Genel

Türkdilli şeirlərin biçimləri

Türkdilli şeirlərin əsasən 3  biçimi (vəzni) olur; biçimsiz şeir, əruz vəznli şeir, heca vəznli şeir.

Biçimsiz şeir dedikdə,  əasən  “Kitabi-Dədə Qorqud” eposunda işlədilən qafiyəli nəsri,sicilləmələri  nəzərdə tuturuq.Ədəbiyyat nəzəriyyəçiləri bunu çox vaxt sərbəst şeir kimi izah edirlər.

Əslində “sərbəst şeir” termini  ədəbiyyat termini kimi,  düşünülən fikri ifadə etmir.Bu, bir növ şairlərəra janr dəqiqliyindən yayınmağa bəraət verir.

Türkdilli poeziyada sərbəsr şeirin gözəl nümunələrini yaradan məşhur şairlər çoxdur: Nazim Hikmət, Rəsul Rza, Fikrət Sadıd, Əjdər Ol …

Əruz vəznlı şeir dedikdə, ilk növbədə klassik poeziya yaradıcıları yada düşür: Nizami Gəncəvi, Həsənoğlu, Qazi Bürhanəddin, Nəsimi, Məhəmməd Füzuli …Əruz vəznlı şeirlər xüsusi qəliblər vasitəsilə yaradılır. Burada təfilə, bəhr,uzun və qısa saitli sözlərdən istifadə qanunauyğunluqları  vardır.Əruz vəznli şeirlərin özünəməxsus intonasiya incəlikləri, musiqili xüsusiyyətləri haqqında maraqlı elmi fikirlər irəli sürülmüşdür.

Xalq arasında ən geniş yayılmış şeir biçimi  həm  şifahi,həm də yazılı ədəbiyyatda işlənən bayatı, mani, gəraylı,qoşma, qoşmanın növlərindən biri olan təcnis… heca vəznli (ölçülü) mənzumələrdir.

Bəndləri 3,4,5… misralı şeirlər  də  əsasən heca vəznində yaradılır. …

“Kırımın səsi” qəzeti vasitəsilə  türk dünyasının oxucularına  ünvanladığım

 “…Əbədi və həmişəlik mübarizə” şeiri  biçimsiz vəznli mənzumədir. Belə şeirlərdə hər misradakı hecaların sayı  fərli olur,bir söz də şeyr vahidi olan misra kimi  başa düşülür.

Biçimsiz vəznli (ölçüsüz ) şeirlərdə intonasiya və özünəməxcus ritm, pafos qabardılır.Burada  sözün sətiraltı mənası, fikrin müqayisəli izahı, sözgəlişi deyilən dil vahidinin  müəyyən məqamlarda ezop manerası ilə  ifadəsi diqqəti cəlb edir.

***

Təskinlik və toxtaqlıq

və yaxud

Əbədi və həmişəlik mübarizə

(Əhvalında pərişanlıq olan bir dosta məktub)

***
Bir dostunuz vardı.Çətnə düşəndə hamımız ona pənah aparardıq.

O da hamıya yol göstərərdi. Ömrünün son 2-3 ilində ağır xəstələnmişdi.

Səhiyyəmizin ona gücü çatmayanda dostların təhriki  ilə,  səhiyyəsi daha güclü olan ölkələrə müalicəyə  getdi.

Bu şeir də toxtaqlıq və təsəlli  kimi o vaxt yazılmışdı.

***

Hər anımız -mübarizə,

həyatımız -mübarizə…

Dəqiqəmiz,saatımız –
mübarizə…..

Hər günümüz, hər həftəmiz
mübarizə…
Hər ayımız, hər ilimiz
mübarizə…
İşimiz də, gücümüz də –
mübarizə…
Sevgimiz də, öcümüz də –
mübarizə……

Mübarizə yoxsa əgər,
Giley-güzar çoxsa əgər,
qəhər bizi,
kədər bizi
boğsa əgər……
it də,
qurd da gülər bizə..
Aləm nələr
deyər bizə…


Özümüzü güldürməyək
Qurdumuza,
itimizə……….

Biz həmişə 

yaxçılığa təşəkkürlü,

yamanlığa ox olmuşuq…

Bilinməyib
ac olmuşuq–
tox olmuşuq,….
ərlinməyib,
usanmayıb,
utanmayıb
yamanlığın ətrafından
yox olmuşuq…
Vüqarımız, mənliyimiz
vüqar olub,
mənlik olub.
Yaxşı işlər
sənlik olub,
mənlik olub.

Nə etməli,
yaxşı azdır,
Dünya yaman
pisliklərlə tünlük olub……

Yaşadıqca

Dünya gəlir xoşa qardaş..

Dünya bizim  hamımızın-

onun sevən adamların

dünyasıdır,

yaşa,qardaş,

yaşa, qardaş.

***

Nazim Nəsrəddinov.

Bakı,

21 noyabr 2016 -09.04.2021

Pin It on Pinterest