Genel

Şairə Ülkər Nicatlının kövrək şeir dünyası

Gənc şairə Ülkər Nicatlının şeirləri ilə qəzet və dərgilərdən, sosial şəbəkələrdən tanışam. Elə ilk misralardan şairənin kövrək  duyğuları   özünəməxs deylm tərzi diqqəti cəlb edir. Daxili dünyasından, ovqatından gələn, sevgi, həyat, yaşam tərzi, ayrılıqlar, həsrət və s. insanı düşündürən və əbədi hisslərə köklənən şeirlərində Ülkər xanımın ürək çırpıntıları, hissi, həyəcanı əks olunur. Mərhum şairimiz Ağa Laçınlının misrslarında deyildiyi kimi;

                                    Qazıb çıxarmazlar əsl bulağı,

                                    Bulaq şırıl-ıırıl qaynayıb gələr.

Ülkərin də şeirləri əsl bulaq kimi qaynayıb gəlir. Duaların cavabı,həsrətin işığının sönməsini gözləyə-gözləyə  Allaha məktub yazmaq kimi hisslərin  aliliyi şairənin yaradıcılığında  düşüncə tərzinin poetik  notlarından xəbər verir.

                    Sənin dərgahına uçan duamın,

                    Cavabı ömrümə dönmür ki,dönmür.

                    Mənim otağımda yanan həsrətin,

                     Nə vaxtdı, işığı sönmür ki, sönmür.

Və yaxud:

                    Əl eyləyək ötüb gedən anlara,

                    Çıxarmasın bu sevgini yadından.

                   Bircə misra məktub yazaq Allaha,

                    Bu bir anlıq xoşbəxtliyin adından.

“Ülkər xanımın bir dəstə şeirini Kırımın sesi” qazetesinə təqdim edirəm və gözəl şairəyə uğurlar diləyirəm!

                                                Nazim Əhmədli, şair.

Ulkər Nicatlı

Xatirələrin xatirəsi

Bir gün  çiçək – çiçək  xatirələrə,
Kəpənək yaddaşım uçub qonacaq.
Yaxası  islanar  kirpiklərimin,
Harayım üşüyər,səsim donacaq.


Başımı bir sözün çiyninə qoyub,
Dünyanı gözümdə dəfn eləyərəm.
Ömrümün xatirə xalçası  üstə,
Körpə uşaq kimi iməkləyərəm.


Haçansa ömrümün yaşıl dəsmalı,
Dəcəl  küləklərin  əlinə  düşər.
Dalınca yüyürüb getmək istərəm,
Saçımda  astaca  tellər  gülüşər.

Yuxusu üşüyən körpə

Yurd uğrunda şəhid  olub atası,
Bu körpənin yuxusuna qar yağır.
Açılmayan  dili  ustə, ilahi,
“Ata” sözün qoxusuna qar yağır.


Vətən qədər tarixi var, yaşı var,
Bax üstündə uyuduğu mundirin
Başqa dili anlamaz o,bilməz o,
Bu körpəni yurd dilində dindirin.


Böyüdükcə böyüyəcək dərdi də,
Ürəyindən  ağrı  acı  yığışmaz.
Öz ömründən asar ata şəklini,
Şəhid adı çərçivəyə sığışmaz.


Ta oxşamaz bu körpənin boyunu,
Döyüsdədir   atasının  qolları.
Bu körpənin xatirinə  yol gəlir,
Uzaqlardan qələbənin yolları.

Hər gecə gələrəm yuxularına

Sənsiz çətin ömrüm sevgi qoxuya,
Könlüm əsir düşüb bu lal qorxuya.
Həsrətin bir misra verib yuxuya,
Hər gecə gələrəm yuxularına.


Qurudub gözümün yağışlarını,
Ovudub alnımın qırışlarını.
Söküb ayrılığın naxışlarını,
Hər gecə gələrəm yuxularına.


Bir ovuc ümidi səpib ağrıma,
Könlümə deyrəm:-daha ağrıma.
Sənli arzuları basıb bağrıma,
Hər gecə gələrəm yuxularına.


Ovcunda saxlayıb göy ahlarımı,
Bir gün qurudacaq gün ahlarımı.
Yollara döşəyib günahlarımı,
Hər gecə gələrəm yuxularına.

Sevginin payızı

Canım gözüm ayrılıqlar içindən,

Keçib gedən o qız sənə tanışmı?
Bəxt dalınca göndərdiyi ümidi,
Qayıtsa da xəcalətdən danişmır.


Kirpikləri yarpaqlayır hər gecə,
Duaları daha payız qoxuyur.
Ayrılığın əlifbasın öyrənib,
Ovcumdakı ürəyini oxuyur.


Ləpirləri güzgüsüdü yolların,
Tellərini öpüb qaçır küləklər.
Bəyaz-bəyaz varaqlarda ağlayır
Arzu-arzu çiliklənən ürəklər.


Unudubdur doğmalığın dadını,
Bir yaxın gəl öp uzündən o qizın.
Bu şəhərin yaddaşına sevgi səp,
Könlünü al doluxsunan payızın.

Yenə sənə sarı…

Səbrim bir ümidə söykənib indi,
Özümü özümdə gəzir ürəyim,
Uzat  əllərini, uzat, İlahi,
Qəfil taleyimi əzir ürəyim.


Sənə əl açmağa yoruldum,Allah,
Yığ ayaq altımdan qəmli yolları.
Sənin dərgahına sərim,qurusun,
Mənimtək gözləri nəmli yolları.


Çırpıb qanadını uçdu arzular,
Tənhalıq dumanı bəxtimə endi.
Acı  ayrılığı  geyib  əyninə,

Varaqda can verir misralar indi.


Sənin dərgahına uçan duamın,
Cavabı ömrümə dönmür ki,dönmür.
Mənim otağımda yanan həsrətin,
Nə vaxtdı, işığı sönmür ki, sönmür…


Qısılıb sinəmə yetim duyğular
Gecənin üzünə söykənib üzüm.
Yenə sənə sarı uçur ürəyim,
Bu da son məktubdu,bu da son sözüm.

Günah nağılı

Gözlərinin  gözlərimə  yazdığı,
O məktubun gözlərindən gen düşək.
Duyğuların  əlifbası  gizlidir,
Gəl bu gizli əlifbada görüşək.


Al ovcuna əllərimi  şeirtək,
Xatirələr heca-heca oxunsun.
Sevgi-sevgi çiçəkləyən dodaqlar,
Bir meh kimi yanağıma toxunsun.


Əl eyləyək ötüb gedən anlara,
Çıxarmasın bu sevgini yadından.
Bircə misra məktub yazaq Allaha,
Bu bir anlıq xoşbəxtliyin adından.


Günahına qurban olum ay Allah,
Bu günahım oğurlayıb ağılı.
Bələnibdir taleyimin ətrinə,
Sevgi dolu bu günahın nağılı.

Zəfər qoxulu Kəlbəcər

Yolları  bürüyüb  vüsal qoxusu,
Gəldim görüşünə,salam,Kəlbəcər.
Sinəmdə misralar coşub çağlayır,
Bəs niyə bu qədər lalam,Kəlbəcər?!


Ötən xatirələr  necə də  sərin,
Arzumu,şövqümü yollara sərin.
Zəfər  ətirlidir  gələn  səhərin,
Bu payız yenilməz qalam,Kəlbəcər.


Dağlara baxıram alışır könül,
Torpaqla,ağacla danışır könül.
Neçə dərə keçib,dağ aşır könül,
Bulaqların şirin laylam,Kəlbəcər.


Əhsən, ər oğluna, ərən oğluna 
Basdın qədəmini zəfər yoluna.
Bu payız qoy bir az girim qoluna,
Sirdaşım, qardaşım,balam,Kəlbəcər!

Ümidin gözləri

Qaranlığın üzünə
bəyaz misralar kimi
yazdım göz yaşlarımı…


Gecə üfüqlərin qəlbi
sıxılmasın deyə
dan yerindən asdım

baxışlarımı.


Xəfifcə misralarımın
alnından öpdüm,
anamın duaları
diksindi…


Ayrılığın qulağına
adını pıçıldadım,
dodaqlarım isindi.
Sənsizliyi
 yetim uşaq kimi
sıxdım köksümə.
Və umidin-
öpdüm gözlərindən…

Şəhid xanımların ağrısı

Çiçək-çiçək balalarını
basıb bağrına,
Söykənib qərib-qərib
Qəlbinin ağrılarına.
Nakam sevgisinin adını
Sıxıb dodaqlarına
Bir gəlin ağlayır.


Ürəyinin ağrısı
məlul-məlul
boylanır baxışından
Dünyanın
qırçın-qırçın dərdi,kədəri
göyərir göz yaşından.
Alın yazısı utanır,
utanır alnının qırışından.

Bir gəlin ağlayır-
ömrümün xəzan olmuş baharına.
Bəxtinin güneyində 
güllələnmiş arzularına
bir gəlin ağlayır…


Qəfil şaxta düşüb 
qəlbindəki nakam
sevgi çiçəyinə.
Dərdin,kədərinə 
göylərindən 
əlçim-əlçim qar yağır
telinə,birçəyinə…


Bir gəlin ağlayır,
ahını göz yaşlarına
büküb,
səpir üzünə yolların.
Kirpikləriylə fələk rəsmini çəkir
gözlərində avar çəkən ağrıların.


Bir gəlin ağlayır,
üzünü söykəyib
adından vətən ətri gələn
bir igidin başdaşına.
Bu şehid məzarından
hünər nəğməsinin 
əksi düşür
onun göz yaşına…


Bu gəlinin 
göz yaşlarını silməyə,
bir əlçim ümid ver,
Vətən,
qoy bu mezarın əlləri
uşuməsin…

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest