Kültür Sanat

ZİYA”DAN (1879-1884) TƏRCÜMAN”A (1883-1918) GEDƏN TARİXİ YOLLARIN MƏQAMLARI

Türk dünyasının fazilləri -Səid Ünsizadə və

İsmayıl Mirza, İsmayıl ibn Mustafa,  Sahibi-qələm İsmail Mustafa Ğ.TÜRKDİLLİ MƏTBUAT TARİXİNİN
QARANLIQ VƏ ALATORAN MƏQAMLARI

Türkiyədə nəşr olunan əməkdaşı olduğum “Kırımın sesi” qəzetində maraqlı bir yazı oxudum.Yazıda İsmayıl bəy Qasprinskinin  mətbuardakı imzalarından bəhs olunurdu. Bu yazının təsiri ilə İsmayıl bəyin “Ziya” qəzetində (1879, yanvar, Tiflis-1884, iyun, Tiflis)  və “Ziya” mətbəəsində çap olunmuş jurnallarıdakı  məqalələrindən və bu yazılardakı imzalardan söz açmaq fikrinə düşdüm.
***
“Kırımın sesi”ndeki yazı


İsmail beyniñ soyadınıñ üç türlü variantı qullanılmaqtadır: Gasprinskiy, Gaspıralı, Gaspralı. Qırımdaki Qırımtatar matbuatında onıñ soyadı Gasprinskiy (daa sıq) ve Gaspralı (daa siyrek) olaraq yazılğandır. Türkiyedeki Qırımtatarca neşirlerde çoqusı vaqıt Gaspıralı olaraq yazılır. Qırımtatar Milliy Meclisiniñ saytında ise olarnıñ er birinen qarşılaşmaq mümkündir, lâkin Gaspıralı ve Gaspralı yazılışları biraz daa sıq rastkele. Aqmescitteki Qırımtatar Milliy Kitaphanesi Gasprinskiy adını taşıy, amma bazı maqaleler o kitaphane içün de diger soyadı variantlarını qullana. İsmail beyniñ abidesinde (resimde) soyadı Gasprinskiy olaraq, ev-müzeyi ögündeki levhalarda ise Gaspralı ve Gaspıralı olaraq yazılğandır. İsmail bey özü ise öz soyadını گاسپرينسكى (yani Gasprinskiy) olaraq yazğan edi.

 İsmail Gasprinskiy 1851 senesi mart 8 (20) künü Avcıköyde doğdı (şimdiki Bağçasaray rayonı). Vaqtı ile Aqmescitte, Moskvada, Voronejde, İstanbulda ve Pariste tasil aldı. Altı yıl devamında çeşit qırımtatar mekteplerinde rus tili ocası olıp çalıştı.
1879 senesi Bağçasaray şeer golovası olaraq saylandı ve bu vazifede 1883 senesine qadar bulundı. Publitsistikağa avesligi ve istidatı onı yavaş-yavaş gazetacılıq faaliyetine ketirdi.

İsmail Gasprinskiy 1883 senesi aprel 10 (22)- ten başlap ömrüniñ soñuna qadar “Terciman”, arada “Millet”, “Alem-i Nisvan”, “Ha-ha-ha”, “Alem-i Subyan” gazetaları ve mecmualarnı neşir etti. Özüniñ şahsiy kündelik matbuatından ğayrı, ilim ve turmuşnıñ çeşit saalarına bağışlanğan yüzlernen kitap ve risaleler basıp, milliy tasiliniñ derecesini çoq kereler yükseltti.


Tilde, fikirde, işte — birlik!

şiarınen türkiy halqlarnıñ biri-birine yaqınlaşuvı ve milliy medeniyetleri, siyasiy añları ösüvi oğrunda büyük hızmetler yaptı. Medeniy, içtimaiy ve siyasiy faaliyeti içün 1910 senesi İsmail Gasprinskiy “Revue du monde musulman” adlı frenkçe mecmuanıñ eyyeti tarafından Nobel mukâfatına taqdim etildi.

Bediiy icadını 1887 senesi “Frenkistan mektüpleri”, “Dar ür-Rahat musulmanları”, “Afrika mektüpleri”, “Qadınlar ülkesi” kibi nesir eserleri, özüniñ esas qaramanları ve süjet yenelişleriniñ bir-birine mantıqiy surette bağlanuvınen, şartlı olaraq “Molla Abbas” roman-epopeyasını teşkil eteler. Bu yerdeki bediy metin – avtobiografik mizac taşığan elementler, tarih, cemiyetniñ iqtisadiy ve siyasiy qurulışı, çeşit farazlar kibi şeylerni qavrap ala. Öz vaqtında “Dar ür-Rahat musulmanları” parçası arap ve fars tillerine çevirilgendir. Cenkten soñ bu parça çeşit añlatmalar ve luğatlar ile “Yıldız” mecmuası (1993, No.1) ve “Qırımtatar edebiyatı” (1995) qullanma dersliginde neşir olundı.

1905 senesi müellifniñ “Kün doğdı” adlı romanı dünya yüzüni kördi. İsmail Gasprinskiyniñ er eki romanı ve diger bediiy parçaları türk ve umumen musulman dünyasınıñ siyasiy ve bediiy fikriniñ şekilledirmesinde büyük rol oynadılar.

 
İsmail bey Gasprinskiy 1914 senesi sentâbr 11 (24) künü vefat etti ve Bağçasaraydaki Zıncırlı medrese azbarında defin olundı.

ismail bey gaspıralı

İsmayıl bəy Qaspıralını türk mətbuatına gətirən ilk yazı – “Bağçasaraydan göndərilən məktub” (Tiflis,”Ziya” qəzeti,  08.11.1879, № 42 ) və ya bir daha Bağçasaray məktubu haqqında

  Bu yazıya yenidən qayıtmağım səbəbsiz deyil.Məsələ burasındadır ki, çox vaxt səlahiyyətli şəxslərin sözünə daha çox inanırlar. Oxucularım məni məktəb və maarif məsələlərindən, mətbuat tariximizdən müəyyən dərəcədə  ətraflı məlumatı olan, sözünü tarixi faktlarla, arxiv sənədləri ilə söyləməyə çalışan  tədqiqatçı kimi tanıyırlar.Bəlkə də elə buna görə oxuduğum yazılar haqqında öz fikirlərimi söyləliyəm.

  Son vaxtlar elmi yazılarda (hətta dissertasiyalarda) başqasının  dediklərini öz sözləri kimi deyənlərin sayı çoxalıb. Ən maraqlısı budur ki, imzalardakı tanıtmalardan (filan xarici akademiyanın akademiki, filan mükafatın laureatı..) sui-stifadə baş alıb gedir.

Bu gün İsmayıl bəy Qaspralı haqqında yazanların sayı Həsən bəy Zərdabidən yazanlardan çoxdur. Doğrudur, H.Zərdabiyə  bizdə o qədər maraq var ki,  orta məktəb dərsliklərində hətta onu ölümündən sonra 4 il də  artıq yaşadır, məşhur gimnaziya müəlliminin, ilk milli qəzetimizin banisinin ölüm tarixini 1911-ci il kimi göstərməkdə öz israrlarını davam etdirirlər.

  Mən həmişə demişəm, yenə də təkrar edirəm: İsmayıl bəy Qaspıralı Azərbaycanın maarifçilik tarixində şərəfli yer tutan Səid Əfəndi Ünsizadəni (1842-1903) özünə müəllim hesab edir, onun xidmətlərini yüksək qiymətləndirirdi. Bu məşhur etirafı unutmaq olmaz. Mənə elə gəlir ki, bu il  il –  S.Ünsizadənin 1874-cü ildə yaratdığı Şamaxı Məclis Məkrbinin 145,

1879-cu ilin yanvarında Tiflisdə nəşrinə başladığı “Ziya” adlı qəzetin (1879,yanvar-1884,iyun)  nəşrə başlamasının 140 illiyini keçirməklə günahımızı yuya bilərik. Yubiley tədbirlərində görkəmli maarifçinin elmi-publisistik, elmi-pedaqoji irsi, nəşriyyat sahəsindəki zəngin və səmərəli  fəaliyyəti, məktədarlıq xidmətləri layiqli yer tutmalıdır.
 İlk 46 nömrəsini  oxumadan “Ziya”dan yazırıq, onu trasfoneliterasiya edirik, Bağçasaraydan danışırıq, müqayisələr aparırıq….Amma qəzetin  ilk 46 nömrədəki tariximiz üçün çox maraqlı olan materiallar kölgədə qalır.Halbuki burada ədəbi,tarixi,pedaqoji əlaqələrimiz haqqında maraqlı yazılar,elmi mülahizələr,sətiraltı mənalı felyetonlar hələ də oxuculara və elmi ictimaiyyətə çatdırılmayıb.

 Nə isə…. Keçək əsas məsələyə….
 

         Böyük və çox əhəmiyyətli  işlər üçün kiçik bir müqəddimə

 Bu ilin yanvarında   Tiflisdə  Səid Əfəndi Ünsizadənin rəhbərliyi ilə  Azərbaycan dilində nəşr olunan “Ziya” qəzetinin (1879-1884)qəzetinin 140 yaşı tamam  oldu. Yubiley yada düşmədi.Çünki mətbuat tarixçilərimiz bu tədbirə hazır deyildilər

 Tiflisdə nəşrə başlayan  “Ziya” türk dünyasının  ümidlə baxdığı və oxuduğu,inandığı və güvəndiyi həftəlik qəzet idi. “Ziya” bir müddətdən sonra öz coğrafiyasını xeyli  genişləndirmiş,”Ziyayi-Qafqasiyyə” adı ilə ( bəzilərinin iddia etdiyi kimi “Ziayi-QafqaZiyyə” adı ilə yox-N.N.) çıxmışdır. “Ziya”nın İstanbul, Peterburq, Moskva,Tehran, Tiflis, Bakı, Şamaxı, Göyçay, Şəki, Dərbənd, Spasski (Tambov quberniyası), Bağçasaray və s. böyük, kiçik şəhərlərdə  daimi müxbirləri var idi. Ümumi  türk dili ideyası ilk dəfə “Ziya”nın səhifələrində  öz əksini tapmışdır.

Bu firi yadınızdan çıxarmayın.Hamıya öz qiymətini verin.
   Uzun illər boyu unudulmuş bu mətbu orqanın  140  illik ildönümünün keçirməsinə  aid hazırlığa gec də olsa,  başlamaq lazımdır. 
  Bu istiqamətdəki ilk yazımızdan birini yenidən müəyyən artırmalarla oxucuların diqqətinə çatdırırıq. 

Yenə də nə isə…
Ovraq və  məkatib (vərəqlər və məktəblər)

Bu, “Ziya”qəzetindəki rubrikalardan (daimi başlıqlardan) biridir. Redaksiya burada veriləcək xəbəri oxucuya aydınlaşdırır, onu materialın yaxşı dərk olunmasına yönəldir. Oxucu redaksiya qeydlərindən anlayır ki, o, maraqlı bir mövzunun oxusuna başlayır : 

“Bu axir vəqtlərdə Rusiyanın içərisindən, yəni Qazan və Ufa və Qrımdan  aldığımız məktubları oxuyan vəqtlərdə məlum olur ki, o yerlərin əhli “Ziya” qəzetəsinin  təb və nəşr olunmağından səmim qəlb məmnundurlar. Hərçənd onlar ilə Qafqaz müsəlmanlarının  bəzi danışıqlarında  cüzi təfavüt var isə də,  amma yazırlar ki, onlardan sahibi- savad olanlar  sühulətlə (asanlıqla-N.N. )  “Ziya”nı oxuyub, mətləblərini  fəhm edirlər. Necə ki  zeyldə (aşağıda-N.N. ) dərc olunan “Bağçasaray məktubu” sübut edir ki, Azərbaycan ilə Bağçasaray yazılarının  arasında  o qədər fərq yoxdur. Bəlkə diqqət nəzəri ilə baxan vəqtdə demək olar ki, onların təhriratı  ifadeyi-mənaya müstəidd (istedadlı,bacarıqlı-N.N. ) olmaqda Qafqaz təhriratından əskük degildir.Bu mülahizə ilə Bağçasaraydan  göndərilən məktubu təğyir və təbdil etməmiş,  kəmal-i məmnuniyyət ilə qəzetəmizə dərc elədük”.

 “Ziya”nın naşiri və  mühərriri belə materialları diqqətlə araşdırandan sonra  oxuculara çatdırırdı. 

   “Ziya”nın o vaxt imtiyaz sahibi  və naşiri Səid Əfəndi Ünsizadə, mühərriri  isə onun  ortancıl qardaşı Cəlal Əfəndi Ünsizadə idi. 
   Göndərilən material diqqətlə oxunandan sonra  redaksiyanın yönəldici  qeydləri ilə fərqli, daha aydın oxunan iri şriflərlə oxuculara təqdim edilirdi. İsmayıl bəyin “Bağçasaray məktubu”nda da bu qaydaya əməl olunmuşdur.

                     Bağçasaraydan göndərilən məktub

   (Bu yazının tarixini yadda saxlayın- 07.11.1879-cu il,N 42,səh.4.)
  Bəzi tədqiqtçılar “Tərcümanın”ın Azərbaycan səhifələrini işıqlandırmaq istəyəndə Bağçasaraydan göndərilən məktubun  “Ziya”qəzetinin1879-cu ildəki 9-cu nömrəsində dərc olunduğunu yazırlar. Bu tarix səhvdir.  “Ziya” nın  1879–cu ildəki 9-cu  nömrəsi martın 20-də çıxmışdır -N.N.)

  Bağçasaray məktubunu oxucuların diqqətinə olduğu kimi  çatdırırıq. 

  “Məlumdur ki, Rusiya dövləti içərisində olan  millətlər, məsələn …,polyaq, latış, yəhudi və ğeyri çoxdan bərü kəndi lisanında ğazetalar və ədəbiyyata dair qeyri şeylər peyda etmişlər.  İki-üç milyondan ibatət olan Rusiya tatarları ədəbiyyatsız və dəxi  bir ğazetəsiz  olduqları çox təəccübdür. 
   Ğazeta millətin lisanıdır. Ğazetələr  millətə  mühafiz ola bilürlər.

Ticarət və hansı səlahiyyət  (bir işi görməyə səllahiyyəti və hüququ olma-N.N.) sırasında (cərgəsində) yol göstəricisi ola bilürlər. Millətin  aqilinə (əqlinə) və fikrinə inayə (kömək-?)  ola bilürlər. Qısası, ğazetəsiz, və kitabsız millət  sağır (kar)  və dilsiz adama bənzər. Bu halda tatar lisanında  “Ziya” ğazetəsi  nəşr olunması pək (çox) faidəli, iftixarlı iş olduğundan  ziyadəsilə xoşnud olduq. “Ziya” ğazetəsinin gündən-günə ilərü(irəlü)  getməsini istəriz(istəyirik)  və məmnun ediriz. Bundan sonra  bəz-bəz “Ziya” qazetəxanəsinə məktub və ğeyr kağızlar  göndərilməgini  kəndimizə borc ediriz. Bu  dəfə tərəfi-əhvalımızdan sual  olunur isə  həmd olsun bu sənə (il-N.N.) Qırım  bərəkatı  (“bərəkət” sözünün cəmidir-N.N.) pək əla olmuşdur.  Əkin, meyvə, düxan (burada “tütün” mənasındadır-N.N.   ) gözəl olub. Cümlə ticarət  pək  sırasındadır. Buğda  çox  oldusa da , qiyməti  çox bahalıdır. Şöylə ki, puti   on beş mənata satılmışdır. Hal bu isə xəlqlər karlı olduğundan  şimdilik  zəhmət  çəkməyürlər.
Bağçasaray şəhr məclisindən  İsmayıl Mirza”.


Bu, adı informasiyadır.Redaksiyaya göndərilən yüzlərlə məktubdan biridir.Lakin tarixilik,ədəbi-mənəvi baxımdan,dil qohumluğu və əqidə birliyi baxımından  tarixdə qalacaq xəbərdir.Bu xəbər hələ çox çözələnməli,araşdırılmalıdır.O ki qaldı “Bağçasaraydan göndərilən məktub” başlığına, bu, redaksiyanın arayıb axtardığı, məsləhət bildiyi addır.

***

İ.Qaspıralının türkdilli mətbuatda İsmayıl ibn Mustafa adı ilə çıxan yazıları da var.Bunlardan biri- 1881-ci ilin mayında Tiflisdə Səid Ünsizadənin “Ziya ” mətbəəsində nəşr olunun “Tonğuc” məcmuəsinin materiallarıdır.Bu materiallardan biri-“Ziyayi-Qafqasiyyə” yazısı məcmuənin birinci və ikinci səhifələrində dərc olunmuşdur.Burada Səid və Cəlal Ünsizadələrin  mətbuat sahəsindəki xidmətlri, qəzetin və ədəbiyyatın rolu yüksək qiymətləndirilir.


İsmayıl ibn Mustafanın (İsmayıl bəy Qasprinskinin) “Ziyayi-Qafqasiyyə” (Qafqazın ziyası) adlı məqaləsi. Tiflis,1881.


“Qışın şiddətində günəş görünüb fəqirləri qüvvələndirdiyi kibi , “Ziya”nın nəşri neçə müsəlmanları dəxi məmnun elədi.

Dövlətimizdə az-çox hər millətin ədəbiyyatı, basmaxanaları və ğəzetələri olduğu halda, biz müsəlmanların nə ğəzetəsi, nə bir basmaxanası var idi.

Amerika keyikləri kibi, cahillər dəryasına talmada idik. Lakin üç sənədən bəri TİFLİS zadəganlarından (Səid) və (Cəlal) Ünsizadələrin himmət və ğeyrəti ilə “Ziyayi-Qafqasiyyə” ilə bənam bir tatar qəzetəsi nəşr olunmaqdadır.

Bunun kibi işi meydana gətirmək hər nə qədər güc və müşkil isə də “Ziyayi-Qafqasiyyə” qiyafət və hürufatca və ğəzetdə başladığı bəndlər, xəbərlərcə iləüləməkdə olduğu aşkar olub cənc müsəlmanların beynində böyük məmnuniyyət hasil etmişdir və lakin şörəsindən qorqarız ki,müsəmanların əksəri ğəzetə və faideyi-qələmiyyyəyə çoq aşna olmadıqlarından neçə vəqtlər keçəncəyə qədər ədəbiyyar işi lazımınca ilərüləməz.

Nemsə, fransız və ingiliz kibi millətlərin binlərlə ğəzetəsi vardır; yəni “əgləncəyə” və bəzi “ticarətə” və bəzi “tədris və tərbiyəyə” dair və bəzi hər türli şeydən və məlumatdan xəbər verür. 

Vətənimiz Rusiyədə dəxi bir qaç yüz ğəzetələr çıqar; rus lisanından maida (polyaq), nemsə, şivet,(-), yəhudi lisanlarında dəxi ğəzetə vardır.
Sair millətlər ədəbiyyat və ğəzetəçiliq ilə rüləməsinə anunçun qeyrət ilə çalışurlar ki,

ƏDƏBİYYAT və ĞƏZETƏ XƏLQİN SƏDASI və LİSANIDIR, HALININ TƏRİFÇİSİDİR, HƏQİQƏTİN DƏVAÇISIDIR.

Gözi pərdəlü, qulağı qapalu olanlara böyük duadır…

…Bu səbəblərə görə Ünsizadə həzrətlərinin tutduğu şərif (müqəddəs-N.N,) və əziz işlərinin daim məmnuniyyətdən maəda (başqa,özgə-N.N.) işinin ilərüləməsini hər vəcə ilə tələb etməliyüz. Bu da erbabi-qələmin (qələm sahibinin-N.N.) yazması ilə oqumaq bilənlərin ğəzetəni alub,oqumaq ilə meydana gələ bilür.”

                                ***
           İsmayıl bəy Qaspralını tanıyırsınızmı?

Çətin sualdır. Hamı elə bilir ki, İsmayıl bəyi hamı tanıyır. Hamının tanıdığı aşkarda olan İsmayıl bəydir. İsmayıl bəy Qaspıralı 1851-ci il martın 8 (21) -də Tavriya quberniyasının Yalta uyezdinin  Avcıköy (bir sıra mənbələrdə Ulu Sala-N.N.) kəndində rus zabitinin ailəsində anadan olmuşdur.  Atası Mustafa Əli oğlu  əslən Qaspıra (bu sözü Qaspra da yazırlar) kəndindəndir. Anası Fatma Sultan Temur qızı  Kantakurovadır.
  Əvvəlcə  ev təhsili almış, sonra ibtidai məktəbdə oxumuşdur. Atası oğlunu özü kimi zabit görmək istədiyindən  İsmayıla yaxşı təhsil vermək qərarına gəlmişdir. İsmayıl ibtidai təhsilini qurtarandan sonra Simferepoldakı oğlan gimnaziyasına  daxil olmuşdur.(Oğlan  məktəblərinə ZÜKUR məktəbləri də deyirlər.Zükur – “erkək ” sözünün cəmidir,  yəni erkəklər-N.N.).
  Simferopol hərbi liseyini qurtarandan sonra İsmayıl bəy  Voronej  Hərbi  Liseyinə daxil olmuşdur.  İsmayıl  hərbi məktəbi qurtarandan sonra Moskvadakı 2 nömrəli hərbi məktəbə daxil olsa da,  burada çox oxumur, Krıma qayıdır, ibtidai məktəbdə müəllim işləyir. ). 
   İsmayıl bəy 1871-ci ildə, 20 yaşında francız dilini  və Fransa həyat  tərzini öyrənmək məqsədilə Fransaya gedir,   ( adamın yadına M.F.Axudzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah…” əsəri düşür. Şahbaz bəy də Fransaya getmək istəyəndə  təxminən bu yaşda idi, İsmayıl bəydən cəmi iki yaş böyük idi ). İsmayıl bəy Fransada cəmi bir il qalır. Burada da çox  qərar tuta bilmir, Türkiyəyə üz  tutur.  
   İsmayıl  bəy Tükiyədə də cəmi bir il  yaşayır,  sonra Krıma qayıdır, burada Bağçasarayda şəhər məclisinə rəhbərlik edir.  O, 13.02.1879-cu ildən 23.05 1884-cü ildək Bağçasaray Şəhər Məclisinin başçısı – rəisi  vəzifəsində işləyir.  Maraqlıdır ki, bu, “Ziya” qəzetinin fəaliyyət dövrü ilə , demək olar ki, üst-üstə düşür.  
   İsmayıl bəyin  Ünsizadə qardaşları ilə qiyabi ünsiyyəti  “Ziya” qəzetinin nəşr işlərinə hazırlıq  dövründən başlayır. Belə ki, Səid Ünsizadə “Əkinçi”nin nəşrə hazırlıq təcrübəsindən yararlanaraq,  tanıdığı, sorağını eşitdiyi türkdilli ziyalılara çıxaracağı qəzetin proqramını göndərmiş, onlarla qələm əhlini əməkdaşlığa dəvət etmişdir.          
  İsmayıl bəy Bağçasarayda işləyərkən, çöx güman ki, yaşadığı ərazidə “Ziya”nın  yayılmasına köməklik göstərmişdir.
   İ.Qaspıralı  bu əməkdaşlıq təklifindən sonra özü  də qəzetçilik fikrinə düşmüşdür.  O,1880-ci ilin əvvəllərində  “Faydalı əyləncə” və “Qanun ” adlı qəzet çıxarmaq  istəyi ilə  müvafiq təşkilatlara müraciət edir, lakin dövlətdən icazə ala bilmir, yeganə çıxış yolunu Tiflisdə Ünsizadələrin mətbəəsində  kiçik jurnallar nəşr etməkdə görür.Belə də edir. Onun  “Ziya” mətbəəsində çıxardığı ilk məcmuə  dörd səhifəlik “Tonğuc”dur.

“Tonğuc”-ilk doğulan övlad, ailədə başqalarından əvvəl dünyaya gələn ” mənasını verir.
   Maraqlı faktdır ki, İ.Qaspralı “Tonğuc”un  “Söz-i əvvəl”ində (girişində-N.N.) Səid Ünsizadəni, onun yaradıcısı  olduğu  “Ziya” qəzetini və   türk dünyasının ictimai fikir tarixində mətbuatın tarixi  xidmətlərini yüksək qiymətləndirmişdir.
  … Azərbaycan və  türk mətbuatında  “Tonğuc” jurnalı haqqında  haqqında yazdığım yazılar   adi oxucuların və elm  adamlarının ciddi marağına səbəb olmuşdur.

İsmayıl bəy Qaspralının (İsmayıl ibn Mustafanın 
– İsmayıl bəy Qasprinskinin) 
“Ziyayi-Qafqasiyyə” (Qafqazın ziyası) 
adlı məqaləsi (Tiflis,1881)

İsmayıl bəy Qaspralının
Ziyayi-Qafqasiyyə (Qafqazın ziyası) 
adlı məqaləsi (Tiflis,1881)


Bu yazı Bağcasaray şəhər məclisinin rəisi İsmayıl ibn Mustafanın 1881-ci ildə Tiflisdə Səid Əfəndi Ünsizadənin “Ziya” adlandırdığı mətbəsində çap olunan türkdilli “Tonğuc” adlı məcmuəsinin birinci və ikinci səhifələrində çap olunmuşdur.

“Tonğuc” haqqında mənim  Azərbaycanda və Türkiyıdə işıq üzü görən bir neçə yazım oxuculara ünvanlanmışdır. Mən bütün bu yazılarımda məcmuənin adını oxuculara “Tunğuc” kimi təqdim etmişəm. Burada isə onu tatarların tələffüzünə uyğun şəkildə yazmağı lazım bildim.

“Tonğuc”un materialları – İsmayıl bəy Qaspralının türkdilli mətbuatda çap olunan ilk əsərlərindəndir.

“Tonğuc” -İsmayıl bəyin türk dünyasına türkün ana dilində müraciətidir.  “Tonğuc”un  bəzi materialları “Ziyayi-Qafqasiyyə” qəzetinin 1881-ci ildəki 17-ci nömrəsində dərc olunmuşdur.  “Tonğuc”u İsmayıl bəy Qaspıralının – İsmayıl ibn Mustafanın proqram xarakterli əsəri-manifesti adlandırmaq olar.

Məcmuənin ilk yazısı “Sözi-əvvəl” adlanır. 
“Sözi-əvvəl”dən sonrakı yazı Azərbaycanın görkəmli maarifçiləri olan Ünsizadə qardaşlarına ehtiram əlaməti olaraq, onların Tiflisdə çıxardıqları qəzetin şərəfinə “Ziyayi-Qafqasiyyə” adlandırılmışdır.

İsmayıl ibn Mustafa – İsmayıl bəy Qasprinski Ziyayi-Qafqasiyyə yazısında Ünsizadə qardaşlarını “Tiflis zadəganları” adlandırır.

Əslində Ünsizadə qardaşları Şamaxı zadəganları idi. Tədqiqatçıların ali dini təhsilli ziyalı kimi tanıtdıqları Səid Ünsizadə (1842,Şamaxı-1903,İstanbul) Şamaxıda əvvəlcə Əhli-Təsənni İdarəsinin üzvü,sonralar isə sədri və qazısı olmuş,ona verilən dini vəzifədən istifadə edərək, yerlərdə maarifçilik məsələlərinin tərəqqisi yolunda əhəmiyyətli işlər görmüşdür. Bunlardan biri 1874-cü ildə Şamaxı şəhərində açılan “Məclis məktəbi”dir.

Maraqlıdır ki,İsmayil ibn Mustafanın da həyat yolu Səid Ünsizadənın yollarına bənzəyir.
Onun həyatı da məktəb,mətbəə,dərslik kimi məsələləri ilə ilgilidir.

Səid Ünsizadə 1877-ci ildə Tiflisə dəvət olunur, buradakı dini idarələrin fəaliyyətinin yoxlanılası işinə cəlb olunur. Ezamiyyət vaxtı qurtarandan sonra gərəkli ekspert və müfəttiş kimi onu Tiflisdə saxlayırlar.O,burada əvvəlcə litoqrafiya,sonra isə tipoqrafiya açır,1878-ci ilin dekabr ayında kitab çarı və mətbuat işl
ri ilə məşğul olmağa icazə alır. 
Səid Ünsizadə 1879-cu ilin yanvar ayında “Ziya” adlı həftəlik ictimaui-siyasi, ədəbi -bədii,pedaqoji yönümlü qəzetin nəşrinə başlayır.

O, bir müddətdən sonra Zaqafqaziya Əhli-Təsənni İdarəsinə üzv seçilir. 
Yenə də maraqlıdır ki, İsmayıl ibn Mustafa da Bağçasarayda böyük maarifçilik işlərinə şəhərin məclis rəhbəri kimi elə bu vaxtlardan başlayır.

“Ziya”nın yerlərdə onlarla türkdilli, farsdilli, rusdilli müxbirləri və abunəçiləri var idi. Onlardan biri də qələmini mətbuat işiтdə işlətmək istəyən İsmayıl bəy idi.İsmayıl bəy 1879-cu ilin noyabr ayında “Ziya”da müxbirlik fəaliyyətinə başlayır, Bağcasaraydan Tiflisə – “Ziya” qəzetinə — .Ünsizadə qardaşlarına imzalı və imzasız məktublar göndərir. Onun yazıları “Ziya”nın və sonralar “Ziyayi-Qafqassiyyə”nin səhifələrində eynilə, imla və üslubuna toxunulmadan çap olunur.

“Ziya”- İsmayıl bəy Qasprinskinin bir növ təcrübə məktəbi olur.
İsmayıl bəy 1881-ci ildə öz mətbəəsi hələ hazır olmadığı üçün “Tonğuc” adlı ilk dörd səhifəlik jurnalını Tisflisdə, əqidələrinə inandığı və qələminə güvəndiyi Ünsizadə qardaşlarının mətbəəsində çap etməsi heç də təsadüfi deyil.Tiflisdə Səid Ünsizadənin səyi ilə türkdilli mətbəənin inkişafı diqqəti cəlb edirdi.Təsadüfi deyildi ki,Kafkaz qəzetində Səid Ünsizadə görkəmli mətbəə xadimi İohannQutenberq (1397/1400-03.02.1468) ilə müqayisə edilirdi.


İsmayıl bəy “Tonğuc”un çapından sonra bir neə kiçik həcmli jurnalını da “Ziya “mətbəəsində çap etdirir.

İsmayıl bəy Qasprinskinin “Şəfəq” jurnalının “Ziya” mətbəsində çapına görə “Ziya” qəzeti təxirlə çıxmışdır.
Səid Ünsizadə bu ləngiməyə görə “Ziyayi-Qafqasiyyə”nin oxuculardan üzr istəmiş, “Şəfəq” jurnalının bir nüsxəsini onlara məccani, havayı, pulsuz-parasız göndərmişdir.

İsmayıl ibn Mustafanın “Ziyayi-Qafqаsiyyə” adlı məqaləsini yazılma səbəblərinin biri də belə qayğıkeşliklərlə ilgili idi. 
Digər səbblər haqqında nıvbəti yazılarımızın birində və ya bir neçəsində oxuculara daha ətraflı xəbər çatdırmaq fikrindəyik.


1881-ci ilin avqustunda  Tiflisdə S.Ünsizadənin “Ziya” mətbəəsində İ.Qasrpalının “Şəfəq” adlı daha bir jurnalı çap edilmişdir. Bu jurnalın çapına görə “Ziyayi-Qafqasiyyə”nin növbəti nömrəsi bir həftə təxirlə çıxmışdır. “Ziyayi- Qafqasiyyə” buna görə öz oxucularından üzr istəmiş, abunəçilərin hərəsinə “Şəfəq” jurnalını məccani( havayı,pulsuz-N.N.) olaraq göndərmişdir.

    İ.Qaspralının “Tərcüman”a qədərki dörd səhifəlik digər jurnalları- “Günəş”, “Ay”, “Ulduz” və s. İ.Qaspıralının Bağçasaraydakı öz şəxsi mətbəəsində çap olunmuşdur.
    İ.Qaspralı  türkdilli jurnalist  kimi peşəkarlıq vərdişlərini “Ziya”dan, onun  yaradıcıları olan Ünsizadə qardaşlarından əxz etmişdir. Mən buna işarə edərək, yazılarımın birini “Tərcüman”ın təcrübə məktəbi” adlandırmışdım. Redaktor bu sərlövhəni  “Tərcüman məktəbi” adı ilə çap etməyi daha münasib görmüşdü (“Oğuz eli” qəzeti, 27.01.1993, N 2 ).
   İ.Qaspıralı   uzun  mübarizə və çarpışmalardan sonra 1883-cü ilin aprel ayında, nəhayət ki, “Tərcüman” qəzetin nəşrinə icazə aldı.”Tərcüman”ın son nömrəsi 1918-ci ildə çap olunmuşdur. Artıq dörd il idi ki, görkəmli   türk aydını  dünyadan köçmüşdü: ölümündən  sonra qəzeti onun oğlu çıxarmışdır.
   İ.Qaspıralının Ünsizadə qardaşları ilə  dostluq və əməkdaşlığı  ictimai fikir tariximizin  yaxşı öyrənilməyən bir   sıra qaranlıq məqamlarını   aydınlaşdıra bilər. İ.Qaspıralının pedaqoji fəaliyyəti, türkdilli qadın və uşaq mətbuatının inkişafındakı rolu  da monoqrafik tədqiqat  yolu ilə ciddi tədqiq edilməlidir.
    İ.Qaspıralı haqqında yazdığım bir sıra məqalələr,nədənsə, tədqiqatçıların diqqətindən kənarda qalmışdır. Mənə belə gəlir ki, bu son illərdə aparılan tədqiqatlara nəzarətin zəifliyi ilə ilgilidir.

Mənfəətdən xali olmadığı üçün bu mövzuda  Türkiyədə və Azərbaycanda işıq üzü görən bir neçə yazımın bəzi fraqmentlərini yenidən tədqqatçılara ünvanlayıram.

1.Nazim Nasreddinov.    130 yaşlı “Tonğuc”  veya açılmatan kapılar,pencereler.
 22 aralık 2011.”Halduncezayirliooğlu Kolleksiyon”
2.Nazim Nəsrəddinov.     “Tərcüman məktəbi.  “Oğuz eli” qəzeti,27.01.1993,

3.Nazim Nəsrəddinov.    “Ziya”,”Tonğuc”,”Şəfəq”…

“Dalğa” qəzeti,18-24.05.1993 N19(125).

4.Nazim Nəsrəddinov. Unudulmuş Ünsizadə. “Həyat” qəzeti,  

09.02.1993,N 13(7748) .
5.Nazim Nəsrəddinov.  İsmayıl bəy Qaspralının “Tonğuc” məcmuəsi 
  və yaxud “Tərcüman”ın təcrübə  məktəbi.”Davam.az.,18.02.2013.
6.Nazim Nəsrəddinov.Səid Ünsizadə və M.Ə.Sabir.

 “Ziya” qəzeti,21.05.1992, N 9.


Son illərdə yazılmı məqalələrdən biri-örkəmli tədqiqatçı Vilayət Quliyevin     “Tərcüman”ın Azərbaycan səhifələri 
(525-ci qəzet,   № 166 (4183), 13.09.2014-cü il, səh.14-15) adlı məqaləsində İsmayıl bəy Qaspıralının Azərbaycanla bağlı bir sıra fikirləri diqqəti cəlb edir.

İ.Qaspıralı və Azərbycan mövzusu hələ də öz geniş və hərtərəfli təhlilini gözləyir.*******

Pin It on Pinterest