Ziyayi – Qafqasiyyə’ni ağrıdan,göynədən və incidən nə idi?

“Ziyayi – Qafqasiyyə”ni ağrıdan,göynədən və incidən nə idi? 
və yaxud Ə.M.Topçubaşov’un həyatı,ictimai-siyasi fəaliyyəti ilə  ciddi və ardıcıl məşğul olanlara  açıq məktub

Nazim Nasraddinov adlı şəxsin şəkli.

 Bəyən Əla! Ha ha Heyrətamiz Kədərli Acıqlı 

Salam,dostlar.Mən digər tədqiqatçılardan fərqli olaraq, görkəmli hüquqşünas, jurnalist,ictimai-siyasi

xadim Əlimərdan bəy Topcçubaşovun 1884-cü ildə Tiflis Gimnaziyasın yox, Zaqafqaziya Müəllimlər 
Seminariyasını qutrardıını yazanda bəziləriniz əsəbiliklə mənim “səhv”imi təshih etməyə cəhd
göstərirsiniz.
Mən yazdıım yazılarımda inandığım və güvəndiyim tədqiqatlara və düzgünlüyünə şübhəm olmayan faktlara əsaslanıram.Fakt kimi irəli sürülən mənbələri də bəzən araşdırmalı oluram.
Ə.M.Topşubaşovun Sankt-Peterburqda saxlanılan arxiv materiallarından xəbərim yoxdur.Amma yeri düşdükcə onların bəzi vərəqlərinə baxmışam.
Tiflisdə ərəb əlifbası ilə nəşr olunmuş “Ziya” qəzetinin  ( 25.01.1879-26.06.1884 ) dili üzərində tədqiqat işi apararkən qəzetin sonuncu-26 iyun 1884-cü il tarixli 11-ci nəmrəsində  bir maraqlı yazı ilə  rastlaşmışdım.

Burada Ə.M.Topçubaşovun və sonralar Zaqafqaziyanın IV şeyxulislamı olan Mirzə Həsən Tahirovun oğlu Nəsrulla bəyin də (Nəsir bəy də yazırlar-N.N) adı çəkilirdi.Yazıda   onların hər ikisinin  1884-cü ildə Qori Müəllimlər Seminariyasını qurtardığı xüsusilə vurğulanırdı.

Bu xəbəri oxuyana qədər  mən elə bilirdim ki,Ə.M.Topçubaşov Tiflisdəki Klassik Gimnaziyanın məzunudur.

Qəzetdəki xəbəri dostum professor rəhmətlik Xeyrulla Məmmədovla  bildirdim.Məlum oldu ki,onun da bu faktdan xəbəri var və fikrinin təsdiqi kimi mənə qəzetin həmin nömrəsinin surətini verdi.

…Söhbət 1991-ci ilin iyul ayına aiddir.

Professor dostumun təkidi ilə mənə maraqlı görünən faktı oxucularla bölüşmək qərarına gəldim.  “Yeni fikir” qəzetinin 24 iyul 1991-ci ildəki 29-cu sayında 
“Tiflis Gimnaziyası,yoxsa Qori Müəllimər Seminariyası” adlı yazım dərc olundu.

O vaxtlar indiki qəzet bolluğu yox idi.Yazılanlar oxunur,fikir müxtəlifliyinə hörmətlə  yanaşılırdı.
Yazı “Ziyayi -Qafqasiyyə”dəki maraqlı bir xəbərərin incələnməsinə,fakt kimi göstərilənin dəqiqləşdirilməsinə  xidmət edirdi.

“Ziyayi-Qafqasiyyə”də Qoridən verilən xəbəri olduğu kimi oxuculara çatdırırıq:

“Qorı Darülmüəllimün Məktəbinin şagirdlərinə bu ildə (1884-cü ildə) imtahanın nəticəsi

bu olubdur ki, 35 nəfər şagirdlər çox əla imtahan dutub cümləsinə (Attestat) şəhadətnamə

verilübdür. Bunlardan 13-ü rusdur, 7-i gürcüdür, 4-ü polyakdır və bir yəhudidir və bir ğreqdir 

və 2 dəxi İslamdır. 

Bu islamlardan biri Şuşa şəhrinin bəyzadələrindən Nəsrulla bəy Tahirovdur və biri dəxi Tiflis

bəyzadələrindən Əlimərdan bəy Topçubaşovdur”.

(Xəbərdə sası dinli qonşumuzun da adı var idi.).

Əlbəttə, yazı müəllifini  ağrıdan,göynədən  və incidən o idi  ki,

35 məzundan təkcə ikisi islamdır.Müəllif burada söz içində söz demişdir.Bəlkə də onun başlığa 

məqsədi ərazidəki digər millət və xalqlarla müqayisədə  təhsil sahəsində islam əhlinin  geridə 

qalmasını göstərmək idi.

Qəzetdə məzkur (adı çəkilən) yazının müəllifli göstərilmir.
Çox güman ki, müəllif- Hacı Səid Əfəndi Ünsizadənin qızının əri – damadı,kürəkəni,Tiflisdə rus dilində nəşr edilən   “Юридическoе обозрение” jurnalının əməkdaşı, müsəlman hüququ üzrə görkömli güquqşünqs  İsmayıl bəy Şilyanskidir.

One thought on “Ziyayi – Qafqasiyyə’ni ağrıdan,göynədən və incidən nə idi?

  • 4 Haziran 2019 tarihinde, saat 03:25
    Permalink

    Nazim Nasraddinov Texniki səhvə görə yazının bu hissəsi -sonu məqaləyə düşməyib:

    “.. Belə ki, Səid Ünsizadə 1884-cü ilin əvvəlində Qafqaz rəhbərliyinin əmri ilə Şamaxıda yerləşən
    Bakı Əhli-Təsənni İdarəsinə rəhbər və Şamaxı qazısı təyin olunduğuna görə Tiflisdən Şamaxıya gəlmişdi. Səid Ünsizadə doma şəhərinə qayıdanda “Ziyayi-Qafqasiyyə” qəzetinin mətbəə işlərini mətbuat sahəsində müəyyən vərdişləri olan damadına tapşırmışdı.
    Qəzetin 1884-cü ilə aid nömrələri Şamaxıda redaktə olunsa da,Tiflisdə İsmayıl bəyin rəhbərliyi ilə çap olunurdu.
    İsmayıl bəy günün bütün vacib xəbərlərindən hali idi və o,Qori Seminariyasının 1884-cü il məzunları haqqındakı xəbəri Səid Ünsizadə ilə razılaşaraq, qəzetdə çap etmişdi.
    İndi ZMS-in arxivinə əlimiz çatmır.
    Ceminariyanın arxivindəki bir sıra sənədlər yoxa çıxca da,Tiflis Klassik Gimnaziyasının arxivi öz yerindədir.
    Mübahisələrə son qoymaq üçün “Юридическoе обозрение” jurnalının arxivinə, “Kavkaz” qəzetinin 1884-cü il nömrələrinə də baxmaq gərəkli görünür.
    Hər halda Ə.M.Topçubaşovun 1884-cildə
    NəsrullaTahirovla birlikdə qurtardığı
    təhsil ocağının adı və yeri dəqiq müəyyənləşdirilməlidir.
    Nazim Nəsrəddinov,
    Azərbaycan Respublikasının Əməkdar müəllimi,türkoloq
    Ədəbiyyat siyahısı
    1.Nazim Nəsrəddinov.Tiflis Gimnaziyası,yoxsa Qori Müəllimlər Seninariyası.
    “Yeni fikir” qəzeti. 24 iyul 1991-ci il,N 29
    2.Nazim Nəsrəddinov.Tədqiqatçılar yanlışlığı düzəltməlidir
    Əlimərdan bəy Topçubaşov haranın məzunudur? –
    13.06.2012 [16:36] – Davam.az.
    3.Шильянский Измаил-бек. О наследовании гермафродитов по мусульманским законам //
    Юридическое обозрение. 1886. N 249. II.
    Bakı.
    03.06.2019

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Pin It on Pinterest