Eşqin Məmmədov – Şeirler
Son ümid.
Payız məni darıxdırır, İlahi!
Qəribliyim sanki yenə qalıbdır.
Sevinc addım-addım ötür yanımdan,
Arzularım çiskin-çənə qalıbdır.
Nə zalımmış bu ömrümü düzəldən,
Bir ömür ki, düz çıxmayıb yüz əldən…
Mənim bəxtim belə gəlib əzəldən,
Sabahlarım min dünənə qalıbdır.
Axı necə çıxım, gedim xoş yerə?
Bəsdi ruhum, bəsdir, məndən düş yerə.
Ümidləri xərcləmişəm boş yerə
O ümiddən bircə dənə qalıbdır.
Uzaqlaşdın məndən yenə yüz qarış,
Bu taleyim, vallah, mənə qışdı-qış…
Gah borandı, gah tufandı, gah yağış,
Son ümidim sönə-sönə qalıbdır.
Sən
Bilmirdin nə vaxtsa ağlayacaqsan ,
Mənim gözlərimdə yaş qoyanda sən.
Sevgi mənzilini mən tək tikərdim
Yadın yuvasına daş qoyanda sən.
Əllərin əclafın kobud əlində ,
Bir zaman solacaq təravətin də ,
Hər dəfə ağrılar tutur sinəmdə,
Özgə sinəsinə baş qoyanda sən.
O səni tərk edib gözlərin yaşda
Necə bağışlayım , deyir bağışla,
Bilmirdin əllərin qalacaq boşda ?
Eşqinin ürəyin boş qoyanda sən.
Əzrail da, bekar qalıb,
Day qocalıb, yad itirir.
Saat da, əqərəblərində,
Dərd aparıb, dərd gətirir.
Acı- acı şirinliklər,
Zil ucuna bəm calayır.
Ulu karvan cığırları,
Ah ağlayır, zar ağlayır.
Axtarma o xoşbəxtliyi,
Dünyanın heç harasında.
Gəzir bədbəxt kişilərtək,
Bir qadının arxasınca.
İblislərə əl uzadır,
Mələk olan o kəslər də.
Day həqiqət saxlayırıq,
Quş əvəzi qəfəslərdə.
İstilər də soyuqlayıb,
Sanki bizim tərəflərdə.
“Hörməti” düz etməsən,
Düz düzülmür həriflər də.
Bir gün mənə könlüm dedi :
-Tərk edilmiş hər bir sevgi ,
Əzab çəkən insan kimi ,
Baxışlarda ağlayarmış.
Day döyülmüş bir sətirəm.
Məndə tapır hər itirən .
Kədər əkib , dərd bitirən…
Qarğışlar da ağlayarmış.
Çətin sevinc tapar ömrüm .
Bəsdi , nolar qutar ömrüm…
Gizlin -gizlin bahar ömrüm ,
Qərib qışlarda ağlarmış.
Ünvanları səhv salırlar ,
Yad ürəkdə yer alanlar.
Deyir ancaq vəfalılar …
Gözdən dışlarda ağlarmış.
Doğulmadım , necə ölüm ?
Ömrüm film , bircə bölüm.
Nə biləydim şair könlüm ?
Ağlayarmış , Ağlayarmış !!!
Günahsızlar
Bir şeyi anlamam itə, pişiyə
Biz heyvan ismini vermişik niyə?
Bir halda dünyada kamildi insan
Niyə biz onlara vurmuşuq ziyan?
Filin sümüyünü kəsəydik gərək,
Nə var özümüzə düzəldək bəzək .
Meşədə can verən yaralı ceyran,
Öldürüb dünyada bəyəm bir insan?
Heyvanlar haqlıdır, əlbtədə-əlbət
Sən demə yoximiş bizdə mərhəmət.
Niyə biz bülbülü sıxaq qəfəsdə?
Əgər ölürüksə “Azadlıq” üstə.
Əyilməz vəfasız gülün eşqinə,
Tikanlar üstədir azadlıq yenə.
Əgər inkişaf etsək qəlbdəki hisdə,
Vicdan böyütmüşük qəlbimiz üstə.
Gözlərim önündə bədbəxt bir qoca ,
Hərəkət eylədi “yaşından uca”
Əyilib o yerdən götürüb daşı ,
Vurmaq istəyirdi günahsız quşu
Kənardan izləyib biraz bu hayı,
Dözmədim, axırda söylədim dayı,
O daşı atmağa vermə sən qərar,
Quşunda dünyada yaşam haqqı var.
Şəhid Abbasov Ağaqardaşın əziz xatirəsinə .
Bəlkə mənə tanrı rəva bilmədi,
Dərəmmədim bu gülləri, bir daha.
Bu şeirin başqa cürdür qisməti
Ovundurar könülləri, bir daha.
Həyat bir iblisdir, işi xatalı,
Ömrüm ötür tufanlarda bəlalı
Doğmalarla, həm atalı, analı
Çətin tapam o günləri, bir daha.
Hələ deyilməmiş neçə sözüm var
Bir övlad axtaran qəmli gözüm var
Hər daşda, cığırda, mənim izim var
Ruhum gəzər o çölləri bir daha .
Yağışda, günəşdə çürüyür budaq
Köklərdi yaşayan torpaqda ancaq.
Həyat ağacından düşəndə yarpaq
Yaşayarmı fəsilləri, bir daha?!
Borcun ödənməzi, Ana, bağışla!
İndi xatirəyəm bir qara daşda.
Bəzən büdrəyəndə, İlkin yapış da,
Tutarammı o əlləri, bir daha?!
Bacı .
Üzündə təbəssüm , gözlərində nur ,
Olmasın yanaqda yaş heç bir gilə.
Her şeyin üstünə sevgi toru qur ,
Bəzən dərdləşəsən öz ürəyinlə.
Sən hələ fidantək çıxanda yerdən
Səni qurtumasın böyük şəfəqlər
O gül çöhrənin üstündə sənə
Bu qəlbimdən saldım ora kölgələr.
Mənə bağışladığı.
Öz ömrümdən şeir yazardım sənə
Yazılmamış neçə sətri qalıbdır ?
Elə bil ki , ayrılıq , hicran, həsrət..
Yaşamaqçün məndən ötrü qalıbdır.
Baş qoyardın onda tez – tez sinəmə
Vaxtsız ayrılığa çoxdu bəhanə
Soruşsalar ondan qaldı sənə nə ?
Köynəyimdə bircə ətri qalıbdır.
Ana .
Verir illərini yolunda qurban .
Övladçün kül olub , yanan Anadır.
Boy atır qəlbimdə eşqin pöhrəsi
Könlümə sevgili canan Anadır.
Utanır ətrindən güllərin ətri ,
Allah önündədir ,hörməti –xətri .
Çətinə düşəndə övladdan ötrü ,
Doğrunu , düzgünü danan Anadır.
Övlad pis olandan yazıq neynəsin ,
Üstündən əskiltməz ,yenə kölgəsən .
Ana o deyil ki , körpə bəsləsin
Analıq hissini qanan Anadı .
Çöldə böcəklərə , gülə – çiçəyə
Torpağa , dənbəyə , daşa –kəsəyə
İnsana , heyvana , itə -pişiyə
Bütün olanlara cahan Anadı .
Həqiqət sayılmır adi inkarlıq
Torpaqda anadı , ona nə uyarlıq ,
Dünyada müqəddəs ən böyük varlıq ,
Eşqinin sözünə inan Anadı .
Qara Çətir .
Yaz gəlir , qarışqalar işləyir
Onlar sevinir, yazın gəldiyinə ?
Məncə yox .
Yeni dərdlər , yeni işlər
Başladı….
Heç kəs buna sevinməz.
Yaz gəlir , açır çiçəklər
İnsanlar , arılar , quşalar sevinir
Çiçəklər sevinmir .
Niyə ?
Onların 15 gün ömrü var .
1 ay külək olmayacaq.
Sırsıra da sevinmir …
Elə hey ağlayır .
Ağlamaqdan məhv olacaq.
Ya kədərdən , ya sevincdən
Ağlamayın .
Əriyərsiz əzizlərim. Yox olarsız.
Bəlkə qaranquşalar sevinir ?
Bir dəfə bala çıxarıb , öləcəksə
Sevinməz .
Şaxta gedir , boran gedir , qar gedir .
Yaz sevinir , yaz sevinir
Qış sevinmir , qış ağlayır .
Şaxta kimi sərt olanlar sükutdadır.
Sevgi Hədiyyəsi .
Bağışla sevgilim , səntək birinə ,
Özüntək dəyərli nəsə tapmıram .
Hədiyyə olacaq büket yerinə ,
Sənə ürəyimi bağışlayıram.
Səninçün o qədər hədiyyə saydım ,
Hətta dəyərsizdir yanında dünya .
Mən sənə hədiyyə qızıl alsaydım ..
Qızıl da olacaq , dəyərsiz əşya .
Sənə bağışlayım dəyərli nəymi ?
Ömürlük bir əzab verməsin mənə .
Həyatımı , ömrümü , sevən ürəymi ,
Əbədi hədiyyə edirəm sənə !!
Sənə nə alım fikrə gedirəm…
Bəlkə adını özün deyən ?
Mən sənə özümü hədiyyə edirəm
Çünki , sə özün bir hədiyyəsən …
Hardasa , naməlum bir ada yaxınlığında
Qəzaya uğramış gəmi kimi
Çoxdan tərk edilmişəm.
Boz rəngli havalarda
Küləklər ,
Yağışlar
Məni çox döyüb .
Yarpaqlarım çoxdan torpaq olub ,
Mamırlamış budaqlarım
qırıq – qırıq
Xırda -xırda
Enir yerə .
Artıq qurumağın vaxtıdır.
Onsuz sən də məni təmiz unutmusan
Köhnə şəkillər kimi
Gec – gec
Yadına düşürəm.
Tək buludun nə yağışı olar ki ?
Topa halda bu dünyaya yağmasa…
Mən yarım sən param
Səni görmək ümidilə
Pəncərənin önündə
Quştək yuva qurmuşam.
Sən hava ol sevgilim
Mən sənə aslı insan
Sən bir an olmayanda
Tək yaşaya bilməyim.
Sən bu yoxluğunla
Bənzəyirsən tanrıya
Səninçün dualarmı
Eşitməyirsən guya
Hətta toza dönürəm
Ayaqqabına batım mən
Təəssüf ki çox qalmıram
Sən məni tez silirsən
Görüm ayaqlarını mən
Geyindin bəzən qısa
Bircə bu mənada sən
Insaflısan hardasa
Gəl sevişək bir kərə
Məni yaşat dünyada
Axı nə qədər soyunasan
Sən mənim xəyalımda ?
Ağ vərəqdən hazırlanmış göyərçin.
Küsməyə tələsmə , incimə məndən .
Hər şeyin bir sirri , bir səbəbi var.
Vallah , xəbərsizdir inciməyindən
İçimi dolaşan küt -küt ağrılar.
Soruşma əhvalım , demə necədi ?
Cavabsız kiməsə üz uzadanda …
Çiçək də helədi , gülə də helədi
Quruyur kökünə su çatmayanda.
Mən də pis oluram üzülməyindən
Özünü , fikrini , biraz dəyiş də..
Bir şeyi anla kı , yazda da bəzən
Buludlar altında qalır günəş də.
Gəl , daha azdıraq biz bu tərsliyi ,
Şikayət etməsin ürək – ürəkdən .
Ümid edirəm ki , bu incikliyi
Qəlbində əbədi gizləyəcəksən !
Pulludur.
Bizim məmləkətdə yaşamaq üçün,
Torpaq da pulludur , su da pulludur.
Çirin əməlləri , qara işləri
Saxta sənədlərlə yu da , pulludur.
Bizə gəncliyimiz nur səpəcəkdi ?
Hərə bir tərəfə qohumunu çəkdi.
Guya təhsilimiz yüksələcəkdi.,
Yes əlli manatdı , nu da pulludur.
Gəda hökmdarıdı sizlərsə qulsuz
Bərbər tük axtarır , yolçuda yolsuz.
Deyirdim məhəbbət , sevgidi pulsuz
Eşqin yanılmısan , bu da pulludur.
Kiçik bir arx.
Üstündə yaşıl otlar boy qaldırıb.
Gövdəsi ağ ağcların ,
Altı gümüş kimi şəfəqli
Üstü Laçın kimi yaşıl.
Yarpaqlar rəqs edirmiş kimi
Acıq edir.
Hava lap qaralıb.
Temperatur 5 -6 dərcəyə enib.
Xırda yağış dənələri üz -gözümü tumarlayır.
Arxivi axtarıram.
Beynimin kitabxansında.
Köhnə , dağılmış xatirləri axtarıram.
Toz basmış günləri silmək istəyim var.
Artıq yer də palçıqdır .
Yaz , sən payız ola bilmərsən .
Sənin xarakterin yaşıldır .
Soyuq deyilsən. Üşütmürsən məni . Nə qədər
Yağsan da istisən.
Haqlısan .
Haqlısan!
Mən də onlar kimi deyiləm.
Haqlısan dostum. Haqlısan .Haqlı.
8 Mart
Düşünmə o yazmadı
Mənə səkkizi martda .
Sən zaman tanımırsan
Qəlbimdə , yaddaşımda .
Səni nə qədər sevirəm ?
Cavabın verim sənə ?
Təqvimdəki səkkizi
Biraz çevir tərsinə .
Bir həyat lövhəsində
Xobəxt günləri artır
Götür sevgi qələmin
8- in arxasına
Çoxlu – çoxlu düz sıfır.
Yenə də hədiyəsiz
Əliboş gəldim canım.
Sevgidən böyük sənə …
Mən hədiyyə tapmadım
Sonuncu Gülün etirafı.
Çirkli pislikləri …
etiraf edən utancaq , adi insanlar.
Yekəqarın qadınların hamilə qalması ..
Dayaz boşqabda boğulanlar ,
Kiçik lövhələrdə böyük fikirlər
Yekə başlarda mənasız düşüncələr
Qalın -qalın oxunmayan kitablar ..
31 çəkən yeniyetmə oğlan
Mastrubasiya edən qız .
Kuklasınına yemək verən qızcığac
Gözü yaşlı , toxluq hissin dadmayan
Ac körpələr .
İşıqlı şəhərlər , işıqsız kəndələr
Müharibələr …nələr və nələr..
Texnikasız , internetsiz xoşbəxtlər
Texnika və internetli bədbəxtlər .
Gəndəlaş kimi hayasızlıq .
Bitirmisən , yartmısan
Çirkli dünyanın ,çirkli insanları .
Yaratdığım Qadıın .
Sən kədərli danışma ,
Sevinc səndən inciyər .
Çünki , bizim sevinci ..
Çoxdan tutub qəm , kəfər.
Səni qucaqlayanda
Ulduzlar kimi məndən…
Anlayırdım uzaqsan ,
Hər səmaya baxanda.
Deyirsən daha bəsdi ,
Olaq özmüzdən uzaq
Biz ki , bir olmamışdıq ,
Axı necə ayrılaq ?
Amma yenə görüşdük
Ağrı gəlmit içimə
Işlənmiş şeyləri
Xoşlamıram incimə
Səni çox sevərdim
Tanrınını hətta ciddi
Olmayanları sevmək
Məndə köhnə adətdi.
Rusiyaya gedən yol 1999 cu il.
Sağ ol deyib , vətəndən
Atamın arxasınca ….
Uzaq bir yola düşdüm ,
Bir qaranlıq qatarda .
Pul olmadı kupeyə
Onçün aldıq plaskart
Nənəm , babamdan ötrü
Darıxırdım hər saat.
Gah işıq yanıb – sönür
Arada bala kəsəyən
Çörək oğurlayanda
Qorxurdum düzü bəzən.
Sevmirdim bu səfəri
Ağlayıb istəyirdim ,
“ Tetrisdəki “ maşınlar
Qaytarsın məni geri .
Bəlkə var tanışlarım
Düşüncəsiylə baxıb ,
Yad insanlar tapırdı
Ancaq sərt baxışlarım
Betonkaya çatıırdıq
Biz artıq addım – addım
Hətta darıxmaq üçün ,
Səbirsiz darıxırdım.
Var idi orda bayraq
Üçrəngli formada
Amma onda yox idi
Nə ulduz , nə ay para .
Artıq həqiqət idi
Qarşımda yeni dünya
Bilirdim , Vətənə qalıb ,
Məndən çox-çox uzaqda.
Bəzən durnalarla
Elə salam deyib , ancaq ..
Bilirdim ki , bu quşlar
Bizlərdə olmur qonaq .
Gəldiyim reslər üstə
Mən uşaq ağılıyla
İstəyirdim hey qaçam
Üzü elə – obaya.
Payızda
Ürəymin nəğməsi,qəlbimin səsi
Gülümsər sevinci, sazı payızda
Dərib bağçalardan heyvanı, narı
Dolduraq səbəti , vazı payızda.
Saralsa çəmən də , solsa da çiçək
Qəlbində yaşayır duyan bir ürək
Sevilib ürəkdən , sevəsən gərək
Qızların başqadı nazı payızda
Oxşayır qəlbimi yağışın səsi
İtir ağacların sərin kölgəsi
Həyatdan qoparır ovçu gülləsi
Turacı payızda , qazı payızda
Alovlu həyatım sanma ayazdı
Ömrümün qələmi son sözü yazdı?
Bəxtiyar ellərdə yenədə azdı
Min ömür yaşasan azı payızda
Buda təbiətin şıltaqlığıdı
Nurlu baxışlarım seyrinə daldı
Eşqin, buda şair həssaslığıdı
Yaşanır ömrümün yazı payızda
İnsan.
Cahanı duyanlar , neçə dahilər ,
Necə var olmuşuq , çox fikirləşib.
Ya Allah yoğurub möhtəşəm əsər ,
Ya təkamül edib günmüzə gəlib ?
Kim verər cavabın bu sualların ?
Bu insan övladı necə yarandı ?
Bəlkə də özünü bu kainatın ,
İnsan Allah olub özü yaratdı.
Əsası odur ki , biz varıq bu gün ,
Ancaq axtarırıq yenə o sirri .
Əzəldən həyat da olsaydı düzgün,
Onda yaşayardıq biz insan kimi.
İnsan sığmadı bir insanlığa ?
Vəhşilik eyləyir , baxırsan haçan .
Batdı bəşəriyyət zil qaranlığa ,
Tapılmır hələdə bir işıq saçan.
Kimin gələcəyə min ümidi var
Bəlkə gələcəyi onlara çatdı.
Nifrətdən kök alıb qalxan arzular.
Əsl haqqı danıb , tanrı yaratdı.
Tövratı , İncili , yada Quranı
Yaratdı özünə böyük həqiqət,
Cəhənnəmə gedən, insanlar hanı?
Əgər satılırsa biletlə cənnət.
Biri həsərət qaldı , quru çörəyə,
Biri kabab yedi , içində kabab .
Gətirdi Aysberq keflə içməyə
Biri su tapmadı içməyə bir qab.
Hanı o kasıblar , ölən igidlər?
Bəlkə tarix bunu gündəmə saldı,
Tarixdə saxtatdır lap bizim qədər.
Nadanlar tarixin səsində qaldı.
Dan yeri ağardı , üfüq qızardı ,
Bəlkə gəmisidir qızaran Nuhun?
Biri o birinə quyu qazırdı ,
Üçüdə qalıbdır altında suyun.
Kim nə aparıb fani cahandan ?
Yaxşı əmmələrdən işdən savayı.
Niyə pislik edir insana- insan ?
Hamı alacaqsa bir ölüm payı.
Bir heyvan qədərdə ola bilmədik,
Onlar halımıza gətirmədi tab.
Bəzi canlıların nəslini kəsdik,
Yaratıq sevinclə Qırmızı kitab.
Yenə şölə saçır ana təbiət,
Onun gözəlliyi böyük məhəbbət.
Qaldırır başını yerdən bənövşə ,
Qonur jalələri torpağın üstə.
Əl çəkir çiçəklər üstündən külək ,
Çəmənlər sevinir çaxanda şimşək.
Səmada buludlar gülür torpağa,
Yaranır məhəbbət sel yağa-yağa.
Ulduzlu gecədən yadigar şəbnəm ,
İlbizlər yolunda qalıbdı həmdəm.
Qayalı dağlarda çağlayan bulaq ,
Ona müqayisədir göz yaşı ancaq ,
Söndürür atəşi , söndürür közü ,
Həmin bulaqların qaynayan gözü.
Gəzişir bir afət bulaq başında ,
Gülür gözlərinə göz sataşanda.
Onun gözəlliyi nəğmə , şeirdi,
Nura qərq olaraq günəşinə girdi.
Məni səmalara göyə baxdırır ,
İncə şəfəqləri göz qamaşdırır.
Partlayır sinəsi lacivərdlərin,
Kim açıb oxuyub günəş ürəyin ?
Günəşdə sevgidən yanan ürəkdi,
Sevgi yaymaq üçün görünəcəkdi.
İnsan duyğulanır baxanda Aya ,
O da sevgi veirir gecə dünyaya.
Yer də bizim vətən ,necə gözəldi
O da kainatın sehrinə gəldi.
Bülbüllər uçuşur qızıl gül üstə ,
Şair şeir yaza nəğməsi üstə.
Onun musiqisi əsərdi ölməz ,
Heç bir nəğmə onu öldürə bilməz.
Olanda yaylaqda , bağda –bağatda
Rahatlıq gizlənir qəlbimin altda.
Yetirir bağçalar min cürə nemət,
Yedikcə alırsan böyük bir ləzzət.
Sünbüllər qol-qola titrəyir zəmi ,
Etiraf eyləyir sevgi səmimi ,
Budağa sarınıb sarmaşıq eşqi
Görsənir Məcnunlar , Leylilər kimi.
Şır-şır şırıldayıb axan çeşmələr,
Gül-çiçək bağına can verib keçər.
Palıdlı meşələr ucsuz –bucaqsız ,
Yulğunlu , iydəli yerlər hardasız ?
Suya həsrət qalan yovşanlı çöllər,
Doğmadır sakinə Allahı qədər.
Söyüdlü bağçada bülbülün səsi ,
Yaradır içimdə yaşam həvəsi.
Mürgülü göylərin uca qübbəsi ,
Bürüyüb aləmi bulud nərəsi .
Bütün təbiətə yağışdır ana ,
Şor suda öləni gətirir cana.
Artıq eşidirəm Bəyquş səsini,
Salır gecə yenə öz pərdəsini.
Dağların başından ötüşür duman,
Asılıb səmanın ortasında dan.
Dalır təbiət gecə , xəyali sakitliyə ,
Tərpənməz dodaqlar , qeybət olmasın deyə.
Durub bir yanımda göl, o birində durub Kür,
Suların üzərində quşlar nur saçıb üzür.
Çınqılı axan çaylar , əzəmətli qarlı dağ ,
Səhralarda yaşayır , dəvələr nədən ancaq ?
Çünki ora vətəndi , qəlbi olsada darda ,
Vətənin haradırsa , cənnətin durub orda.
Ancaq nədən bilmirəm anlamır insan bunu ?
Yerə baxmır vətəntək pozur həyat qanunu.
Dünyamızı bölərək . qitələrə sərhədə ,
Dövlət adlı bir qurum yaradıb hər tərəfdə.
Biri zəncidi deyə kasıb yaşamalıdı ,
Biri açır baldırın hər şey ona açıqdı.
Biri deyir fransız , biri deyir ingilis ,
Axı necə insanı millətlərə bölürsüz?
Mənim qəhramanım , adı olmayan insan ,
Gəzir bütün cahanı sizlərdən danışarkan .
Görür bütün dünyanı , hər bir yerdə səfalət ,
İnasan didir insanı , çəkdirir ona əziyyət .
Xiristian , yahudi alır müsəlman qisas ,
Bu vərdişlər onlara qalıb atadan miras.
Üçüdə azğınlaşıb , Allahı unudublar ,
Özlərini qırmağı bir məqsəd qoyublar.
Hərəsi istək üzrə formalaşdırıbdı dil ,
Qardaş ! Qardaşın dilin anlamaq mümkün deyil.
O qədər çoxalıbdı , lənət olmuş pul –para ,
Vicdanda görsənir , insana pul formada .
Axı bu cansız kağız , gör nədən yaranıbdı ?
İnsanların əlindən insanlığı alıbdı.
Ey insanlar biz hamımız , bir ata övladıyıq ,
Yer bizim anamızdır , bizdə ona bağlıyıq.
Tarixlərin gedişi dəyişmədi dövranı ,
Nə İsgəndər ,nə Sezar qurtarmadı cahanı.
Qəlbimdə narahatlıq keçirdim mən Məkkədən ,
Birdən azan verildi səs ucalıdı bərkdən .
Bir nəfərin qəlbində vardı vicdan pöhrəsi
Allaha üz tutaraq deyir onun bəndəsi.
Gahi varlı oluruq , gahi də yoxsul oluruq ,
Vicdanı satıb , pul oluruq – pul oluruq ,
Satılır mənəviyyat , biz əyilib qul oluruq,
Bizə zülm eyləmə nolar belə Allah!
Göstər gücü satqınlara , azğınlar dəxi deki bəsdi ,
Göstər gücünü , cümlə təlatümlü küləklər necə əsdi ,
Çır-çır çığırıb , bar-bar bağıranlar səsi kəsdi ,
Gətirir naz ilə , avaz ilə bülbül dilə Allah.
Demə küfr eyləyirəm sən məni dinsiz biri sanma ,
Allahı unutsam qənim olsun gücü canıma ,
Şeytanlar yaşaya , köç daha dövranə inanma ,
İnsanlıq yaşaya insanlar içində ölə Allah.
Bir qədər ağrıdım bir qədər soldum ,
Yenidən doğulub , yenə yox oldum ,
O susuz səhrada min bulud oldum,
Ağlayır ürəyim yağıb keçirəm.
Bir sözüm qalmayıb , daha kəsərli
İraq viran olub ,Suriya sirli ,
Elə bil arzuyam dərdli , kədərli,
Onların ürəynə batıb keçirəm.
Hərə o mazutdan pul payı istər ,
Niyə bir şahdı o biri nökər ?
Axı yalqız insan nə edə bilər ?
Yenə həqiqəti satıb keçirəm.
Bəzən susuram mən bilə-bilə ,
Mənidə məhv edər gətirsəm dilə
Zülm edən insana baxıb qəzəblə
Yenə xəyalımda yatıb keçirəm.
Tapılmır orada adi bir suda ,
Yeməyi tapırlar onlar yuxuda ,
Artıq yaxındadır ulu Afrika ,
Qırmızı dənizə çatıb keçirəm.
Ancaq çox ağlayır bizim Fələstin ,
Onları kim salıb yurddan didərgin.
Bəlkə onlar edir özünə günah ,
Kim ki , körpələrə tutdurur silah.
Güc silahda deyil elmdi əlbət ,
Onu anlayanlar qalibdir fəqət.
Görübdür bu diyar yüz müharibə
Döyüşdə qaliblər olmurmuş demə.
Mənasız savaşda qurbandı min can ,
Bax budur insana ən böyük nöqsan.
Min əsrlər , qərinələr ötüb keçib bu torpaqdan ,
Yaşayıbdır qəlbi üstə , yaxşı insan bəzən nadan.
Ceyranları , meymunları , aslanlara göstərir naz ,
O tropik meşələrdə qəlb oxşayır min bir avaz .
Bəzən qəmli , bəzən gülüb sinəsindən keçəndə Nil ,
Al günəşin ləçəkləri , sevindirir cürbəcür gül .
O əngin səhralardan ötüb keçir neçə karvan ,
Təbiətin vəhdətindən yaranıbdır xəfif insan .
Aşıb – daşan çayları , göz yaşı tək bulaqları ,
İçməyə heç su tapmayır qara dərli insanları .
Bəlkə sirrin edib nihan , mən bilmirəm , anlamıram ,
Fikirlərim üzərinə isti yağış yağır aram .
Ey Afrika , Ey Afrika .
Qana dönür kövrək ürək ,
Görüb susuz torpaqları .
Nə su tapır , nədə yemək ,
Yazıq zənci uşaqları .
Ey Afrika , Ey Afrika .
Kimlərə sən calanmısan ,
Gah əyilib, gah sınmısan ,
Ömrün boyu talanmısan
Ey Afrika , Ey Afrika .
Pis keçirdin dünəni sən ,
Parçaladın sinəni sən ,
İnsanlığın beşiyi sən ,
Ey Afrika , Ey Afrika.
Qəlbən onlar bil ac deyil ,
Xəstələnirsən ilbəil ,
Ağlama göz yaşını sil ,
EY Afrika ,Ey Afrika
Təbiətin sən evisən ,
Dərd dağının zirvəsisən
Silah , sınaq mərkəzisən ,
Ey Afrika , Ey Afrika.
Sənin böyük ümidin var ,
Oba –oba , diyar –diyar
Ocaqların yenə yanar
Ey Afrika , Ey Afrika
Pis günləri təmiz unut
Qoy sevincdən yağsın bulud,
Tarixində , sən məni tut
Ey Afrika , Ey Afrika.
Sinən üstə çoxu yoxsul ,
Bir dollar bir qucaq pul ,
Səni əyib eylədi qul ,
Aşıb daşan sərvətlərin.
Ey Afrika , Ey Afrika .
Əyləşib təpənin üstə bir qoca ,
Afrika dərdindən oxuyur uca .
Min illər qırmadım acı tilsimi ,
Qapdılar əlimi quduz it kimi ,
Açıram özümə öz dərdlərimi ,
Quruyub qırlan budaq olmuşam.
Ay Allah , özümlə necə barışım ,
Nələr çəkməyimdi bu qoca başım ,
Doğma övladımı pula satmışım
Onda qanmamışam uşaq olmuşam.
İnidi nə ölüm var , nədəki dirim ,
Bəlağət gətirmir avaza dilim
Kədərdən istədim dərdi öldürüm
Sən demə özümə bıçaq olmuşam.
Fransa qul etdi özünə məxsus ,
Amerika verdiyim haqlarımı qus ,
Sinəmdə dolanıb ingilis , rus
Özüm-öz elimə yamaq olmuşam.
Yoxuymuş onlarda demə mərhəmət ,
Çökübdür qəlbimin üstünə zillət ,
Axı mən idim böyük həqiqət
İndi bu aləmdə naxaq olmuşam.
Qızıllı yatğım , tükənməz almaz ,
Aldılar əlimdən vurub bir qapaz
Sönən ocaqlarım bəlkədə yanmaz
Vaxt olub bəşərə ocaq olmuşam
Açım tariximi dərd varaq –varaq ,
Qırılıb köksümdə qız , oğul-uşaq
Hamıya inanıb açmışam qucaq
Ah necə sadəlhöv axmaq olmuşam
Bulaqtək qaynayır köksümdə yara
Bəlkə bu sözlərim təssəlim ola
Kiminə günəşli , gözəl Afrika
Kiminə kəsici sazaq olmuşam.
Yandımı dərdimə o uca allah ?
Niyə əl uzatmadı biz aca allah?
Göndər Əzrayılı day qoca allah
Deyim bu dünyada qonaq olmuşam.
Bəsdi , biz danışdıq qəmdən , kədərdən
Şairə güc gəlir gözəllik hərdən .
Qəlbimdə oynayır şirin duyğular,
Afrika dəminin öz aləmi var.
Sanki bir yola bənzər hüdudsuz meşə
Orada dost olur canlı həmişə
Ulu mağarada qoca silahlar
İnsanı aparır bir an keçmişə.
Ün salıb hər tərəf quşlar səsində
Aslanlar ov edir öz həvəsində
Altundan qiymətli olan şeyləri
Min illər gəzdirir Nil sinəsində
Antilop qərq olub böyük sevincə
Qağayı paklanır göldə çimincə
Anansas , kakau birdəki tütün
Yığır siyah qızlar hey incə-incə
Qələmim tarixə yenə baş vurur
Napalion almışdır bu yerdən qürür
Sirri açılmayan piramidalar
Afrika başına tac kimi durur.
Dolanır düzləri aslanlar , fillər
Bəzən özlərinə köks ötürürlər
Gətirir göz yaşın badi-şəbnəm
Güllər bu eşq ilə bil böyüyürlər.
Gedirəm , fikrlər , sözlər dolaşır
Təbiət qonağın tez yola salır
Fərqi yox hansı yer ,hansı məkanda
Könlümdə Afrika daim yaşayır.!
Gəlin söhbət açaq biraz elimdən
Dahilər bitirib , alim göyərdən
Bu elm adlanan böyük ağacdı
Onun çiçəkləri solmayacaqdı
Kim elm şumuna kök atıb getsə
Min sirri açılar övrağı üstə
Elm günəşdən də böyük günəşdi
Keçmişi , indini məhz o dəyişdi.
Nəyə gərklidi elimsiz insan ?
Ağacda yaramır quruyan zaman,
İnsana gərəkdi zəhmətt və bilik
Onlarsız inan ki , biz də heçnəyik
Savadsız insanlar tozlu bir ayna
Təəssüf ki , çatmayır insan dadına
Elm bir aynadı sən olsan gümüş
Dahilər cahanı bu cür görürmüş.
Hər şeyi itirsən , unutsan evdə
Elm yaşayacaq daim səninlə .
Dahi doğulmur ki , anadan uşaq
Öyrənmək yoludu dahilik ancaq.
Pifaqor söyləmiş bir vaxtlar belə
Oxuyub , düşünüb sonra kəşf elə
Hər gecə oxudu böyük Nizami
Məhz elm eyləyib Tusini – Tusi.
Elmlə ucaldı insan kosmosa
Nərdivan çıxardı bizləri yoxsa ?
Əlbəttə nərdivan böyük icaddı
Ancaq o kosmosa gedib çatmadı
Görünür çox oxuyub raket yaradan
Deməli az oxuyub nərdivan quran.
Deməli nə qədər oxuyub , öyrənsən
Oxduğun qədər də sən yol gedərsən .
Tək elmli olmaq , etməz kifayyət
İnsana gərəkdir həm də mərifət.
Səliqə -sahmanlı çiçəkli bağça
Görsənir dağlardan bəzən çox uca
İnsan o zaman tapır səadət
Onda həm elm var ,həm də mədəniyyət.
Heyhat ki , dünyada hamı bərabər ,
Oxuyub , yazmağa açmadı dəftər.
Eləki tapmadın , qələm nə kağız ,
Taxta parçası ilə quma yazarsız .
Zəhmətlə çəkilən ümid rəsmini
Nadanlar yudular dalğalar kimi.
Dayanmır əlimdə kədərli qamçım
Bəşər əxlaqından bəlkə söz açım ?
Zahirən gözəllik başqadı –başqa ,
Dayanır tərbiyə , əxlaqla başda ,
Sən əgər özünə tərbiyə versən ,
Həyatda xeyrini daim görərsən.
Hər qəlbin gərək ki , vicdanı olsun,
Vicdan çeşməsində pislik yuyulsun
Bütün gözəlliklərə çalış ol vətən
Gözəllik yaradır hər şeyi bəzən .
Çalış tərbiyəni damcıtək alma
Dənizlər yaratmır inan ki , damla
Yağışdan yaranan adi nohurdu
İstidə , küləkdə o da yox oldu
Diqqət et göy kimi sonsuz dənizlər,
Yırğalar sinəsin bəlkə min illər.
Olsa da okenadan onlar çox kiçik
Adı dənizdir ki , kiçik görmürük.
Yaşayır onlarda canlı en qədər
Azalmır heç zaman tora düşənlər.
Müasir deyərək çoxu dəyişdi
Öyüd nəsihətə yox qolu çəkdi ,
Ər doyub arvaddan , arvadda ərdən
Kayf üçün övladın yatağına girdi.
Bunu hara yazım , hansı əxlağa
Nifrət eyləyirəm bu yaşamağa
Ana öz oğluyla izdivac qurub
Keçir zamanından qalır uşağa
İnsanlar boğulur tüstü , dumanda
Beyində işləmir havalananda
Lənət dolanmış otdan əlafdan
Çəkirlər insanlar övlad yanında.
Sonrada yazırıq kitab , dəftətə
Ziyanlı şeylərin həzzinə getmə
Hər şeydən özümüz dursaydıq uzaq
Cahanda tərsinə getməzi belə.
Nə qədər oxuyub ,öyrənsən də sən ,
Əxlaqın yoxdusa insan deyilsən .
Kimə ki , hər bir şey qızıldı , tacdı
Daxili hislərə demək o acdı.
Mənəvi şeylərdən yesən sən qida
Başın söykənəcək daim səmaya.
Bürüyüb dünyanı əzldən dava ,
Tarix tək yazırlar bunu kitaba .
Milyonlar məhv edib olursa fateh
Dərindən ah çəkib təsəllimdir eh
Dünya yaranandan var müharibə
Bu iblis bir xeyir veribdir kimə ?
Mən hələ bu sirri işi qanmıram
İnsan öldürəni fateh sanmıram.
Əgər helədirsə , dünyada aslan ,
Bütün fatehlərə olmalıdır xan.
Fatehlik verilsin alıram qərara ,
Xeyirli işlərə qol qoyanlara.
Bütün bəşərin halınan yanan
Məncə o sayılır fateh bir insan
İsgəndər , Atilla xürrəmi Babək ,
Axı nə qazandılar daim döyüşərək?
Birinin başını kəsib atdılar
Birnin suyuna zəhər qatdılar
Meydanda çatmazdı güc İsgəndərə
Adi xəstəlikdən yıxıldı yerə
Düzəltdik atom silahı hətta
Guya qoruyacaq sülhü dünyada .
Silah dayanıbdı sülh keşiyində ?
O vurur inan ki , sən vur deyəndə.
Sınadılar onu da Xerosimada
Sülh istəyənləri kül etdi o da.
Arzular öldükcə , nifrət dirildi
Çəkirik məhz onun əzabnı indi.
Əgər məhv edilsə bütün silahlar
Azalar dünyada böyük günahlar.
O ölən uşaqlar, ölən körpələr
Bəlkə onlarda böyüyəcəklər.