında,
Ömrün yol eyləyib hərb yollarında.
İndi üzü gülür bu yolların da,
Zəfərin mübarək, komandir oğlum!
***
Vətən sevgisidir sönməz ocağın,
Qeyrət köynəklidir sənin hər çağın.
Bu vətən boydadır indi qucağın,
Zəfərin mübarək, komandir oğlum!
***
Arzum ələ yaxıb sevinc hənası,
Dəyərdən ucadır ömrün mənası.
Vətənin qızıyam —zabit anası,
Zəfərin mübarək, komandir oğlum!
***
Qeyrət ətirlidir adın, ünvanın,
“Çəngi”yə köklənib damarda qanın.
Əmrindən güc aldın Baş Komandanın,
Zəfərin mübarək, komandir oğlum!
Qarabağa bahar gəlir, İlahi
Sevincə bax bulaqların gözündə
Qəlbi gülür dərənin də düzün də
Şəhid qanı çiçəkləyir üzündə
Qarabağa bahar gəlir , İlahi
***
Ötən çağlar indi üzü bəridi
Gələn günlər ömrün təzə-təridi
Otuz illik yurd həsrəti əridi
Qarabağa bahar gəlir , İlahi
***
Dalğalanır arzuların bayrağı
Hər təbəssüm bir ümidin yarpağı
Zəfər ətri bürüyübdür torpağı
Qarabağa bahar gəlir , İlahi
***
Qulac-qulac açılıbdır qucaqlar
Əl eleyir sevinc dolu o çağlar
Alov-alov gülümsəyir ocaqlar
Qarabağa bahar gəlir ,İlahi
***
Zəmilərdə daraqlanır sünbülün
Ocağında ruhu gülür Bülbülün
Cıdır düzü indi xarıbülbülün
Qarabağa bahar gəlir , İlahi
***
Ürəklərdə ümid naxış toxuyur
Əllər zəfər nəğməsini oxuyur
İndi vətən Şuşa ətri qoxuyur
Qarabağa bahar gəlir , İlahi
***
Gəlsin bahar, gülsün bahar elimde
Xudayarın nəğməsi var çölümdə
Nəzakətəm, min alqış var dilimdə
Qarabağa bahar gəlir , İlahi
Şəhid qizi
Ağlama şəhid qizi
Dərdin mənə tanişdi
Ürəyim param parca
Dərdim naxiş naxişdi
Ağlama şəhid qizi
Mən də ata itirdim
Elə sən yaşda idim
Sanirdim ki hamidan
Güclüydü mənim atam
O körpə ürəyimdə
Atam idi qəhrəman
Göydən ulduz istəsəm
Yiğib yere tökərdi
Qarli dağin başinda
Mənə gül bitirərdi
Sanirdim hər arzumun
Acari atamdadir
O mənim güvənc yerim
O mənim arxamdadir
Ağlama şəhid qizi
Bax. mən necə böyüdüm
Atasizliq göz yaşin
Atamin üz qoyduğu
Məzarinda gömürdüm
Əvvəl elə sanirdim
Bir gün insafa gələr
Qalxar o daşin altdan
Arzularimi görər
Böyüdüm şəhid qizi
Atadan söz düşəndə
Ürəyim yaman əsdi
Obəxtəvər günləri
Təzədən görmək ücün
Könlüm yaman tələsdi
Anam tez tez deyərdi
Əgər yaxşi oxusan
Atan mütləq biləcək
O hacansa gələcək
Beləcə yalanlari
Ürəyimə bələyib
Ümüdlərə söykənib
Böyüdüm şəhid qizi
Sən də böyüyəcəksən
Gercəyi yalan bilib
Yalani sevəcəksən
Tutacaqsan ümidin
Təsəllinin əlindən
Səndə böyüyəcəksən
Sən şəhidin qizisan
Ürəyində ağir yük
Sənin təsəllin böyuk
Mən də ata itirdim
Elə sən yaşda idim!!!!!
ADSIZ QƏHRƏMAN
(əsir və itkinlərin analarının dilindən)
İtkinlik ünvanı yazdın ömrünə,
Daha gəlmir səsin, sorağın, oğul!
Vətənin qoynunda boyuna həsrət,
Üşüyür bir parça torpağın, oğul…
***
Öpüb oxşamağa bir şey qalmayıb,
Nə bir məzarın var, nə məzar daşı.
Mələklər mənimlə birgə oxuyur,
Dərdin kitabıdır gözümün yaşı.
***
Ümid yollarına həsrət enibdi,
Dərdin alovunda səbrim islanır.
Adının üstünə yağır fəryadım,
Qəlbimdə ünvansız qəbrin islanır.
***
Dilimin ucunda layla ağlayır,
Könlümdə yurd salıb oxşama, ağı.
Bircə arzum odur uca Tanrıdan,
Sənə layla desin Vətən torpağı.
***
Oğul, Vətən sənə təzə ad verib,
Adın mübarəkdir, adsız qəhrəman!
Təpədən-dırnağa vətənləşmisən,
Önündə diz çökür, baş əyir zaman.
QARABAĞ
Elə bil səngərtək qazılıb sinəm,
Qəlbimdə duyğular barıt qoxulu.
Uğrunda ölməyə hazıram, Vətən,
Hər misram döyüşən bir əsgər yolu.
***
Ruhu qan ağlayır Molla Pənahın,
Şuşanın ağrısı qəbrindən keçir.
Pozulub dünyanın haqq tərəzisi,
Ümid qara daşın səbrindən keçir.
***
Dillərdə üşüyür “Qarabağ” sözü,
Böyük Pənah xanın ruhu göynəyir.
Qəbrinə söykənib qoca Vidadi,
Ağlaya-ağlaya bayatı deyir.
***
Kəsərdən düşübdü qeyrət qılıncı,
Sonuncu ümidin solur nəfəsi.
“Sənsiz” buz bağlayıb dodaqlarında,
Həsrətdən üşüyür Bülbülün səsi.
***
Dərdinə qısılıb çəkir içini
Bu yalçın qayalar, mamırlı daşlar.
Torpağın, ağacın, otun içindən
Həmişə bir həsrət cığırı başlar.
***
Şuşanın, Laçının acı nisgili
Millətin köksündə xəncərdi, xəncər.
Həsrət dağlarına dirsəklənərək
Qərib taleyinə baxır Kəlbəcər.
***
Boylanır yaddaşın binələrindən,
Bir ovuc bayatı, bir yarpaq ağı.
Vətən ağrısını duymayan ömrü
Heç vədə isitməz Vətən torpağı.
ŞƏHİD ANASI
Köksündə ağrı var dağın, daşın da,
Qan izi buğlanır hər qarışında.
Oğlun heykəlləşib yurd yaddaşında,
Sil göz yaşlarını, şəhid anası.
***
Haqqın, həqiqətin sözü səndədir,
Sevgi ocağının közü səndədir.
Millətin, Vətənin gözü səndədir,
Sil göz yaşlarını, şəhid anası.
***
Dözümün, təmkinin lap son həddisən,
Namusun, qeyrətin pak sərhəddisən.
Düşmən bizə baxır əymə qəddi sən,
Sil göz yaşlarını, şəhid anası.
***
Oğlun itirmədi haqqı-sayını,
Asdı zirvələrdən öz harayını.
Dağıt qəlbindəki qəm sarayını,
Sil göz yaşlarını, şəhid anası.
***
Xətai babamın yolu diksinir,
Babəkin kəsilmiş qolu diksinir.
Vətənin hər şəhid oğlu diksinir,
Sil göz yaşlarını, şəhid anası.
***
Demə itib ömrün bəxtiyar çağı,
Qapıtək açılır haqqın qucağı.
Alışır ümidin sönmüş ocağı,
Sil göz yaşlarını, şəhid anası.
***
“Vətən”, “ana” sözü tən yaranıb, tən,
Bu inam üstünə qoy enməsin çən,
Qoy baxıb üzünə sevinsin Vətən,
Sil göz yaşlarını, şəhid anası.
***
Göyləri titrədir ahı-naləsi,
Ana layla deyir qəbir daşına.
Hər gün qucaqlayıb soyuq məzarı,
Sanki gəlib keçir beşik başına,
Həzin layla çalır qəbir daşına.
***
Oğullar içində gəzir oğlunu,
Güc verir gözünün həsrət yaşına.
O qədər sözü var kimə desin ki,
Dərdini söyləyir məzar daşına,
Ana sığal çəkir qəbir daşına.
***
Gündə bir arzusun söyləyir ona:
– Axı heç keçmədin bəy otağına.
Xonçanı tutmadım, xına yaxmadım,
Gülüzlü gəlnimin əl-ayağına.
Ana gileylənir qəbir daşına.
***
Göylərə yalvarır məni də apar,
Sözümü deməyə çatım taxtına.
Göylərdən səs gəlir sənin oğlunun
Şəhid ucalığı düşüb baxtına.
Ana layla deyir şəhid oğluna.
***
Oğlunun qəbrinin üstünə gedən,
Ananın harayı, dərdin səsidir.
Tanrı dərgahında uca sayılan,
Oğlunun yetdiyi şəhid zirvəsi,
Ananın yeganə təsəllisidir.
Ağsaqqal ömrü
(Tanınmış hüquqşünas, el ağsaqqalı
Murad Nəsirova ithaf edirəm)
Halallıq odundan köz götürübdü,
Quba torpağında alışan ocaq.
Burda oğulların oğul şöhrəti,
Vətən qeyrətiylə ölçülür ancaq.
***
Ədalət yolçusu Murad Nəsirov,
Bu eldə dünyaya açıb gözünü,
Haqqın, həqiqətin keşikçisi tək,
Yazıb yurd yerinə oğul sözünü.
***
Ona dayaq olub Tahir kişinin
Dayı nəsihəti, dayı öyüdü.
İgid dayısına oxşar deyiblər,
Murad el içində belə böyüdü.
***
Ömrü qucaq açıb yaxşılıqlara,
Ocaq qalayıb ki, ellər isinə.
Çağır “Nəsirov”un soyadını sən,
Şahdağı səs verər sənin səsinə.
***
Uca məramınla daim öyünüb
Sənə oğul deyən vətən torpağı.
Heç zaman düşməsin qoy əllərindən,
Quba dağlarının hörmət bayrağı.
***
Nəcabət rəmzidir soyadın, adın,
Haqqını qorudun doğmanın, yadın.
Gülnarə xanımla halal yaşadın,
Həyatda ağ olub üzün, ağsaqqal.
***
Cəmilin, Emilin könül bağıdır,
Gözün qarasıdı, gözün ağıdır.
Hər oğul bir uca hünər dağıdır,
Onlara zirvəsən özün, ağsaqqal.
***
Qalibsən həyatın yarışlarında,
Hikmət var alnının qırışlarında.
Gələcək nurlanır baxışlarında,
Təpərdən düşməyib dizin ağsaqqal.
***
Dağlar salam verir ağsaç oğluna,
Arzular, ümidlər girib qoluna.
Nəciblik sözünün ömür yoluna,
Düşübdü ləpirin, izin, ağsaqqal.
***
Ucalıq rəngidir saçında hər dən,
Ədalət ünvanlı ömrünə əhsən.
Haqqa, həqiqətə məhəbbətindən,
Alışıb ocağın, közün, ağsaqqal.
***
Bağlısan həyata könül bağıyla,
Doğma ocağının bu növrağıyla.
Cəmilin, Emilin xoş sorağıyla,
Fərəhlə qabarır köksün, ağsaqqal.
***
Şahdağın küləyi alnından öpüb,
Şəninə zirvədən alqışlar qopub.
Dörd oğul nəvənin könlünə hopub,
Hikmətli kəlamın, sözün, ağsaqqal.
DƏRD DAŞIYIRAM
Ruhum əzəl gündən haqqın vurğunu,
Kövrək arzularım illər yorğunu,
Kədər gözlərimdən qovub yuxumu
Gecəni səhərə gec daşımışam,
Bu gecə çiynimdə dərd daşımışam.
***
Mən buyam ta elə gənclik çağından,
Çox arzum enibdir ümid dağından,
Bəzən pay verdiyim ömür bağından
Bir yarpaq sevinci pərt daşımışam,
Bu gecə çiynimdə dərd daşımışam.
***
Dərd qoymur sözümün nazından dadım,
Misralar içində kövrəlir adım,
Taleyin hökmünə asi olmadım,
Qismətim olsa da sərt daşımışam,
Bu gecə çiynimdə dərd daşımışam.
***
Keçdiyim qayğılı ömür yolunda
Gözləri dolubdu bəzən yolun da.
Ümidim dopdolu arzularımda
Bu xanım ömrümü mərd daşımışam,
Bu gecə çiynimdə dərd daşımışam.
Aranı dağlara çəkib aparıb,
Dağları arana tək daşımışam,
Bu gecə çiynimdə dərd daşımışam…
BACIMA
Dərd döyüb qapını, sən də açmısan
Öpüb, qucaqlayıb qoyub göz üstə
Köksünü yardırıb ordan asmısan
Niyə soruşmamış? qapı açmısan
***
Məgər hər qonağa qapı açarlar
Yaxşı ki, qonağın üç günlük gəlib.
Deyəsən Tanrı da sınayıb səni
Dərdin dərmanını da insafla verib.
***
Gözümün yağıdı dərdinə dərman
Dərmana məhəbbət sevgi qatmışam.
Yaranın üstünə canımı qoyub
Dərdini yad eldə suya atmışam.
***
Hər gələn qonağa qapını açma
Qapını dərdinin üzünə bağla.
Mənim ürəyimin yağı qalmayıb
İndi ürəyimin yağına ağla.
İSTAMBUL
Boğazıma taxım kəndiri çıxım boğaz körpüsünə
Atım dərdi iki qütbü ayıran körpüdən,
Qoyboğulsun dərdim anam sevinsin İstanbul!
Anam buraların yolunu tanımır
Pisi tapa bilməz itirər özün
Ayın 5-i hamıdan qabaq gəlib
Asmağa dərdinin dalınca özün
Dərd qoy sularda boğulsun,
Anam bizi tapıb sevinsin,
Həmişə deyib ki bacının əlindən bərk tut ki,
Dərd buraxsın əlini, at sulara dərdini sərini
Qoy dərdin boğulsun, anam sevinsin İstanbul.
Həmişə bizi qoruyub
Tapıb bizi danlayacaq doyunca,
İndi itərmi milyonların içində
Qoruya bilmərik anamızı da
Özünü atar dərdimizin dalınca
ZƏFƏR YOLUYLA
Gedirəm Şuşaya zəfər yoluyla
Sevinc yağışıdır gözümün yaşı.
Üçrəngli bayrağın kölgəsi altda
Sınıb 30 illik möhnətin daşı.
***
Həsrət ağrısına məlhəm olubdu,
Sağalıb Vətənin sinə dağları.
Üzü xınalanıb şəhid qanıyla,
Tanrı dualıdı Şuşa dağları.
***
Vətən torpağının mərd oğulları,
Könlünü alıbdı Xarı bülbülün.
Qələbə sevincin saçan ümidlər,
İndi arzuların üzünə gülür.
***
Gedirəm bir misra muştuluq alım,
Öpüm Xan qızının sözündən öpüm.
Boyun çox ucadır, qeyrətim əsgər,
Anayam, bir əyil üzündən öpüm.
CANIMIN İÇİ (qızım Aytənə)
Sən göydən enmisən, mələklər kimi
Üzündə nurlanıb, qəlbinin içi
Çiynimə qonmusan mələklər kimi
Məni qoruyursan canımın içi.
***
Baharda göz açdın sən bu dünyaya
Ömrün çiçəyisən, ruhun sevinci
Gözümdə ucaldın döndün dünyaya
Sən mənim dünyamsan, canımın içi
***
Mükəmməl yaradıb, səni yaradan
Ünmanlar içində nadir bir inci
O gözəl qəlbinə heyranam, heyran
Sənə minnətdaram, canımın içi.
***
Dünya yaxşınındır, yaxşılarındır.
Yaxşılıq yolunda sən ol bələdçi
Üstümə sərdiyin qanadlarındır
Sənlə bəxtiyaram canımın içi.
***
Nə yaxşı varımsan var olacaqsan sən
Mənim ürəyimdə yerin birinci